VəLİyev dünyamali əMİr oğLU



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə153/173
tarix14.04.2018
ölçüsü3,58 Kb.
#38395
1   ...   149   150   151   152   153   154   155   156   ...   173

 
295 
qeyri-neft  sektorunun  inkişafına,  “insan  kapitalının”  artırılmasına  və 
gücləndirilməsinə, 
mövcud 
istehsal 
və 
sosial 
infrastrukturun 
yenidənqurulmasına,  bu  qəbildən  olan  yeni  obyektlərin  tikilməsinə,  müasir 
texnologiyaların gətirilməsinə və səmərəli innovasiya siyasətinin aparılmasına 
yönəldilir.  
Akademik Ramiz Mehdiyevin qeyd etdiyi kimi: “Müasir Azərbaycan bir 
çox  beynəlxalq  təşkilatlarda  təmsil  olmuşdur,  bir  çox  qlobal  nəqliyyat-
kommunikasiya  layihələrinin  iştirakçısıdır,  dünya  bazarlarına  enerji 
daşıyıcıları  göndərir.  Azərbaycan  Avropa  və  Asiya  ilə  uzunmüddətli  strateji 
tərəfdaşlıq  üçün  geosiyasi  və  geoiqtisadi  meydandır.  Çox  mühim  nəqliyyat 
dəhlizi və qloballaşma proseslərinin tərkib hissəsi olaraq Azərbaycanın inkişaf 
sürətini  azaltmaması,  yeni  layihələrin  yaradılması  və  gerçəkləşdirilməsində 
düşünülmüş və fəal iştirakı son dərəcə vacibdir”.  
Ölkənin  sosial-iqtisadi  inkişafının  bu  gün  və  gələcəkdə  də  daxili 
resurlarla  yanaşı,  xarici  imkanlar  hesabına  yüksək  səviyyədə  saxlanılmasını 
təmin  etmək  məqsədi  ilə,  onun  geosiyasi  əhəmiyyətini  nəzərə  alaraq,  xarici 
ölkələrlə,  beynəlxalq  maliyyə  institutları  və təşkilatları  ilə,  regional  birliklərlə 
əməkdaşlığı  genişləndirilmiş,  dünya  inteqrasiya  prosesi  dərinləşdirilmişdir. 
Azərbaycanın Ümumdünya Ticarət Təşkilatının tam üzvü olması istiqamətində 
ciddi  addımlar  atılmış,  Avropa  ittifaqı  ilə  “Bir  tərəfdən  Avropa  İttifaqı  və 
onun üzvü olan dövlətlər və digər tərəfdən Azərbaycan Respublikası arasında 
Tərəfdaşlıq  və  Əməkdaşlıq  Sazişi  ”  imzalanmış,  Azərbaycan  Respublikası 
Avropa Qonşuluq Siyasətinə daxil edilmişdir.  
 
 
11. 3. Beynəlxalq maliyyə-iqtisadi təşkilatları ilə əlaqələrin milli 
dövlətlər tərəfindən təşkili problemləri. 
 
İstehsal,  kommunikasiya,  ticarət,  investisiya  və  maliyyə  sahəsində  XX 
əsrin  ikinci  yarısında  beynəlxalq  miqyasda  baş  verən  köklü  dəyişikliklər 
ölkələri  dünya  maliyyə-təsərrüfat  əlaqələrinə  cəlb  olunma  proseslərini 
sürətləndirmiş  və  dünya  iqtisadiyyatını  vahid  qlobal  orqanizmə  çevirmişdir. 
Yaranmış  müasir  şəraitdə  milli  dövlətlər  tamamilə  yeni  situasiya  ilə  qarşı-
qarşıya qalmışlar: onların idxalın məhdudlaşdırılması və ixracat subsidiyaları, 
milli  valyuta  məzənnəsinin  və  Mərkəzi  Bankın  yenidən  maliyyələşdirmə  faiz 
dərəcələrinin  dəyişdirilməsi  kimi  makroiqtisadi  tənzimləmə  vasitələrindən 
istifadə etmə imkanları məhdudlaşmışdır. Xüsusən valyuta-maliyyə sahəsində 
bir  sıra  proseslər  qlobal  miqyas  almış  və  artıq  ayrı-ayrı  dövlətlər  onları 
tənzimləməyə  qadir  deyillər.  Qlobal  proseslərin  dərinləşməsi  milli  səviyyədə 
iqtisadi  tənzimləmələrin  səmərəsini  azaltmış  və  dövlətlərüstü  tənzimləmə 
orqanlarının yaradılması zərurətini doğurmuşdur.  
İqtisadi fəaliyyət və texnologiyanın yeni formalarının doğurduğu qlobal-
laşma  proseslərinin  bir  çox  elementləri,  məlum  olduğu  kimi  II  dünya 
müharibəsi  qurtardıqdan  dərhal  sonra  özünü  göstərməyə  başlamışdır.  Dünya 


 
296 
birliyi  hələ  o  zamandan  qarşılıqlı  əlaqəli  və  sıx  birləşmiş  iqtisadi  sistem 
yaratmağa  cəhd  göstərməyə  başladılar.  Əsas  məqsəd  o  qövr  üçün  xarakterik 
olan himayəçilik və iqtisadi məhdudlaşdırmaları aradan qaldırmaq idi. Etiraf 
edilmişdir  ki,  iqtisadiyyatın  çiçəklənməsi  sülh  və  təhlükəsizliyin,  təmin 
olunması üçün çox vacibdir, yeni iqtisadi qaydalar isə dünya siyasi sisteminin 
səmərəli fəaliyyətinin əsasıdır.  
Bu  siyasətin  tərkib  hissəsi  kimi  1944-cü  ildə  keçirilmiş  Bretton-Vuds 
konfransında  ödəmələr  rejimi  haqqında  razılıq  əldə  edilmiş,  BVF  və  Dünya 
Bankı  yaradılmış,  1945-ci  ildə  isə  BMT  təşkil  edilmişdir.  Bu  zaman  etiraf 
edilmişdir  ki,  valyuta  və  maliyyə  məsələləri  üzrə  razılaşma  beynəlxalq  ticarət 
haqqında  daha  geniş  ümumdünya  sazişinin  ayrılmaz  tərkib  hissəsidir.  Ona 
görə  də  BMT-nin  İqtisadi  və  Sosial  Şurası  özünün  ilk  konfransında  (fevral 
1946-cı  il)  beynəlxalq  iqtisadi  əməkdaşlıqla  məşğul  olan  üçüncü  təşkilatın 
(QATT-ın) yaradılmasını təklif etdi.  
İkinci  dünya  müharibəsindən  sonra  yeni  iqtisadi  qaydaların 
formalaşması prosesinə cəlb edilmiş dövlətlərin mühüm məqsədlərindən biri  - 
dünya  xalqlarının  rifahının  və  məşğulluq  səviyyəsinin  yüksəldilməsinin, 
iqtisadi  tərəqqinin  vacib  şərti  kimi  -  iqtisadiyyatının  liberallaşdırılması  təşkil 
edir.  Liberallaşdırma  məsələləri  ilə  valyuta  və  maliyyə  sahəsində  BVF  və 
Dünya, Bakı məşğul olur.  
Breton  -  Vuds  İnstitutları  kimi  QATT-da  ticarətin  liberallaşdırılması 
yolu ilə azad bazar iqtisadiyyatı qurmağa çalışır. İki sənəd onun fəaliyyətinin 
əsasını təşkil edir: 
Ən  əlverişli  rejim  haqqında  saziş.  Həmin  Sazişə  uyğun  olaraq  ölkələr 
özlərinin ticarət tərəfdaşlarına qarşı ayrı-seçkilik siyasəti tətbiq etməməlidirlər;  
«Milli status» haqqında saziş. Həmin sazişə uyğun olaraq xarici mal və 
xidmətləri satanlar da yerli mal satıcıları ilə eyni hüquqlara malik olmalıdırlar.  
Beynəlxalq  maliyyə-iqtisadi  təşkilatları  tərəfindən  həyata  keçirilən 
çoxtərəfli tənzimləmələrin inkişafı istiqamətləri həmin məsələlərdə iştirak edən 
dövlətlərin  konkret  maraqlarından,  milli  dövlətlərin  həyata  keçirdiyi 
siyasətdən  asılıdır.  Bu  zaman  çoxtərəfli  razılaşmalar  iştirakçıların  milli 
suverenliyinə  toxunmadan  hökumətlər  tərəfindən  ticarət,  maliyyə,  valyuta 
məsələləri  üzrə  qəbul  olunan  qərarlara  təsir  göstərir.  Bu  sahəyə,  dövlət 
siyasətində  həyata  keçirilən  tənzimləmə  tədbirləri  ilə  yanaşı,  beynəlxalq 
iqtisadi  əlaqələrin  inkişafına  təsir  mexanizmi  də  daxildir.  Çoxtərəfli 
tənzimləmələrin  mərkəzi  həlqəsini  beynəlxalq  ticarət,  maliyyə,  valyuta, 
invetisiya sahəsində hamı tərəfindən qəbul edilən normaların yaradılması təşkil 
edir.  
Nəzərə  almaq  lazımdır  ki,  qlobal  proseslərin  dünya  miqyasında  idarə 
olunmasında mühüm rol oynayan BVF, Dünya Bankı qrupu və ÜTT haqqında 
beynəlxalq  ictimai  fikirdə  ziddiyyətli  fikirlər  formalaşmışdır.  Bu  nəhəng 
beynəlxalq  maliyyə-iqtisadi  təşkilatların  yetirdiyi  siyasətin  hər  şeydən  əvvəl 
transmilli şirkətlərin, yüksək inhisarçı dövlətlərin mənafeinə və xarici kapitalın 
hökümranlığının  təmin  olunması  məntiqinə  uyğun  olaraq  həyata  keçirildiyi 
inkişaf  etməkdə  olan  və  keçid  iqtisadiyyatı  ölkələrində  ciddi  narahatlıq 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə