Üzeyir hacibəYLİ



Yüklə 5,8 Mb.
Pdf görüntüsü
səhifə64/102
tarix08.07.2018
ölçüsü5,8 Mb.
#54336
1   ...   60   61   62   63   64   65   66   67   ...   102

__________________Milli Kitabxana___________________ 

267 


 

M ə ş ə d i  İ b a d. Eşidirsiniz? Bayatı oxuyur.  

 

Bunlar hasarın deşiklərindən baxırlar. 



 

G ü l n a z. 

 

Aləmi pərvanəyi-şəmi-camalın qıldı eşq,  



Cani-aləmsən, fəda hər ləhzə min candır sana. 

 

Ə s g ə r. Oxa!  Qız da oxuyur ki! 



M ə ş ə d i  İ b a d. İndi gördünmü iş nə haldadır?  

Ə s g ə r. Məşədi İbad, bir bəri zəhmət çək (qabağa gətirib, nə isə deyir).  

S ə r v ə r. 

 

Çıxma, yarım, gecələr, əğyar tənindən sakın,  



Sən məhi-övci-məlahətsən, bu nöqsandır sana. 

 

Ə s g ə r. İki min manat pul verərsən: bir min mənim, bir min də yoldaşlarımın. 



M ə ş ə d i  İ b a d. Mən yazıq bir o qədər pulu sənə haradan verim? 

Ə s g ə r. Özün bil, istərsən çıxaq gedək. Sən də camaat içində biabır ol. Heç kəs də 

sən ilə alver etməz. Sənin kimi binamus adamı biz heç içimizə qoymarıq. Adə, gedək! 

M ə ş ə d i  İ b a d. Bir bura bax. Yaxşı, verərəm. Sabah gəl pulları apar, amma indi 

bircə əvvəl bu oğlanı öldür, yoxsa onun səsini eşitdikcə bağrım çatlayır. 

 

M u s i q i 



 

Q o ç u l a r. 

 

Ey kimsən orda, aç qapını! 



Aç qapını, gələk səni öldürək! 

 

M u s i q i 



 

Pişto doludur, hazır etmişik, 

Aç qapını, gələk səni öldürək! 

Ey, kimsən orda, aç qapını! 

Aç qapını, gələk görək kimdir o

Ey kimsən, ey, aç qapını! 

Aç qapını, gələk səni öldürək!  

 

G ü l n a z.  



Ax, Sərvər, qorxuram, səni öldürər bunlar. 

Gəl tez buradan qaçaq, tez-tez, gedək özgə şəhərə. 




__________________Milli Kitabxana___________________ 

268 


 

Ah, Sərvər, qorxuram,  

Açma gəl qapını sən.  

Yoxsa səni öldürər  

Qoçunun gülləsi.  

Gəl bəri, Sərvər, gəl! 

Q o ç u l a r. 

Aç qapını!  

S ə r v ə r. 

Söyləyin görüm bir siz,  

Nə istəyirsiniz məndən?  

Nə lazım sizə bu evdən,  

Ta xəlqin qapısından.  

Qorxmuram mən sizdən,  

Hər nə bilsəniz edin!  

Yaxşısı budur, siz gedin,  

Öz iş-gücünüzə. 

Q o ç u l a r. 

Sənsən Məşədi İbadın  

Gəlinin əlindən alan. 

Sənsən xəlqin evin yıxan.  

Səndə vardır çox günah, 

Gəldik səni öldürək. 

Ta kim, Məşədi xoş olsun.  

Biz də ondan pul alaq,  

Eyşü işrətə məşqul olaq 

Ondan biz! 

 

Ə s g ə r (qoçulara). Çıxardın piştoları, hazır olun! Mən bir, iki, üç dedikdə siz atın! 



Hazır olun! Bir ... iki.... 

 

S ə r v ə r fit çalır, qaradovoy  çağırır. Q o ç u l a r həmən saat qoyub qaçırlar.  H a m 



b a l ilə M ə ş ə d i  İ b a d dəxi qaçırlar. S ə r v ə r gülür. 

 

G ü l n a z. Ax, qorxudan ürəyim üstümdə durmur. 



S ə r v ə r. Heç qorxma, bəri gəl, gedək otağa (Gedirlər). 

 

Bu əsnada R ü s t ə m bəy küçədə vaqe olub, həyətə girmək istəyir. 



 

R ü s t ə m  b ə y. Hərçənd Məşədi İbadın bir-ikimin manat qulağını kəsdim, amma 

Gülnaza yazığım gəlir. Binəva bədbəxt olacaqdır. Mənim qızım Məşədi  İbadın tayı 

deyildir, amma nə eyləmək, pulsuzluğun üzü qara olsun. 

 



__________________Milli Kitabxana___________________ 

269 


 

İstəyir ki, içəri girsin, bu əsnada S ə r v ə r dəxi həyətdən çıxır. Bunlar bir-birini 

görüb, bir qədər təəccüb ilə baxışırlar. 

 

R ü s t ə m  b ə y. Sən kimsən və mənim evimdə nə qayırırsan?  



S ə r v ə r. Mən bir student babayam və sənin evində heç nə eyləmirəm. 

 

G ü l n a z ilə S ə n ə m çıxırlar. 



 

R ü s t ə m  b ə y (acıqlı). Bu saat de görüm, nə cürət edib mənim evimə gəlibsən? 

G ü l n a z. Öldürəcəkdir, hamımızı qıracaqdır. 

S ə n ə m. Allah, sən saxla, yazığıq!... 

S ə r v ə r. Mən sənin evinə heç vaxt gəlməzdim, hərgah sənin qızına aşiq olmasaydım 

və sənin qızın da mənə aşiq olmasa idi. 

R ü s t ə m  b ə y (hirs ilə). Bu nə sözdür danışırsan? Nə cürət edirsən? Bu saat başına 

bir patron çaxaram ki, beynin dağılar. 

S ə r v ə r. Patronu mən özüm çaxacağam. 

R ü s t ə m  b ə y. Kimə? 

S ə r v ə r. Özümə! 

R ü s t ə m  b ə y. Bu nə sözdür! 

S ə r v ə r. Çünki mən Gülnazı öldürəndən sonra daha özüm yaşamayacağam. 

R ü s t ə m  b ə y (acıqlı). Sən mənim qızımı öldürə bilməzsən! 

S ə r v ə r. Sənin xəbərin olmayacaqdır. 

R ü s t ə m  b ə y. Neçün? 

S ə r v ə r. Çünki əvvəlcə səni öldürəcəyəm. 

R ü s t ə m  b ə y. Bu nə danışır, ədə, dəlidir nədir? 

S  ə r v ə  r.  Bax,  sən bu qızı  bədbəxt eyləmək istəyirsən. Amma mən, Sərvər, sən 

Rüstəm bəyə deyirəm ki, hərgah bunu mənə verməsən, onda bir güllə sənə, bir güllə qıza 

və bir güllə də özümə vuracağam! (Gedir). 

R ü s t ə m  b ə y. Bacı oğlu, bir bura bax! Axı, mən özgəsinə söz vermişəm, iş işdən 

keçibdir. 

S ə r v ə r. Hərgah sən mən deyənə razı olsan, işi düzəldərəm. 

R u s t ə m b ə y. Nə tövr düzəldərsən? 

S ə r v ə r. Əvvəl de görüm, acığın soyudumu? 

R ü s t ə m  b ə y. Soyudu. 

 

S ə r v ə r əyilib onun qulağına nə isə deyir. 



 


__________________Milli Kitabxana___________________ 

270 


 

R ü s t ə m  b ə y. Əşi, qoy görək! Eylə də iş olarmı?  

S ə r v ə r. Sənin canın üçün, mən düz deyirəm, razısanmı? 

R ü s t ə m  b ə y. Yaxşı, razıyam, amma  bəlkə baş tutmadı? 

S ə r v ə r. Onda qızı hər kəsə istəyirsən ver!  

R ü s t ə m  b ə y. Çox gözəl! 

S  ə r v ə r. Amma sən Məşədi  İbada heç bir söz demə  və onu tələsdir ki, tez toyu 

eləsin. 


R ü s t ə m  b ə y. Çox gözəl, deyəsən ağıla batan şeydir, görək? 

S ə r v ə r. Bax, əyər iş tutdu-tutdu və illah tutmadı.... 

 

M u s i q i 



 

H a m ı. 

Babalı Sərvərin boynuna. (2 dəfə) 

S ə r v ə r. 

Əyər işi düz eləməsəm....  

R ü s t ə m  b ə y. 

Düz eləməsən....  

S ə r v ə r. 

Gər bacarmasam....  

 

R ü s t ə m  b ə y. 



Gər bacarmasan....  

H a m ı. 

Babalı Sərvərin boynuna. (2 dəfə) 

 

Musiqi çalınır, oynayırlar və sonra gedirlər. M ə ş ə d i  İ b a d pərişan və pəcmürdə 



bir hal ilə küçədə vaqe olur, hambal da dalınca. 

 

M u s i q i  



 

M ə ş ə d i  İ b a d (bayatı oxuyur). 

Ayrı düşdüm yarımdan, 

Əl çəkmişəm canımdan, 

O qədər başımı itirmişəm ki, 

Adım çıxıb yadımdan. 

H a m b a l. 

Mən aşiq o kəndə də,  

Belə o kəndə də, bu kəndə də.  

Belə əcəb oğlan qoyub getmisən  

A bu kişini əkən dədə! 

 

Küçə a d a m l a r ı hamısı buraya yığılırlar. 




Yüklə 5,8 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə