Üzeyir hacibəYLİ



Yüklə 5,8 Mb.
Pdf görüntüsü
səhifə61/102
tarix08.07.2018
ölçüsü5,8 Mb.
#54336
1   ...   57   58   59   60   61   62   63   64   ...   102

__________________Milli Kitabxana___________________ 

257 


 

S ə n ə m. Görünür ki, sənin çox pulun vardır.  

M ə ş ə d i  İ b a d. Sənin dövlətindən kefim çox kökdür. (Əlini cibinə salıb, bir abbası 

çıxardır). Buyur, bu abbasını saxla, lazım olar saqqıza verib çeynərsən. 

S ə n ə m. Xeyr, çox sağ ol, pul lazım olsa, ağam verər.  

M ə ş ə d i  İ b a d. Aha, o başqa məsələ. (Pulu qoyur cibinə). Heç pis arvad deyildir. 

(Ona). Bir mənə de görüm sənin ərin var? 

S ə n ə m. Xeyr, yoxdur. 

M ə ş ə d i  İ b a d. Çox gözəl. (Kənara). Qabaqdan bilsəydim əvvəlcə bunu alardım, 

sonra xanımı! (Ona). Kefin necədir, yaxşı dolanırsanmı? 

S ə n ə m. Nə üçün, şükür allaha, yaxşıyam. 

M ə ş ə d i  İ b a d. Çox gözəl. (Gülnaza). Xanım, heç sən danışmırsan? 

G ü l n a z. Mən qulaq asıram. 

M  ə  ş  ə d i  İ b a d. Çox gözəl. Qulaq asmaq da yaxşı  şeydir. (Kənara). Qəribə 

yerdəyəm, vallah, bir gözəl o yanımda, bir gözəl bu yanımda. Şair çox gözəl deyibdir ki 

(oxuyur): 

 

Hüsn bağında gəzəsən,  



Gülü sünbül dərəsən.  

Sən kimi bir gözəli  

Bağın içində görəsən. 

 

G ü l n a z. Baxasan gül yanağına, olasan məstu xumar.  



B i r y e r d ə. Deyəsən heç bir işrət olmaz, sən öləsən! 

 

M u s i q i  



 

S ə n ə m. 

 

Qoca kaftar, sənə on beş yaş olan qız nə gərək?  



Qorxmayırsanmı ki, axırda gələ başa kələk. 

 

G ü l n a z. 



 

Sənə yüz yaşlı dul arvad yaraşar, ey dəyənək!  

 

B i r y e r d ə. Üzünü it də görərsə yalamaz, sən öləsən! 



 

M u s i q i 

 

M ə ş ə d i  İ b a d. 



 

Görürəm kim, mənə sən çox yetirirsən gözünü.  

Qorxuram kim, ki axırda itirəsən özünü. 



__________________Milli Kitabxana___________________ 

258 


 

G ü l n a z. 

 

İstəyirsənmi, sözün mən deyərəm lap düzünü, 



 

B i r y e r d ə. Sən kimi bir qocaya qız yaramaz, sən öləsən! 

 

G ü l n a z (Dururlar). Hələ ki, xudahafiz, biz gedək.  



M ə ş ə d i  İ b a d. Ay çox sağ olun, allah pənahında olasınız! (Gedirlər). Bir dəli 

şeytan deyir ki, ikisini də birdən al! 

R ü s t ə m  b ə y (daxil olur). Necədir, qızı bəyəndin?  

M ə ş ə d i  İ b a d. Qızı da bəyəndim, hələ desən qulluqçunu da! 

R ü s t ə m  b ə y. Bir beş-altı yüzdən keç, onu da sənə peşkəş eləyim. 

M ə ş ə d i  İ b a d. Yox, o hələ sonranın işidir. Yaxşı, indi hələ ki, mən getdim! 

R ü s t ə m  b ə y. Yox, Məşədi, bir az dayan!  

M ə ş ə d i  İ b a d. Nə var ki? 

R ü s t ə m  b ə y (yalançı sədaqət ilə). Məşdi İbad, sənin üzünə demirəm, amma, sən 

bunu bil ki, mən sənin qohumluğunu özüm üçün böyük bir fəxr bilirəm. Ona görə bir 

balaca şadyanalıq edək. Bir neçə nəfər dost-aşna cağırmışam, indi bu saat gələrlər, oturub 

söhbət edərik. 

M ə ş ə d i  İ b a d. Rüstəm bəy! Çox adamlar mənimlə qohum olmaq istədilər, hətta 

qubernatın dilmancı  Cəfər bəyin xalası  oğlu Daşdəmir bəyki, mənə iki min manat pul 

verəcəkdir və  səkkiz yüz otuz altı manat on dörd şahı mamiləsi edir,keçən gün mənə 

deyirdi ki, bir qızım olubdur, qoy böyüsün, sənə verəcəyəm. Amma mən hər adamla 

qohum olmaq istəmirəm. Qərəz.... Qonaqların kimdir? 

R ü s t ə m  b ə y. Birisi millətpərəst Həsənqulu bəydir ki, sən onu tanıyırsan. 

M ə ş ə d iİ b a d. Yaxşı tanıyıram, mənə iki yüz manat da verəcəkdir. 

R ü s t ə m  b ə yBirisi qəzetçi Rzadır ki, tanıyırsan, birisi qoçu Əsgərdir ki, onu da 

tanıyırsan. Biri də intelligent Həsəndir ki, onu tanımazsan. Çünki o bir qədər 

mərdimgirizdir, çox oxuyub deyən bir qədər başı xarab olubdur. (Qapı döyülür). Aha, 

gəldilər. Buyurun-buyurun! 

 

Qapı  açılır, H ə s ə n q u l u  b ə y, R z a, Ə s g ə r, H ə s ə n və xor daxil olurlar. 



Sonra səhnənin ortasında üç-üç, durub, guya söhbət edir kimi oxuyurlar 

 

M u s i q i 



 

H ə s ə n q u l u  b ə y. 

 

Deyirlər ki, toy olacaq.  



 

R z a  b ə y. 

 

Məşdi İbad qız alacaq.  




__________________Milli Kitabxana___________________ 

259 


 

Ə s g ə r. 

Söylə görüm toy haçandır?  

H ə s ə n  b ə y. 

Doğrudurmu toy olacaq? 

H a m ı. 

Bəs nə vədə, nə vədə toy olacaq. (2 dəfə)  

R ü s t ə m  b ə y. 

Allah qoysa, tez toy olar.  

R z a  b ə y. 

Söylə görüm toy haçandır?  

M ə ş ə d i  İ b a d. 

İnşallah, tez toy olar.  

H ə s ə n  b ə y. 

Doğrudurmu toy olacaq? 

H a m ı.  

Bəs nə vədə, bəs nə vədə toy olacaq. (2 dəfə)  

H ə s ə n q u l u  b ə y. 

Yəqindir ki, bu toyda....  

Ə s g ə r. 

Bu toyda....  

H ə s ə n  b ə y. 

Bu toy, bu toy, bu toyda....  

H a m ı. 

Cib dolacaq, dolacaq pullar ilən. (2 dəfə)  

Bəs nə vədə, nə vədə toy olacaq. (2 dəfə) 

 

M u s i q i 



 

R ü s t ə m  b ə y. Həzərat! Əhvalat özünüzə məlumdur. Mən gözümün ağır-qarası 

olan bir qızımı, bax, bu kişiyə ərə verirəm. 

R z a  b ə y (kənara). Kişiyə yox, kişinin puluna.  

R ü s t ə m  b ə y. Və özüm də bu qohumluğu özüm üçün....  

R z a  b ə y. Pul dağarcığı hesab edirəm.  

R ü s t ə m  b ə y. Böyük bir şərəf hesab edirəm.  

H a m ı. Əlbəttə, əlbəttə. Allah mübarək eləsin! 

 

Bu əsnada nökərlər daxil olub, stol qururlar və üzərinə butulka, stakan və "zakuska" 



düzürlər. 

 



Yüklə 5,8 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə