VəLİyev dünyamali əMİr oğLU



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə158/173
tarix14.04.2018
ölçüsü3,58 Kb.
#38395
1   ...   154   155   156   157   158   159   160   161   ...   173

 
305 
siyasəti tamamilə özünü dogruldur. 
Ölkənin beynəlxalq iqtisadi inkişaf strategiyası qabaqcıl ölkələrin müsbət 
təcrübəsi  və  müasir  dünyada  gedən  proseslər  nəzərə  alınmaqla  hazırlanır, 
qeyri-neft  sektorunun  inkişafına  qayğı  göstərilir.  Dünyada  özünü  göstərən 
geniş  qloballaşma  proseslərinə  Azərbaycanın  uğurlu  inteqrasiyası  və  sosial-
iqtisadi tərəqqisi yalnız bu yolla təmin oluna bilrər.  
Bu  gün  ölkənin  müstəqil  sosial-iqtisadi  inkişafı  gedişi  üçün  həyati 
əhəmiyyət  kəsb  edən  və  ilk  baxışda  həlli  qeyri-mümkün  görünən  Azərbaycan 
iqtisadiyyatının  rəqabət  gücünün  artırılması  yolları  dövlətin  diqqət 
mərkəzindədir.  Nəzərə  almaq  lazımdır  ki,  bazar  iqtisadiyyatı  şəraitində 
dövlətin  rolu  bu  sahədə azalmır,  əksinə daha da  yüksəlir  və  getdikcə mühüm 
əhəmiyyət  kəsb  edir.  Beynəlxalq  rəqabət  meydanına  təsərrüfat  subyektləri  - 
müəssisələr  çıxsalar  da  onların  bu  sahədə  müvəffəqiyyəti  bütün  digər  şərtlər 
daxilində  ölkədə  mövcud  olan  ümumi  iqtisadi  vəziyyət  və  o  cümlədən  ölkə 
iqtisadiyyatının və müəssisələrin rəqabətqabiliyyətinə mənfi və müsbət təsir edə 
bilər.  Dövlət  ölkə  iqtisadiyyatının  və  müəssisələrin  rəqabətqabiliyyətinin 
yüksəldilməsi  üçün  məqsədyönlü  tədbirlər  sistemi  həyata  keçirmədikdə  onun 
bu  sahədə  rolu  mütəxəssislər  tərəfindən  mənfi  xarakterizə  edilir.  Bu  tədbirlər 
sisteminin  mərkəzi  xəttini  müəssisələr  tərəfindən  əmək  məhsuldarlığının 
yüksəldilməsi  və  onların  malik  olduqları  müqayisəli  üstünlüklərin  möh-
kəmləndirilməsi,  üçün  normal  işgüzar  mühitin  yaradılması  təşkil  edir.  Bu 
məqsədlə  müəssisələrin  xaricdən  yeni  texnika  və  Texnologiya  gətirmələri 
hərtərəfli  təşviq  edilməlidir.  Sovet dövründən qalmış  bir  ehkama  görə, dövlət 
zəif,  səmərəsiz  və  ziyanla  işləyən  müəssisələri  himayə  etməlidir.  Bu  yanlış  bir 
fikirdir.  Getdikcə  qloballaşan  bazar  iqtisadiyyatı  tələb  edir  ki,  beynəlxalq 
bazarda  rəqabət  apara  bilən  müəssisələr  dövlət  tərəfindən  dəstəklənsinlər  və 
onlar öz üstünlüklərini daha da möhkəmləndirsinlər. Bu zaman nəzərə almaq 
lazımdır  ki,  bu  sahədə  dövlət  himayəçiliyi  çoxlarının  düşündüyü  kimi  heç  də 
həmin  müəssisələrə  dotasiya  verilməsi  demək  deyildir.  Bu  himayəçilik 
rəqabətqabiliyyətli  müəssisələrin  az  məsrəf  sərf  etməklə,  yüksək  keyfiyyətli 
məhsul istehsal etmələri üçün əlverişli şərait yaradılmasından ibarətdir.  
Dünya təcrübəsi əyani şəkildə göstərir ki, dövlətlərin çoxu rəqabət qabi-
liyyətini  ilk  mərhələdə  beynəlxalq  bazarda  deyil,  daxili  bazarda  yüksəltməyə 
çalışırlar.  
Artıq  bütün  mütəxəssislər  arasında  belə  bir  fikir  hakimdir:  rəqabət 
mübarizəsində o ölkələr qalib çıxırlar ki, onlarda daxili tələb xarici firmaların 
deyil,  ilk  növbədə  yerli  firmaların  məhsuluna  əsaslanır.  Yerli  müəssisələrin 
xaricdə  davam  gətirə  bilən  məhsullar  istehsal  edə  bilməsində  ilk  mühüm  şərt 
onların  əvvəlcə  ölkə  daxilində  rəqabətə  dözə  bilməsi,  normal  rəqabət 
mübarizəsi  şəraitində  daxili  tələbatın  ödənilməsində  mühüm  rol  oynamağa 
başlamışdır.  Bu  işçi  qüvvəsinə  də  aiddir.  Halbuki,  yüksək  ixtisaslı  hesab 
etdiyimiz  işçi  qüvvəsi  bəzən  daxili  bazarda  xarici  işçilərlə  rəqabətə  davam 
gətirə  bilmirlər.  Xarici  firmaların  özləri  ilə  çoxsaylı  işçilər  gətirmələrini 
müəyyən dərəcədə məhz bu amil ilə də izah etmək olar.  
Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətinin yüksəldilməsində mü-


 
306 
hüm strateji istiqamət daxili tələbatın ödənilməsi üçün idxalı əvəzetmə siyasəti-
nin  yeridilməsidir.  Bu  siyasət  ölkənin  keçmişdə  olduğu  kimi  qapalı 
xarakterinin artırılmasına deyil, istehlak mallarının idxalına yönəldilən valyuta 
ehtiyatlarına  qənaət  olunmasına,  qənaət  olunan  valyutanın  texnologiya 
idxalına  və  hətta  həmin  texnologiyanın  istehsalının  respublikada  təşkil 
olunması  məqsədlərinə  tabe  edilməsi  çox  vacibdir.  Bu  siyasət  ölkənin  ixracat 
potensialının artırılması üzrə strateji istiqamətin həyata keçirilməsində mühüm 
rol  oynaya  bilər.  Uzunmüddətli  və  mürəkkəb  proses  olan  beynəlxalq  rəqabət 
qabiliyyətinin yüksəldilməsinə müxtəlif ölkələr müxtəlif müddətdə, fərqli vasitə 
və üsullar ilə nail olurlar. Lakin dünya təcrübəsi göstərir ki, onlar bu məqsədə 
nail  olmaq  üçün  bir  qayda  olaraq  dörd  ardıcıl  mərhələdən  keçirlər.  Bu 
mərhələlərin  hərəkətverici  qüvvələri,  yaxud  ayrı-ayrı  dövrlərdə  onun 
inkişafının  müəyyənedici  amilləri  aşağıdakılardır:  istehsal  amilləri, 
investisiyalar, yeniliklər və sərvət.  
Azərbaycan  iqtisadiyyatı  beynəlxalq  rəqabət  mübarizəsində  öz  üstün-
lüyünü mövcud olan bol istehsal amillərindən intensiv və səmərəli istifadə olun-
ması,  onlardan  əldə  edilən  maliyyə  mənbələrini  texnaloji  inkişafa  yönəltmək 
yolu ilə təmin edir. Bu sahədə bütün qüvvələr Azərbaycana təbiətin bəxş etdiyi 
zəngin  təbii  sərvətlərdən  və  ucuz  işçi  qüvvəsindən  ağılla  istifadə  edilməsinə, 
müxtəlif kənd təsərrüfatı məhsullarının becərilməsi üçün daha əlverişli şəraitin 
yaradılmasına yönəldilmişdir. İlk növbədə daxili tələbatın ödənilməsi üçün bu 
sahələrdə qısa müddət ərzində əhəmiyyətli naliyyətlər əldə etmək mümkündür. 
Hazırkı mərhələdə resurs amillərindən innovasiya amillərinə keçilməsi məsələsi 
tam kəskinliklə qarşıya qoyulmuşdur.  
Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı tədbirlər nəticəsində Azər-
baycan  iqtisadiyyatının  beynəlxalq  rəqabət  qabiliyyəti  qısa  tarixi  dövr  ərzində 
əhəmiyyətli dərəcədə artmışdır. Beynəlxalq təşkilatlar da buna böyük əhəmiyyət 
verirlər.  
Məlum  olduğu  kimi  dünya  ölkələrinin  iqtisadi  göstəricilərinin 
qiymətləndirilməsində  “Ümumdünya  İqtisadi  Forumunun”  (ÜİF)  hazırladığı 
hesabatlar  xüsusi  yer  tutur.  Otuz  ilə  yaxındır  ki,  ÜİF  dövlətlərin  rəqabətə 
davamlılıq  səviyyəsini  öyrənməkdədir.  1979-cu  ildən  etibarən  hazırlanan 
“Qlobal  Rəqabət  Hesabatları”nda  dövlətlərin  iqtisadiyyatlarının  davamlı 
inkişafını  və  uzunmüddətli  çiçəklənməsini  şərtləndirən  faktorlar  araşdırılır. 
2004-cü  ildə  dövlətlərin  rəqabətə  davamlılığının  ölçülməsi  üçün  təkmil 
göstəricilər  toplusu  yaradılıb  və  Qlobal  Rəqabət  indeksi  kimi  ÜİF-ə  təqdim 
edilib.  
Məlumat  üçün  bildirək  ki,  dövlətlərin  rəqabətə  davamlılığı  -  “Qlobal 
Rəqabət  indexsi”  12  əsas  üzrə  müəyyənləşdirilir.  Burada  təhsil  və  təlim,  insan 
kapitalı,  texniki-tərəqqi,  makroiqtisadi  sabitlik,  səmərəli  idarəetmə,  qanunun 
aliliyi, şəffaf və təkmil işləyən qurumlar, korrupsiyanın azlığı, bazara yönümlülük, 
şirkətlərin təkmilləşdirilməsi, tələbat, bazarın həcmi və bir çox başqa istiqamətlər 
əsas götürülür.  
ÜİF-nin  Qlobal  Rəqabət  İndeksi  2006-2007-ci  illərdə  Azərbaycanda 
bütün  istiqamətlər  üzrə  güclü  inkişaf  müşahidə  olunduğunu,  ölkənin  nəhəng 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə