VəLİyev dünyamali əMİr oğLU



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə157/173
tarix14.04.2018
ölçüsü3,58 Kb.
#38395
1   ...   153   154   155   156   157   158   159   160   ...   173

 
303 
bu  işin  sürətləndirilməsi  yolları  hərtərəfli  müzakirə  edilmiş,  aidiyyatı  dövlət 
qurumları  arasında  əlaqələndirmənin  gücləndirilməsi  və  institutsional 
potensialın  artırılması  məqsədilə  Komissiyanın  tərkibi  təkmilləşdirilmişdir. 
Azərbaycanın  ÜTT-yə  üzvlüyü  ilə  bağlı  danışıqlar  həlledici  mərhələyə  qədəm 
qoymuşdur.  Artıq  Azərbaycan  Türkiyə  ilə  ÜTT-yə  üzv  olmağa  dair  2007-ci 
ildə  və  xidmətlər  üzrə  ikitərəfli  Protokol  imzalamışdır.  Türkiyə  ilə  yanaşı, 
Gürcüstan, Moldova, Oman və Birləşmiş Ərəb Əmirliyi ilə ikitərəfli dasnışıqlar 
tamamlanmış  və  protokolların  imzalanması  razılaşdırılmışdır.  Hazırda  isə 
Azərbaycan bir sıra ölkələrlə, o cümlədən Amerika Birləşmiş Ştatları, Avropa 
İttifaqı,  Yaponiya,  Kanada,  Cənubi  Koreya,  Çinin  Tayvan  əyaləti  ilə mal  və 
xidmətlərə  dair  ikitərəfli  danışıqlar  aparır.  Hesab  edirik  ki,  Azərbaycanın 
ÜTT-yə üzvlüyü ilə bağlı görülən işlər qısa vaxt ərzində ölkəmizin bu quruma 
üzv olmasını təmin edəcəkdir.  
Beləliklə,  mürəkkəb  qloballaşma  prosesində  beynəlxalq  iqtisadi 
təşkilatların  ziddiyətli  xarakterinə  baxmayaraq  Azərbaycan  höküməti 
tarazlaşdırılmış  siyasət  yeridir.  Azərbaycan  Respublikasının  Prezidenti  İlham 
Əliyev 13. 11. 2007-ci ildə qeyd etmişdir: “Azərbaycan iqtisadiyyatı demək olar 
ki,  tam  şəkildə  müasir  metodlarla  idarə  olunur.  Biz  özümüzü  həm  siyasi 
cəhətdən,  həm  də  iqtisadi  cəhətdən  dünyaya  inteqrasiya  edirik.  Beynəlxalq 
təşkilatlarla uğurlu və qarşılıqlı maraq əsasında əməkdaşlıq edirik” 
 
11. 4. Azərbaycan iqtisadiyyatının beynəlxalq rəqabət qabiliyyətinin 
artırılması –  qlobal iqtisadiyyata inteqrasiyanın aparıcı istiqaməti kimi. 
 
Dünya  bazarı  ilə  iqtisadi  inteqrasiya  strategiyası  müəyyənləşdirilərkən 
dünyada  iqtisadi  proseslərin  inkişaf  təmayüllərinin  müasir  xüsusiyyətləri 
diqqətlə öyrənilib nəzərə alınmalıdır. Məlum olduğu kimi elmi-texniki tərəqqi 
inkişaf 
edib 
dərinləşdikcə 
Qərbdə 
istehsalın 
təmərküzləşməsi 
və 
mərkəzləşdirilməsi,  kapitalın  inhisarlaşması  öz  yüksək  həddinə  çatmışdır. 
Dünya  iqtisadiyyatı  üzərində  nəzarət  nəhəng  Transmilli  şirkətlərin  əlində 
cəmlənmişdir. Beynəlxalq iqtisadi əlaqələrdə də onlar həlledici rol oynayırlar. 
Respublikamızda  özəlləşdirmə  siyasəti  ardıcıl  olaraq  keçirildiyi  bir  şəraitdə 
dünya iqtisadiyyatının göstərilən cəhəti nəzərə alınmaqdadır. Heç kəs üçün sirr 
deyildir ki, respublikamızda iri kapital yığımının həyata keçmədiyi bir şəraitdə 
təsərrüfat  obyektlərinin  həddən  artıq  "xırdalanması"  TMŞ-lərin  ölkəmizdə 
şəriksiz  hökmranlığına  gətirib  çıxara  bilər.  Ona  görə  də  respublikamızda 
vaxtilə  sahə  prinsipi  üzrə  yaradılmış  şirkətlərin  özəlləşdirmə  prosesində  "xır-
dalanmasına" yol vermək olmaz. Bu baxımdan bankların birləşdirilərək BUS 
Bankın  yaradılması  və  sonra  da  kapital  banka  çevrilməsi,  bankların 
nizamnamə kapitalına tələblərin artrılması tamamilə özünü doğruldur.  
Ümumiyyətlə,  istər  daxili,  istərsə  də  beynəlxalq  iqtisadi  problemlərin 
həllində milli kapitalın, milli sahibkarlığın formalaşması və inkişaf etdirilməsi 
respublikanın  strateji  məqsədlərindən  biri  hesab  edilir.  Yalnız  bir  tarixi  faktı 
yada  salmaq  kifayət  edər  ki,  XIX  əsrin  axırları,  XX  əsrin  əvvəllərində 


 
304 
ölkəmizdə tikilən və bu gün Bakının iftixarı olan iqtisadi və digər obyektlərin 
böyük əksəriyyəti milli kapital tərəfindən həyata keçirilmişdir.  
Təsərrüfat  həyatının  beynəlmiləlləşməsi  və  respublikamızda  ardıcıl 
olaraq  "açıq  qapı"  siyasətinin  həyata  keçirilməsi  istər  xaricdə,  istərsə  də  ölkə 
daxilində  məhsulların  yüksək  rəqabətqabiliyyətli  olmasını  tələb  edir. 
Respublika  daxilində  demək  olar  ki,  artıq  bütün  məhsul  növləri  üzrə  yerli  və 
əcnəbi məhsullar üzrə yüksək rəqabət gedir. Yerli istehsalçılara istehsalı təşkil 
etmək  və  onu  inkişaf  etdirmək  sahəsində  tədbirlər  sistemi  həyata  keçirilir. 
İdxalat  tarif  və  qeyri-tarif  tənzimləmələri  vasitəsilə daha çox  məhdudlaşdırıla 
bilər.  Lakin  bu  uzun  müddət  davam  edə  bilməz  və  bu  tədbirdən  beynəlxalq 
müqavilələrə uyğun olaraq, artıq geniş istifadə etmək mümkün deyildir.  
Ona görə də yerli istehsalın dirçəldilməsi üçün emal olunan məhsulların 
keyfiyyətinin  və  müvafiq  olaraq  onların  rəqabətqabiliyyətinin  yüksəldilməsi 
ölkə  iqtisadiyyatının  strateji  məqsədlərindəndir.  Daxili  bazar  da,  xarici  bazar 
da bunu tələb edir.  
Beynəlxalq  əmək  bölgüsünün  üstünlüklərindən  səmərəli  istifadə  etməklə 
iqtisadi  tərəqqinin  təmin  edilməsi  əhəmiyyətli  dərəcədə  idxal  və  ixracın 
strukturundan  asılıdır.  Məhz  bu  cəhət  ölkəmizin  iqtisadi  inteqrasiyasının 
dünya  birliyi  ilə  bərabərhüquqlu  və  qarşılıqlıfayda  prisnipi  əsasında 
aparıldığını  və  ya  onun  dünya  bazarının  xammal  əlavəsinə  çevrilmiş  olub-
olmadığını  müəyyən  edir.  90-cı  illərdə  olduğu  kimi  Respublika  idxalatının 
böyük  əksəriyyətinin  istehlak  mallarından,  ixracatın  isə  mineral  xammaldan 
ibarət  olması,  tamamilə  aydındır  ki,  iqtisadi  tərəqqini  təmin  edə  bilməzdi. 
İxrac  potensialının  hərtərəfli  inkişaf  etdirilməsi,  onun  çoxçeşidliliyinin  artırıl-
ması, istehsalın hazır məhsul emalına doğru istiqamətləndirilməsi, satışa çıxa-
rılan malların əmtəə görkəminin yaxşılaşdırılması ölkəmizə lazım olan valyuta 
ehtiyatlarının yaradılması və daha da artırılması üçün həlledici əhəmiyyət kəsb 
edir. Bu məqsədlə xarici ticarətdə liberallaşma siyasətinin ardıcıl yeridilməsi və 
təsərrüfat  obyektlərinin  bilavasitə  xaricə  çıxmasını  təmin  edilməsi  olduqca 
əhəmiyyətli tədbirlərdəndir.  
Dünya bazarı ilə səmərəli iqtisadi inteqrasiya yalnız iqtisadiyyatın geniş 
diversifikasiyası ilə mümkündür. Bu məqsədlə, gömrük kredit və valyuta mexa-
nizmindən  və  digər  iqtisadi  alətlərdən  bacarıqla  istifadə  edilməsi  həyati 
əhəmiyyət kəsb edir. Ölkənin iqtisadi strukturunun formalaşmasında və xarici 
iqtisadi əlaqələrinin xarakterində valyuta siyasəti mühüm rol oynayır. Müasir 
şəraitdə  ayrı-ayrı  milli  iqtisadiyyatlar  arasında  qarşılıqlı  asılılığın  artması  ilə 
əlaqədar  olaraq,  valyuta  məzənnəsi  milli  iqtisadiyyatın  inkişafının  zahiri 
təzahürünə  çevrilmiş,  onun  iqtisadi  potensialını,  əmək  məhsuldarlığını 
müəyyən dərəcədə əks etdirir, istehsala güclü təsir göstərir.  
Bu gün Milli Bankın həyata keçirdiyi valyuta siyasəti daxili qiymətlərin 
rəqabət gücünü və ixracın səmərəliliyini müəyyən dərəcədə azalda bilər. Bu isə 
ixracat sahələrinə və bütövlükdə qeyri-neft sektorunun inkişafına təsir göstərə 
bilər,  idxalı  isə  stimullaşdırılaraq  genişlənməsinə  səbəb  ola  bilər.  Neft 
gəlirlərinin  sürətlə  artmağa  başlaması  milli  valyutanın  mövqeyini  xeyli 
möhkəmləndirir. Ona görə də Milli Bankın bu sahədə apardıgı tarazlaşdırılmış 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə