VəLİyev dünyamali əMİr oğLU



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə155/173
tarix14.04.2018
ölçüsü3,58 Kb.
#38395
1   ...   151   152   153   154   155   156   157   158   ...   173

 
299 
kiçik və orta biznes inkişaf etdirilsin. Alim keçid iqtisadiyyatı sahəsində həyata 
keçirilən  yenidənqurma  işlərində  tədricilik  və  optimal  dərəcədə  ardıcıllıq 
prinsipini müdafiə edir. O, «şok müalicəsinin» qəti əleyhinədir.  
BVF  və  Dünya  Bankından  fərqli  olaraq  QATT  öz  fəaliyyətini 
razılaşmalarda  iştirak  edən  dövlətlər  arasında  konsensusun  təmin  olunması 
prinsipi  əsasında  təşkil  edir.  Lakin  bu  prosesdə  həmin  təşkilatın 
mütəxəssizlərinə heç bir rol ayrılmır. Çünki bütün qərarlar iştirakçı dövlətlərin 
hökumətləri  tərəfindən  konsensus  əsasında  qəbul  edilir.  Eyni  ənənə  ÜTT-nin 
fəaliyyətində də saxlanılmışdır.  
Bəzi  mütəxəssislərin  fikrinə  görə  nə  Bretton  -  Vuds  İnstitutları,  nə  də 
QATT-UTT - öz qərarlarında beynəlxalq hüquq normalarını əsas götürmürlər. 
[326, №6, 2003, s. 3-4] 
Tanınmış  iqtisadçı  U.  Esterli  Dünya  Bankının  yardım  etmə nəzəriyyəsi 
və praktikasını təhlil edərək belə bir nəticəyə gəlir ki, bankın mövcud olduğu 
bütün  illər  ərzində  böhranların  aradan  qaldırılması  və  iqtisadi  artımın  təmin 
olunması məqsədilə həmin bank həmişə universal reseptlər vermiş və onlar çox 
vaxt  təsirsiz  qalmışlar.  P.  Bauer  isə  hətta  belə  bir  qənaətə  gəlir  ki,  ölkələr 
tərəfindən  verilən  yardımların  səmərəliliyinin  artırılması  üçün  beynəlxalq 
maliyyə  institutlarını  ləğv  etmək  lazımdır.  [271,  2003,  6,  s.  54]  Bu  onun 
reallıqdan  uzaq olan  bir  fikridir.  Reallıq  isə  tələb edir  ki,  beynəlxalq  iqtisadi 
maliyyə  təşkilatlarının  tövsiyə  və  tələbləri  milli  mənafelər  baxımından  təhlil 
edilsin.  
Beynəlxalq  Valyuta  Fondu  (BVF).  Məlum  olduğu  kimi  1944-cü  ildə 
Bretton-Buds  konfransının  qərarı  ilə  yaradılmış  Beynəlxalq  Valyuta 
Fondunun  əsas  funksiyası  açıq  dünya  iqtisadiyyatında  valyuta  sabitliyinin 
təmin  olunmasıdır.  70-ci illərdə  sərbəst  dəyişən  valyuta  sisteminə  keçildikdən 
sonra  onun  funksiyaları  transformasiya  etmişdir.  Müasir  mərhələdə  onun 
başlıca  vəzifələrindən  biri  inkişaf  etməkdə  olan  ölkələrdə  struktur 
dəyişikliklərinin və keçid iqtisadiyyatı ölkələrinin beynəlxalq valyuta sistemi ilə 
inteqrasiyasının tənzimlənməsi təşkil edir.  
Dünya  valyuta  sisteminin  sabitliyinin  təmin  olunmasında,  beynəlxalq 
valyuta  mexanizminin  liberallaşdırılmasında  mühüm  rol  oynayan  BVF-nun 
fəaliyyəti zidiyyətlidir və xüsusən inkişaf etməkdə olan ölkələrdə ciddi tənqidə 
məruz  qalır.  Dünya  ədəbiyyatında  bu  tənqidlər  adətən  aşağıdakı  kimi 
qruplaşdırılır:  
1.  BVF-nun  fəaliyyəti  -  onun  təşkil  olunmasında  aparıcı  rol  oynayan 
ABŞ-ın  mənafeini  daha  çox  əks  etdirir.  Bu  fondun  beynəlxalq  valyuta 
sisteminə  müdaxilələri  həmin  sistemdə  ABŞ-ın  tam  nəzarətinin  təmin 
edilməsinə  yönəldilmişdir.  ABŞ  bu  məqsədlə  maliyyə  cəhətdən  özündən  asılı 
olan və üzərinə qoyulan funksiyaların yerinə yetirilməsi sahəsində məsuliyyəti 
isə  bütün  üzv  ölkələr  arasında  bölüşdürülən  nəhəng  bir  beynəlxalq  təşkilat 
yarada bilmişdir. BVF beynəlxalq valyuta sistemində katalizator rolu oynasa 
da,  maliyyə  mənbələrinin  məhdudluğu  (yəni  maliyyə  asılılığı)  ilə  əlaqədar 
olaraq tam sərbəst hərəkət edə bilmir.  
2.  BVF  yaradılarkən  onun  qarşısına  qoyulan  funksiyaların  məntiqinə 


 
300 
zidd olaraq inkişaf etmiş sənaye ölkələrində xarici iqtisadi müvazinat nə qədər 
kəsirli  olsa  da,  onlara  müvafiq  (məsələn,  inkişaf  etməkdə  olan  və 
transformasiya edən ölkələrə göstərdiyi qədər) sərt təzyiq göstərə bilmir.  
3. Üçüncü dünya ölkələrinin ən çətin problemlərdən biri - onların məruz 
qaldıqları  dərin  borc  böhrandır.  Bu  böhran  keçən  əsrin  70-ci  illərində  əsl 
fəlakət halını almışdır. Lakin BNF nə bu borcun artmasına mane olmaq, nə də 
onların azaldılması üçün təsirli heç bir iş görə bilməmişdir. Onun əsas məqsədi 
borcların  və  faizlərinin  ödənilməsinin  təmin  edilməsi  üçün  struktur 
dəyişikliklərinin  məcburi  qaydada  həyata  keçirilməsidir  (həmin  struktur 
dəyişiklikləri iqtisadi inkişafa zərər versə də).  
4.  Postsosialist  ölkələri  ilə  yaranan  yeni  münasibətlərdə  BVF-u  valyuta 
əməliyyatlarının liberallaşdırılması və milli valyutaların dönərliliyinin qısa bir 
zamanda  təmin  olunması  məqsədini  qarşıya  qoymuşdur.  Halbuki,  həmin 
proses  Qərbi  Avropa  ölkələrində  ikinci  dünya  müharibəsindən  sonra  uzun 
müddət (15-20 il) davam etmişdir.  
5.  Qarşısına  qoyulan  geniş  funksiyalara  baxmayaraq  Fond  adekvat 
səlahiyyətlərə malik deyildir [271, s. 34-40] 
Məlum  olduğu  kimi  Azərbaycan  iqtisadiyyatının  dayanıqlı  inkişafının 
təmin  olunmasının  mühüm  vasitələrindən  biri  Azərbaycanın  iqtisadi 
təsisatlarında  islahatların  aparılmasıdır.  Bu  məsələdə  BVF  respublikmıza 
hərtərəfli  yardım  edir,  tövsiyələr  verir.  Lakin  həmin  tövsiyələrə  baxılarkən 
dünya iqtisadi fikrində BVF haqqında yaranmış fikirlər nəzərə alınır.  
Dünya  Bankı.  1944-cü  ildə  Bretton-Vuds  Konfransında  yaradılmış 
Yenidənqurma  və  İnkişaf  bankı  ilə  əlaqələrin  səmərəli  təşkili  üçün  onun 
fəaliyyətinin  bir  sıra  spesifik  cəhətləri  nəzərə  alınmalıdır.  ABŞ-ın  strateji 
məqsədlərinin  həyata  keçirilməsində  mühüm  rol  oynayan  Dünya  Bankının 
tarixi  inkişaf  etməkdə  olan  və  sonralar  da  keçid  iqtisadiyyatı  ölkələrinin 
inkişafı layihəsi ilə sıx bağlıdır. Onun dəstəyi ilə beynəlxalq maliyyə və kredit 
təşkilatlarının  böyükmiqyaslı  maliyyə  vəsaitləri  üçüncü  dünya  ölkələrinin 
ehtiyaclarının  ödənilməsinə  yönəldilir.  Onun  dəstəklədiyi  kapital  qoyuluşları 
avadanlıq  satıcıları  üçün  genişmiqyaslı  bazarlar  yaradır.  Bank  bu  ölkələrdə 
dağ-mədən  sənayesinin  inkişafına  geniş  yardım  edir.  Bank  beynəlxalq  riskə 
görə  təminat  alır  və  infrastruktur  (yollar  salınması,  elektrikləşdirmə,  tunel, 
dəmir  yolları,  limanlar  tikilməsi  və  s.  )  layihələrinin  məsuliyyətini  öz  üstünə 
götürür. Bununla da o dağ-mədən sahəsində fəaliyyət göstərən şirkətlərə dolayı 
maliyyə  yardımı  edir.  Bank  həmin  ölkələrdə  kənd  təsərrüfatının 
modernləşdirilməsi  və  «yaşıl  inqilabın»  qələbəsinə  də  yardım  edir.  Lakin  bir 
sıra mütəxəssislərin fikrinə görə bank üçüncü dünya ölkələri iqtisadiyyatlarının 
dünya  bazarı  ilə  inteqrasiyası  prosesində  onların  «asılı»  vəziyyətinin 
konservləşdirilməsi üçün də xeyli işlər görür [271, s. 42]. Avtomobil yollarının 
istismarını dəstəkləyir, neft ixracatçılarına bazarlar tapılmasında yardım edir. 
Bu  zaman  bir  çox  hallarda  perspektiv  inkişaf  imkanlarına,  ətraf  mühitin 
çirklənməsinə kifayət qədər məhəl qoymur. Bankın inkişaf tarixi göstərir ki, o 
üçüncü dünya ölkələrində sənayenin inkişaf etdirilməsinə az maraq göstərir.  
Lakin bankın əsas qlobal strategiyası yoxsulluq problemi ilə əlaqədardır. 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə