VəLİyev dünyamali əMİr oğLU



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə141/173
tarix14.04.2018
ölçüsü3,58 Kb.
#38395
1   ...   137   138   139   140   141   142   143   144   ...   173

 
269 
neftin əlverişli konyunkturu ixracatın daha da artmasına təkan vermiş və 2006-
cı  ildə  əmtəə  ixracı  2005-ci  ilə  nisbətən  1,  7  dəfə  artaraq  13,  0  mlrd.  $  çox 
olmuşdur. Nəticədə ixracın ÜDM-də xüsusi çəkisi keçən illə müqayisədə 4, 7% 
artaraq  65,  6%-ə  çatmışdır.  Bu  isə  ölkənin  dünya  iqtisadiyyatına  daha  sıx 
inteqrasiya olunduğunu, onun açıqlıq dərəcəsinin yüksəldiyini göstərir.  
2006-cı ildə ölkənin qeyri-neft sektorunun payına düşən ixrac mallarının 
ümumi dəyəri 2005-ci ilə nisbətən 22, 7% artaraq 939, 3 mlrd. $-a çatmışdır. Bu 
artım əsasən maşınqayırma və kimya məhsullarının, əlvan və qara metalların 
və kənd təsərrüfatı məhsullarının ixracının artımı hesabına olmuşdur.  
2005-ci  illə  müqayisədə  2006-cı  ildə  ölkəyə  idxal  olunan  istehlak 
mallarının strukturunda ərzaq mallarının xüsusi çəkisi 3, 6% azalmışdır. İdxalı 
əvəz  edən  yeyinti  məhsullarının  istehsalının  inkişafı  burada  əsas  faktor 
olmuşdur.  
Fiziki şəxslərin idxalını (915, 4 mln. $) və humanitar malları (33, 6 mln. 
$)  da  nəzərə  almaqla  2006-cı  il  ərzində  ölkəmizə  1860,  8  mln.  $  məbləğində 
istehlak  malları  gətirilmişdir.  Bunun  da  35%-i,  yəni  651,  4  min.  $  ərzaq 
məhsullarının payına düşür.  
İdxalın  strukturunda  investisiya  yönümlü  maşın-avadanlıqların  və 
malların xüsusi çəkisi 25, 1% təşkil edərək 1319, 9 mln. $ olmuşdur. Bunun da 
81,  2%-ni  beynəlxalq  neft-qaz  kontraktları  çərçivəsində  ölkəyə  cəlb  olunmuş 
investisiyalar hesabına idxal olunmuş mallar təşkil edir. Bundan başqa 2006-cı 
il ərzində ölkəyə 465, 1 mln. $ dəyərində təbii qaz və ümumi məbləği 1623, 5 
mln. $-a bərabər olan istehsal təyinatlı maşın-avadanlıq, kimya, qara və əlvan 
metal məhsulları da gətirilmişdir 
2006-cı  ildə  xarici  dövlətlərlə  Azərbaycanın  iqtisadi  əlaqələrində 
qarşılıqlı  xidmətlər  əsas  yerlərdən  birini  tutmuşdur  və  həmin  xidmətlərin 
ümumi  həcmi  3,  8  mlrd.  $  təşkil  etmişdir.  Bunun  da  2,  9  mlrd.  $  qeyri-
rezidentlər tərəfindən Azərbaycan rezidentlərinə, 939, 9 mln. $ isə Azərbaycan 
rezidentlərinin xarici ölkələrin rezidentlərinə göstərdiyi xidmətlərdir. Beləliklə, 
xidmətlər balansının saldosu mənfi 1923, 4 mln. $ olmuşdur ki, bu da ÜDM-in 
9,  7%-ni  təşkil  edir.  Müqayisə  üçün,  bu  göstərici  2005-ci  ildə  15,  7%  təşkil 
etmişdir.  
Xidmətlər  balansının  kəsiri  əsasən  beynəlxalq  kontraktlar  çərçivəsində 
ölkənin  neft-qaz  sektorunun  fəaliyyəti  ilə  bağlıdır.  Belə  ki,  bu  sektorda 
görülmüş  işlərin  yerinə  yetirilməsi  ilə  əlaqədar  ölkədə  istifadə  olunmuş  3,  7 
mlrd.  $  məbləğində  xarici  investisiyaların  1,  6  mlrd  $-ı  tikinti-quraşdırma  və 
digər  xidmətlərlə  bağlı  xərclərə  görə  xarici  dövlətlərin  rezidentlərinə 
ödənilmişdir. Bu isə xidmətlər balansının kəsirinin 83, 3%-ni təşkil edir.  
Cari  transfertlər  üzrə  xarici  ölkələrlə  aparılan  əməliyyatların  ümumi 
dəyəri 930, 2 mln. $ təşkil etmişdir 
Bütövlükdə, cari transfertlər üzrə əməliyyatların müsbət saldosu 2005-ci 
ilə nisbətən 17, 0% artaraq 566, 3 mln. $ (ÜDM-in 2, 9%-i) təşkil etmişdir.  
2006-cı  ildə  ölkə  iqtisadiyyatında  istifadə  olunmuş  xarici  kapitalın 
ümumi  həcmi  5,  1  mln.  $  təşkil  edərək  əvvəlki  ilin  göstəricisindən  3,  3%  çox 
olmuşdur. Bu göstəricinin əvvəlki dövrlərə nisbətən nəzərə çarpacaq dərəcədə 


 
270 
artmamasının  əsas  səbəbi  beynəlxalq  neft-qaz  kontraktları  çərçivəsində  iri 
layihələrin  xarici  investorlar  tərəfindən  maliyyələşdirilməsinin  tamamlanma 
mərhələsinə çatması ilə əlaqədar neft-qaz sektoruna cəlb olunan birbaşa xarici 
investisiyaların əvvəlki ilə nisbətən 9, 9% azalması ilə bağlıdır. Nəticədə, neft-
qaz sektorunda istifadə olunmuş birbaşa investisiyaların ümumi məbləği keçən 
ilə nisbətən 377, 6 min. $ azalaraq 3, 4 mlrd. $ təşkil etmişdir.  
İqtisadi  artım  və  neftin  qiymətinin  yüksəlməsi  ölkənin  tədiyə 
qabiliyyətində  də  öz  əksini  tapır.  2007-ci  ilin  9  ayında  cari  əməliyyatlar 
hesabında  6  mlrd.  ABŞ  dollarına  yaxın  və  ya  ÜDM-in  31  faizi  səviyyəsində 
profisit yaranmışdır. Neft-qaz sektoru üzrə ixracın 62 faiz artması nəticəsində 
ticarət  balansında  10,  2  mlrd.  ABŞ  dolları  müsbət  həcmində  saldo 
yaranmışdır.  
   Cari  hesabda  yaranmış  böyük  profisit  nəticəsində  hesabat  ilində 
ölkənin  strateji  valyuta  ehtiyatlarının  həcmi  3  mlrd.  ABŞ  dollarından  çox 
artaraq,  7  mlrd.  ABŞ  dollarını  ötmüşdür.  Hazırda  ölkənin  strateji  valyuta 
ehtiyatlarının  qeyri-neft  sektoru  üzrə  mal  və  xidmətlərin  idxalını 
maliyyələşdirmə müddəti beynəlxalq normadan 5 dəfə yüksəkdir.  
 
 


 
271 
10. 5. Xarici iqtisadi fəaliyyətin vergiyə cəlb edilməsi mexanizmi. 
 
Hüquqi  və  fiziki  şəxs  beynəlxalq  bazarlara  çıxdıqda  onların  vergi 
problemləri  artır.  Hər  bir  dövlət  öz  vergi  sisteminə,  öz  vergi  dərəcələrinə  və 
müvafiq  vergi  qanunvericiliyinə  malikdir.  Buna  görə  də  qlobal  səviyyədə 
kommersiya fəaliyyəti ilə məşğul olarkən aşağıdakıları nəzərə almaq lazımdır: 
milli vergiləri və vergi qanunlarını; xarici dövlətlərdə mövcud olan vergiləri və 
vergi qanunlarını; beynəlxalq vergi qanunlarını.  
Müxtəlif  ölkələrdə  vergitutmanın  müxtəlifliyi  və  bir-birindən  fərqlənməsi, 
beynəlxalq  ikiqat  vergitutma  halını  yaratmaqla  yanaşı,  xarici  iqtisadi  fəaliyyətə 
vergitutma baxımından müəyyən üstünlüklər də verir. Belə ki, müxtəlif ölkələrdəki 
vergi  dərəcələri  arasındakı  fərqdən,  daha  liberal  qanunlardan  istifadə  edərək 
kapitalı  və  gəlirləri  daha  əlverişli  vergi  qanunvericiliyi  mövcud  olan  ölkəyə 
köçürmək mümkündür.  
Klassik  siyasi  iqtisaddan  məlumdur  ki,  üç  əsas  istehsal  amili-əmək, 
torpaq,  kapital  və  bunlara  müvafiq  olaraq  üç  əsas  gəlir  forması-əmək  haqqı, 
renta  və  mənfəət  mövcuddur.  Klassik  ənənələrə  sadiq  qalaraq  istehsal 
amillərinin və gəlirlərin aşağıdakı təsnifatını verə bilərik.  
Gəlirlərin  müasir  təsnifatında  aktiv  və  passiv  gəlirlər  fərqləndirilir. 
Xarici  iqtisadi  əməliyyatlar  aparılan  zaman  aktiv  gəlirlər  hər  hansı  xarici 
dövlətin  ərazisində  daimi  nümayəndəlik  vasitəsilə  aparılan  kommersiya 
fəaliyyətidir.  Bunun  üçün  isə  həm  fiziki,  həm  də  hüquqi  şəxslər  üçün  vergi 
domisili  olmalıdır.  Vergi  domisili  vasitəsilə  alınan  gəlirlər  rezidentlik  prinsipi 
əsasında, daimi nümayəndəliyi gəlirləri isə ərazi prinsipi əsasında vergiyə cəlb 
olunur.  Aktiv  gəlirlər  vergi  ödəyicilərinin  (fiziki  və  hüquqi  şəxslərin)  məcmu 
gəlirlərinə daxil edilir və onlar iki əsas gəlir vergisini-şəxsi gəlir vergisini(fiziki 
şəxslər)  və  korporasiyaların  mənfəət  vergisini  (hüquqi  şəxslər)  ödəməyə  cəlb 
olunurlar. Bu iki verginin bütün mənbələri əhatə etmədiyi hallarda, vergilərin 
digər  növləri  də  tətbiq  edilir:  əmlak  vergisi,  kapitalın  artımına  görə  vergi, 
mülkiyyət bir şəxsdən digər şəxsə keçən zaman ödənilən vergilər və s.  
Passiv  gəlirlər  onları  götürən  şəxslərin  həmin  yurisdiksiyada  daimi 
nümayəndəliyinin  olması  ilə  əlaqədar  deyildir.  Passiv  gəlirlər  xarici  investisiyalı 
müəssisələrdə onların fəaliyyətinə tam nəzarət etmədən portfel investisiyası forması 
pay iştirakı nəticəsində yaranır. Bundan əlavə bura faizlər, dividentlər və royalti də 
daxildir.  Bu  gəlirlərin  formalaşdığı  dövlət  ərazi  prinsipini  rəhbər  tutaraq  xarici 
investorun (qeyri-rezidentin) xeyrinə mənfəətin (gəlirin) bölüşdürülməsindən xüsusi 
vergilər tutur.  
Xarici  iqtisadi  fəaliyyət  zamanı  birbaşa  və  dolayı  vergitutma 
mexanizmini fərqləndirmək lazımdır. Birbaşa vergitutmada rezidentlik və ərazi 
mənsubiyyəti  prinsipi  aşağıdakı  kimidir:  Rezidentlik  prinsipi  fiziki  və  ya 
hüquqi  şəxsin  onun  vergi  domisilinin  mövcud  olma  yeri  üzrə  vergi 
məsuliyyətini  nəzərdə  tutur.  Həmin  prinsipə  əsasən  təsərrüfat  subyektinin 
gəlirləri fiziki və ya hüquqi şəxsin rezident olduğu ölkədə vergiyə cəlb olunur.  
Bundan fərqli olaraq, ərazi mənsubiyyəti prinsipinə müvafiq olaraq hər hansı 
bir dövlətin ərazisində yaranan gəlir həmin dövlətdə vergiyə cəlb olunmalıdır. Bu cür 
gəlirlər  digər  dövlətin  ərazisində  yerləşən  rezidentlərin  xeyrinə  bölüşdürülərkən 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə