__________________Milli Kitabxana___________________
237
M ə r c a n b ə y--Ay kişi, tez de görüm nə oldu?
K ə r b ə l a y ı Q u b a d--Nə olacaq? Razı oldu, qurtardı getdi.
M ə r c a n b ə y--Ə kişi, nə deyirsən? Razı oldu?
K ə r b ə l a y ı Q u b a d--Əlbəttə oldu, oynaya-oynaya oldu.
M ə r c a n b ə y--Ə kişi, qəribə sən hünərlisən!
K ə r b ə l a y ı Q u b a d--Rəhmətlik oğlu, dəvə kimi nərildəmişəm, xoruz kimi
banlamışam, qoç kimi mələmişəm, zarafat deyildir!
M ə r c a n b ə y--Yəni dedi ərimdən boşanıb gələrəm?
K ə r b ə l a y ı Q u b a d--Bəli, bu gün səndən talağ alacaqdır.
M ə r c a n b ə y--Ay bivəfa arvad!... Hər halda, balam, allah səndən razı olsun,
mən ki, səndən razıyam.
K ə r b ə l a y ı Q u b a d--Bəs pulu nə vaxt vercəksən?
M ə r c a n b ə y--Elə ki, arvad sənin evinə gəldi, haman dəm yüyür gəl pulunu
al!
K ə r b ə l a y ı Q u b a d--Çox gözəl.
M ə r c a n b ə y--Yəni lap razı oldu?
K ə r b ə l a y ı Q u b a d--Səni aldatmıram ki, indi bir hovur arvad səndən
talaqını istəyəndə görərsən. İndi mən gedirəm, sabah işi lap təmizləyərik. İndi
tələsiyirəm.
M ə r c a n b ə y--Niyə tələsiyirsən?
K ə r b ə l a y ı Q u b a d--Gedirəm Sijimqulu bəyin yanına. Deyəsən, o da
arvadından narazıdır, boşamaq istəyir.
M ə r c a n b ə y--Çox əcəb! (Kərbəlayı Qubadı yola salır).
M i n n ə t x a n ı m (pərdənin dalından çıxır)--Qoçaq Gülpəri oyun oynadı, indi
qaldım mən özüm. (Mərcan daxil olur. Acıqlı o yan-bu yana gəzir). Bu saat mənim
talağımı ver!
M ə r c a n b ə y (kənara)--Kişi doğru deyirmiş. (Ona). Hə!... Özgə ərə getmək
istəyirsən?...
M i n n ə t x a n ı m--O sənin borcun deyil, bu saat mənim talağımı ver!
M ə r c a n b ə y--Baş üstə, hazır olum gedək talağa. (Gedir).
G ü l p ə r i daxil olur.
M i n n ə t x a n ı m--Ay Gülpəri, bərəkallah, çox yaxşı iş gördün. İndi mənim
işim qalıbdır. Mən bu saat gedəcəyəm atam evinə, ancaq
__________________Milli Kitabxana___________________
238
bir hovur buraya gəlib, sonra yenə gedəcəyəm. Sən sabah mənim çarşabımı geyərsən
və qapının ağzında gözlərsən, mən ərimdən talağ kağızımı alıb sənə verəcəyəm. Onu
da yanında saxlarsan, sonra hər nə lazımdır mən sənə deyərəm.
G ü l p ə r i--Baş üstə, xanım.
M i n n ə t x a n ı m--İndi get, ərim səni burada görməsin.
G ü l p ə r i gedir.
M ə r c a n b ə y (daxil olur)--Gedək talağa.
M i n n ə t x a n ı m--Bu saat. (Gedir).
M ə r c a n b ə y (fikirli)--Ay bivəfa arvad! Gör, sən allah, məni qoyub Kərbəlayı
Qubada gedir. Məni, məni ki, iyirmi üç yaşında bir nazənin dərdimdən ölür.
(Tələsik). Aha, saat neçədir, o vaxta bir saat qalıbdır, zərər yoxdur, qurtardım
Minnətin üzündən, qurtardım! Bir saatdan sonra bir nazənin sənəm gələcəkdir. O
mənə aşiq, mən ona aşiq. Əlbəttə, insan gərək arvada əvvəlcə aşiq ola, sonra ala,
yoxsa görməz-bilməz alırıq, sonra da peşiman olub qovuruq. (Çağırır). Səfi! Səfi!
(Səfi gəlir). Xanım hazırdırmı?
S ə f i--Bəli, hazırdır!
M ə r c a n b ə y--Çox yaxşı. İndi sən bu otağı təmizcə süpür, bir saata qədər
qurtar və sonra qapı döyülən kimi, gəl mənə xəbər ver. Mən də bu saat gəlirəm.
(Gedir).
S ə f i--Baş üstə!
(M u s i q i)
Elə ki, ər axmaqdır,
Onun payı toxmaqdır.
Dəyirman öz işində,
Baş ağrıdan çax-çaxdır. (2 dəfə)
Ay Mərcan, vay Mərcan, gəl görüm nə gündəsən?!
(M u s i q i)
Millətpərəst olmaqlıq,
Xalqın evin yıxmaqlıq--
İkisi də bir işdir,
O da, bu da--axmaqlıq! (2 dəfə)
Ay Mərcan, vay Mərcan, gəl görüm nə gündəsən?!
__________________Milli Kitabxana___________________
239
M ə r c a n b ə y gəlib keçir öz otağına. Qapı döyülür, S ə f i qapını açır,
M i n n ə t x a n ı m yaxşı libasda daxil olur.
S ə f i--Buy xanım, heç sizi tanımadım!
M i n n ə t x a n ı m--Sus!... (Üzünü açır). Səfi! Get Mərcan bəyə söylə ki, bir
nəfər arvad gəlib onu görmək istəyir. Ancaq mən olduğumu demə ha! Anlayırsan nə
deyirəm?
S ə f i--Arxayın ol, xanım, yaxşı anlayıram. (Gedir).
M i n n ə t x a n ı m--Bu libasda o məni tanımaz, gərək bir qədər ehtiyatlı olam.
Səs gəlir, M i n n ə t x a n ı m bərk-bərk gizlənir.
M ə r c a n b ə y (titrəyə-titrəyə daxil olur)--A ... a.... Nazənin sənəm! Mənə
kağız yazan sənsənmi?
M i n n ə t x a n ı m--Bəli, mənəm!
M ə r c a n b ə y (ağlamsınır)--Mən sənə aşiq olmuşam, dərdindən ölürəm, ya
məni öldür, ya dirilt!
M i n n ə t x a n ı m--Xeyr, əvvəl mən sənə aşiq olmuşam. Mən səni əvvəl
ibtidadə gördükdə qəlbimin içinə bir zərrəyi-eşq daxil olub, bəədə o zərrə mürur-
zaman ilə tövsi edib, bir atəşi suznak oldu və fikrimi etraf-binnar etdi.
M ə r c a n b ə y (kənara)--Paho! Görünür, bu da qəzet oxuyanlardandır.
M i n n ə t x a n ı m--İndi gəlmişəm ki, görüm sən də məni sevirsənmi? Çünki
sən məni görübsən.
M ə r c a n b ə y--Ey nazənin sənəm! Mən səni görməmişdən sənə aşiqəm, ancaq
urus demişkən: interesno znat: mən səni nərədə görmüşəm?
M i n n ə t x a n ı m--Bir gün sən at ilə gəlirdin, mən də balkonda oturmuşdum,
gilas yeyirdim; sən ötən zaman mən sənin başına bir danə gilas atdım, sən başını
yuxarı qaldırıb məni gördün.
M ə r c a n b ə y (şadlığından bilmir nə qayırsın)--Vay, dədəm vay! Sən o
nazəninsən? Yəni mən bu qədər xoşbəxt olmusam! Yox, yox!... Mən bu qədər
xoşbəxtliyə davam gətirə bilmərəm! Yox, yox!... Mən dəli olaram, özümü itirmişəm!
Hanı mənim başım? Mən haradayam? Bura haradır? (Ora-bura yüyürüb, divardan bir
şey tutur). Elə bildim
Dostları ilə paylaş: |