Üzeyir hacibəYLİ



Yüklə 5,8 Mb.
Pdf görüntüsü
səhifə53/102
tarix08.07.2018
ölçüsü5,8 Mb.
#54336
1   ...   49   50   51   52   53   54   55   56   ...   102

__________________Milli Kitabxana___________________ 

230 


 

K ə r b ə l a y ı  Q u b a d--Sən bir iş eylə ki, mən bu otaqda arvad ilə bir dəfə 

görüşüm, vəssəlam. Ondan sonra sənin işin yoxdur. 

M ə r c a n  b ə y--Elə bu?... 

K ə r b ə l a y ı  Q u b a d--Elə bu, vəssəlam.  

M ə r c a n  b ə y--Di onda gedək. (Gedirlər). 

M i n n ə t  x a n ı m (pərdənin dalından çıxır)--Bəs belə, Mərcan, bəs belə; məni 

iki min beş yüz manata satmaq istəyirsən? Ha ... ha ... ha.... Bəs belə, Mərcan! Məni 

iki min beş yüz manata satmaq istəyirsən? İndi görək kim bədzatdır; sən, yoxsa mən? 

(Çağırır). Səfi! Səfi! 

S ə f i (daxil olur)--Nə buyurursan, xanım?  

M i n n ə t  x a n ı m--Gülpərini tez buraya çağır.  

 

N ö k ə r gedir. Musiqi. 



 

G ü l p ə r i (daxil olur)-- 

Nədir dərdin sənin, xanım? (2 dəfə)  

Sənə nə olub, sənə nə olub,  

Sənə nə olub, kefsizsən?   (2 dəfə) 

 

(M u s i q i)  



 

M i n n ə t  x a n ı m-- 

Mənim dərdim var, Gülpəri! 

Sənə söyləyim dərdimi; 

Ona sən bir əlac eylə (2 dəfə) 

Mənim dərdimin dərmanı 

Ərimi aldatmaqlıqdır. 

Mənə nə olub, mənə nə olub,  

Mənə nə olub, bildinmi? (2 dəfə) 

 

Gülpəri, mənim ərim istəyir ki, məni iki min beş yüz manata satsın. 



 

G ü l p ə r i--Buy, allah o cürə ərin başına bir daş salsın! 

M i n n ə t  x a n ı m--Qarğış eləmə. Təqsir ərimdə deyil. 

G ü l p ə r i--Bəs kimdədir? 

M i n n ə t  x a n ı m--Təqsir ərimin başındadır ki, içində beyin yoxdur. 

G ü l p ə r i--Bəs mən də deyirəm ki, başına daş salsın, özünə ki, demirəm. 

M i n n ə t  x a n ı m--Bax, Gülpəri, sabah bura bir kişi gələcəkdir. Onda sən 

üzünü bərk-bərk tutub və burada otur; o kişi başlayacaq səni tovlamağa və 

deyəcəkdir ki, gəl səni alım, onda sən də deginən yaxşı.  



__________________Milli Kitabxana___________________ 

231 


 

Ancaq gərək  ərimdən boşanam sonra.... O kişi sənə  hər nə desə razı ol, 

bacararsanmı? 

G ü l p ə r i--Elə bacararam! Hanı o bəxtəvər  kişi, gəlsin görək. 

M i n n ə t  x a n ı m--Sabah gələcəkdir. Sən bu saat mənə bir qədər kağız ilə 

mürəkkəb və qələm gətir.  

G ü l p ə r i--Bu saat. (Gətirir). 

M i n n ə t  x a n ı m--İndi mən ərimin axmaq başına bir oyun açım ki, özü də 

məəttəl qalsın. 

G ü l p ə r i--Buyur. (Kağız, qələm verir). 

M i n n ə t  x a n ı m--Mən kağız yazıram. (Yazır).  İndi, Gülpəri, sən get 

nökərlərin, qulluqçuların hamısını buraya çağır, gəlsinlər. 

G ü l p ə r i--Bu saat. (Gedir). 

M i n n ə t  x a n ı m--İndi qoy bu kağızı Mərcan bəy oxusun, onsuz da dəli başı 

lap dəli olsun. 

 

Bu əsnada n ö k ə r l ə r, q u l l u q ç u l a r bir-birini basa-basa daxil olurlar. 



Yoğun a ş p a z əlində kəfkir, qolları çirməkli; m e h t ə r əlində xəlbir, üzü samanlı; 

birinin əlində süpürgə, suçiləyən və G ü l p ə r i də gəlirlər. 

 

M i n n ə t  x a n ı m--Ay uşaqlar, bilirsiniz nə var?  



H a m ı--Xeyr, xanım, bilmirik. 

M i n n ə t  x a n ı m--Mənim ərim məni satmaq istəyir. 

H a m ı--Yox, belə iş ola bilməz; bu nə hərəkətdir, bu nə bədnamçılıqdır. 

M i n n ə t  x a n ı m--Amma ... (hamı sakit), mən bir elə iş görəcəyəm ki, məni 

sata bilməyəcəkdir. 

H a m ı (sevinclə)--Ha, bu yaxşıdır. 

M i n n ə t  x a n ı m--Amma ... (hamı sakit). Siz gərək mən deyən sözlərə, mən 

elədiyim işlərə dürüst diqqət edəsiniz. (Onlar dim-dik dururlar). Və ərimə heç bir söz 

deməyəsiniz. (Onlar düz dururlar). Əyər biriniz demiş olsa, vay onun halına! (Hamı 

tez aşağı oturub qalır).  Əyər mən deyənə qulaq assanız hərənizə on manat pul 

bağışlayacağam. (Hamı sevincək ayağa qalxır). 

H a m ı--Sağ ol, xanım, sağ ol! 

M i n n ə t  x a n ı m--Gülpəri, bayaqkı sözlər yadından çıxmasın. Səfi! Buraya 

gəl, bu kağızı al, Mərcan bəy gələndə ona verib deyərsən ki, bir nəfər qulluqçu arvad 

gətirdi və başqa heç bir söz demə! 

S ə f i--Heç bir söz! 

 

(M u s i q i) 



 


__________________Milli Kitabxana___________________ 

232 


 

M i n n ə t  x a n ı m-- 

 

İnsaf eyləyin, bir baxın mənə!  



Mərcan eyləyir çox zəbun məni! (2 dəfə) 

 

X o r-- 



 

Ay xanım, xanım, siz qəm etməyin,  

Peşiman olacaq Mərcanın sənin. (2 dəfə) 

Ağzı bir çuval, boynu şam piyi, 

Başı gərmək, burnu yelpənək; 

Əbləhin biri Kərbəlayı Qubad 

İstəyir gələ xanıma kələk. 

Ay xanım, xanım, siz qəm etməyin,  

Peşiman olacaq Mərcanın sənin. (2 dəfə) 

 

(M u s i q i)  



 

PƏRDƏ 


 

 

İKİNCİ  PƏRDƏ 



 

 

Vaqe olur həmin o t a q d a. Pərdədən qabaq musiqi çalınır; sonra pərdə qalxır.  



S ə f i tək. 

 

(M u s i q i) 

 

S ə f i-- 



 

Bədnam oldun, Mərcan, bala-bala!  

Camaatın içində.  (2 dəfə) 

Ha, ha! Ha, ha! Ha, ha!... 

 

Bədnam oldun, Mərcan, bala-bala   



Camaatın içində. (2 dəfə)  

 

X o r-- 



 

Ha, ha! Ha, ha! Ha, ha, ha!...   

Bədnam oldun, Mərcan, bala-bala.  



__________________Milli Kitabxana___________________ 

233 


 

Camaatın içində. (2dəfə) 

 

S ə f i-- 



 

Qıldı  nəfsin  tuğyan,  bala-bala

Arvad ilə savaşdın. 

Bir tövr qıllı şeytan, bala-bala, 

Başdan dibə dolaşdın. 

Ha, ha, ha!... Ha, ha, ha!... 

Bədnam oldun, Mərcan, bala-bala 

Camaatın içində. 

 

Qapı döyülür.  H a m ı  qaçır, tək bir S ə f i qalıb, qapını açır, əlində supürgə. M ə 



r c a n  b ə y daxil olur, dalınca K ə r b ə l a y ı  Q u b a d. 

 

M ə r c a n  b ə y--Kərbəlayı, sən  hələ qapıda gözlə; sonra mən səni çağıranda 



gələrsən. 

S ə f i--Ağa, sənə bir kağız var, buyurun!  

M ə r c a n  b ə y--Nə kağızdır, kim verdi? 

S ə f i--Dünən bir qulluqçu qız bunu gətirdi.  

M ə r c a n  b ə y--Kimin qulluqçusu idi?  

S ə f i--Bilmirəm. (Gedir). 

M ə r c a n  b ə y kağızı oxuyur)--"Ey mənim ruhi-rəvanım Mərcan bəy. Bir dəfə 

səni gördüm, aşiq oldum. İkinci dəfə gördüm, dəli oldum. Üçüncü dəfə gördüm, tab 

gətirə bilmədim və bu kağızı sənə yazdım. Əyər sək mənə iltifat edib məni almasan 

və  məni özünə arvad etməsən dəli-divanə olub, çöllərə düşəcəyəm. Ah-naləm səni 

tutacaq.... Mən iyirmi üç yaşında bir nazəninəm ki, dərdimdən ölənlər çoxdur; amma 

mən də  sənin dərdindən ölürəm.  Əgər məni alsan, iki yüz min manatlıq malımı da 

sanə qurban edərəm. Məni görmək istəsən, sabah saat altıda gəlib, qapınızı təqqülbab 

edərəm.... Sənə aşiq bir nazənin". (Məbhut). Görəsən bu yuxudur, yoxsa gerçəkdir? 

Yox-yox, bu, yuxudur.... Mən yuxu görürəm.... Səfi! Səfi!  (Çağırır).  

S ə f i (daxil olur)--Nə buyurursan, ağa?  

M ə r c a n bəy--Səfi! Mən yatmışam, yoxsa oyağam?  

S ə f i--Allaha şükür, oyaqsan. 

M ə r c a n  b ə y--Bərəkallah, Səfi! Bu kağızı  sənə kim verdi? 

S ə f i--Bir qulluqçu. 

M ə r c a n  b ə y--Kimin qulluqçusu idi? 

S ə f i--Bilmirəm. 




Yüklə 5,8 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə