Üzeyir hacibəYLİ



Yüklə 5,8 Mb.
Pdf görüntüsü
səhifə62/102
tarix08.07.2018
ölçüsü5,8 Mb.
#54336
1   ...   58   59   60   61   62   63   64   65   ...   102

__________________Milli Kitabxana___________________ 

260 


 

R ü s t ə m  b ə y. Həzərat! Təvəqqə edirəm stola əyləşin; bir qədər boğazımızı yaş 

edək. 

 

Hamı oturur, M ə ş ə d i  İ b a d d a n başqa. 



 

R z a  b ə y. Bəs Məşdi İbad? 

M ə ş ə d i  İ b a d, Xeyr məni bağışlayın, mən pəhrizəm. Siz öz işinizlə məşğul olun, 

mən buradaca əyləşərəm. (Bir tərəfdə bir kresloda əyləşir). 

H ə s ə n q u l u  b ə y. Həzərat! Təvəqqə edirəm stakanlarınızı doldurasınız və mənə 

də izn verəsiniz ki, bir neçə kəlmə söz deyim. 

H a m ı. Buyur, buyur. 

H ə s ə n q u l u  b ə y. Həzərat! Özünüzə məlumdur ki, dünya getdikcə xarablaşır, 

yəni mən onu demək istəyirəm ki, bu dünya getdikcə xarab olur; öylə ki, hamının qəlbi 

pozulub, min cür hiylə ilə dolur, yəni mən onu demək istəyirəm ki, bu dünyada təmiz və 

saf qəlbli adam tapmaq çətindir. 

M ə ş ə d i  İ b a d (kənara). Ələlxüsus mənim kimi axmağı ki, sənə iki yüz manat 

verib, iki ildir ki, ala bilmirəm. 

H ə s ə n q u l u  b ə y. Yəni mən onu demək istəyirəm ki, bu qədər çirkin ürəkli və 

qara qəlbli adamlar içində bir nəfər də saf dərun və qəlbi pak adam görmək necə böyük 

xoşbəxtlikdir.  İndi mən onu demək istəyirəm ki, həmin o kənarda oturan Məşədi  İbad 

həmin saf dil adamların  ən böyüyüdür, ona görə qalxızaq bu badəni onun sağlığına. 

Yaşasın Məşədi İbad! 

H a m ı. Yaşasın, yaşasın, Məşədi İbad! 

Ə s g ə r (Ayağa durur, çox bərk danışır). Günlərin bir günü, axşam saat doqquzda 

bazardan gəlirdim. Ada, bir də gördüm ki, birisi dalımca gəlir. Bir az getdim gördüm ki, 

yenə  gəlir. Dedim, yəqin ki, mənimlə düşməndir, o saat piştovu belimdən çıxartdım 

(göstərir), çəkdim yuxarı ayağa, dedim: ədə, dayan! Bir də gördüm dalımca gələn 

götürüldü; ədə, dayan, ədə dayan!... Dayanmadı, part, bir güllə!... Bir də gordum: sarap!... 

Yıxıldı yerə. Dedim, baxım görüm kimdir? Bir də gordum kim?... Həmin bu Məşdi İbad! 

Dedim, yəqin kişini öldürmüşəm. Amma, allahdan olan kimi, güllə  dəyməmişdi. (Gəlir 

yanına). Sağ ol Məşdi İbad! Sağlığına içirəm. 

M ə ş ə d i  İ b a d. Çox sağ ol! (Kənara). Heç görün dəxli var?! 

R z a  b ə y (durur). Əfəndilər, müsaidənizlə bir qaç kəlmə söz ifadəsinə  əşəddi 

ehtiyacım vardır. (Heç kəs dinməyir).  Əfəndilərim, sükut eyliyirsiniz, əcəba, müsaidə 

vermiyorsinizmi! (Yenə heç kəs dinmir). Əfəndilər, bir də cavab verməyəcək olsanız, bu  



__________________Milli Kitabxana___________________ 

261 


 

mübhəm sükutinizi kəndim üçün böyük bir həqarət  ədd edəcəyəm. Bəkləyürəm, 

əfəndilərim! (Yenə heç kəs dinməyir). Rüstəm bəy, bəndənizi təhqir etmək fikriniz var 

idisə, nə üçün bunu xanənizdə icra ediyorsiniz, bunu başqa bir yerdə  əda etmək qabil 

dəyildimi? 

R ü s t ə m  b ə y. Çox sağ ol, çox razıyam! 

R z a  b ə y (acıqlı). Canım, siz anlamıyorsınızmı ki, mən nə diyorəm; ya həqarətmi? 

Oylə isə, mən burada oturmam? (Tələsik papağını geyir). 

R ü s t ə m  b ə y. Rza bəy, hara buyurursan? 

R z a  b ə y. Canım, mən həqarət qəbul edən adam deyiləm, on dəqiqədir ki, sizdən 

söz deməyə izn istəyirəm, amma cavabında dinməyirsiniz; bu böyük həqarətdir, sabah 

bunu qəzetəmdə yazaram. 

H ə s ə n q u l u  b ə y. Deməli, sən bizdən izn istəyirmişsən? Əşi, vallah, mən elə 

bildim ki, sən nitq söyləyirsən, başa düşə bilmədim. 

O  b i r i l ə r i. Vallah, biz də başa düşmədik. 

M ə ş ə d i  İ b a d. Axı, o qədər qəliz danışırsan ki, bilmək olmur ki, nə deyirsən. 

Mənim özüm tarix-nadir kitabını yarısına qədər oxumuşam, amma sənin dilini anlamıram. 

Bu bisavadlar neyləsin? (Rüstəm bəy durub Rzanı oturdur). 

R ü s t ə m  b ə y. Sən allah, bizi məyus eyləmə, bağışla, anlamadıq. Bisavad adamıq. 

H ə s ə n  b ə y (ayağa durur). Ğaspoda, mənə pazvolt eyləyin, bir-iki kəlmə Rüstəm 

bəy haqqında söz söyləyim! 

H a m ı. Buyur-buyur! 

M ə ş ə d i  İ b a d. Görək, bu nə deyir? 

H ə s ə n  b ə y. Ğaspoda! Platon demişdir ki, çelovek civotnoye obşestvennoye, yəni 

insan bir sürü heyvandır. 

M ə ş ə d i  İ b a d. Heyvan özünsən! 

H  ə s ə n  b ə y. Məşhur uçonıy Darvin də bütün hamıya dokazat eylədi ki, insan 

meymundan əmələ gəlibdir. Darvinin bu sözü ilə saqlasitsya olmaq üçün gedib Afrikadakı 

"buşmen"lərə  və "kontintot"lara baxmaq lazım deyil. Ancaq dovolno çto, bizim bu 

məclisimizdə oturan Məşədi İbada baxmaq lazımdır. (Hamı başını aşağa salır). Bu sözlər 

ilə mən Məşədi İbadı askarbit eyləmək istəmirəm, mən özüm də meymuna bənzəriyəm. 

Amma bir o qədər yox. No Məşədi İbad isə lap aranğutan meymunudur ki, durubdur. Mən 

yenə povtarit eyləyirəm ki, mənim qəsdim Məşədi İbadı askarbit eyləmək deyildir. Ancaq  



__________________Milli Kitabxana___________________ 

262 


 

mən onu yetirmək istəyirəm ki, pozvolte, Məşədi İbadın nəyi və harası Rüstəm bəyə xoş 

gəlibdir ki, gözəl qızı olan madmazel Gülnazı ona verir? Gözəlliyi? Xeyr! Məşədi İbad, 

ərz eylədim ki, çirkindir. 

M ə ş ə d i  İ b a d. Mürtəd oğlu mürtədi yıxıb ağzına-ağzına vurasan. 

H  ə s ə n  b ə y. Cavanlığı? Xeyr, Məşədi  İbad qocadır. Bəs nəyi? Neujeli Məşədi 

İbadın pulu, malı, dövləti? Xeyr, xeyr; Rüstəm bəy pulagir adam deyildir. Nakones, bəs 

nəyi? Bu saat ərz eyləyim. Bax, biz burada şərab içirik, amma Məşədi İbad içmir. Deməli, 

Məşədi  İbad nədir? Məşədi  İbad istinni müsülmanindir; i tak, Rüstəm bəy öz qızını, 

mənim mneniyama görə, Məşədi İbadın istinni müsülmanin olmağına görə veribdir, ona 

görə yaşasın Rüstəm bəy! 

H a m ı (yavasdan). Yasasın, yasasın!... 

R z a  b ə y. Maşallah bu kəlama!  

H ə s ə n q u l u  b ə y. Daha nitq demək lazım deyildir. Duraq ayağa! 

H a m ı. Duraq! (Dururlar). 

Ə s g ə r. Yavaş-yavaş getmək vaxtı dəyildirmi? 

H a m ı. Bəli, vaxtdır. 

H ə s ə n q u l u  b ə y. Rüstəm bəy, xudahafiz (əl verir). Məşədi İbad, xudahafiz (əl 

verir). 

Ə s g ə r. Rüstəm bəy, xudahafiz, Məşdi İbad, xudahafiz. 

H ə s ə n  b ə y. Rüstəm bəy, xudahafiz, Məşdi İbad, xudahafiz (əl verir). 

M ə ş ə d i  İ b a d (acıqlı). Cəhənnəm ol o yana, mürtəd! Mənə meymun deyib, sonra 

da əl verirsən? 

R ü s t ə m  b ə y. Nə oldu, nə oldu? 

H ə s ə n  b ə y. Pozvolte, pozvolte, ya yemu zadam merzavsu! 

 

Hamı yığılır. "Nə oldu, nə oldu?"  deyib, aralaşdırırlar, şuluqluq düşür. 



 

M u s i q i 

 

H ə s ə n  b ə y. 



 

Mən sənə tay-tuş deyiləm, vurram başın, (2 dəfə) 

Darbadağın lap dağılar, rədd ol burdan. (2 dəfə) 

 

H ə s ə n q u l u  b ə y. 



 

A gedə, Həsən, bəs deyilmi, eyb olsun ki, 

İntiligent ola-ola savaşırsan. (2 dəfə) 

 

M ə ş ə d i  İ b a d. 



 

Qoy məni bir ağzın əzim bu mürtədin, (2 dəfə). 

Meymun özü ola-ola mənə deyir. 



Yüklə 5,8 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə