VəLİyev dünyamali əMİr oğLU



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə151/173
tarix14.04.2018
ölçüsü3,58 Kb.
#38395
1   ...   147   148   149   150   151   152   153   154   ...   173

 
290 
mümkün olan malların istehsalına yönəldir.  
Son  beş  ildə,  xüsusən  2007-ci  ildə  ölkənin  sosial-iqtisadi  inkişafı 
nəticələrinin təhlili göstərir ki, həmin çoxtərkibli problemlərin həllində dönüşə 
nail olunmuşdur.  
Müstəqillik  əldə  etmiş  ölkələrin  təcrübəsi  göstərir  ki,  milli  geriliyin 
aradan  qaldırılmasında  açar  rolunu  oynayan  milli  iqtisadiyyatın,  milli 
sənayenin,  kənd  təsərrüfatının,  infrastrukturanın  inkişafında  ciddi  dönüş 
yaradılması,  müstəqil  və  bir-birini  tamamlayan  istehsal  komplekslərinin  təsis 
edilməsi iqtisadi müstəqilliyin və iqtisadi təhlükəsizliyin onurğa sütunudur.  
Əsas göstərici olan ÜDM-un artımı nəzərdən keçirildikdə məlum olur ki, 
2003-2007-ci  illərdə  iqtisadiyyatın  həcmi  2,  6  dəfə  artmışdır.  Dünya 
dövlətlərinin təcrübəsi isə göstərir ki, ÜDM-un iki dəfə artırılması üçün 10-15 il 
və  bəzən  daha  çox  müddət  tələb  olunur.  Məsələn,  1990-2000-ci  illərdə  10  il 
ərzində yalnız Çin və Hindistan ÜDM-u iki dəfə artıra bilmişdir. Neftlə zəngin 
olan Yaxın və Orta Şərq ölkələri isə həmin dövrdə ÜDM-u cəmisi 38% artıra 
bilmişlər. [283, p. 91-92] 
Sənaye  ənənəvi  olaraq  Azərbaycan  iqtisadiyyatının  aparıcı  sahəsidir. 
Son  beş  ildə  bu  sahədə  ardıcıl  olaraq  özünü  göstərən  sıçrayışlı  artım 
Azərbaycanın tarixində olmamışdır. Bu sahədə artım 2004-cü ildə 5, 7%-dən, 
2005-ci ildə 33, 5%-ə, 2006-cı ildə 36, 6%-ə və 2007-ci ildə 35%-ə yüksəlmişdir. 
Sənaye məhsullarının həcmi isə 5 il ərzində iki dəfədən çox artmışdır.  
Azərbaycan iqtisadiyyatının qısa tarixi dövr ərzində iqtisadi müstəqilliyə 
nail olunmasının və getdikcə möhkəmləndirilməsinin əsasında  İlham  Əliyevin 
daim modernləşmə və yeniləşmə siyasəti dayanır. Akademik Ramiz Mehdiyev 
“Gələcəyin  strategiyasını  müəyyənləşdirərkən:  modernləşmə  xətti”  adlı 
konseptual  məqalədə  tam  əminliklə  qeyd  edir:  “Məhz  iqtisadi  modernləşmə, 
bazarın  sabitliyi,  bank  mühitinin  təkmilləşməsi,  orta  sinfin  formalaşması  və 
ölkənin ÜDM-ində özəl sahibkarlığın rolunun güclənməsi ictimai şüuru latent 
şəkildə  təzələyəcək,  onu  yeni  demokratik  ənənələr  və  təsisatlar  müstəvisinə 
yönəldəcəkdir. ” [317, 2008, №1, s. 118-119] 
İlham  Əliyevin  “Bizim  məqsədimiz  Azərbaycanı  inkişaf  etmiş  ölkəyə 
çevirməkdir” ifadəsi ölkənin uzunmüddətli strateji kursudur.  
İlham Əliyev Nazirlər Kabinetində keçirilən müşavirədə xüsusi vurğula-
mışdır:  Elə  etməliyik  ki,  “qısa  müddət  ərzində  ölkəmizə  gələn  maliyyə 
resursları  ölkəmizin  hərtərəfli  inkişafına  xidmət  göstərsin.  Ölkəmiz 
müasirləşsin, modernləşsin, ən qabaqcıl texnologiyalar Azərbaycana gətirilsin. 
Bütün  sahələrdə  -  istər  tikinti,  istərsə  də  səhiyyə,  təhsil,  infrastruktur  -  bütün 
sahələrdə  ən  qabaqcıl  texnologiyalar  Azərbaycana  gətirilməlidir.  Biz  bunu 
görürük.  Azərbaycanda  son  illər  ərzində,  xüsusilə  dövlət  xətti  ilə  yaradılan 
müəssislələr,  həyata  keçirilən  infrastruktur  layihələri,  tikilən  obyektlər 
dünyanın ən yüksək standartlarına cavab verir.  
“Biz  iqtisadiyyatımızı  şaxələndiririk”  deyən  Prezident  İlham  Əliyevin 
iqtisadi  siyasətinin  proritet  istiqaməti  iqtisadiyyatda  dərin  struktur 
dəyişiklikləri aparılmaqla iqtisadi inkişafın çoxşaxəliliyinin təmin olunmasıdır. 
Yanacaq energetika sektorunun sürətli inkişafı ilə yanaşı qeyri-neft sektoruna 


 
291 
yüksək  dinamizm  verilməsi  dövlət  başçısının  daim  diqqət  mərkəzində  olan 
məsələlərindəndir.  O  adı  çəkilən  müşavirədə  xüsusi  vurğulamışdır  ki, 
Azərbaycanda enerji layihələrinin böyük əksəriyyəti başa çatdırılmış, neft-qaz 
yataqlarına böyük sərmayə qoyuluşu artıq demək olar ki, başa çatmışdır. Buna 
baxmayaraq  investisiyalar  sürətlə  artaraq,  2007-ci  ildə  6,  837  mlrd.  dollara 
çatmışdır.  Onun  isə  böyük  əksəriyyəti  qeyri-neft  sektorunun  inkişafı  ilə 
əlaqədardır. İnvestisiyaların 52%-i qeyri-neft sektorunun payına düşür.  
 


 
292 
2003-2007-ci illəüzrə Azərbaycan Respublikasının  
əsas makroiqtisadi göstəriciləri.   (mln. manat) 
 
 
2003 
2004 
2005 
2006 
2007 
ÜDM bazar 
qiymətləri ilə 
7146, 5 
8530, 2 
12522, 5 
18746, 2 
25228, 1 
Qeyri-neft 
sektoru, ÜDM, 
bazar qiymətləri 
ilə 
4997, 4 
5858, 3 
7001, 7 
8654, 4 
11131, 1 
Neft sektoru, 
ÜDM, bazar 
qiymətləri ilə 
2149, 1 
2671, 9 
5520, 8 
10091, 8 
14097, 0 
 
Son  beş  il  ərzində  qeyri-neft  sektoru  ikirəqəmli  rəqəmlərlə  inkişaf 
etmişdir  və  onun  həcmi  2,  2  dəfə  artmışdır.  Bu  da  analoqu  olmayan  bir 
hadisədir.  Təsadüfi  deyildir  ki,  2007-ci  il  ərzində  büdcəyə  qeyri-neft 
sektorundan vergi daxil olmaları 57. 1% artmışdır. Büdcəyə 2007-ci ildə qeyri-
neft  sektorundan  1635.  9  mln.  manat  vəsait  daxil  olmuşdur.  Müqayisə  üçün 
göstərmək  lazımdır  ki,  2003-cü  ildə  dövlət  büdcəsinin  cəmi  gəlirləri  1220.  9 
mln.  manat  təşkil  etmişdir.  Azərbaycanda  neft  ehtiyatları  tükəndikdən  sonra 
ölkənin  iqtisadi  inkişafına  bədbin  gözlə  baxanlara  həmin  rəqəmlər  tutarlı 
cavabdır.  
Dövlət  başçısı  2008-ci  ildə  Azərbaycanda  sənayeləşmənin  daha  sürətlə 
getməsi  vəzifəsini  qarşıya  qoymuşdur.  Bunun  üçün  də  hər  cür  imkan  var: 
maliyyə  çətinliyi  yoxdur;  üstəlik  ölkənin  10  mlrd.  dollar  valyuta  ehtiyatı 
mövcuddur.  
Təsadüfi  deyildir  ki,  nüfuzlu  investisiya  bankı  olan  “Qodman  Saks” 
tərəfindən  aparılmış  iqtisadi  inkişaf  indeksi  üzrə  Azərbaycan  bütün  MDB 
ölkələrini qabaqlayaraq 170 ölkə arasında 61-ci yerdədir. Sevindirici haldır ki, 
bu  indeks  makroiqtisadi  göstəricilərlə  yanaşı  kompyuter,  telefon,  internetdən 
istifadə, orta təhsil səviyyəsi, orta ömürlülük, qanunun aliliyi və siyasi sabitlik 
kimi mühüm sosial-iqtisadi göstəriciləri də özündə birləşdirir.  
İqtisadi müstəqilliyin təmin olunmasının aparıcı istiqamətlərindən biri də 
enerji  təhlükəsizliyidir.  Ümumimilli  liderimiz  Heydər  Əliyevin  uzaqgörən  neft 
strategiyasının həyata keçirilməsi nəticəsində yanacaq energetika kompleksinin 
sürətli  inkişafı  və  ölkəmizdə  enerji  təhlükəsizliyi  təmin  edilmişdir.  Bu  o 
deməkdir  ki,  enerji  siyasəti  reallaşdıqca  ölkənin  həyati  əhəmiyyət  kəsb  edən 
enerji  daşıyıcılarına  olan  ehtiyacı  tam  şəkildə  ödənilir,  dövlətə  kənardan 
təzyiqlər  minimuma  endirilir.  Bu  tarixi  naliyyət  yalnız  ölkənin  enerji 
potensialının  artmasının  deyil,  həm  də  Prezident  İlham  Əliyevin  apardığı 
beynəlxalq  və  xüsusən  regional  balanslaşdırma  siyasətinin  nəticəsidir.  İlk 
növbədə öz milli maraqlarını əsas götürən ölkə başçısı həm Qərb, həm region, 
həm də digər əlaqədar dövlətlərin maraqlarını diqqətlə öyrənir və onlara böyük 
həssaslıqla  yanaşır.  Avropanın  enerji  təhlükəsizliyinin  təmin  olunmasında  da 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə