VəLİyev dünyamali əMİr oğLU



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə147/173
tarix14.04.2018
ölçüsü3,58 Kb.
#38395
1   ...   143   144   145   146   147   148   149   150   ...   173

 
282 
onların  özlərinin  «çəkiləri»  müxtəlifdir,  qlobal  bazalardan  əldə  etdikləri 
faydaları  isə fərqlidir.  Qloballaşma  prosesində maraqlar  ziddiyyətlidir.  Çünki 
xarici satış bazarlarına, maliyyə mənbələrinə, texnoloji və idarəetmədə mövcud 
olan  yeniliklərə  çıxış  imkanları  bütün  dövlətlərdə  eyni  deyildir.  Ən  güclü 
dövlətlər bunlardan daha çox, zəiflər isə az faydalanırlar.  
Dünya dövlətlərinin təcrübəsi göstərir ki, milli bazarların müasir şəraitdə 
xarici  təsirlərə  həssaslığı  (xüsusən  böhran  dövründə)  sürətlə  artmışdı. 
Qloballaşmanın  dərinləşməsi  inkişaf  etməkdə  olan  və  keçid  iqtisadiyyatı 
ölkələrində  iqtisadiyyatın  idarə  olunmasında  milli  dövlətlərin  vəziyyətlərinin 
pisləşməsinə səbəb olur. Bu prosesdə zəngin və kasıb ölkələr arasında mövcud 
olan dərin uçurum daha da dərinləşir, inkişaf etməmiş Cənub ölkələrində yüz 
milyonlarla  insanlar  informasiya  inqilabının  bəhrələrindən  istifadə  etmək  və 
qüdrətli Şimalın firavan həyatını kənardan seyr etmək imkanı əldə etmişlər.  
İşçi  qüvvəsi  bazarının  liberallaşdırılması  sahəsində  məhdudiyyətlərin 
saxlanılması da bu  ölkələr üçün ciddi nəticələr doğurur. Əslində, yalnız nadir 
yüksək ixtisaslı mütəxəssislər üçün bu məhdudiyyətlər aradan qaldırılmışdır ki, 
bu  da  «beyin  axını» ilə nəticələnir. Nəticədə  kasıb  Cənubda  texnoloji  gerilik, 
ümidsizlik  və  məyusluq  hissləri  sürətlə  artmış,  ekstremizm  və  terrorizm 
dalğaları  özünü  göstərmişdir.  Bir  çox  alimlər  haqlı  olaraq  11  sentyabr 
hadisələrini  bir  növ  bu  dərin  kontrastın  məhsulu  kimi  dəyərləndirirlər.  Ona 
görə də qloballaşmanın bəhrələrinin ölkələr arasında qeyri-bərabər bölgüsünün 
azaldılması  və  qlobal qütbləşmənin  qarşısının  alınması  yalnız kasıb  Cənubun 
deyil, eyni zamanda bütün dünya birliyinin həll etməli olduğu mühüm qlobal 
problemdir.  Milli  dövlətlərin  qlobal  ierarxiyada  mövqeyi  onun  dünya 
bazarındakı rəqabət gücü ilə müəyyən edilir. Lakin bu rəqabət mübarizəsi milli 
dövlətlər,  xüsusən  gənc  ölkələr  üçün  qeyri-bərabərdir.  Onlar  qlobal  iqtisadi-
maliyyə  mühitində  inkişaf  etmiş  dövlətlərin  nəzarəti  altında  olan  böyük 
inhisarlar ilə qarşı-qarşıya qalırlar. Bu nəhəng inhisarlara transmilli şirkətlərin 
texnologiya  sahəsində  olan  inhisarçılığı,  dünya  maliyyə  bazarlarında  maliyyə 
nəzarətini, nəqliyyat sahəsində inhisarçılığını aid etmək olar. Qlobal prosesləri 
tənzimləyən  beynəlxalq  iqtisadi  və  maliyyə  təşkilatlarının  da  onların  nəzarəti 
altında olması mühüm amil kimi nəzərdən qaçırılmamalıdır.  
 
Yuxarıda göstərildiyi kimi qlobal texnoloji piramidanın zirvəsinə gedən 
yol  çoxpilləlidir.  Ayrı-ayrı  ölkə  qrupları  özünün  iqtisadi  və  sosial-mədəni 
səviyyəsini  yüksəltməklə  və  zəngin  Şimaldan  öz  fərqlərini  azaltmaqla  bu 
zirvəyə doğru irəliləyirlər. Təbiidir ki, ayrı-ayrı ölkələr bu pillələrdən müxtəlif 
dərəcədə  istifadə  edirlər.  Cənubi  Koreya,  Tayvan,  Qonkhonq,  Sinqapur, 
Vyetnam,  müasir  dünya  iqtisadi  sisteminə  uğurla  qoşulmuşlar  və  artıq  80-cı 
illərdə  adambaşına  ÜDM  istehsalının  artım  sürətinə  görə  Şimal  ölkələrini  iki 
dəfə  ötüb  keçmişlər.  90-cı  illərdə  həmin  qrupa  Hindistan,  Çili,  Şrilanka, 
Dominikan Respublikası, Yamayka və digər ölkələr əlavə olundular. Onlarda 
adambaşına ÜDM istehsalı öz sürətinə görə dünya liderlərini 1, 5-2, 0 dəfə ötüb 
keçdi. Üçüncü qrupda eyni göstərici 1, 0-1, 5 dəfə təşkil edir. Dördüncü qrup 
ölkələr  inkişaf  etməkdə  olan  ölkələrdir  ki,  orada  adambaşına  ÜDM  istehsalı 


 
283 
inkişaf etmiş ölkələrə nisbətən zəif inkişaf edir. Axırıncı qrupu ən kasıb ölkələr 
təşkil  edir  ki,  onlarda  adambaşına  məhsul  istehsalı  azalır, avanqard  ölkələrlə 
olan uçurum isə dərinləşir. [326, 2003, № 4, s. 13. ]     
Tədqiqatlar  eyni  zamanda  göstərir  ki,  milli  dövlətlərin  qloballaşma 
şəraitində  də  milli  çərçivədə  proseslərə  təsir  etmə  imkanları  yüksəkdir. 
Dövlətin iqtisadi funksiyası əslində yalnız bir sıra məsələlərdə, məsələn, sosial 
və xarici iqtisadi sahələrdə zəifləyir. Müasir milli dövlətlər ən vacib olan təhsil, 
infrastruktura  kimi  məsələlərin  həll  edilməsində  əsas  rol  oynamaqda  davam 
edirlər.  Onların  təmin  olunmasında  bazar,  vətəndaş  cəmiyyəti  və  dövlət 
orqanlarının  proporsional  rolu  mütənasib  olmalıdır.  Müasir  iqtisadiyyatda 
dövlətin  tənzimləyici  rolu  artmışdır.  Tənzimləmə  tədbirləri  ətraf  mühitin 
qorunması,  maliyyə  sektoru  və  inhisarların  fəaliyyətini  əhatə  edir.  Dövlətin 
rolu  ölkə  iqtisadiyyatının  rəqabət  qabiliyyətinin  artırılmasında  elmi-texniki 
tərəqqinin 
stimullaşdırılmasında, 
infrastrukturanın 
yaradılmasında, 
informasiyanın toplanması və işlənməsində, milli sahibkarlar üçün əlverişli işgüzar 
və  vergi  mühitinin  yaradılmasında,  xarici  kapital  və  işçi  qüvvəsi  axınının 
tənzimlənməsində artmışdır. Qloballaşma prosesində dövlətin rolu transformasiya 
edir və o qlobal sahibkar kimi çıxış etməyə başlayır.  
Belə bir şəraitdə ölkənin beynəlxalq əmək bölgüsündə iştirakının iqtisadi 
səmərəliliyinin  müəyyən  edilməsi  vacibdir.  Məlum  olduğu  kimi  ölkənin 
beynəlxalq əmək bölgüsü sistemində ixtisaslaşması bir tərəfdən, xarici iqtisadi 
məkanın  tələbləri  ilə,  digər  tərəfdən  də  həmin  ölkənin  dünya  meyarlarına 
uyğun olaraq rəqabətqabiliyyətli mal və xidmət istehsal edə bilməsi bacarığı ilə 
müəyyən  edilir.  O  da  məlumdur  ki,  məhsul  istehsalçıları  və  satıcıları  əksər 
hallarda  müstəqil  milli  təsərrüfat  subyektləridirlər.  Qloballaşma  şəraitində 
məhsulların getdikcə daha çox hissəsi milli sərhədlərdən kənara çıxır və özünə 
daha  tutumlu  bazarlar  axtarırlar.  Bu  zaman  vahid  struktur  kimi  dünya 
bazarının  mövqeyi  baxımından  iqtisadi  səmərəliliyin  meyarı  məhsul  dünya 
qiymətləri  ilə  satıldıqda  istehsalçı  (ixracatçı)  üçün  rentabelliyi  təmin  edən 
istehsal  xərclərinin  səviyyəsidir.  Müstəqil  istehsalçılar  həmin  beynəlxalq 
meyara  orientasiya  edirlər  və  əgər  belə  məhsullar  ona  mənfəət  təmin  edirsə, 
onlar  dünya  bazarlarına  çıxırlar.  İdxalatçılar  da  idxalat  əməliyyatlarının 
xüsusiyyətlərini nəzərə alaraq eyni qaydada hərəkət edirlər.  
Qloballaşmanın yaratdığı yeni mühit ictimai rifah anlayışının konseptual 
şəkildə  inkişaf  etdirilməsini  tələb  edir.  Məlum  olduğu  kimi  bu  anlayışa  birgə 
istehlak  edilən  məhsul  və  xidmətlərin  geniş  spektri  daxildir.  Yeni  mühitdə 
həmin  məhsulların  istehlakının  kəmiyyət  və  keyfiyyətcə  azaldılmaması  ilə 
yanaşı,  onların  bölgüsünün  tənzimlənməsi  tələb  olunur.  Bazarların 
qloballaşması  ictimai  rifah  ünsürlərinin  (mülkiyyət  hüququnun  qorunması, 
bazarlarda  rəqabət  mühiti,  təbiəti  mühafizə  tədbirləri,  ictimai  obyektlərin  və 
infrastruktura  obyektlərinin  inşası,  səhiyyə  və  təhsilin  böyük  bir  hissəsi)  bir 
çoxunu  sual  altında  qoymuşdur.  Təsadüfi  deyildir  ki,  onların  getdikcə  daha 
çox  qloballaşan  bazar  prinsiplərinə  çevrilməsinə  qarşı  bütün  dünyada 
müqavimət hərəkatı genişlənir.  
Qlobal  iqtisadi-maliyyə  mühitə  inteqrasiya  prosesində  milli  inkişafın 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə