Üzeyir hacibəYLİ



Yüklə 5,8 Mb.
Pdf görüntüsü
səhifə60/102
tarix08.07.2018
ölçüsü5,8 Mb.
#54336
1   ...   56   57   58   59   60   61   62   63   ...   102

__________________Milli Kitabxana___________________ 

254 


 

M ə ş ə d i  İ b a d.  

Tez verərsənmi?  

R ü s t ə m  b ə y.  

Verərəm!  

M ə ş ə d i  İ b a d.  

Degilən sən öl!  

R ü s t ə m  b ə y.  

Bu sən öl!  

M ə ş ə d i  İ b a d.  

Bəs elə isə?  

R ü s t ə m  b ə y.  

Ver əlini!  

M ə ş ə d i  İ b a d.  

Bəs elə isə?  

R ü s t ə m  b ə y. Ver əlini!  

M ə ş ə d i  İ b a d. Degilən sən öl!  

R ü s t ə m  b ə y. Bu sən öl! 

M ə ş ə d i  İ b a d. 

 

Bəs elə isə?  



 

R ü s t ə m  b ə y. 

 

Ver əlini! 



 

Musiqi çalınır, ikisi də oynayır. 

 

M ə ş ə d i  İ b a d (danışıq). İndi axır sözünü de görüm, qızı mənə verirsənmi? Yoxsa 



vermirsən, gedib ayrı qız alaram, deyərəm ki, o olmasın, bu olsun! 

R ü s t ə m  b ə y. Mən öz sözümün üstündə duran adamam. Ancaq sən də  gərək 

qabaqca bir balaca tədarük görəsən. (Əli ilə pula işarə edir). 

M ə ş ə d i  İ b a d. 

 

Min manat sənə bəsdirmi?  



 

R ü s t ə m  b ə y. 

 

Min də üstə artır. 



 

M ə ş ə d i  İ b a d. A kişi, axı bunun bir anbar da toy xərci var. 




__________________Milli Kitabxana___________________ 

255 


 

R ü s t ə m  b ə y. Doğrudur, ancaq nə eləmək? Hərgah bir qədər cavan olsa idin, 

bu iş sənin üçün ucuz tamam olardı, amma heyf ki, qocasan, taxsır özündədir. 

M ə ş ə d i  İ b a d. A kişi, vallah, mən nə qədər qoca olsam da, min buğu burma 

cavana dəyərəm. Sən nə fikir edirsən?! Ala, min beş yüz manat, qalanını da sonra 

verərəm (pul çıxardıb verir). 

R ü s t ə m  b ə y. Olar (pulu alır). Zərər yoxdur. 

M  ə  ş  ə d i  İ b a d. İndi mən istəyirəm ki, bir qızı görüm, danışdırım, nə 

deyirsən? 

R ü s t ə m  b ə y. Heç  sözüm  yoxdur,  əyləş,  bu  saat  qızı göndərərəm (gedir). 

M ə ş ə d i  İ b a d. Zarafat deyildir, bir ətək pul verirəm, bir baxım görüm, mal nə 

cür maldır, verdiyim pula dəyərmi? Mənim istədiyim odur ki, özümə layiq adam 

olsun. Yoxsa məndən ötrü təfavüt yoxdur, o olmasın, bu olsun!... (Sükut). A kişi, 

bircə mən bilmədim ki, camaat mənim harama qoca deyir! Vallah, görünür ki, xalqın 

gözü pis görür. Budur ayna, bu da mən. (Aynaya baxır). Allaha şükür, dişlərim 

hamısı cabəca, saqqalım da qapqara şəvə kimi. (Diqqət ilə baxır). Deyəsən burda bir 

dənə ağ tük vardır. Gərək dartam çıxsın. (Dartır). A zəhrimar!... Görünür ki, heyvan 

balası dəllək hənan? pis yax?bd?r. (C?xard?r). Puf!... Rədd ol, sarlatan!... Qoca odur 

ki, dişləri olmaya, gözü görməyə, qulaqları  eşitməyə, özü də yerindən tərpənə 

bilməyə, mən ki, əlhəmdülillah, quş kimiyəm. Maşallah deyim ki, göz dəyməsin. 

Özüm də  əlli yaşım ya ola, ya olmaya. (Güzgüyə baxıb ora-burasını düzəldir). İndi 

mən papağımı  nə cür qoyum ki, qızın xoşuna gəlsin: Hərgah belə qoysam (gəc 

qoyur), onda qız qorxar, elə bilər ki, Bakı qoçusuyam. Əyər belə qoysam (gözünün 

üstə qoyur), onda da qız ürkər, elə bilər ki, Qarabağın pambıq bəylərindənəm. 

Hərgah bu cürə qoysam (lap dalı qoyur), onda qızın məndən zəhləsi gedər. Elə bilər 

ki, Gəncə qumarbazıyam,  əgər belənçik qoysam (təpəsinə qoyur), onda da Şamaxı 

lotusuna oxşaram. Bəs nə tövr qoyum? Hamısından yaxşısı budur ki, başıaçıq 

oturram, onda qızın xoşuna gələr, elə bilər ki, abrazavannıyam. Doğrudan da, mən bir 

qədər abrazavannıyam, çünki uruslar mən ilə çox alış-veriş eləyiblər və mən onlardan 

urus dilini də yaxşı öyrənmişəm. Məsələn: işto katu, bajaluska, funt vosim qəpik, 

menşi nelza, nelza (Səs gəlir). Aha, deyəsən qız gəlir; indi gərək mən seryoznıski 

olam. (Bir kreslo üstündə bardaş qurub oturur.) 

 

G ü l n a z ilə S ə n ə m daxil olur. 



 


__________________Milli Kitabxana___________________ 

256 


 

G ü l n a z. Uy, mən bu kişidən qorxuram! 

S ə n ə m.  Nə kifir kişidir, ay allah! 

M ə ş ə d i  İ b a d (kənara). Deyəsən, məndən qorxurlar. Zərər yoxdur; arvad kişidən 

qorxsa yaxşıdır. (Onlara). Bir deyin görüm, xanım hansınızdır, qulluqçu hansınız? 

S ə n ə m. Mən qulluqçuyam, bu xanımdır. (Otururlar). 

M ə ş ə d i  İ b a d. Çox gözəl, çox əcəb!  (Kənara). Heç qulluqçunun özü də yaman 

deyildir, amma xanıma söz yoxdur. Dəyər verdiyim pullara. (Sükut. Heç kəs dinməyir. 

Məşədi  İbad birdən-birə gözlərini Gülnazın başına tərəf dikib, diqqət ilə baxır). Xanım, 

sənin ki, saçın bu qədər qaradır, yəqin sən də mənim kimi həna qoyursan. 

G ü l n a z. Xeyr, həna qoymuram! 

M ə ş ə d i  İ b a d. Hə!... Çünki mən saqqalıma həna qoyuram, elə bildim ki, sən də 

saçına həna qoyursan. (Kənara). Amma lap nahaq yerə hənadan söhbət saldım, heç yeri 

deyildi. 

G ü l n a z. Mənim başım hələ ağarmayıbdır ki, hənaya ehtiyacı ola. 

S ə n ə m. Allaha şükür, xanım qocalmayıb ha! 

M  ə  ş  ə d i  İ b a d (tələsik). Xeyr, xanım, mənim də saqqalım ağarmayıbdır. Mən 

saqqalıma həna qoydum, qoymadımhəmişə qapqara şəvə kimidir. Amma mən bir növ 

adətkardə olmuşam və fars da deyir ki, "tərki-adət bə movcibi mərəzəst". (İrəli gəlir.) 

Allah ölənlərinizə rəhmət eyləsin, mənim rəhmətlik anam deyərdi ki, başımın hənasının 

vaxtı keçəndə başım ağrıyır. Çünki adətkardə olmuşdur. 

G ü l n a zYəqin sizin də saqqaqlınızın hənasının vaxtı keçəndə ağrıyır. 

M  ə  ş  ə d i  İ b a d. Bəli, ağrıyır. Saqqalım bərk ağrıyır; bir də, mən sənə deyim, 

insanın başının, ya saqqalının ağlığı onun qocalığına dəlalət eyləməz. Bax, mən iki 

yaşında urus balası görmüşəm ki, başı ağappaq qar kimi; halbuki iki yaşında uşağa qoca 

demək olmaz. Və bir də siz mənim başıma diqqət edin, heç görün bir dənə ağ tük varmı? 

(Başını göstərir). 

G ü l n a z. Heç qarası da yoxdur. 

M ə ş ə d i  İ b a d. Bəs bundan məlum olur ki, insan cürbəcür olar. Sizin ikinizin də 

canı üçün, indi dünya elə dönübdür ki, indiki ahıllar indiki cahıllardan min pay 

yaxşıdırlar. Məsələn, mən tarix-nadir kitabını yarısına qədər oxumuşam, ona görə hikmət 

elmindən yaxşı biliyim vardır. İnsanın zahiri nə qədər çirkin olsa, batili bir o qədər gözəl 

olar. Məsəl var ki, deyərlər: o olmasın, bu olsun. Əlbətə, nə  zərəri vardır, cavanlıq 

olmasın, pul olsun. Pul elə  şeydir ki, qocanı cavan eylər və pulsuzluq da cavanı qoca 

eylər. 



Yüklə 5,8 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə