VəLİyev dünyamali əMİr oğLU



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə156/173
tarix14.04.2018
ölçüsü3,58 Kb.
#38395
1   ...   152   153   154   155   156   157   158   159   ...   173

 
301 
Tədqiqatçıların  nəzərindən  o  da  qaçmır  ki,  bank  ABŞ  və  müttəfiqlərini 
dəstəkləyən rejimlərə daha çox yardım edir.  
QATT - ÜTT. QATT-ÜTT qlobal tənzimləmə sisteminin üçüncü mühüm 
təşkilatıdır.  Onun  öz  fəaliyyətində  rəhbər  tutduğu  əsas  prinsiplər  açıq 
iqtisadiyyat  və  sərbəst  ticərətdir.  İstehsalçılara  qarşı  ayrı-seçkiliyi  qadağan 
etmiş,  ixracatçıların  təcavüzkar  (dempinq)  siyasətinə  mane  olur,  gömrük  və 
qeyri-tarif məndudlaşmalarının aradan qaldırılmasına çalışır. Belə ki, ticərətin 
liberallaşdırılması  dünyanın  iqtisadi  potensialından  daha  səmərəli  istifadə 
olunması üçün şərait yaradır.  
QATT-ın yaradılması tarixi dünya müstəmləkəçilik sisteminin dağılması 
və  inkişaf  etməkdə  olan  müstəqil  dövlətlərin  meydana  gəlməsi  tarixi  ilə  eyni 
vaxta  düşür.  Dünya  iqtisadiyyatının  liberallaşdırılması  prosesi  bu  ölkələrdə 
sürətli  və  davamlı  sosial-iqtisadi  inkişafın  təmin  edilməsi  tələblərinə  cavab 
verir. Ona görə üçüncü dünya ölkələri də sərbəst ticarəti müdafiə edirlər. Çünki 
sərbəst  ticarət  sənayeləşməni  başlıca  məqsədlərindən  biri  hesab  edən  bu 
ölkələrə  imkan  verir  ki,  onlar  texnologiya  və  yeni  texnika  idxal  etmək  üçün 
Şimal bazarlarına  asanlıqla  daxil  ola  bilsinlər.  Xammal  ixrac  edən  ölkələr də 
bu baxımdan alternativsizdirlər.  
Bununla  yanaşı  dünya  dövlətlərinin  təcrübəsi  göstərir  ki,  həmin 
mərhələdə bazar qədər dövlətin rolu da olduqca əhəmiyyətlidir. Bu isə həmin 
ölkələrin  problemlərinə  xüsusi  münasibət  göstərilməsini  tələb  edir.  Bu 
baxımdan hələ 1957-ci ildə həmin ölkələr üçün məhdudiyətlər qoyulması işində 
müəyyən  istisnalar  verilmişdir.  Dövlətin  iqtisadiyyata  müdaxiləsinin  inkişafı 
prosesinə ÜTT-nın nizamnaməsi məhdudlaşdırıcı təsir göstərir. Mütəxəssislərin 
rəyinə görə həmin nizamnamə bütün bazar subyektlərinin hüquqlarını, onların 
kamilliyi dərəcəsindən asılı olmayaraq qlobal rəqabətdə eyni dərəcədə müdafiə 
etmir. Adaptasiya üçün verilən 8 illik güzəştli müddət isə kifayət deyildir. [326, 
2003, №1, s. 14. ] 
ÜTT  çərçivəsində  qlobal  danışıqlar  və  «oyun  qaydalarının»  müəyyən 
edilməsində adətən kasıb ölkələr iştirak etmirlər. Onun fəaliyyəti isə yarandığı 
gündən investisiya və xidmətlər bazarlarının liberallaşmasına yönəldilmişdir.  
İnkişaf  etmiş  sənaye  ölkələri  QATT  tərəfindən  icazə  verilmiş  idxalatın 
miqar məhdudlaşdırmalarını öz nəzarətinə tabe etməyə çalışırlar. Bu məqsədə 
çatmaq  üçün  Qərb  dövlətləri  miqdar  məhdudlaşdırmalarını  fiskal  xarakter 
daşıyan valyuta problemləri ilə əlaqələndirməyə çalışırlar. Təsadüfi deyildir ki, 
miqdar məhdudlaşdırmalarının tətbiqi məsələləri müvafiq dövlətlər tərəfindən 
deyil, BVF-nun ekspertlərinin «texniki tövsiyələri» əssında həll edilir.  
İnkişaf etməkdə olan və keçid iqtisadiyyatı ölkələrinin maraqlı olduqları 
kənd  təsərrüfatı,  toxuculuq  və  digər  mallar  bazarında  tarif  və  qeyri-tarif 
maneələri yüksək səviyyədə və geniş qalmaqda davam edir.  
Dünya  iqtisadiyyatının  qloballaşmasının  mühüm  aspektlərindən  biri 
kənd  təsərrüfatı  məhsulları  ticarəti  üzrə  dövlətlərarası  strategiyanın 
formalaşmasıdır. Bu formalaşma prosesində müxtəlif qrup ölkələrin mənafeləri 
toqquşur.  Aqrar  sektor  inkişaf  etmiş  sənaye  ölkələrində  tarif  sistemi,  qeyri-
tarif  məhdudlaşdırmaları,  idxalatın  miqdar  məhdudlaşdırılması,  ixracın 


 
302 
könüllü  məhdudlaşdırmaları  və  s.  vasitələrindən  istifadə  edilməklə  mürəkkəb 
və  səmərəli  dövlət  tədbirləri  sistemi  ilə  himayə  edilir.  Həmin  himəyəçilik 
tədbirlərinə milli kənd təsərrüfatı istehsalçılarına külli miqdarda subsiyaları da 
əlavə  etmək  lazımdır.  Bəzi  hesablamalara  görə  inkişaf  etmiş  ölkələrdə  aqrar 
istehsalçılara verilən subsidiyalar hər il 140 mlrd. dollara çatır. [326, 2003, №1 
s. 59] 
Kənd  təsərrüfatı  subsidiyaları  kasıb  ölkələr  üçün  diskriminasiya 
mahiyyəti almağa başlamışdır. Çünki inkişaf etmiş ölkələrdə aqrar bölməyə hər 
il  verilən  subsidiyalar  həmin  bölmədə  istehsal  edilən  məhsulların  dəyərinin 
yarısına qədərini təşkil edir. [152, s. 25] . Bu isə kənd təsərrüfatı məhsulları üzrə 
qeyri-bərabər  rəqabət  mühiti  yaradır  və  həmin  məhsulların  inkişaf  etməkdə 
olan və keçid iqtisadiyyatı ölkələrindən ixracı üçün ciddi maneçilik törədir.  
Tədqiqat  göstərir  ki,  inkişaf  etməkdə  olan  ölkələrin  ənənəvi  olaraq  ən 
çox  maraqlı  olduqları  mallar  toxuculuq,  paltar,  kənd  təsərrüfatı  məhsulları 
üzrə ticarət səhəsində ÜTT-nın şərtləri yerinə yetirilməkdən uzaqdır. ÜTT-nın 
səylərinə  baxmayaraq,  inkişaf  etmiş  sənaye  ölkələri  tərəfindən  həmin 
məhsullara  qoyulmuş  yüksək  tariflərin  aşağı  salınması  mümkün  olmamışdır. 
Bu  isə  üçüncü  dünya  ölkələrindən  həmin  malların  ixracının  artmasına  mane 
olmuşdur.  Qeyri-tarif  məhdudlaşdırmaları  da  əvvəllər  olduğu  kimi  yüksək 
səviyyədə qalmaqda davam edir. [326, 2003, №6, s. 4-6] 
QATT-ın ÜTT-na çevrilməsi 1993-cü ildə keçirilmiş Uruqvay raundunda 
qərara  alınmış  və  daha  sıx  inteqrasiya  etmiş  dünya  iqtisadiyyatının 
yaradılması,  istehsal  və  əmtəə  mübadiləsinin  genişləndirilməsi  məqsədini 
güdür.  
Lakin  inkişaf  etmiş  sənaye  ölkələrinin  bazara  buraxılma  probleminə 
münasibəti  belə  iqtisadi  mexanizmin  yaradılması  məntiqinə  ziddir.  ÜTT-nın 
nizamnaməsinə  görə  bu  təşkilatın  qoyduğu  şərtlər  güclü  dövlətlərin  birtərəfli 
qərarları  ilə  deyil,  beynəlxalq  hüquq  normalarına  əsaslanan  çoxtərəfli 
razılaşmalar  əsasında  qoyulmalıdır.  Lakin  ÜTT-nın  təcrübəsi  göstərir  ki,  bu 
heç də belə deyildir və həmin qərar çox vaxt kağız üzərində qalır.  
ÜTT-na  üzvlük  məsələsinin  həll  edilməsi  prosesində  Azərbaycanın  bu 
təşkilata  daxil  olması  ilə  konkret  hansı  məsələlərin  həll  ediləcəyi,  ölkənin 
dünya ticarətində hansı rol oynayacağı və bu zaman hansı güzəştlərə gediləcəyi 
qəti  şəkildə  aydınlaşdırılır.  Özümüz  üçün  müəyyənləşdirməliyik  ki,  gömrük 
siyasəti necə aparılacaqdır.  
Azərbaycan  Respublikasının  iqtisadi  inkişaf  Naziri  Heydər  Babayevin 
məlumatlarına  əsasən:  ölkəmizin  Ümumdünya  Ticarət  Təşkilatına  (ÜTT)  üzv 
olmaq  üçün müraciət etdiyi vaxtdan keçən dövr ərzində üzvülük prosesi üçün 
zəruri  olan  bir  çox  işlər görülmüşdür.  İlk  növbədə  Azərbaycanın  ÜTT-yə  üzv 
olma  prosesini  sürətləndirmək  üçün  ölkə  qanunvericiliyinin  ÜTT-nin 
tələblərinə uyğunlaşdırılması məqsədilə bir sıra qanunverici sənədlərə əlavə və 
dəyişikliklər olunmuş, Azərbaycanın ÜTT-yə üzv olmasına hazırlıq işləri üzrə 
Komissiyanın  8  iclası  keçirilmiş,  quruma  üzv  olan  ölkələrin  sualları 
cavablandırılmışdır. Komissiyanın 2007-ci ilin iyun ayında keçirilmiş sonuncu 
iclasında  ölkə  qanunvericiliyinin  təkmilləşdirilməsi  planının  icra  vəziyyəti  və 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə