Üzeyir hacibəYLİ



Yüklə 5,8 Mb.
Pdf görüntüsü
səhifə63/102
tarix08.07.2018
ölçüsü5,8 Mb.
#54336
1   ...   59   60   61   62   63   64   65   66   ...   102

__________________Milli Kitabxana___________________ 

263 


 

H a m ı. 

 

A gedə, ayıbdır sizə bu rəftar, rəftar, (2 dəfə) 



Xalqın evində dava etmək pis şeydir. 

Xalqın evində dava etmək pis şeydir. 

Adama yaraşmaz, adama yaraşmaz, 

Adama yaraşmaz, maz, maz, maz, maz, maz.... 

 

 

P ə r d ə 



 

İKİNCİ MƏCLİS 

 

 



Rüstəm bəyin həyəti ilə küçədə vaqe olur. Rüstəm bəyin həyəti hasar ilə məhsurdur. 

Pərdə qalxdıqda həyətdə S ə r v ə r ilə G ü l n a z görünür. Pərdədən qabaq musiqi çalınır. 

Sonra tarda "şahnaz" çalınır. Pərdə qalxır. 

 

S ə r v ə r. 



 

Cahanda var görəsən dərdi-eşqə bir çara,  

Bu eşq o eşqdir ki, Məcnunu qoydu avara.  

 

G ü l n a z. 



 

Bu eşq o eşqdir ki, Fərhada dağı çapdırdı,  

Dübarə tişəni çaldırdı başa o biçara.  

                         

M u s i q i  

 

İ k i s i b i r y e r d ə. 



 

Çün bahar oldu açıldı....  

Gül açıldı hər yanda. 

 

 



M u s i q i 

 

Çün bahar oldu açıldı....  



Gül açıldı hər yanda.  

Bülbül etdi ahü zarü  

Nalə çəkdi oxudu (2 dəfə) 

 

M u s i q i 



 

 



__________________Milli Kitabxana___________________ 

264 


 

Çünki gördü xari bülbül,  

Söylədi ki, ey birəhm! 

 

M u s i q i   



 

Çünki gördü xari bülbül   

Söylədi ki, ey birəhm! 

Səndə yoxdur eşq odu, 

Gəl həzər et naləmdən. (2 dəfə)  

  

M u s i q i  



 

Aşiq oldur ki, veribdir canini ol canana. 

 

M u s i q i 



 

Aşiq oldur ki, veribdir canini ol canana.  

Verməyibsə canini ol aşiq olmaz canana. (2 dəfə) 

 

Bu əsnada M ə ş ə d i  İ b a d, əlində bir yaylıq alma və armud küçədən gəlib, hasarın 



yanında dayanır. 

 

M ə ş ə d i  İ b a d. Mən istəyirdim ki, adaxlıbazlığa gecə gələm, halbuki, gündüz də 



bu hasardan aşmaq çətindir. Ya allah!... (İstəyir hasardan aşsın, amma bacarmayır). Yox 

görünür ki, mümkün olmayacaq. Qoy bir hambal çağırım, ayağımın altında yatsın. 

(Çağırır). Ada, hambal!   

H a m b a l (yüyurür). Nə deyirsən, Məşədi? Yükün nədir? (Kəndirini çıxardır). 

M ə ş ə d i  İ b a d (cibindən bir abbası çıxardır). Al abbasını, ayağımın altında yat. 

H a m b a l. Məşədi, olmaya oğurluğa gedirsən? 

M ə ş ə d i  İ b a d. Kəs səsini, axmaq! Adaxlıbazlığa gedirəm! 

H a m b a l. Məşədi, allah qüvvət versin, amma belimi şikəst eylərsən. (Yıxılır. 

Məşədi İbad onun belinə çıxır və hasardan baxır). 

M ə ş ə d i  İ b a d. Ada, hambal, o yaylığı mənə ver! 

H a m b a l. Məşədi, tərpənsəm yıxılarsan ki.... 

M ə ş ə d i  İ b a d. Dayan görüm! (Düşüb yaylığı götürür, bir də çıxanda yaylıq açılır, 

alma, armud yerə dağılır). 

M ə ş ə d i  İ b a d (hasardan baxır). Qız oradadır, yanında da bir oğlan var. Görəsən o 

kimdir? 

G ü l n a z (onu görüb). Vay, dədəm vay!... O kimdir? Mən qaçıram! (Qaçır). 

M ə ş ə d i  İ b a d (Sərvərə). Oğlan, sən kimsən? 

S ə r v ə r.  Bəs sən kimsən?  

M ə ş ə d i  İ b a d. Mən Məşədi İbadam!  



__________________Milli Kitabxana___________________ 

265 


 

S ə r v ə r. Mən Sərvərəm! 

M ə ş ə d i  İ b a d. Bəs sən orda nə qayırırsan?  

S ə r v ə r. Bəs sən orda nə qayırırsan?  

M ə ş ə d i  İ b a d. Mən adaxlıbazlığa gəlmişəm!  

S ə r v ə r. Mən də adaxlıbazlığa gəlmişəm!  

H a m b a l. A Məşədi, belim şikəst oldu!  

M ə ş ə d i  İ b a d. Ada, dayan görüm bu nə deyir! Qoçaq, sən kimin adaxlısısan? 

S ə r v ə r. Qoçaq, bəs sən kimin adaxlısısan? 

M ə ş ə d i  İ b a d. Mən Rüstəm bəyin qızı Gülnaz xanımın! 

S ə r v ə r. Mən də Rüstəm bəyin qızı Gülnaz xanımın! 

M  ə  ş  ə d i  İ b a d (acıqlı). Kəs səsini, axmaq! Sənin nə ixtiyarın var ki, mənim 

adaxlımın adını çəkirsən? 

S ə r v ə r. Axmaq sənsən ki, hasara dırmaşmısan! 

H a m b a l. A Məşədi, belim qırıldı, düş aşağı! 

M ə ş ə d i  İ b a d. Qurban olasan bu altımdakı hambala, yoxsa əhədini kəsərdim! 

(Düşür). 

S ə r v ə r. Heç bu iş pis olmadı, görək axırı nə olacaq?  

H a m b a l. Məşədi, belim sınıbdır, bir abbası da verəcəksən. 

M ə ş ə d i  İ b a d (hambala). Heç başa düşmürəm ki, bu nə işdir? 

H a m b a l. Məşədi deyəsən qızın iki namizədi vardır? 

M ə ş ə d i  İ b a d. Əşi, mən qızın halalca adaxlısı ola-ola hasarın bu tayında qalım, 

bir dələduzun birisi də o tayda olsun? Ay bivəfa arvad! (Fikrə gedir). 

 

M u s i q i 



 

M ə ş ə d i  İ b a d (rast oxuyur).  

 

Mən nə danəstəm əz əvvəl ke, to bi mehro vəfai,  



Əhdi nabəstən əz on beh ke, bə bəndi ya nə pai. 

 

Burada mənim yadıma Leyli və Məcnun əhvalatı düşür. 



 

Məcnun o tayda ahü zar edir,  

Leyli bu tayda əğyar ilə eyş edir. 

 

M u s i q i 



 

İndi mən bu tayda hambal ilə qalmışam,  

Yarım da o tayda əğyar ilə söhbət edir. 

 

M u s i q i 



 


__________________Milli Kitabxana___________________ 

266 


 

Yox, mən o məcnunlardan deyiləm, bu saat gedib qoçuları buraya yığacağam! 

(Gedir).G ü l n a z ilə S ə r v ə r çıxıb oxuyurlar. 

 

S ə r v ə r (şikəstəyi-fars oxuyur). 



Ey mələksima ki, səndən özgə heyrandır sana,  

Həqq bilir, insan deməz, hər kim ki, insandır sana.  

Verməyən canın sənə bulmaz həyati-cavidan,  

Zindeyi-cavid ona derlər ki, qurbandır sana. 

 

G ü l n a z və S ə r v ə r (təsnif oxuyurlar). 



 

Gözəlim sənsən mənim, 

 

M u s i q i 



Mehribanım, həmdəmim.  

M u s i q i 

Dəxi yoxdur heç qəmim,  

Çox şükür sənə, ey xuda!  

Olmadıq biz əğyarə fəda. (2 dəfə) 

M u s i q i  

Sən mənimsən, mən sənin. 

M u s i q i  

Ola bilməz özgənin. 

M u s i q i 

Həmi bir can, bir tənin,  

Çox şükür sənə, ey xuda!   

Olmadıq biz əğyarə fəda (2dəfə).  

M u s i q i 

Dərdimə tapdım dava, 

Qalmadı heç bir cəfa. (2 dəfə) 

Axır ki, gördük səfa, 

Çox şükür sənə, ey xuda! 

Olmadıq biz əğyara fəda.   

Əğyara fəda, əğyara fəda.... (2dəfə) 

 

Bu əsnada Q o ç u  Ə s g ə r və başqa adamlar gəlib, M ə ş ə d i  İ b a d l a  birlikdə 



hasarın dalında dayanıb baxırlar. 

 



Yüklə 5,8 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə