Üzeyir hacibəYLİ



Yüklə 5,8 Mb.
Pdf görüntüsü
səhifə54/102
tarix08.07.2018
ölçüsü5,8 Mb.
#54336
1   ...   50   51   52   53   54   55   56   57   ...   102

__________________Milli Kitabxana___________________ 

234 


 

M ə r c a n  b ə y--Nə dedi? 

S ə f i--Dedi bu kağızı Mərcan bəyə ver.  

M ə r c a n  b ə y--Yaxşı, get. (Səfi gedir. Mərcan kağızı öpüb, qoyur gözlərinin 

üstünə). Oxxay! A bu kağızı yazan əllər, a bu kağızı yazan əllərin sahibi! Sən ki, 

mənim dərdimdən dəlisən, mən də sənin dərdindən dəli olacağam. (Ağlamsınır). Ox, 

aşiq oldum, dəli oldum. Yox-yox, bu eşq məni öldürər. Mənim eşq bəlasına bir o 

qədər tabım yoxdur. Doğrudan da ki: məhəbbət bir bəla  şeydir, giriftar  olmayan  

bilməz.    Ey  iyirmi  üç  yaşında nazənin! Sən iki yüz min manatını  mənə qurban 

edirsənsə, mən də  əlli  min  manatı-sənə qurban edirəm və bir canımı da üstündə 

verirəm. (Bərkdən). Yox-yox, rədd olsun Minnət! Mən gərək onu bu gün boşayam, 

mən aşiqəm, aşiq!  

 

Qəzayi-eşqi ta kördüm, səlahi-əqldən durəm.  



Məni rüsva görüb, eyb etmə, ey naseh ki, məzurəm.  

 

Kərbəlayı Qubad! Kərbəlayı Qubad! (Kərbəlayı Qubad daxil olur). Başına 



dönüm, axı  mən aşiq olmuşam. Sən allah, bu işi bu gün qurtar. Məni Minnətin 

üzündən xilas eylə, allah atana rəhmət eyləsin. Zərər yoxdur, sənə iki min beş yüz 

əvəzinə, üç, min manat verərəm. Mən aşiq olmuşam.... Mənə  aşiq.... Mənə  aşiq 

olublar.... Mən də  aşiqəm.... Eşq vurub başıma. Oy, ürəyim xarab olur.... Nə  şirin 

şeydir bu eşq.... Oy, bitab oldum. (Yıxılır səndəlin üstə, ürəyi bitab olan tək olur). 

 

K ə r b ə l a y ı  Q u b a d--Ağa, ağa Mərcan bəy! Ağa Mərcan bəy, ay ağa! 



M ə r c a n  b ə y (gözünü açır)--Hə!... 

K  ə r b ə l a y ı  Q u b a d--Ağa! Olmazmı o beş yüz manatı bu saat mənə 

verəsən! Çünki o, notariusda yazılmayıbdır. Əgər arvadı bu gün tovladım, tovladım; 

tovlamadım, onda beş yüz manatı gətirib verərəm özünə. 

M ə r c a n  b ə y--Yaxşı, bir hovur verərəm. Ürəyim xarab oldu, aşiq olmuşam. 

Ey iyirmi üç yaşında nazənin! (Bitab olur. Sonra birdən ayağa durub kağızı cibindən 

çıxardır). Ay kişi, kağızda da yazıbdır ki, sabah saat altıda gələcəyəm.... Kağız dünən 

yazılıbdır, deməli, bu gün gələcəkdir. Hurra!... Bu gün gələcəkdir. İndi saat neçədir? 

(Saata baxır). Saat ikidir, hələ dörd saat var. De bircə, Kərbəlayı, sən tez ol, işini gör. 

Kə r b ə l a y ı Q u b a d--Mən hazıram, ancaq arvad gəlsə başlarıq. 

M ə r c a n  b ə y--Aha, çox yaxşı, sən get qapıda dur, sonra çağırram. (Qubad 

gedir). Səfi! Səfi! (Səfi daxil olur). Get, Minnət xanımı buraya çağır.  




__________________Milli Kitabxana___________________ 

235 


 

(Səfi gedir). Yox, bu kağız mənə cürət verdi. Mən ona açıq-açığına deyəcəyəm 

ki, səni boşayıram, daha səninlə bir yerdə ola bilmərəm. 

M i n n ə t  x a n ı m (daxil olur)--Buyurun! Nə deyirsən! (Gülümsünür).... 

M ə r c a n  b ə y--Minnət.... (Kənara). Cürətim gəlməyir, gözümü bərk qorxuzub. 

(Ona). Minnət.... Ey! (Kənara). Lap arvada dönmüşəm. (Ona). Ağız, Minnət!... Çörək 

yeyibsən? 

M i n n ə t  x a n ı m--Yemişəm! Nə eyləyirsən? 

M ə r c a n  b ə y--Sözün doğrusu, daha bundan sonra mən səninlə bir yerdə ... 

çörək yeyəcəyəm. (Kənara). Tfu mənim üzümə; görün mən nə deyirəm, ay camaat!... 

M i n n ə t  x a n ı m--Daha niyə acıqlanırsan? 

M  ə r c a n  b ə y--Çünki (kağıza baxır). Acığımı  sən tutdurursan, sən! Bütün 

təqsir səndədir. Ona görə bir də mən səninlə dolana bilmərəm, gərək səni boşayam. 

(Kənara). Allah, sənə şükür, dedim. 

M i n n ə t  x a n ı m--Aha! Deməli, çörək bəhanə imiş! Sən məni boşamaq 

istəyirsən! Çox əcəb! Mən də namərd qızıyam, əgər bir dəqiqə sənin evində qalsam. 

Boşa məni! 

M  ə r c a n  b ə y (kənara)--Nə yaxşı razı oldu! (Ona), Əlbəttə boşayacağam, 

təvəqqə edirəm ki, bu gün mənim evimdən çıxasan. 

 

M ə r c a n  b ə y gedir. M i n n ə t  x a n ı m tez gedib G ü l p ə r i n i  çağırıb 



evdə oturdur, özü də pərdənin dalına girir. 

 

M i n n ə t  x a n ı m--Gülpəri, dünən dediyim sözləri unutma, mən deyən kimi 



əməl eylə! (Gizlənir). 

G ü l p ə r i--Arxayın ol! (Üzün bərk tutub oturur).  

K ə r b ə l a y ı  Q u b a d (daxil olur)--Oho!... Oho!... (Öskürür, sükut).  Bu gün 

hava çox istidir.  (Sükut). Görəsən bu  evlərin hamısı Mərcan bəyindir?  (Bir  qədər  

çırtıq vurur). 

 

(M u s i q i) 



 

Ay xanım, xanım, dərdin alım,  

Bəs məni neylərsən, vəsməni neylərsən?... 

 

(M u s i q i) 



 

Qaşın qara, gözün qara,  

Bəs məni neylərsən, vəsməni neylərsən? 

 



__________________Milli Kitabxana___________________ 

236 


 

G ü l p ə r i--Buy, a kişi, dəli deyilsən ki, allah, aman, kişi elə bil ki, qızıbdır. 

K ə r b ə l a y ı  Q u b a d--Xanım, bir de görüm, səni görən adam da qızmazmı? 

Vallah, bu saat sənin dərdindən qızmış dəvəyə dönmüşəm, inanmırsan: lok, lok, lok, 

lok, (Arvadın yanından keçəndə xoruz kimi qanad sallayır). 

G ü l p ə r i--Ay kişi, xoruz deyilsən  ki, mənə qanad sallayırsan! 

K  ə r b ə l a y ı  Q u b a d--Vallah, sənin  dərdindən bu saat xoruz olmuşam

inanmırsan: quqqulu qu.... 

G ü l p ə r i--Mənim ərim var, vallah, bilsə səni öldürər. 

K ə r b ə l a y ı  Q u b a d (kənara)--Yazıq, daha bunu bilmir ki, əri mənə əli ilə üç 

min manat pul verir.  

G ü l p ə r i--Nə deyirsən?... 

K ə r b ə l a y ı  Q u b a d--Sənə Kərbəlayı qurban! Deyirəm ki, ərindən boşan, 

gəl mən səni alım, gül kimi saxlayım, bülbül kimi saxlayım. 

G ü l p ə r i--Bəlkə ərim razı olmadı?! 

K ə r b ə l a y ı  Q u b a d--Neçün razı olmur? De ki, kəbinim halal, canım azad. 

Onda hansı ər olsa razı olar. 

G ü l p ə r i--Doğrusu, mən özüm də ərimdən incimişəm. 

K ə r b ə l a y ı  Q u b a d--Axı sənin ərin nə adamdır ki, sənin qədrini bilsin. 

Sənin qədrini bu qara lələşin bilər! Vallah, səni mən tükcə incitmərəm! Razısanmı? 

Nənəm sənə qurban! (Sükut). Razısanmı? Canım sənə qurban! (Sükut). Aha! Fars 

deyər ki: "Sükut əlaməti-rizast". Görünür ki, razısan. Elə deyilmi? Gözümün ağı 

gözünün qarasına qurban! 

G ü l p ə r i--Razıyam. 

K ə r b ə l a y ı  Q u b a d--Vəssəlam. Bax, sən bu güncə talağını ərindən al; sonra 

bir üç ay on gün gözlə iddən çıxsın; ondan sonra gedək evimizə. 

G ü l p ə r i--Yaxşı, sən get, mən bu gün kağızlarımı alaram. Səlamət qal. 

(Gülpəri gedir). 

K  ə r b ə l a y ı  Q u b a d--Səlamət qal, canım sənə qurban! Səlamət qal. 

(Papağını  çıxarır). Paho! Lap tərlədim. Amma, vallah, bərəkallah mənə. Sözün 

doğrusu, indi mən arvad alış-verişində yaxşıca dəllal ola bilərəm. Mən heç özümü 

belə bilmirdim. 

M ə r c a n  b ə y (daxil olur)--Nə tövr oldu?  

K ə r b ə l a y ı  Q u b a d--Coxdan!... 

M ə r c a n  b ə y--Nə çoxdan?  

K ə r b ə l a y ı  Q u b a d--Coxdan!... 




Yüklə 5,8 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə