VəLİyev dünyamali əMİr oğLU



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə146/173
tarix14.04.2018
ölçüsü3,58 Kb.
#38395
1   ...   142   143   144   145   146   147   148   149   ...   173

 
280 
biridir. Sahibkarlar beynəlxalq vergi planlaşdırmasının əsas mexanizmlərindən 
istifadə  edərək,  öz işgüzar  fəaliyyətləri  zamanı  müxtəlif  vergi  risklərini  nəzərə 
almalıdırlar.  Beynəlxalq  ikiqat  vergitutma  fiziki  və  hüquqi  şəxslər  üçün  əlavə 
vergi  yükü  olaraq,  yalnız  bütün  dövlətlərin  vergi  siyasətlərinin  bir-biri  ilə 
uzlaşdırılması  yolu  ilə  tənzimlənə  bilər.  Müasir  dünyada  vergi  harmonikləş-
dirməsinə  hələ  tam  nail  olmaq  mümkün  olmadığından,  beynəlxalq  səviyyədə 
vergitutma  probleminin  yeganə  həlli  yolu  ikiqat  vergitutmanın  aradan 
qaldırılması sahəsində konvensiyaların bağlanılmasıdır. Eyni zamanda hər bir 
ölkə birtərəfli qaydada az və ya çox dərəcədə öz rezidentləri üçün ümumi vergi 
məbləğinin minimallaşdırılmasını təmin edə bilər.  
Xarici  iqtisadi  fəaliyyət  zamanı  nəzərə  alınmalı  olan  əsas  vergi  növləri 
bunlardır: hüquqi şəxslərin mənfəət vergisi, fiziki şəxslərin gəlir vergisi, kapital 
və əmlak vergisi, əlavə dəyər vergisi, gömrük rüsumları və  gəlirin (mənfəətin) 
bölüşdürülməsindən  vergilər.  Digər  bərabər  şərtlərlə  birlikdə  vergitutmada 
daha  güzəştli  şərtlər  təklif  edən  ölkələr  kapital  və  əmtəə  resurslarının  öz 
ərazilərinə axmalarına şərait yaradırlar. Ölkənin vergi iqlimi (vergi sistemi tipi, 
əsas  vergi  növləri  və  onların  dərəcələri,  vergi  güzəştlərinin  xarakteri, 
beynəlxalq  vergi  sazişlərinin  mövcudluğu)  hazırda  investisiya  qərarlarının 
qəbul olunmasında ən başlıca müəyyənedici amildir. Bu, daha yüksək vergi də-
rəcələri  tətbiq  edən  ölkələri  öz  vergi  siyasətlərinə müvafiq  dəyişikliklər  etmək 
məcburiyyətində  qoyur,  əks  halda  bu  ölkələr  vergi  sığınacaqları  ilə  rəqabət 
apara bilməzlər.  
Sonda  onu  qeyd  etmək  lazımdır  ki,  dövlətlə  vergi  ödəyicisi  arasında 
davam  edən  qarşıdurma  prosesi  indi  yeni  -  beynəlxalq  inkişaf  mərhələsinə 
qədəm qoymuşdur.  
 
 
 
.  
 
QLOBALLAŞMANIN MİLLİ SƏRHƏDLƏ
DAXİLİNDƏ İDARƏ OLUNMASI VƏ MİLLİ 
MARAQLARIN QORUNMASI 
 
        
        Biz  el
ə
  etm
ə
liyik  ki,  Az
ə
rbaycan 
xalq
ı
n
ı

 maraqlar
ı
 tam 
şə
kild
ə
 qorunsun.  
 
Ilham ƏLIYEV 
Az
ə
rbaycan Respublikas
ı
n
ı
n Prezidenti 
14. 04. 2008 
 
11. 1. Qloballaşma prosesində milli maraqların və milli təhlükəsizliyin 


 
281 
təmin olunması problemləri (nəzəri baxış
 
M
ürəkkəb  və  ziddiyyətli  qloballaşma  prosesləri  onun,  istər 
ümumdünya miqyasında, istərsə də milli səviyyədə idarə olunmasını tələb edir. 
Bu proseslər milli dövlətlər qarşısında keyfiyyətcə yeni tələblər qoyur.  
Qloballaşma  dövrünün  tələbləri  haqqında  fundamental  əsərin  müəllifi 
Akademik  Ramiz  Mehdiyevin  qeyd  etdiyi  kimi  “Dünyada  gedən  proseslər 
birmənalı şəkildə göstərir ki, 21-ci əsrdə bəşəriyyətin inkişaf strategiyasını xeyli 
dərəcədə məhz qloballaşma müəyyənləşdirəcəkdir. Bu da qanunauyğunluqdur, 
Çünki  biz  tarixdə  ilk  dəfə  olaraq  Şekspirin  ritorik  “olum,  ya  ölüm”  sualının 
bəşəriyyət qarşısında duran problem kimi yeni səpkidə səsləndiyi və yeni məna 
kəsb etdiyi bir dövrə qədəm qoymuşuq” [76, s. 121] 
Milli maraqların qorunması və milli təhlükəsizliyin təmin edilməsi prob-
lemləri  milli  dövlətlər,  xüsusən  müstəqillik  yoluna  yenicə  qədəm  qoymuş 
ölkələr üçün həyati əhəmiyyət kəsb edir.  
Qloballaşma  inkişaf  səviyyəsindən  asılı  olmayaraq  milli  iqtisadi 
sistemləri  qlobal  səviyyədə  fəaliyyət  göstərən  «oyunçuların»  sərt  rəqabət 
mübarizəsinə cəlb edir. Ona görə də milli iqtisadiyyatın qlobal mühitə itkisiz və 
səmərəli  uyğunlaşdırılması  bu  gün  milli  dövlətlər  qarşısında  duran  və  həyati 
əhəmiyyət  kəsb  edən  məsələdir.  Milli  iqtisadiyyatın  getdikcə  daha  çox 
meqacəmiyyətin tərkib hissəsinə çevrilməsi, bu funksiyanın əhəmiyyətini daha 
da artırır.  
Zaman  tələb  edir  ki,  onlar  adət  etdiyimiz  makro  və  mikroiqtisadi 
tənzimləmələrlə  yanaşı  -  beynəlxalq  əmtəə,  xidmət,  kapital  və  işçi  qüvvəsi 
axınlarına müdaxilə etmək, proqnozlaşdırmaq və istiqamətləndirmək kimi çox 
mühüm  funksiyaları  da  yerinə  yetirsinlər.  Ənənəvi  dövlətlər  qloballaşma 
şəraitində  iki  cəbhəyə  qarşı  mübarizə  aparmağa  məcburdurlar:  1)  Ölkənin 
daxili  problemlərinə  qarşı  2)  nəzarətdən  çıxma  təhlükəsi  doğuran  transmilli 
qüvvələrə qarşı.  
Milli  dövlətlər  transmilli  qüvvələri  vergiqoyma,  iqtisadiyyatın  tənzim-
lənməsi, iqtisadi təhlükəsizliyin təmin edilməsi məsələlərində öz nəzarətinə tabe 
etməyə çalışırlar.  
Ümumiyyətlə  qəbul  edilir  ki,  qloballaşma  prosesində  beynəlxalq  əmək 
bölgüsünün  üstünlükləri  inkişaf  etmiş  sənaye  ölkələri  üçün  daha  faydalıdır. 
Buna  baxmayaraq,  transformasiya  prosesini  keçirən  ölkələr  bu  proseslərdə 
iştirak  etməyə  həm  məcburdurlar,  həm  də  belə  iştirakda  çox  maraqlıdırlar. 
Çünki  artıq  bir  aksioma  kimi  qəbul  edilir  ki,  müasir  şəraitdə  hər  hansı  bir 
dövlətin  dünya  bazarından  təcrid  olunması,  onun  iqtisadi  inkişafının  son 
nəticədə geriləməsi ilə nəticələnə bilər. Lakin bəşər tarixinin yeni mərhələsində 
bir  çox  iqtisadi  proseslərin  qlobal  mahiyyəti  ilə  onların  milli  dövlətlər 
çərçivəsində  tənzimlənməsi  arasında  kəskin  ziddiyyət  özünü  göstərir.  Bu  isə 
səmərəli  dövlətlərüstü  tənzimlənmə  mexanizminin  yaradılmasını  tələb  edir. 
Çünki  dövlətlər  hələ  qloballaşma  prosesinə  müxtəlif  dərəcələrdə  qoşulmuşlar, 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə