__________________Milli Kitabxana___________________
243
çatmışam. Allah sizi də öz muradınıza çatdırsın. (Gözlərini silir). Mənim taza
arvadım hələ üzün mənə göstərməyibdir və söz veribdir ki, qonaqların içində üzünü
mənə göstərsin. Təvəqqə edirəm ki, gəlin gələnə qədər buradan bir yana
tərpənməyin. Oturun burada, yeyin, için, kef çəkin; bu gün şadlıq günüdür, gərək şad
olasınız.
Q o n a q l a r--Yaşasın Mərcan bəy!...
(M u s i q i. Oxuyurlar)
Şadlıqdan başqa ola bilməz işimiz, (2 dəfə)
Şükür allaha kim, daha yoxdur qəmimiz. (2 dəfə)
Arvad almaqda müzəffər olmuş Mərcan, (2 dəfə)
Olmamış düşmən ona heç qalib hərgiz, (2 dəfə)
Şadlıqdan başqa ola bilməz işimiz, (2 dəfə)
Şükür allaha kim, daha yoxdur qəmimiz. (2 dəfə)
M ə r c a n b ə y--Sağ olun, qardaşlar, sağ olun! Mən gedirəm özümü bir qədər
düzəldim, siz öz işinizə məşğul olun.
Q o n a q l a r--Buyur! Buyur! (Mərcan gedir).
B i r q o n a q--Hanı xanəndə? Hanı sazəndə? A gədə, bizim üçün bir bayatı-
kürd çal, xanəndə oxusun.
T a r z ə n bayatı-gürd çalır, xanəndə oxuyur, meyxana deyirlər, qumar
oynayırlar.
(M u s i q i)
X o r--
Aqil qardaşım, ayıl, bəsdir xəbidən, (2 dəfə)
Yatma, dur gör nədir səni hamıdan baz edən, (2 dəfə)
Aman, aman allah, aman, aman allah, allah amandır,
İbrət eylə qeyrət eylə, gör nə zamandır. (2 dəfə)
(M u s i q i)
Bəsirət gözün açıb, bax bir cahanə! (2 dəfə)
Əhli-elmə bax, gör necə dolub zəmanə! (2 dəfə)
Aman, aman allah, aman, aman allah, allah amandır, (2 dəfə)
İbrət eylə, qeyrət, eylə, gör nə zamandır. (2 dəfə)
Musiqi rəngi çalınır. R ə q q a s rəqs edir. Rəqs qurtardıqda qapıdan məşəllərin
işığı görünür və zurna səsi eşidilir.
Q o n a q l a r--Gəlin gəldi. (Gedirlər qapıya).
M ə r c a n b ə y (tələsik daxil olur, yaxşı geyinmişdir)--Oy! (Üzünü yelləyir).
Yox, deyəsən mən bu gecə tab gətirə bilməyəcəyəm. Vallah, arvadın vəhmi məni
basıbdır. Puf! Nə istidir!
__________________Milli Kitabxana___________________
244
Qapılar açılır, səs-küy ilə gəlini gətirirlər. M i n n ə t x a n ı m üzü rübəndli gəlib
ortada durur. M ə r c a n b ə y onun o tərəf bu tərəfinə keçir.
M i n n ə t x a n ı m--Mən əhd eləmişdim ki, qonaqların içində üzümü sənə
göstərim, indi əhdimə vəfa edirəm.
Q o n a q l a r xanımın ətrafına yığılırlar və diqqətlə tamaşa edirlər. Hamı M i n
n ə t ə sakit baxır. Minnət xanım əvvəlcə çarşabını açır. Sonra başındakı yaylığını.
Hər dəfə M ə r c a n b ə y tələsdiyini bildirir. Ayaqlarının birini götürüb o birini
qoyur. Axırda Minnət xanım rübəndini açıb Mərcanın üzünə baxır.
M ə r c a n b ə y--Minnət!
M i n n ə t x a n ı m--Bəli!
M ə r c a n b ə y--Sənsən?
M i n n ə t x a n ı m--Bəli, mənəm, ... Mərcan!
M ə r c a n b ə y--Bəli!
M i n n ə t x a n ı m--Sənsən?
M ə r c a n b ə y--Bəli, mənəm! Vay, dədəm vay!... Bu mənim öz əvvəlki
arvadımdır. Ay camaat, bu Minnətdir! Yox, yox, belə şey olmaz! Mənə sataşırlar.
(Hamı mat, məbhut durur). Yox, mənə sataşmaq olmaz! Mənim kimi adamı aldatmaq
olmaz! Kimdir, bu saat desin, bu oyunu mənim başıma gətirən, kimdir?
Camaatı yara-yara K ə r b ə l a y ı Q u b a d daxil olur.
K ə r b ə l a y ı Q u b a d--Mərcan bəy, dur üç min manatı bu saat ver, arvadı
aparım evə. Bircə tez ol, başına dönüm, istəyirəm bu gun bir dükan yeri alım.
M ə r c a n b ə y (bərkdən)--Ay zalım balası zalım! Məni sən aldatdın. Mənim
evimi yıxdın, hələ bir gəlib məndən pul da istəyirsən?! Ay camaat, məni tutmayın, bu
kişini öldürəcəyəm. Buraxın, məni tutmayın, bu saat mən bu kişini qanına
bulaşdırım, bu mənim namusuma toxunan işdir. Tutmayın məni, hanı mənim
afserskim? Hanı, hanı?...
K ə r b ə l a y ı Q u b a d--Bu nə danışır, ədə, dəli olubsan nədir? Mənə kələk
istəyir kəlsin.... Bu saat pulu ver, yoxsa kedib bu saat notariusu gətirrəm, evini
yazdıraram. Zəhmət çəkib arvadını almışam!
M ə r c a n b ə y--Ay evin yıxılsın kişi, arvad buradadır, budur arvad, burda!
K ə r b ə l a y ı Q u b a d--Vay, dədəm vay!... Bəs mən aldığım arvad kimdir?
__________________Milli Kitabxana___________________
245
M ə r c a n b ə y--Mən nə bilirəm kimdir!
K ə r b ə l a y ı Q u b a d--Qoy gedim bir arvadı gətirim bura.
Gedir, c a m a a t qarnını tutub gülüşür.
M ə r c a n b ə y--Niyə gülürsünüz? Mənə gülürsünüz? Mənə sataşırsınız?
Namərdlər, siz hamınız bədzatsınız! (Gülüşmə). Juliksiniz, moşenniksiniz! Yox, yox,
bu dərd məni öldürər. (Yıxılır stolun üstə.)
K ə r b ə l a y ı Q u b a d (daxil olur, yanında Gülpəri)--Bəs bu kimdir, sənin
arvadın deyildirmi?
M ə r c a n b ə y--Bu Gülpəridir, ay evini allah yıxsın! Sən arvadı dəyişik
salmısan.
K ə r b ə l a y ı Q u b a d--Vay, evim yıxıldı!... Allah sənin evini yıxsın, Mərcan
bəy! Bu nə kələk idi mənim başıma açdın! Ay camaat, mən öz arvadımı kənddə
qoyub, şəhərə qaçdım. Burada da bir arvad boğazıma keçdi. İki yüz manat da kəbin
pulu yazdırmışam. Bəs mən dükan yeri alacaqdım.
M ə r c a n b ə y--Vay, sənin evin yıxılsın Kərbəlayı Qubad!... A kişi, bəs sən
mənim arvadımı alırdın?
Bir a r v a d əlində ağac, pərdə dalında qışqırıq sala-sala daxil olub, ucadan
çığırır.
A r v a d--Hanı o başı batmış Kərbəlayı Qubad? A kişi, mənim üstümə arvad
alırsan? A sənin saqqalın tökülsün! (Ağac ilə vurur Kərbəlayı Qubadı və bir-iki ağac
da Mərcan bəyə dəyir. Arvad gedə-gedə deyir). Görək, Kərbəlayı Qubad, hərgah
sənin saqqalında bir tük qoysam sağ, onda bu ləçək mənə haram olsun. (Qonaqlar
tutub, qoymayırlar vursun və arvadı yola salırlar). Mən gedirəm, sonra görüşərik,
allah qoysa.
A r v a d gedir. K ə r b ə l a y ı Q u b a d və M ə r c a n b ə y hərəsi bir tərəfdə
oturub ağlayırlar.
M i n n ə t x a n ı m--Mərcan! Kefin necədir? Canın-başın sağdırmı? Məni
satmaq istəyirdin, ay namərd! Məni! Di get, al payını. (Qubada). Sən saqqalından
utanmadın, xalqın arvadını satın almaq istədin? Daha bir ayrı alış-veriş tapmırdın?!
De al payını!...
(M u s i q i)
Q o n a q l a r--
Mübarək olsun toyun
Sənin, Mərcan, ay Mərcan! (2 dəfə)
Dostları ilə paylaş: |