VəLİyev dünyamali əMİr oğLU



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə149/173
tarix14.04.2018
ölçüsü3,58 Kb.
#38395
1   ...   145   146   147   148   149   150   151   152   ...   173

 
286 

 
 dünya  azərbaycanlılarının  bölüşdüyü  dəyərlərə  əsaslanan  milli 
özünəməxsusluğun və həmrəyliyin möhkəmləndirilməsi

 
Azərbaycan  xalqının  mədəni-tarixi  irsinin  və  mənəvi  dəyərlərinin 
qorunması,  eləcə  də  ümumbəşəri  dəyərlərlə  zənginləşdirilməsi,  dilinin, 
özünüdərk,  vətənpərvərlik  və  milli  iftixar  hissinin,  intelektual  potensialının 
inkişaf etdirilməsi.  
Azərbaycan  Respublikasının  milli  təhlükəsizliyinin  təmin  edilməsində 
əsas  vəzifələrdən  biri  onun  milli  təhlükəsizliyinə  təhdidlərin  aradan 
qaldırılması və ya nəzarətdə saxlanılmasıdır.  
  Azərbaycan Respublikasının milli təhlükəsizliyinə təhdidlər aşağıdakı-
lardır:  

 
Azərbaycan  Respublikasının  müstəqilliyi,  suverenliyi,  ərazi 
bütövlüyü və konstitusiya quruluşu əleyhinə qəsdlər; 

 
qanunun  aliliyinə  nail  olunması,  ictimai  asayişin  qorunması  və 
insan  hüquq  və  əsas  azadlıqlarının  müdafiəsi  sahəsində  dövlət  funksiyalarını 
yerinə yetirməyə qarşı fəaliyyət; 

 
separatçılıq, etnik, siyasi və dini ekstremizm

 
terrorçuluq və kütləvi qırğın silahlarının yayılması; 

 
regional münaqişələr və transmilli mütəşəkkil cinayətkarlıq; 

 
Azərbaycan  Respublikasının  enerji  infrastrukturuna  qarşı 
fəaliyyət; 

 
xarici siyasi, hərbi və ya iqtisadi asılılıq; 

 
iqtisadi qeyri-sabitlik

 
peşəkar insan ehtiyatlarının çatışmazlığı; 

 
regional hərbiləşdirmə; 

 
ekoloji problemlər.  
Ölkəmizdə milli təhlükəsizliyin təmin olunması vasitələri bunlardır: 
1.
 
xarici ticarət siyasəti
2.
 
müdafiə qabiliyyətinin möhkəmləndirilməsi; 
3.
 
uzaqgörən daxili siyasət.  
Qəbul  edilmiş  Konsepsiya  qloballaşma  dövründə  milli  maraqların 
etibarlı şəkildə qorunması  üçün müvafiq dövlət  strukturlarının  üzərinə  xüsusi 
vəzifələr qoyur və bu konteksdə onların fəaliyyətinin əlaqələndirilməsini zəruri 
edir.  
Akademik Ramiz Mehdiyevin aşağıdakı sözləri olduqca əhəmiyyətlidir: 
“Qloballaşan dünyanın bir hissəsi olaraq Azərbaycan Qərbin nəaliyyətlərindən 
istifadə  etməyə  çalışmaqla  yanaşı,  öz  mentalitetinin  bütün  xüsusiyyətlərini, 
adət ənənələrini, milli tarixini son dərəcə qayğı ilə qoruyub saxlayır. Bu, dərk 
edilmiş, dövlətin və cəmiyyətin inkişafına istiqamətlənmiş strateji xətdir. 1993-
cü  ildən  etibarən  məhz  bu  xətt  həyata  keçirilir  və  o,  ölkəni  tərəqqiyə  və 
firavanlığa  gətirib  çıxarmağa  qadirdir.  ənənələrin  və  mədəniyyətin  əleyhinə 
deyil, onlara uyğun şəkildə inkişaf bu siyasətin mahiyyətini təşkil edir”. [76, s. 
161] 
Deyilənlərə  yekun  vuraraq  göstərmək  lazımdır  ki,  dünya  maliyyə-


 
287 
iqtisadi  mühitində  baş  verən  köklü  dəyişikliklər  milli  dövlətlər  qarşısında 
zamanın çağırışına onun çevik və adekvat reaksiya göstərməsi, kapital, əmtəə, 
xidmət,  texnologiya,  informasiya  və  işçi  qüvvəsinin  liberallaşdığı  bir  şəraitdə 
ölkənin  rəqabət  qabiliyyətinin  təmin  edilməsi  üzrə  yeni  tələblər  qoyur.  Yeni 
şəraitdə  iqtisadiyyatın  tənzimlənməsi,  təşəbbüskarlıq  fəaliyyətinin  həyata 
keçirilməsi, milli sahibkarlar üçün əlverişli şəraitin yaradılması, sosial mühitin 
təmin  olunması  üçün  kompakt  dövlətin  formalaşdırılması  vəzifələri  qarşıda 
durur.    
 
 
11. 2. Azərbaycanın iqtisadi müstəqilliyinin reallaşdırılması -İlham 
Əliyev siyasətinin tarixi nailiyyətidir 
 
Az
ə
rbaycan  iqtisadi  t
ə
hl
ü
k
ə
sizliyini,  enerji 
t
ə
hl
ü
k
ə
sizliyini  t
ə
min  edibdir  v
ə
  ba
ş
qa 
ö
lk
ə
l
ə
rin 
enerji 
t
ə
hl
ü
k
ə
sizliyind
ə
 
i
ş
tirak 
edir. 
Ə
rzaq 
t
ə
hl
ü
k
ə
sizliyi  d
ə
  ondan  az 
ə
h
ə
miyy
ə
t  da
şı
mayan 
sah
ə
dir.  
   
 
İlham ƏLIYEV 
Az
ə
rbaycan Respublikas
ı
n
ı
n Prezidenti 
 
  XX əsr bəşəriyyət tarixinə yalnız elmi-texniki inqilablar əsri kimi daxil 
olmamışdır. O həm də milli-azadlıq hərəkatları milli dövlətlərin yaranması və 
bəşəri  inkişaf  prosesinə  müstəqil  subyekt  kimi  öz  tövhələrini  verməyə 
başlamaları  ilə  səciyyələnir.  Bütün  XX  əsr  tarixi  göstərir  ki,  siyasi  azadlıq, 
müstəqil  dövlətçiliyin  möhkəmləndirilməsi,  həmin  azadlığın  ölkə  xalqlarının 
həyatında  hərtərəfli  dönüş  nöqtəsi  rolunu  oynaması  əhəmiyyətli  dərəcədə 
iqtisadi  sahədə  aparılan  mübarizənin  uğurundan,  iqtisadi  cəhətdən  də 
müstəqilliyin əldə edilməsindən asılıdır. Bəzən belə bir səhv fikir tez-tez səslənir 
ki, guya dünyada iqtisadi cəhətdən müstəqil heç bir dövlət yoxdur. Çünki heç 
bir dövlət özünün bütün ehtiyaclarını təkbaşına təmin edə bilməz. Bu məsələyə 
səthi yanaşmaqdır. İqtisadi müstəqillik dedikdə bütöv milli iqtisadiyyatda geniş 
təkrar  istehsalını  zəruri  ehtiyatlarla  təmin  etməyə  qadir  olan  müstəqil 
təsərrüfat mexanizminin formalaşdırılması, xüsusən əhalinin maddi və mədəni 
rifah səviyyəsinin öz milli gəliri hesabına təmin edilməsi nəzərdə tutulur.  
Doğma  respublikamızda  müstəqilliyin  siyasi  proqramını  ümummilli 
liderimiz Heydər Əliyev böyük inamla formalaşdırmış və reallaşdırmış, iqtisadi 
müstəqillik uğrunda mübarizənin möhkəm təməlini atmışdır.  
Siyasi  istiqlaliyyətin  və  onun  iqtisadiyyat  cəbhəsinin  daha  da 
möhkəmləndirilməsinin  sükanı  artıq  beş  ildir  ki,  Prezident  İlham  Əliyevin 
etibarlı  əlindədir.  Əminliklə  demək  olar  ki,  Azərbaycanın  iqtisadi 
müstəqilliyinin  reallaşdırılması  İlham  Əliyev  siyasətinin  tarixi  naliyyətidir. 
Layiqli  varis  öz  üzərinə  düşən  tarixi missiyanı  böyük  həssaslıqla  dərk  edərək, 
ölkənin  strateji  kursunu  bütün  sahələr  üzrə  qəbul  edilən  və  elmi  cəhətdən 
əsaslandırılmlş proqram sənədləri ilə müəyyən etdi. Əslində MDB məkanında 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə