Üzeyir hacibəYLİ



Yüklə 5,8 Mb.
Pdf görüntüsü
səhifə44/102
tarix08.07.2018
ölçüsü5,8 Mb.
#54336
1   ...   40   41   42   43   44   45   46   47   ...   102

__________________Milli Kitabxana___________________ 

186 


 

 

R ö v ş ə n  v ə  N i g a r-- 



 

Üsyan, üsyan!... 

Üsyandan başqa yox çarə

Üsyandan, başqa yox çarə, çarə!... 

 

H a m ı--       



 

Üsyan, üsyan!...  

 

R ö v ş ə n  v ə  N i g a r-- 



       

Üsyandır son çarə!  

 

R ö v ş ə n-- 



 

Mənimlə gedən gəlsin, gedək dağlara. 

Qalarsan burda, Nigarım, 

Olarsan mənə burda lazım. 

Xanın əməllərindən 

Məni xəbərdar edərsən, 

Səni tezliklə xilas edərəm mən. 

Sevgilimsən. 

Mənimlə gedən gəlsin, gedək. 

 

X o r-- 



 

Qoy rədd olsun, qoy məhv olsun,  

Xanlar, bəylər, zalımlar!  

Qoy məhv olsun, qoy tərk olsun  

Qəddar, xain qatillər!  

Qatillər, zalım xainlər!...  

Rövşən, gedək! 

 

PƏRDƏ 



 

 

 



 


__________________Milli Kitabxana___________________ 

187 


 

İKİNCİ PƏRDƏ 

 

H ə s ə n  x a n-- 



 

Bu inqilab törədəni 

Asardım mən öz əlim ilən. 

Ehsan paşa ilə barışmaq gərək, 

İttifaqa girib, çalışmaq gərək.  

 

P o l a d-- 



       

Ehsan paşa gəlir, yarı yoldadır.  

 

H ə s ə n  x a n-- 



 

Tədarük görün, tez qabağa çıxın. 

Mina ibriqlərə şərab doldurun

Mina ibriqlərə şərab doldurun, 

Şərab, şərab, şərab, şərab, şərab, şərab!... 

Payəndaz döşəyin o gələn yola, 

Bəzənsin qadınlar, salsın qol-qola

Geysin rəqqasələr təzə paltarın, 

Paşaya göstərin ölkənin varın. 

Bütün adamları çağır, ver xəbər, 

Onu aldadalım bəlkə bir təhər. 

Doğrudur, düşmənik, neyləyim fəqət

İndi sülhə girmək eyni məsləhət, eyni məsləhət, eyni məsləhət. (2 dəfə)  

Gərək axır qoyam bu üsyanlara,  

Hər gün bir müsibət doğur xanlara.  

Mina ibriqlərə şərab doldurun, 

Mina ibriqlərə şərab doldurun, şərab doldurun, 

Şərab doldurun, şərab, şərab, şərab,  

Şərab, şərab, şərab!...  

Payəndaz döşəyin o gələn yola, 

Bəzənsin qadınlar, salsın qol-qola,  



__________________Milli Kitabxana___________________ 

188 


 

Geysin rəqqasələr təzə paltarın,  

Paşaya göstərin ölkənin varın. 

 

P o l a d--  



 

Ehsan paşa gəlir, əmriniz nədir? 

 

H ə s ə n  x a n-- 



 

Böyük ehtiramla qonağı gətir. 

 

X o r-- 


 

Bizə xoş gəldin, paşa! 

Dünya durduqca yaşa! 

Uzun illər sür dövran, 

Belə sür dövran.Səfa gəldin sən bizim ölkəyə, 

Sür belə bir dövran. 

 

H ə s ə n  x a n-- 



 

Çox səfa gəlmisən, Ehsan paşa həzrəti,  

Mən təqdir edərəm böylə hörməti. 

 

E h s a n  p a ş a-- 



 

Məhrəbalar sənə, məhəbbətli xan,  

Məhəbbət sənə bəslərəm hər zaman. 

 

H ə s ə n  x a n-- 



 

Bizim dostluğumuz olduqca saf. 

 

E h s a n  p a ş a-- 



       

Olduqca saf.  

 



__________________Milli Kitabxana___________________ 

189 


 

H ə s ə n  x a n-- 

       

Yoxdur aramızda heç bir ixtilaf.  



 

E h s a n  p a ş a-- 

 

Heç bir ixtilaf. 



Olmasın yerindən bir-iki kəndim.  

 

H ə s ə n  x a n-- 



       

Rəiyyət dinc olsun.  

 

E h s a n  p a ş a-- 



       

Bu sözü bəyəndim.  

 

H ə s ə n  x a n-- 



 

Bu sözü bəyəndim. 

 

H ə s ə n  x a n  v ə  E h s a n  p a ş a-- 



 

Bu sözü bəyəndim.  

Onu aldadalım bəlkə bir təhər.  

Doğrudur, düşmənik, neyləyim fəqət,  

İndi sülhə girmək eyni məsləhət,  

Eyni məsləhət, eyni məsləhət. 

 

H ə s ə n  x a n-- 



      

İçək badəni bu şərəflərə.  

 

X o r-- 


      

İçək badəni bu şərəflərə.  

 



__________________Milli Kitabxana___________________ 

190 


 

H ə s ə n  x a n-- 

 

Gəlsin rəqqasələr, 



Gəlsin rəqqasələr, çalsın, oynasın.                    

 

R ə q s  



 

H ə s ə n  x a n-- 

 

Əmr edin, təlxək gəlsin, 



Bizi guldursun, ha, ha, ha, ha!... 

 

Q o ş u n l a r içəri daxil olurlar.  



 

X o r (qoşunlar)-- 

 

Xan cənabları, xan cənabları!  



Koroğlu, Koroğlu, Koroğlu.  

Vergi yığdıq kəndlilərdən,  

Getdi aldı Koroğlu,  

Vurdu, döydü, yıxdı, əzdi,  

Zərbə çaldı Koroğlu.  

Dörd beşillik vergiləri  

Güclə, zorla döydük, aldıq,  

Cəza verdik, dama saldıq,  

Başlar yardıq, nə var aldıq:  

Çox qızıllar, çox gümüşlər,  

Çox cəvahir talan oldu,  

Viran oldu, bada getdi,  

Bada getdi, bada getdi,  

Hər nə vardı, xandan ötrü  

Hədyə, sovqat bada getdi,  

Həmlə etdi, zərbə çaldı,  

Qoşunlara Koroğlu,  

Əzdi, tökdü, yaman günə  

Saldı bizi Koroğlu. 

Qırdı bizi, lüt eylədi,  

Yamanca şil-küt eylədi,  



Yüklə 5,8 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə