__________________Milli Kitabxana___________________
222
__________________Milli Kitabxana___________________
223
ƏR VƏ ARVAD
3 PƏRDƏLİ OPERETTA
İŞTİRAK EDİRLƏR
K ə r b ə l a y ı Q u b a d--40 yaşında.
K ə r b ə l a y ı Q u b a d ı n k ə n d d ə k i q o c a a r v a d ı.
M ə r c a n b ə y--cavan.
M i n n ə t x a n ı m--onun arvadı.
G ü l p ə r i--qulluqçu.
S ə f I--nökər.
Q e y r i n ö k ə r l ə r, t a r z ə n, x a n ə n d ə, x o r v ə q e y r i l ə r i.
__________________Milli Kitabxana___________________
224
BİRİNCİ PƏRDƏ
Vaqe olur M ə r c a n b ə y i n otağında; otaq Avropa qaydasında düzəlmişdir.
Musiqi çalınır. M ə r c a n b ə y tək; pərdə qalxır.
M ə r c a n b ə y--
Mən bir kişiyəm, düşmüşəm arvadın əlinə, (2 dəfə)
Əldən qoya gər dolayacaq məni dilinə, (2 dəfə)
Bəs mən nə edim kim, qurtarım böylə bəladan;
Təxlisi-giriban eləyim cövri-cəfadan. (2 dəfə)
(M u s i q i)
Allah səni vursun, belə arvad, belə arvad! (2 dəfə)
Kim etdi səni mən fəqirə tuş, a bədzad? (2 dəfə)
Saldı çatını dar boğazıma, məni boğdu,
Eylədi mənim zəhmətimi on dəfə min qat. (2 dəfə)
(M u s i q i)
Nəzr eyləmişəm, iş düşə arvadı boşayam, (2 dəfə)
Çünki başqa əlacı yoxdur, boşamasam çatlaram.
Heç bilmirəm, amma, nə kələk mən gəlim ona, (2 dəfə)
Tərs kimi, kəbin pulu da beş min manat yazılıb.
Bəs mən nə edim kim, həmi arvadı boşayım,
Həm də kəbin pulu cibimdə qalsın,
Həm də yenə bir arvad alım, sözümə baxsın. (2 dəfə)
M i n n ə t x a n ı m (tələsik daxil olur)--Bu saat mənə de gorum, udmusan,
yoxsa uduzmusan?... Tez ol!
M ə r c a n b ə y (özünü itirib)--Udmuşam! Yox.... Belə uduzmuşam! Yox, mən
qumar oynamamışam ki, udam, ya uduzam, əvvəla. İkiminciyə qalan yerdə, çox da
udmuşam, ya çox da uduzmuşam, sənə nə?
M i n n ə t x a n ı m (qeyzlə)--Mənə nə? Mənə nə?...
M ə r c a n b ə y (lap özünü itirir)--Məsələn deyirəm!
M i n n ə t x a n ı m--Çıxart bu saat cibindəki pulları mənə ver!
M ə r c a n b ə y--Əcəb ekspropriatorsan, "ruki verx"!
M i n n ə t x a n ı m--Tez ol, işim var!
M ə r c a n b ə y--İşin var, get işinə! Ancaq məndən əl götür. Cibimdə beş-altı
şahı var, o da özümə lazımdır. Bu gün müsəlman qəzetəsi alıb oxuyacağam. Daha
bundan sonra mən millətpərəst olmuşam.
__________________Milli Kitabxana___________________
225
M i n n ə t x a n ı m--Bura ver pulu! Mən özüm aldıraram, oxuyarsan.
M ə r c a n b ə y--Minnət! Sənin bu cürə hərəkətin çox pis hərəkətlərin birisidir.
Heç bilirsən bu cürə hərəkətlərin adına rusca nə deyirlər? Bu hərəkətlərə deyirlər:
vmeşatelstvo vo vnutrennie dela, yəni mənim öz məxsusi işimə sən qarışırsan.
Qoymursan ki, mən öz işimi özüm görüm. Canım, mən səni aldım ki, mənə arvad
olasan, nəinki üstümdə qəyyum! Mənə qəyyum lazım deyil. Allaha şükür, həddi-
büluğa çatmışam, ağlım başımdadır. Özüm də camaat arasında sayılan bir kişiyəm;
belə olan surətdə sənin nə haqqın var ki, mənim cibimə girəsən?
M i n n ə t x a n ı m--İndi beləmi, Mərcan?! Beləmi? Çox əcəb! Zərər yoxdur.
Bir də sən məndən pul istəsən, onda özün bil! Xudahafiz!
(Tez gedir.)
M ə r c a n b ə y--De görüm, ay camaat! Tutubdur ki, gərək ciblərini soyam. Bu
nə kələk idi mən ozumu sald?m, ay camaat!... Bu nə kələk idi? Pulun ola, malın ola,
amma arvad sənə göz verə, işıq verməyə?
(M u s i q i)
Nəzr eyləmişəm, iş düşə arvadı boşayam, (2 dəfə)
Çünki başqa əlacı yoxdur, boşamasam, çatlaram.
Heç bilmirəm, amma, nə kələk mən gəlim ona, (2 dəfə)
Tərs kimi, kəbin pulu da beş min manat yazılıb.
Bəs mən nə edim kim, həmi arvadı boşayım,
Həm də kəbin pulu cibimdə qalsın.
Həm də yenə bir arvad alım, sözümə baxsın. (2 dəfə)
M u s i q i: tarda şur çalınır, K ə r b ə l a y ı Q u b a d daxil olur.
K ə r b ə l a y ı Q u b a d--Səlamünəleyküm.
M ə r c a n b ə y--Ay əleyküməssalam.
K ə r b ə l a y ı Q u b a d--Ağanın kefi-əhvalı necədir?
M ə r c a n b ə y--Sağ olasan, Kərbəlayı, çox yaxşıdır. (Kənara). Başıma bir
yaxşı fikir gəlibdir, görüm mənim arvadımı bu kişi ala bilərmi?
(M u s i q i)
M ə r c a n b ə y--Kəblə Qubad, gəl bəri!
K ə r b ə l a y ı Q u b a d--Baş üstə, baş üstə.
M ə r c a n b ə y--Bir qulaq ver sən mənə!
K ə r b ə l a y ı Q u b a d--Baş üstə, baş üstə.
__________________Milli Kitabxana___________________
226
M ə r c a n b ə y--Mən sənə söz söyləyim.
K ə r b ə l a y ı Q u b a d--Sən buyur, sən buyur.
M ə r c a n b ə y diqqətlə K ə r b ə l a y ı Q u b a d ı n üzünə baxır.
M ə r c a n b ə y--Mənə bir söylə görüm, Kərbəlayı Qubad, Qubad, neçə dənə
arvadın var, ay neçə dənə arvadın var? Tez söylə görüm!
K ə r b ə l a y ı Q u b a d--Bir danə!
M ə r a d a n b ə y--Tək bircə danə?
K ə r b ə l a y ı Q u b a d--Bir danə.
M ə r c a n b ə y--
Bəs necəsən, Kablayı, sən?
Bəs necəsən, Kablayı, sən!
İstəyirsənmi sənə bir danə arvad alım, ay!
Özü dövlətli ola!
K ə r b ə l a y ı Q u b a d--Özü dövlətli ola?...
M ə r c a n b ə y--Yaxşı pulu var, dövləti var!
K ə r b ə l a y ı Q u b a d--
Yaxşı pulu var, dövləti var?
Al, sənə mən qurban olum. (2 dəfə)
M ə r c a n b ə y--Kərbəlayı Qubad! Sən özün bilirsən ki, bir arvad ilə kişinin
ömrü keçməyir; ona görə kişiyə heç olmasa iki danə arvad lazımdır. Belədir, belə
deyil?...
K ə r b ə l a y ı Q u b a d--Doğrudan da, mənim də ağlım kəsir ki, iki arvad
salahdır. Əlbəttə, kişinin hər bir ləvazimatı iki olsa dəxi yaxşı olar. Buna kimin bir
sözü ola bilər.
M ə r c a n b ə y--Yox, məndən sənə əmanət! Arvadını həmişə iki saxla, kişi olan
şəxsin arvadı gərək qoşa ola və "Molla Nəsrəddin" jurnalı əbəs yerə bu barədə
danışmır.
K ə r b ə l a y ı Q u b a d--Belə görürəm ki, bəy, fərmayişatın hamısı doğrudur.
Məsələn, mənim, üzüm ayağının altına, eyb olmasın, bir danə arvadım var; özü də
kənddə; deməli, mən şəhərdə lap tək qalmışam. Əlbəttə, əgər bir arvadım da şəhərdə
olsa idi, heç halıma təfavüt eyləməzdi. Halbuki indi halıma bərk təfavüt eyləyir. Bəy,
təvəqqə eyləyirəm ki, bu biədəb sözlərimi bağışlayasınız.
M ə r c a n b ə y--Zərər yoxdur, doğru sözdür ki, danışırsan. İndi mən özüm də
niyyət eyləmişəm ki, iki danə arvad alam, indi mən istəyirəm ki, əvvəlcə öz arvadımı
boşayam; çünki mən bu arvadı heç istəmirəm.
K ə r b ə l a y ı Q u b a d--İstəmirsən, boşa! Daha nəyə məəttəlsən?
Dostları ilə paylaş: |