Üzeyir hacibəYLİ



Yüklə 5,8 Mb.
Pdf görüntüsü
səhifə49/102
tarix08.07.2018
ölçüsü5,8 Mb.
#54336
1   ...   45   46   47   48   49   50   51   52   ...   102

__________________Milli Kitabxana___________________ 

211 


 

Xəncərinin gordasın salın.  

Alın onun bütün malın.  

Yanında beş nəfər qalın.  

 

H ə s ə n  x a n-- 



 

Axtarırdım səni göydə, yerdə düşdün əlimə. 

Əmr edərəm doğrasınlar səni dilim-dilimə. 

Səfil rəiyyət, rəzil kəndli, 

Yox eylərəm sizi, qırram, 

Bu kimi xain əgər min olsa, 

Minin də boynunu vurram. 

Koroğlu, Koroğlu, Koroqlu,     

Ha, ha, ha, ha.... (2 dəfə)  

Onu sən bil ki, mən məmləkətin xanıyam,  

Mənə kəc baxsa gər, kəndlinin düşmanıyam.  

Verə bilməz mənim keyfimə heç bir məlal,  

Nə Koroğlu, nə Koroğlu, nə şil oğlu, nə lal.  

Axtarırdım səni göydə, yerdə düşdün əlimə,  

Əmr edərəm doğrasınlar səni dilim-dilimə.  

 

Ə y a n l a r-- 



 

Afərin, Həmzə bəy!  

Sözlərin doğru çıxdı, afərin!  

Rədd olar, məhv olar, bir kərə  

Başımızdan bu bəla. 

 

H ə s ə n  x a n-- 



 

Nigarı verdim sənə mən, 

Həmzə, Nigar sənindir, al, 

Halal malındır. 

Nigar gözəldir, ədası qəmzə, 

Nigar sənindir, 

Al, o yar sənindir. 

 



__________________Milli Kitabxana___________________ 

212 


 

H a m ı-- 

 

Nigar gözəldir, ədası qəmzə,  



Nigar sənindir, al,  

Nigar sənindir, al.  

Sevgili, nazlı dilbərim,  

Gəlsin Nigar, tez gəlsin Nigar,  

Tez gəlsin Nigar. 

 

N i g a r-- 



 

Ax ... bu nə müsibət! 

 

K o r o ğ l u-- 



 

Elədin xəyanət! 

 

H ə s ə n  x a n-- 



 

Nigar, Həmzə bəyin göstərdiyi şanlı rəşadət,  

Bizi şad eylədi, verdi sənə fəxri səadət. 

 

T ə l x ə k (daxil olur)-- 



 

Nay, nay, nay!... 

Mən demədim bəsdir ona bir nəfər?! 

Getsə kifayətdir Ömər ya Səfər

Mən deyən oldu yenə də müxtəsər, 

Bəxtəvərəm, bəxtəvərəm, bəxtəvər. 

İstədilər göndərələr üstünə on min pələng, 

Mənsə dedim bəsdir ona getsə keçəl Həmzə bəy. 

 

F ə r r a ş-- 



 

Xan sağ olsun! 

Mahaldan gətirdilər bir nəfər, 

Bizlərdən Koroğluya aparırmış xəbərlər. 

 



__________________Milli Kitabxana___________________ 

213 


 

H ə s ə n  x a n-- 

 

Kim göndərirmiş onu? 



 

F ə r r a ş-- 

 

Əsla deməz, gizlədir



Nə qədri versən əzab, 

Ölsə də dinmir, demir.  

 

N i g a r-- 



      

Ah!... 


 

H ə s ə n  x a n-- 

       

Səni kim göndərib, de görüm, alçaq?!  



 

E y v a z-- 

 

Vurun, öldürün, demərəm ancaq.  



 

H ə s ə n  x a n-- 

       

Cəlladı çağırın.  



 

N i g a r-- 

 

Qoyun mən deyim



Kimin göndərdiyin sizə söyləyim.  

 

H ə s ə n  x a n-- 



       

Kim imiş göndərən?  

 

N i g a r-- 



 

Göndərən mənəm. 

Bunu anlayın, mən sizə düşmənəm!  

 



__________________Milli Kitabxana___________________ 

214 


 

H a m ı-- 

       

Belə bəs, belə bəs, belə, belə!... 



 

N i g a r-- 

 

Bir görün, mən sizə nə deyəcəyəm hələ. 



Bir yığın zülmkar, bir yığın cəllad, 

Təsir etməz sizə bu qədər fəryad, (2 dəfə) 

Sərxoş etmiş sizi zülmün nəşəsi. 

Narahat eyləməz məzlum naləsi. (2 dəfə) 

Bir gün gələcəkdir intiqam günü, 

Kəsəcək zalimin başının üstünü. 

Bu gün əzilənlər əzər sizləri

Xan zülmündən qurtararlar bizləri, 

Qurtararlar bizləri! 

 

Ə y a n l a r-- 



 

Rədd edilsin, məhv edilsin, öldürülsün xainə,  

Qoy cəza görsün, xəyanət eyləmişdir xaninə! 

 

H ə m z ə-- 



 

Ax! Qəlbimdəki məhəbbət  

Döndü, oldu bir nifrət ol xainə! 

 

Ə y a n l a r-- 



       

Ay tutun, qoymayın! (5 dəfə)  

 

H ə s ə n  x a n-- 



 

Ay tutun, qoymayın, tez Koroğlunu,  

Tez tutun, qoymayın, öldürün onu! 

 

X o r-- 



 

Ay tutun, qoymayın! (5 dəfə) 

Ay tutun, qoymayın, tez Koroğlunu, 

Tez tutun, qoymayın, öldürün onu! 




__________________Milli Kitabxana___________________ 

215 


 

 

İ b r a h i m  x a n-- 



 

Xan sağ olsun!  

Polad verdi Qıratı,  

Mindirib Koroğlunu, tez qaçırtdı. 

 

H ə s ə n  x a n-- 



     

Bu üç xainin də kəsilsin başı!  

 

H a m ı-- 



 

Cəzaya verilsin qohumu, qardaşı! 

 

N i g a r, P o l a d, E y v a z--Koroglu sag olsun!... 



 

PƏRDƏ 


 

BEŞİNCİ PƏRDƏ 

 

 



B i r i n c i  c a r ç ı-- 

 

Ya əyuhənnas! Ya əyuhənnas! 



Bu gün meydanda kəsilir üç baş! 

 

İ k i n c i  c a r ç ı-- 



 

Ya əyuhənnas! Ya əyuhənnas! 

Bu gün meydanda kəsilir üç baş! 

 

Ü ç ü n c ü  c a r ç ı-- 



 

Ya əyuhənnas! Ya əyuhənnas! 

Bu gün meydanda kəsilir üç baş! 

 



Yüklə 5,8 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə