VəLİyev dünyamali əMİr oğLU



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə152/173
tarix14.04.2018
ölçüsü3,58 Kb.
#38395
1   ...   148   149   150   151   152   153   154   155   ...   173

 
293 
Azərbaycanın rolu artır.  
6  iyun  2008-ci  ildə  ABŞ-ın  “United  Press  İnternational”  internet  nəşri 
Azərbaycan haqqında geniş material dərc etmişdir. Məqalədə deyilir ki, 1991-
ci  ildə  Sovet  İttifaqının  süqutu  Xəzər  regionunun  coğrafiyasını  tamamilə 
dəyişmişdir.  Əgər  əvvələr  Xəzər  SSRİ  ilə  İran  arasında  bölünmüşdüsə,  ittifaq 
dağılandan sonra Xəzər ətrafında 4 dövlət – Rusiya Federasiyası, Azərbaycan, 
Qazaxıstan və Türkmənistan dövlətləri yaranmışdır.  
Məqalədə xüsusi vurğulanır ki, sovet dövründən qalma neft kəmərlərinə 
malik  Rusiyadan  hələ  də  asılı  olan  Qazaxıstan  və  Türkmənistandan  fərqli 
olaraq,  hazırda  Azərbaycan  Moskvanın  nəzarət  etdiyi  ixrac  marşrutlarından 
asılı deyildir və dünyanın ən sürətlə inkişaf edən iqtisadi sisteminə malikdir.  
Mürəkkəb  dünya  təsərrüfatı  sisteminə  yenicə  qaynamağa  başlayan 
ölkəmizin  nüfuzu  beynəlxalq  aləmdə  durmadan  artır.  Vətənimiz  az  müddət 
ərzində  regional  liderə  çevrildi.  Türkiyənin  elmi  və  siyasi  dairələrində 
Azərbaycanı Qafqazın parlayan ulduzu adlandırırlar. Məhz bunun nətəcəsidir 
ki, ölkəmiz super güclərin təzyiqlərini belə dəfələrlə dəf etmişdir.  
Dövlət  başçısı  xüsusi  vurğulayır  ki,  Azərbaycan  özünün  ərzaq  təhlükə-
sizliyini də təmin etməlidir. O haqlı olaraq qeyd edir ki, ərzaq təhlükəsizliyi heç 
də enerji təhlükəsizliyindən az əhəmiyyət daşımayan sahədir. Həqiqətən ərzaq 
problemi bütün dünyada olduğu kimi Azərbaycan üçün də olduqca aktualdır. 
Çünki  əhalinin,  xüsusən  az  təminatlı  təbəqəsinin  yemək  rasionu  o  qədər  də 
geniş  deyildir,  bir  çox  məhsullar  üzrə  istehlak  normadan  aşağıdır.  İstehlak 
mallarının  bir  çoxunun  xeyli  hissəsi  xaricdən  idxal  edilir.  Ona  görə  də 
Prezident  İlham  Əliyev  ərzaq  təhlükəsizliyi  problemini  ön  plana  çəkmişdir. 
Çünki ölkənin iqtisadi inkişafı sürətləndikcə, əhalinin alıcılıq qabiliyyəti artır, 
lakin aqrar-sənaye kompleksinin inkişafı əhalinin artan tələbatını ödəməkdən 
geri qalır. Yəni əhalinin gəlirləri artdıqca yeyinti məhsullarına olan tələbatını 
hələlik  kifayət  qədər  ödəyə  bilmir.  Bazar  iqtisadiyyatı  kənd  təsərrüfatı 
istehsalçıları qarşısında bir çox problemlər yaratdı. Ona görə də ölkənin ərzaq 
təhlükəsizliyinin  təmin  olunması  üçün  kənd  təsərrüfatının  inkişafında  ciddi 
dönüş yaradılması dövlət orqanları qarşısında bir vəzifə kimi qoyulmuşdur.  
Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin  “Azərbaycan 
Respublikasında  əhalinin  ərzaq  məhsulları  ilə  etibarlı  təminata  dair  Dövlət 
Proqramının  hazırlanması  haqqında  ”  01.  05.  2008-ci  il  tarixli  sərəncamında 
qeyd edildiyi kimi ölkəmizdə əhalinin zəruri ərzaq məhsulları ilə təmin edilməsi 
dövlətin  iqtisadi  siyasətində  mərkəzi  yer  tutur.  Bu  məqsədlə  ölkədə  ərzaq 
istehsalı sahəsində, xüsusilə aqrar bölmədə bir sıra köklü islahatlar aparılmış, 
kompleks  tədbirlər  sistemi  həyata  keçirilmişdir.  Bütün  bunlar  sahənin  sürətli 
inkişafı üçün əlverişli şərait yaratmışdır. Bir çox kənd təsərrüfatı məhsullarının 
(taxıl,  kartof,  ət,  tərəvəz,  meyvə  və.  s.)  istehsalında  son  illər  ciddi  artım  əldə 
edilmiş,  ölkədə  istehlak  mallarının  tərkibində  yerli  malların  xüsusi  çəkisi  hiss 
olunacaq  dərəcədə  artmışdır,  kənd  təsərrüfatı  mallarının  ixracında  canlanma 
müşahidə olunur.  
  Bütün  bunlarla  yanaşı,  ölkədə  əsas  ərzaq  məhsullarına  tələbatın  yerli 
istehsal  hesabına  tam  təminatı  hələ  ki,  mümkün  olmamışdır.  Dünya  ərzaq 


 
294 
bazarında  da  tələb  və  təklif  arasındakı  nisbət  birincinin  xeyrinə  dəyişmiş  və 
dünya  bazarlarında  ərzağın  qiyməti  hiss  ediləcək  dərəcədə  artmışdır.  Qlobal 
proseslərin  tələblərinə  uyğun  olaraq  bu  işə  Azərbaycanın  ərzaq  bazarına  da 
göstərilən istiqamətdə təsir etmişdir. Ona görə də Prezident İlham Əliyevin adı 
çəkilən  sərəncamı  ilə  ölkədə  kənd  təsərrüfatı  məhsullarının  artırılmasını  və 
əhalinin ərzaqla təminatının yaxşılaşdırılmasını təmin etmək məqsədi ilə üç ay 
müddətinə Dövlət Proqramının hazırlanması tapşırığı verilmişdir.  
Dünyada kəskin qütbləşmə prosesi gedir. Dünya iqtisadi baxımdan varlı 
və  kasıb  ölkələrə  bölünür.  Ölkəmiz  yalnız  təbii  resurslarına  görə  deyil,  güclü 
elmi potensialına və həyat səviyyəsinə görə də inkişaf etmiş ölkələr səviyyəsinə 
çıxmalıdır.  
Dövlətin  iqtisadi  strategiyası  həm  daxili,  həm  də  xarici  siyasətdə  milli 
mənafeyi, təhlükəsizliyi və büdcə xərclərinin daha vacib istiqamətlərə yönəldil-
məsini 
nəzərdə 
tutur. 
İqtisadi 
strategiya 
sənaye 
sisteminin 
modernləşdirilməsini,  yenidən  milli  mənafeyə  uyğun  qurulmasını,  aqrar 
investisiya sahəsini və sosial siyasəti əhatə edir. [77, s15]  
Dövlətin iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi, iqtisadi qüdrətinin 
daha  da  gücləndirilməsi  daim  diqqət  tələb  edən  məsələdir.  Yeni  imkanların 
aşkara  çıxarılması  və  onlardan  səmərəli  şəkildə  istifadə  olunması,  ölkədə 
modernləşdirmə  proseslərinin  intensivləşdirilməsi  bu  prosesin  vacib  şərtidir. 
Məhz  buna  görə  də  Respublika  Prezidenti  xüsusi  vurğulayır:  “Biz  hələ  çox 
işləməliyik,  ölkəmizi  möhkəmləndirməliyik.  Biz  hələ  sadəcə  olaraq  inkişafın 
birinci  mərhələsindəyik.  Birinci  mərhələni  uğurla  başa  vurduq,  öz 
müstəqilliyimizi  sübut  etdik,  iqtisadi  potensialımızı  özümüz  gücləndirdik. 
Gələcəkdə  həm  regionda,  həm  də  daha  geniş  mənada  Avropada  gedən  işlər 
bizim əməkdaşlığımızdan xeyli dərəcədə asılı olacaqdır. ” [322. 10 Fevral 2002]  
Beləliklə,  Respublikanın  Prezidenti  cənab  İlham  Əliyevin  rəhbərliyi  ilə 
ölkənin  təbii  və  insan  resursları  iqtisadiyyatın  inkişafına  yönəldilərək 
islahatların  həyata  keçirilməsi  nəticəsində  ölkə  iqtisadiyyatı  keyfiyyətcə  yeni 
mərhələyə çıxarılmış və ölkədə bu vaxta kimi görünməyən sosial-iqtisadi artım 
templəri  əldə  olunmuşdur  .  Bunun  müqabilində  ölkəmizin  maliyyə  durumu 
möhkəmlənmiş, 2007-ci illə müqayisədə icmal və dövlət büdcələrinin gəlirləri və 
xərcləri  dəfələrlə  artmış,  dövlətin  öz  funksiyalarını  tam  şəkildə  yerinə 
yetirməsinə təminat yaradılmışdır.  
 “Əsrin müqaviləsi” də daxil olmaqla, dünyanın aparıcı şirkətləri ilə neft 
müqavilələrinin imzalanması, uğurlu makroiqtisadi siyasət, aqrar islahatlar və 
özəlləşdirilmənin  davam  etdirilməsi,  “Yoxsulluğun  azaldılması  və  iqtisadi 
inkişaf  üzrə  Dövlət  poqramı  (2003-2005-ci  illər)”,  “Azərbaycan  Respublikası 
regionlarının  sosial-iqtisadi  inkişafı  Dövlət  proqramı  (2004-2008-ci  illər)”, 
“Neft  və  qaz  gəlirlərinin  idarə  olunması  üzrə  uzunmüddətli  strategiya”, 
“Azərbaycan  Respublikasının  Milli  Təhlükəsislik  konsepsiyası”  kimi 
sənədlərin qəbulu və icrası, bir sıra sahəvi proqramların həyata keçirilməsinin 
tamamlanması  və  digərinin  icrası  üzrə  tədbirlərin  davam  etməsi  qeyd  olunan 
inkişafın əldə olunmasında böyük əhəmiyyət kəsb etmişdir.  
Artıq karbohidrogen gəlirləri qəbul olunmuş strategiyaya uyğun olaraq, 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə