VəLİyev dünyamali əMİr oğLU



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə143/173
tarix14.04.2018
ölçüsü3,58 Kb.
#38395
1   ...   139   140   141   142   143   144   145   146   ...   173

 
274 
Məqsədi  yalnız  Azərbaycan  Respublikasının  ərazisindən  keçməklə  bir 
xarici dövlətdən digər xarici dövlətə keçmək olan şəxs
Bu məcəllənin 13.2. 6.1-ci və 13.2. 6.2-ci maddələri Azərbaycan Respub-
likasının ərazisində sahibkarlıq fəaliyyəti göstərən şəxslərə aid edilmir
- Azərbaycan Respublikasının ərazisində yerləşən diplomatik imtiyazları 
və  immunitetləri  olan  diplomatik  nümayəndəliklər,  konsulluq  idarələri  və 
xarici ölkələrin digər rəsmi nümayəndəlikləri, beynəlxalq təşkilatlar və onların 
nümayəndəlikləri,  habelə  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olmayan  xarici 
təşkilatların və firmaların nümayəndəlikləri;  
- rezident anlayışı ilə əhatə edilməyən digər şəxslər.  
Vergi ödəyicisinin ailə üzvləri; ər-arvadlar; valideynlər, övladlar və övladlığa 
götürülmüş şəxslər; vərəsələr; doğma (ögey) bacılar (qardaşlar); bacı və qardaş öv-
ladları.  
Mənbə və ya ərazi prinsipi ilə vergitutmanı həyata keçirmək üçün «Azər-
baycan  mənbəyindən  əldə  edilən  gəlir»  anlayışı  Azərbaycan  Respublikası 
Vergi Məcəlləsinin 13. 2. 16 maddəsi ilə müəyyən edilmişdir. Həmin maddəyə 
görə Azərbaycan mənbəyindən gəlir aşağıdakılardır:  
- Azərbaycan Respublikasında muzdlu işdən gəlir;  
-  Azərbaycan  Respublikasında  istehsal  edilmiş  malların  istehsalçı 
tərəfindən təqdim edilməsindən gəlir;  
-  Azərbaycan  Respublikasında  malların  təqdim  edilməsindən,  iş 
görülməsindən və xidmət göstərilməsindən gəlir; 
- Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyə aid edi-
lən sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir, o cümlədən belə daimi nüma-
yəndəlik  vasitəsilə  təqdim  edilmiş  mallara  (işlərə,  xidmətlərə)  aid  edilə  bilən 
eyni  cinsli,  yaxud  bənzər  (oxşar)  malların  (işlərin,  xidmətlərin)  təqdim 
edilməsindən, habelə daimi nümayəndəlik vasitəsilə həyata keçirilən fəaliyyətə 
aid edilə bilən fəaliyyətdən və ya ona oxşar fəaliyyətdən əldə edilmiş gəlir;  
Azərbaycan Respublikasındakı sahibkarlıq fəaliyyəti ilə əlaqədar;  
-  vergi  ödəyicisinin  borclarının  onun  kreditorları  tərəfindən 
silinməsindən;  
- Məcəllənin 114. 7-ci maddəsinə uyğun olaraq gəlirə daxil edilmiş əsas 
vəsaitlərin təqdim edilməsindən
- xərclərin Vergi Məcəlləsinin 141-ci maddəsinə uyğun olaraq kompensa-
siya edilməsindən və ya ehtiyatların azalmasından gəlir;  
-  rezident  hüquqi  şəxsdən  dividend  şəklində  əldə  edilən  gəlir,  həmçinin 
bu hüquqi şəxsdə iştirak payının satılmasından və ya başqasına verilməsindən 
əldə edilən gəlir;  
- rezidentlərdən alınan faizlər şəklində gəlir;  
- rezident tərəfindən ödənilən pensiya;  
-  Azərbaycan  Respublikasının  ərazisində  daimi  nümayəndəliyi  və  ya 
əmlakı olan şəxsdən alınan faizlər şəklində gəlir - həmin şəxsin bu faizlər üzrə 
borcu bu cür daimi nümayəndəlik və ya əmlakla bağlıdırsa;  
-  Azərbaycan  Respublikasında  saxlanılan  və  ya  istifadə  edilən  əmlak 
üçün  alınan  royalti  şəklində  gəlir,  yaxud  Məcəllənin  13.  2.  23-cü  maddəsində 
göstərilən  və  Azərbaycan  Respublikasında  saxalanılan  və  ya  istifadə  edilən 


 
275 
əmlakın təqdim edilməsindən gəlir;  
-  Azərbaycan  Respublikasında  istifadə  edilən  daşınan  əmlakın  icarəyə 
verilməsindən əldə edilən gəlir;  
- Azərbaycan Respublikasındakı daşınmaz əmlakdan əldə edilən gəlir, o 
cümlədən bu əmlakda iştirak payının təqdim edilməsindən gəlir;  
- aktivlərin 50 faizindən çox olan hissəsi birbaşa və ya dolayısı ilə Azər-
baycan  Respublikasındakı  daşınmaz  əmlakdan  ibarət  olan  müəssisənin 
səhmlərin və ya iştirak payının təqdim edilməsindən gəlir;  
-  rezidentin  sahibkarlıq  fəaliyyəti  ilə  bağlı  olmayan  əmlak  təqdim 
edilməsindən əldə etdiyi digər gəlirlər;  
- idarəetmə, maliyyə xidmətləri göstərilməsindən əldə edilən gəlir - bu gə-
lir  rezident  hüquqi  şəxsin  və  ya  qeyri-rezidentin  Azərbaycan  Respublikasının 
ərazisində yerləşən daimi nümayəndəliyi tərəfindən ödənilirsə, yaxud o, həmin 
müəssisə və ya onun daimi nümayəndəliyi ilə bağlanmış müqaviləyə əsasən əldə 
edilmişdirsə;  
-  Azərbaycan  Respublikasında  risqin  sığortası  və  ya  təkrar  sığortası 
haqqında müqavilə üzrə ödənilən gəlir;  
- Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə 
və ya daşınmalar həyata keçirilərkən telekommunikasiya və ya nəqliyyat xid-
mətlərindən gəlir;  
- Azərbaycan Respublikasındakı fəaliyyətlə bağlı meydana çıxan və Mə-
cəllənin  əvvəlki  maddələrində  əhatə  edilməyən  digər  gəlirlər.  Bu  maddəyə 
uyğun  olaraq  gəlirin  mənbəyi  müəyyən  edilərkən  gəlirin  ödənildiyi  yer, 
həmçinin onun birbaşa və ya dolayısı ilə ödənilməsi nəzərə alınmır.  
Ödəmə  mənbəyində  dividenddən  vergi  tutulması  Məcəllənin  122-ci 
maddəsi ilə aşağıdakı qaydada həyata keçirilir:  
- rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 
10 faiz dərəcə ilə vergi tutulur.  
-  dividendin  faktiki  sahibi  olan  fiziki  və  hüquqi  şəxslərdən  həmin 
qaydaya  uyğun  olaraq  vergi  tutulmuşdursa,  dividendi  alan  fiziki  və  hüquqi 
şəxslərin həmin gəlirindən bir daha vergi tutulmur.  
-  həmin  gəlir  yenidən  dividend  şəklində  verilən  zaman  vergiyə  cəlb 
olunmur.  
Ödəmə mənbəyində faizlərdən vergi tutulması (maddə 123): 
Rezident  banklarına,  maliyyə  lizinqini  həyata  keçirən  rezident  şəxslərə 
və  ya  qeyri-rezident  bankların,  maliyyə  lizinqini  həyata  keçirən  qeyri-
rezidentin  Azərbaycan  Respublikasındakı  daimi  nümayəndəliyinə  kreditlər 
(ssudalar), depozitlər (hesablar) üzrə ödənilən faizlər istisna olmaqla, rezident 
tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür 
nümayəndəliyin  adından  ödənilən  faizlərdən,  o  cümlədən  maliyyə  lizinqi 
əməliyyatları  üzrə  ödənilən  ssuda  faizlərdən,  gəlir  bu  Məcəllənin  13.  2.  16-cı 
maddəsinə  uyğun  olaraq  gəlir  Azərbaycan  mənbəyindən  əldə  edilmişdirsə, 
ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.  
Faizlərin faktiki sahibi fiziki şəxsdirsə, Məcəllənin 123. 1-ci və 123. 4-cı 
maddələrinə  uyğun  olaraq  vergi  tutulmuş faizlər  həmin fiziki  şəxslərə ödənil-
dikdən sonra onlardan bir daha vergi tutulmur.  


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə