__________________Milli Kitabxana___________________
230
K ə r b ə l a y ı Q u b a d--Sən bir iş eylə ki, mən bu otaqda arvad ilə bir dəfə
görüşüm, vəssəlam. Ondan sonra sənin işin yoxdur.
M ə r c a n b ə y--Elə bu?...
K ə r b ə l a y ı Q u b a d--Elə bu, vəssəlam.
M ə r c a n b ə y--Di onda gedək. (Gedirlər).
M i n n ə t x a n ı m (pərdənin dalından çıxır)--Bəs belə, Mərcan, bəs belə; məni
iki min beş yüz manata satmaq istəyirsən? Ha ... ha ... ha.... Bəs belə, Mərcan! Məni
iki min beş yüz manata satmaq istəyirsən? İndi görək kim bədzatdır; sən, yoxsa mən?
(Çağırır). Səfi! Səfi!
S ə f i (daxil olur)--Nə buyurursan, xanım?
M i n n ə t x a n ı m--Gülpərini tez buraya çağır.
N ö k ə r gedir. Musiqi.
G ü l p ə r i (daxil olur)--
Nədir dərdin sənin, xanım? (2 dəfə)
Sənə nə olub, sənə nə olub,
Sənə nə olub, kefsizsən? (2 dəfə)
(M u s i q i)
M i n n ə t x a n ı m--
Mənim dərdim var, Gülpəri!
Sənə söyləyim dərdimi;
Ona sən bir əlac eylə (2 dəfə)
Mənim dərdimin dərmanı
Ərimi aldatmaqlıqdır.
Mənə nə olub, mənə nə olub,
Mənə nə olub, bildinmi? (2 dəfə)
Gülpəri, mənim ərim istəyir ki, məni iki min beş yüz manata satsın.
G ü l p ə r i--Buy, allah o cürə ərin başına bir daş salsın!
M i n n ə t x a n ı m--Qarğış eləmə. Təqsir ərimdə deyil.
G ü l p ə r i--Bəs kimdədir?
M i n n ə t x a n ı m--Təqsir ərimin başındadır ki, içində beyin yoxdur.
G ü l p ə r i--Bəs mən də deyirəm ki, başına daş salsın, özünə ki, demirəm.
M i n n ə t x a n ı m--Bax, Gülpəri, sabah bura bir kişi gələcəkdir. Onda sən
üzünü bərk-bərk tutub və burada otur; o kişi başlayacaq səni tovlamağa və
deyəcəkdir ki, gəl səni alım, onda sən də deginən yaxşı.
__________________Milli Kitabxana___________________
231
Ancaq gərək ərimdən boşanam sonra.... O kişi sənə hər nə desə razı ol,
bacararsanmı?
G ü l p ə r i--Elə bacararam! Hanı o bəxtəvər kişi, gəlsin görək.
M i n n ə t x a n ı m--Sabah gələcəkdir. Sən bu saat mənə bir qədər kağız ilə
mürəkkəb və qələm gətir.
G ü l p ə r i--Bu saat. (Gətirir).
M i n n ə t x a n ı m--İndi mən ərimin axmaq başına bir oyun açım ki, özü də
məəttəl qalsın.
G ü l p ə r i--Buyur. (Kağız, qələm verir).
M i n n ə t x a n ı m--Mən kağız yazıram. (Yazır). İndi, Gülpəri, sən get
nökərlərin, qulluqçuların hamısını buraya çağır, gəlsinlər.
G ü l p ə r i--Bu saat. (Gedir).
M i n n ə t x a n ı m--İndi qoy bu kağızı Mərcan bəy oxusun, onsuz da dəli başı
lap dəli olsun.
Bu əsnada n ö k ə r l ə r, q u l l u q ç u l a r bir-birini basa-basa daxil olurlar.
Yoğun a ş p a z əlində kəfkir, qolları çirməkli; m e h t ə r əlində xəlbir, üzü samanlı;
birinin əlində süpürgə, suçiləyən və G ü l p ə r i də gəlirlər.
M i n n ə t x a n ı m--Ay uşaqlar, bilirsiniz nə var?
H a m ı--Xeyr, xanım, bilmirik.
M i n n ə t x a n ı m--Mənim ərim məni satmaq istəyir.
H a m ı--Yox, belə iş ola bilməz; bu nə hərəkətdir, bu nə bədnamçılıqdır.
M i n n ə t x a n ı m--Amma ... (hamı sakit), mən bir elə iş görəcəyəm ki, məni
sata bilməyəcəkdir.
H a m ı (sevinclə)--Ha, bu yaxşıdır.
M i n n ə t x a n ı m--Amma ... (hamı sakit). Siz gərək mən deyən sözlərə, mən
elədiyim işlərə dürüst diqqət edəsiniz. (Onlar dim-dik dururlar). Və ərimə heç bir söz
deməyəsiniz. (Onlar düz dururlar). Əyər biriniz demiş olsa, vay onun halına! (Hamı
tez aşağı oturub qalır). Əyər mən deyənə qulaq assanız hərənizə on manat pul
bağışlayacağam. (Hamı sevincək ayağa qalxır).
H a m ı--Sağ ol, xanım, sağ ol!
M i n n ə t x a n ı m--Gülpəri, bayaqkı sözlər yadından çıxmasın. Səfi! Buraya
gəl, bu kağızı al, Mərcan bəy gələndə ona verib deyərsən ki, bir nəfər qulluqçu arvad
gətirdi və başqa heç bir söz demə!
S ə f i--Heç bir söz!
(M u s i q i)
__________________Milli Kitabxana___________________
232
M i n n ə t x a n ı m--
İnsaf eyləyin, bir baxın mənə!
Mərcan eyləyir çox zəbun məni! (2 dəfə)
X o r--
Ay xanım, xanım, siz qəm etməyin,
Peşiman olacaq Mərcanın sənin. (2 dəfə)
Ağzı bir çuval, boynu şam piyi,
Başı gərmək, burnu yelpənək;
Əbləhin biri Kərbəlayı Qubad
İstəyir gələ xanıma kələk.
Ay xanım, xanım, siz qəm etməyin,
Peşiman olacaq Mərcanın sənin. (2 dəfə)
(M u s i q i)
PƏRDƏ
İKİNCİ PƏRDƏ
Vaqe olur həmin o t a q d a. Pərdədən qabaq musiqi çalınır; sonra pərdə qalxır.
S ə f i tək.
(M u s i q i)
S ə f i--
Bədnam oldun, Mərcan, bala-bala!
Camaatın içində. (2 dəfə)
Ha, ha! Ha, ha! Ha, ha!...
Bədnam oldun, Mərcan, bala-bala
Camaatın içində. (2 dəfə)
X o r--
Ha, ha! Ha, ha! Ha, ha, ha!...
Bədnam oldun, Mərcan, bala-bala.
__________________Milli Kitabxana___________________
233
Camaatın içində. (2dəfə)
S ə f i--
Qıldı nəfsin tuğyan, bala-bala,
Arvad ilə savaşdın.
Bir tövr qıllı şeytan, bala-bala,
Başdan dibə dolaşdın.
Ha, ha, ha!... Ha, ha, ha!...
Bədnam oldun, Mərcan, bala-bala
Camaatın içində.
Qapı döyülür. H a m ı qaçır, tək bir S ə f i qalıb, qapını açır, əlində supürgə. M ə
r c a n b ə y daxil olur, dalınca K ə r b ə l a y ı Q u b a d.
M ə r c a n b ə y--Kərbəlayı, sən hələ qapıda gözlə; sonra mən səni çağıranda
gələrsən.
S ə f i--Ağa, sənə bir kağız var, buyurun!
M ə r c a n b ə y--Nə kağızdır, kim verdi?
S ə f i--Dünən bir qulluqçu qız bunu gətirdi.
M ə r c a n b ə y--Kimin qulluqçusu idi?
S ə f i--Bilmirəm. (Gedir).
M ə r c a n b ə y kağızı oxuyur)--"Ey mənim ruhi-rəvanım Mərcan bəy. Bir dəfə
səni gördüm, aşiq oldum. İkinci dəfə gördüm, dəli oldum. Üçüncü dəfə gördüm, tab
gətirə bilmədim və bu kağızı sənə yazdım. Əyər sək mənə iltifat edib məni almasan
və məni özünə arvad etməsən dəli-divanə olub, çöllərə düşəcəyəm. Ah-naləm səni
tutacaq.... Mən iyirmi üç yaşında bir nazəninəm ki, dərdimdən ölənlər çoxdur; amma
mən də sənin dərdindən ölürəm. Əgər məni alsan, iki yüz min manatlıq malımı da
sanə qurban edərəm. Məni görmək istəsən, sabah saat altıda gəlib, qapınızı təqqülbab
edərəm.... Sənə aşiq bir nazənin". (Məbhut). Görəsən bu yuxudur, yoxsa gerçəkdir?
Yox-yox, bu, yuxudur.... Mən yuxu görürəm.... Səfi! Səfi! (Çağırır).
S ə f i (daxil olur)--Nə buyurursan, ağa?
M ə r c a n bəy--Səfi! Mən yatmışam, yoxsa oyağam?
S ə f i--Allaha şükür, oyaqsan.
M ə r c a n b ə y--Bərəkallah, Səfi! Bu kağızı sənə kim verdi?
S ə f i--Bir qulluqçu.
M ə r c a n b ə y--Kimin qulluqçusu idi?
S ə f i--Bilmirəm.
Dostları ilə paylaş: |