Üzeyir hacibəYLİ



Yüklə 5,8 Mb.
Pdf görüntüsü
səhifə65/102
tarix08.07.2018
ölçüsü5,8 Mb.
#54336
1   ...   61   62   63   64   65   66   67   68   ...   102

__________________Milli Kitabxana___________________ 

271 


 

M ə ş ə d i  İ b a d. 

İşlərim hamısı zülm getdi.  

At axtardım çulum getdi.  

Cavan qıza bel bağladım,  

Beş min manat pulum getdi. 

 

M u s i q i  



 

A d a m l a r. 

Əvvəldən aşina idin, yad oldun nədən? (2 dəfə)  

Səni qoydu qaçdı o nazik bədən! 

Ay belə iş olmaz, bala,  

Heç belə iş olmaz!  

Aman, aman, aman, aman,  

Ay belə iş olmaz, bala,  

Heç belə iş olmaz! 

 

M ə ş ə d i  İ b a d. 



Əvvəldən bilsəydim verməzdim pulu, (2 dəfə) 

Xəlqin eyləməzdim cibini dolu. 

Ay maralım, Gülnaz, bala, ay maralım, Gülnaz! 

Aman, aman, aman, aman!... 

Ay maralım, Gülnaz, bala, ay maralım, Gülnaz! 

 

A d a m l a r. 



Dedin qocalıqda bir qız alasan, (2 dəfə)  

Cavan qızı alıb evə salasan.  

Ay belə is olmaz!...  

H a m b a l. A Məşədi, belim sınıbdır, sən gəl bir abbası da verginən. 

M  ə  ş  ə d i  İ b a d (lap azarlı kimi). A gedə, rədd ol başımdan! Mən nəyin 

dərdindəyəm, sən nəyin dərdindəsən. Təki mənim də dərdim sənin kimi bir abbası olaydı. 

 

Millətpərəst H ə s ə n q u l u  b ə y gəlir. 



 

H ə s ə n q u l u  b ə y. Məşədi İbad, salamünəleyküm. A kişi, bu nə işdir? Eşitdim ki, 

qızın iki adaxlısı vardır? 

M  ə  ş  ə d i  İ b a d. A Həsənqulu bəy, sən allah, indi insaf eləyin. Sənin yanında 

Rüstəm bəy demədi ki, qızı sənə verirəm? 

H ə s ə n q u l u  b ə y. Dedi! 

M ə ş ə d i  İ b a d. Sonra məni evinə çağırmadı?  

H ə s ə n q u l u  b ə y. Çağırdı!  




__________________Milli Kitabxana___________________ 

272 


 

M ə ş ə d i  İ b a d. Siz də qonaq gəlmədiniz?  

H ə s ə n q u l u  b ə y. Gəldik! 

M ə ş ə d i  İ b a d. Qonaqlıqda məni mübarəkbad eləmədiniz? 

H ə s ə n q u l u  b ə y. Elədik! 

M ə ş ə d i  İ b a d. Birisi də mənə orada meymun demədi? 

H ə s ə n q u l u  b ə y. Dedi. 

M ə ş ə d i  İ b a d. Mən də onunla dalaşmadım? 

H ə s ə n q u l u  b ə y. Dalaşdın! 

M ə ş ə d i  İ b a d. Siz də bizi aralaşdırmadınız? 

H ə s ə n q u l u  b ə y. Aralaşdırdıq! 

M  ə  ş  ə d i  İ b a d (bərkdən). Bəs bu nə  kələkdir ki, Rüstəm bəy mənim başıma 

gətirir, özü də hələ mənim beş min manat pulumu yeyibdir. 

H  ə s ə n q u l u  b ə y. Sən heç qəm eyləmə.  İşi düzəltmək asandır.  İstərsən mən 

düzəldərəm! 

M ə ş ə d i  İ b a d. A kişi, atana allah rəhmət eyləsin, düzəlt, düzəlt yoxsa əhvalım 

çox pərişandır. 

H ə s ə n q u l u  b ə y. Çox gözəl! Onda tez ol, bir beş yüz manat ver, çünki bu işdə 

bir balaca pul lazımdır. 

M ə ş ə d i  İ b a d (təəccüb ilə). Nə? Beş yüz manat pul verim?! 

H ə s ə n q u l u  b ə y. Əlbəttə, pulsuz olmaz ki!... 

M ə ş ə d i  İ b a d. Ə kişi, vallah, mən dağıldım, mən söküldüm, mən bu qədər pulu 

haradan alım verim! 

H ə s ə n q u l u  b ə y. Özün bilərsən, amma mən belə güman edirəm ki, beş min 

manat verən adam, beş yüz də verə bilər, artıq pul deyildir.  

M ə ş ə d i  İ b a d (əlini qoynuna salıb pul çıxardır). Çünki oldun dəyirmançı, çağır 

gəlsin dən, Koroğlu! Bu bir yüz, bu iki yüz, bu üç yüz. Özün də mənə iki yüz boşlusan, 

elədi beş yüz. 

H ə s ə n q u l u  b ə y. Hə!... İndi işi düzəldərəm, ancaq sən bir qəzetçi  Rzanı da gör, 

çünki Rüstəm bəy qəzetədən çox qorxan adamdır. (Baxır). Aha, budur, özü də gəlir. 

 

R z a vaqe olub Həsənqulu bəyə baş əyir və Məşədi İbadın yanına gedir. 



 

R z a bə y. Salamünəleyküm, Məşədi! A kişi, bu nə əhvalatdır, deyirlər ki, qızın iki 

adaxlısı var imiş! 

M ə ş ə d i  İ b a d: Ay Rza bəy, səndən bir təvəqqəm var, sən gəl qələmi al əlinə və 

bu əhvalatı qəzetdə yaz, Rüstəm bəyi biabır eylə, çox təvəqqə edirəm! 



__________________Milli Kitabxana___________________ 

273 


 

R z a  b ə y. Bağışlayın, Məşədi, mən onu eyləyə bilmərəm! 

M ə ş ə d i  İ b a d. Neyçün? 

R z a  b ə y. Çünki o cür şey mənim məsləkimə müğayirdir, bu iş  sənin öz xüsusi 

işindir, camaata nə dəxli var qəzetdə yazam?! 

M ə ş ə d i  İ b a d. A kişi, vallah, elə bunun özü qəzet əhvalatıdır. 

R z a  b ə y .... Yox, Məşədi. Mən bacarmaram və heç vaxt müğyir-məslək iş görə 

bilmərəm! 

M  ə  ş  ə d i  İ b a d (əlini cibinə salıb, bir yüzlük çıxardır və guya kağız  əvəzinə 

göstərir.). A kişi; axır bu bir parça kağızı yazmaq çətin şeydirmi? 

R z a  b ə y (pulu görür). Hə!... Bu başqa məsələdir, indi başa düşdüm ki, sən nə 

deyirsən; yazaram, çox yaxşı yazaram! 

M ə ş ə d i  İ b a d. Bax, elə yaz ki, xalq oxuyub Rüstəm bəyə zad eyləsin..... Adı 

nədir?!... Siz ona nə deyirsiniz?  

R z a  b ə y. İzhari-nifrət! 

M ə ş ə d i  İ b a d. Hə, hə!... İzhari-nifrət, izhari-nifrət! 

 

Bu halda intelligent H ə s ə n gəlir. 



 

H  ə s ə n  b ə y. Sən keçən səfər məni askarbit eləmişsən, zato mən səni suda 

çəkmişəm. 

M ə ş ə d i  İ b a d. A kişi, sən allah, əl çək məndən. Mənə meymun dedin bəs deyil, 

sonra da suda çəkirsən?! 

H ə s ə n  b ə y. Xeyr, əl çəkmərəm, gərək sudda cavab verəsən. 

M ə ş ə d i  İ b a d. Ay camaat, mən burda öz həşrimə qalmışam, bu da gəlibdir ki, 

səni suda çəkirəm! 

H ə s ə n q u l u  b ə y. (Məşədini bəri çəkir). Məşədi, ağzına bir şey ver, rədd olsun! 

M ə ş ə d i  İ b a d. Yəni buna da pul verim? 

H ə s ə n q u l u  b ə y. Bir əlli manat ver, əl çəkər. 

M ə ş ə d i  İ b a d (çıxardır). Ala, ala, rədd ol bas?mdan!... 

H ə s ə n  b ə y. Eto druqoye delo. Ərizəmi geri alaram. 

M ə ş ə d i  İ b a d. Diriqoy, ya qeyri diriqoy.... 

H a m b a l. A Məşədi, bu qədər xəlqə pul paylıyırsan, mənə də bir abbası ver, belimi 

sındırbısan! 

M ə ş ə d i  İ b a d. Əşi, rəddə o ol yana, bir sən qalmışdın ki, məni soyasan. (Yüyurür 

hambalın üstə, hambal qaçır, amma sonra yenə gəlir). 




Yüklə 5,8 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə