Üzeyir hacibəYLİ



Yüklə 5,8 Mb.
Pdf görüntüsü
səhifə52/102
tarix08.07.2018
ölçüsü5,8 Mb.
#54336
1   ...   48   49   50   51   52   53   54   55   ...   102

__________________Milli Kitabxana___________________ 

227 


 

M ə r c a n  b ə y--Boşaram. Ancaq iş burasındadır ki, qabaqda axmaqlıq edib, 

kəbin pulunu beş min manat yazdırmışam. 

K ə r b ə l a y ı  Q u b a d--Əcəb sözdür, kəbin pulu nədir, zad nədir? Bir-iki dəfə 

üzünə baxma, inciyib onda özü deyər ki, kəbinim halal, canım azad. 

M ə r c a n  b ə y--Vallah, onun özü məni o qədər incidib ki, az qalmışam özüm 

deyəm ki, kəbinim halal, canım azad, məndən əl çək.... (Bu əsnada qapıdan səs gəlir). 

Dur gedək o biri otağa, burada bizi pusarlar. 

 

Gedirlər; M i n n ə t  x a n ı m daxil olur. 



 

M i n n ə t  x a n ı m-- 

Mənim adım Minnətdir; 

Yerim burda cənnətdir. 

Təzə ayı gördükdə 

 

Mənə baxmaq sünnətdir. (2 dəfə)  



Gəl məni gör, dərdimdən öl!  

Mənim adım Minnətdir;  

Gəl məni gör, dərdimdən öl!  

Yerim burda cənnətdir. 

 

(M u s i q i) 



 

Sizə doğrusun deyim,  

Ərimin  başı  yoxdur.  

Ağlı yoxdur axmağın,         

Qədrimi bilmir, bilmir. (2 dəfə)  

Gəl məni gör, dərdimdən öl!  

Mənim adım Minnətdir;  

Gəl məni gör, dərdimdən öl!  

Yerim burda cənnətdir. 

 

(M u s i q i) 



 

Belə fikri vardır kim, 

Məni boşasın, özgəsin alsın. 

Onu bilmir ki, axmaq,    

Belə fikri müşküldür. (2 dəfə)  

Gəl məni gör, dərdimdən öl!  

Mənim adım Minnətdir;  

Gəl məni gör, dərdimdən öl!  

Yerim burda cənnətdir. 



__________________Milli Kitabxana___________________ 

228 


 

(M u s i q i) 

M ə r c a n  b ə y  tez daxil olur 

 

M ə r c a n  b ə y-- 



 

Bu nə səs küydür burda?  

Qonağım vardır orda.  

Səsin düşüb hər yana,  

Çığırırsan, ay ... arvad! 

M i n n ə t  x a n ı m  (gedir  o tərəfə)-- 

Əcəb eyləyirəm mən,  

İstəmirsən, çıx get sən.  

Qulağına pambıq tut,  

Boynuna sal ağ kəfən. (2 dəfə )  

Gəl məni gör, dərdimdən öl!  

Mənim adım Minnətdir;  

Gəl məni gör, dərdimdən öl!  

Yerim burda cənnətdir. 

 

M ə r c a n  b ə y acıqlı-acıqlı çırtıq vurur. 



 

M i n n ə t  x a n ı m--İndi buyura bilərsən. Buyura bilərsən! (Gedə-gedə). Buyur, 

buyur, buyur! 

M ə r c a n  b ə y--Tfu!...  

M i n n ə t  x a n ı m--Tfu!...  

M ə r c a n  b ə y--Tfu!... (Gedir).  

M i n n ə t  x a n ı m--Tfu!... (Gedir.) 

S ə f i (daxil olur)--Tfu!... Süpürək! 

M ə r c a n  b ə y (Kərbəlayı Qubad ilə daxil olurlar)--Tfu!... Balam, gedək o biri 

otağa. (Gedirlər). 

S ə f i--Bu canım ölsün ki, bularda bir kələk var; gedim görüm nə danışırlar. 

 

Gedir dallarınca. M i n n ə t daxil olur və tez yüyürüb  pərdənin dalında  gizlənir. 



 

M ə r c a n  b ə y (daxil olur, dalınca Kərbəlayı Qubad əvvəlki qərar ilə)--Balam, 

orada olmadı, gəl yenə burada danışaq. İndi, Kərbəlayı, mən istəyirəm ki, arvadımı 

boşayam, ona görə də.... 

S ə f i (daxil olur)--Bəy, çay gətirim? 

M ə r c a n  b ə y--Allahu Əkbər! (Çığırır). Gədə, rədd ol! Bir də bu otağa girmə, 

xəlvət sözüm var. (Nökər gedir). Mənim arvadımın kəbin pulu beş min manat eləyir, 

əgər bu beş min manatı....  




__________________Milli Kitabxana___________________ 

229 


 

S ə f i (daxil olur)--Ağa, istəyirsiniz qapıları daldan bağlayım? 

M  ə r c a n  b ə y--Pa atannan, yeri, gədə yiyəsi! A gədə, qoçaq, mən səni 

çağırmayınca sən bu otağa girmə! 

S ə f i--Baş üstə, ağa. (Gedir). 

M  ə r c a n  b ə y (qapılara qulaq asıb, sonra deyir)--İndi mən bilməyirəm ki

arvadımı nə tövr boşayım. 

K ə r b ə l a y ı  Q u b a d--Nə qayırım, arvad mənim olaydı, görəydin ki, nə tövr 

boşayırdım. 

M ə r c a n  b ə y--Bu cürə arvadı sən də boşaya bilməzdin. 

K ə r b ə l a y ı  Q u b a d--Xeyr, boşayardım. 

M ə r c a n  b ə y--Yaxşı, nə tövr edərsən? 

K ə r b ə l a y ı  Q u b a d--Onu mən bilirəm, sənə demərəm və bir də mən arvad 

almağın da yolunu bilirəm, boşamağın da, amma siz oxumuşlar o cürə şeyləri dürüst 

bilməzsiniz. Sizin bu cürə səriştəniz olmaz. 

M ə r c a n  b ə y--Yaxşı, sən heç uxajivat eləmisən ki, belə danışırsan? 

K ə r b ə l a y ı  Q u b a d--Eləmişəm, amma bilmirəm ki, uxajivat nədir, çünki 

urusca savadım yoxdur. 

M ə r c a n  b ə y--Kərbəlayı Qubad, indi ki, sən, belə mahir kişisən, gəl bir iş 

eyləyək. 

K ə r b ə l a y ı  Q u b a d--Nə is?... 

M ə r c a n  b ə y--Bax, əgər mən arvadımı boşasam, onda  gərək beş  min  manat 

kəbin  pulu verəm. Amma  əgər sən bir iş görə bilsən ki, arvadım mənə deyə kəbinim 

halal, canım azad və  məndən çıxıb gedə, onda sənə iki  min  manat nəqd pul  

verərəm. Anladınmı  nə deyirəm? 

K ə r b ə l a y ı  Q u b a d--Nə üçün, heyvan ki, deyiləm, yaxşı anlayıram. 

M ə r c a n  b ə y--Bacararsanmı? 

K ə r b ə l a y ı  Q u b a d--Bacararam. Ancaq  bunu  bil ki, iki min manat çox 

azdır. 

M ə r c a n  b ə y--Paho, nə danışırsan? İki min manat iyirmi danə yüzlük eləyir. 



K ə r b ə l a y ı  Q u b a d--Bəy, qorxuram zərər eyləyim, çünki kənddəki arvadım 

çox bədzat şeydir, sən gəl beş yüz manat da artır. 

M ə r c a n  b ə y--Zərər yoxdur, iki min beş yüz manat olsun! 

K ə r b ə l a y ı  Q u b a d--Allah sənə ömr versin, indi, bəy, olmazmı ki, bu işi 

notarius əli ilə eyliyək? 

M ə r c a n  b ə y--Yaxşı, o da mümkündür. Gedək notariusun yanına; ancaq de 

görüm nə tövr edəcəksən? 



Yüklə 5,8 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə