VəLİyev dünyamali əMİr oğLU



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə150/173
tarix14.04.2018
ölçüsü3,58 Kb.
#38395
1   ...   146   147   148   149   150   151   152   153   ...   173

 
288 
ilk dəfə olaraq sosial-iqtisadi inkişafı müasir prinsiplər əsasında tərtib edilmiş 
Dövlət  Proqramları  ilə  tənzimləyərək,  ölkəni  yeni  üfüqlərə,  iqtisadi 
müstəqilliyin əldə edilməsinə doğru istiqamətləndirdi.  
İqtisadi  müstəqilliyin  mühüm  tərkib  hissəsi  iqtisadi  təhlükəsizlik,  enerji 
təhlükəsizliyi və ərzaq təhlükəsizliyidir.  
İqtisadi  təhlükəsizlik  -  iqtisadiyyatın  elə  bir  vəziyyətidir  ki,  bu  zaman 
dayanıqlı  iqtisadi  artım,  ictimai  ehtiyaclar,  yüksək  keyfiyyətli  idarəçilik, 
iqtisadi  maraqların  qorunması  milli  və  beynəlxalq  səviyyədə  səmərəli  şəkildə 
təmin olunur.  
İqtisadi  təhlükəsizlik  problemi  dövlətin  yaradılması  ilə  eyni  zamanda 
yaranır və milli təhlükəsizliyin onurğa sütununu təşkil edir.  
Ölkəmizin milli təhlükəsizlik və onun mühüm tərkib hissəsi olan iqtisadi 
təhlükəsizlik konsepsiysı Prezident İlham Əliyevin imzaladığı 23 may 2007-ci il 
tarixli  sərəncamı  ilə  təsdiq  edilmişdir.  Həmin  konsepsiyada  iqtisadi 
təhlükəsizlik  problemləri  olduqca  əhatəlidir.  Bu  konsepsiya  bazar 
iqtisadiyyatının  inkişafı,  onun  hüquqi  əsaslarının  təkmilləşdirilməsi,  iqtisadi 
sabitliyin  təmin  olunması  məqsədilə  daxili  və  xarici  sərmayələr  üçün  əlverişli 
şəraitin  yaradılması,  təbii  sərvətlərdən  səmərəli  istifadə  edilməsi,  davamlı 
iqtisadi inkişaf, ətraf mühitin qorunması, tədris, elmi və texnoloji potensialın 
artırılması  yolu  ilə  Azərbaycan  xalqının  gələcək  inkişafının,  əhalinin  layiqli 
həyat  səviyyəsinin  və  fiziki  sağlamlığının  təmin  edilməsi  kimi  taleyüklü 
problemlərin  həll  edilməsini  Azərbaycan  dövləti  qarşısında  bir  vəzifə  kimi 
qoyur. [313, may 2006] 
İqtisadi təhlükəsizliyin əsas göstəriciləri aşağıdakılardır: ÜDM-un artımı, 
iqtisadiyyatın  strukturu  və  rəqabətqabiliyyəti,  həyat  səviyyəsi  və  keyfiyyəti, 
inflyasiya  sürəti,  işsizlik  norması,  idxaldan  asılılıq,  daxili  və  xarici  borcların 
səviyyəsi və s.  
Dövlətin  iqtisadi  təhlükəsizliyi  probleminin  mahiyyəti  və  əhəmiyyətini 
müəyyən  etmək  üçün  iqtisadi  ədəbiyyatda  təxminən  25  göstərici  təhlil  edilir. 
Onlar arasında ən vacibləri aşağıdakılardır: adambaşına ÜDM, digər ölkələrlə 
müqayisədə  onun  dinamikası,  ÜDM-un  tərkibində  emaledici  sənaye 
məhsullarının xüsusi çəkisi, ÜDM-un tərkibində elmi-tədqiqat işləri və təcrübə-
konstruktor  işlərinin  payı;  beynəlxalq  standartlar  baxımından  yoxsulluq 
səviyyəsi; orta  ömür səviyyəsi; 10%  ən təminatlı əhali qrupu gəlirlərinin, 10% 
ən  yoxsul  əhalinin  gəlirlərinə  nisbəti;  işsizlik  səviyyəsi;  inflyasiya  səviyyəsi; 
dövlət, o cümlədən xarici borcun ÜDM-a və büdcə gəlirlərinə nisbəti; idxalatın 
ÜDM-a  nisbəti;  istehlak  məhsullarının  tərkibində  idxal  edilən  ərzağın  xüsusi 
çəkisi və s.  
Akademik  Z.  Səmədzadə  haqlı  olaraq  vurğulayır  ki,  ölkənin  iqtisadi 
təhlükəsizliyinə  bu  və  ya  digər  şəkildə  təsir  göstərən  hər  hansı  bir  problem 
diqqətlə təhlil edilmədən dövlətin iqtisadi qüdrətinin və tərəqqisinin artırılması 
sahəsində qarşıda duran heç bir məsələni həll etmək olmaz. [23].  
Bütün dünya dövlətlərində ərzaq təhlükəsizliyinin təmin olunmasında bey-
nəlxalq ticarətin rolu böyükdür. Belə ki, beynəlxalq ticarət ölkənin iqtisadi inki-
şafına  təkan  verməklə  həmin  məhsulların  satışına  şərait  yaradır,  dünya 


 
289 
ehtiyatlarından  səmərəli  istifadə  edilməsini  təmin  edir,  bu  sahədə  beynəlxalq 
ixtisaslaşmaya yol açır.  
Ərzaq təhlükəsizliyinin əsasını aşağıdakılar təşkil edir:  
1.  Bu  və  ya  digər  ölkənin  ərzaq  təhlükəsizliyinin  təmin  olunması  üçün 
ölkənin  ehtiyaclarını  tam  ödəyən  ərzağın  davamlı  və  kifayət  qədər  istehsalı 
qarantiya edilməlidir.  
 
2. Ərzaq təhlükəsizliyi yalnız o zaman təmin edilə bilər ki, ərzağın əldə 
edilməsi üçün fiziki və iqtisadi şərtlər olsun.  
3.  Ərzaq  təhlükəsizliyinə  nail  olmaq  üçün  kənd  təsərrüfatı  məhsulları 
sabit şəkildə və kifayət qədər dünya bazarlarına çıxarılsın.  
4.  Ərzaq  təhlükəsizliyinin  mühüm  elementlərindən  biri  də  əhalinin 
səhhətinə ziyan verməyən keyfiyyətli ərzaqla təmin olunmasıdır. [326, 2003, № 
1, s. 60].  
Hesab  olunur  ki,  milli  səviyyədə  ərzaq  təhlükəsizliyinin  təmin  edilməsi 
üçün  iki  yol  mövcuddur:  1)  özünü  təmin  etməyə  çalışmaq  və  2)  idxalın 
sistematik şəkildə ödənilməsi üçün imkan yaratmaq.  
Ərzaqla  özünütəminetmə  -  ona  olan  tələbatın  əvvəlcə  xarici  ticarətdən 
minimum dərəcədə asılı olmaqla, daha çox daxili istehsal hesabına ödənilməsi 
deməkdir. Özünütəminetmə konsepsiyasına bir sıra amillər təsir edir. Onlardan 
-  məhsuldarlığı  artıran  texnologiyadan  istifadə  etmək  imkanını,  kənd 
təsərrüfatına  siyasi  və  sosial  partlayışın  təsirini,  habelə  ətraf  mühitin 
tənəzzülünü göstərmək olar.  
Daxili  kənd  təsərrüfatı  ehtiyatlarının  davamlı  istifadəsi  hər  bir  ölkədə 
ərzaq  təhlükəsizliyinin  təmin  edilməsi  üçün  mühüm  rol  oynayır.  Daxili  kənd 
təsərrüfatı  istehsalının  himayə  edilərək  qorunub  saxlanılması  və  inkişaf 
etdirilməsi  gözlənilməz  hadisələr  baş  verərsə,  əhalinin  ərzaq  çatışmazlığı 
hallarının baş verməsi barədə narahatlığını azaldır.  
Ərzaq  idxalı  ərzaq  təhlükəsizliyinin  təmin  olunmasında  mühüm  rol 
oynaya bilər. Problemi bu yolla həll etmək istəyən ölkələr qarşısında iki ciddi 
vəzifə durur:  
1.  Ərzaq  idxalını  tələb  olunan  səviyyədə  saxlamaq  üçün  valyuta 
ehtiyatına malik olmaq;  
2. Etibarlı idxal mənbələrini əlində saxlamaq.  
Ölkənin özü tərəfindən ödənilməsi zəruri olan həcmdə ərzaq idxalı üçün 
valyuta  ehtiyatlarının  daxil  olması  məqsədilə  ixracat  potensialının 
yaradılmasını tələb edir. Bu zaman nəzərə almaq lazımdır ki, ərzaq idxal edən 
ölkə üçün həmin ərzaq əmtəə də olsa, strateji əmtəədir. Onun davamlı olaraq 
satın alınması cəmiyyətdə sabitliyə təminat verir. İxracatçı ölkə üçün isə, həmin 
əmtəələr  siyasi  və  iqtisadi  təzyiq  vasitəsi  (embarqo  qoymaqla  və  s.  )  kimi 
istifadə edilə bilər.  
Ərzaq  idxalının  bir  xüsusiyyəti  də  odur  ki,  onların  qiyməti  qeyri-sabit 
olmaqla,  bir  çox  hallarda  öz  real  dəyərinə  adekvat  olmur.  Ərzaq 
təhlükəsizliyini  təmin  etmək  üçün  dövlət  müəyyən  hallarda  strateji  malların 
idxalı məqsədilə yüksək qiymət ödəmək məcburiyyəti qarşısında qalır.  
İdxalat  vasitəsilə  ölkənin  ərzaq  təhlükəsizliyini  təmin  edən  zaman 
hökumət  əsas  diqqəti  xarici  bazarlarda  maksimum  səmərə  ilə  satılması 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə