VəLİyev dünyamali əMİr oğLU



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə148/173
tarix14.04.2018
ölçüsü3,58 Kb.
#38395
1   ...   144   145   146   147   148   149   150   151   ...   173

 
284 
zəruri  şərtləri  təmin  edilərək  dəstəklənməli,  mövcud  olan  disproporsiyaların 
daha  da  dərinləşməsinə  yol  verməmək  və  onları  aradan  qaldırmaq  üçün 
tədbirlər görülməlidir. Milli iqtisadiyyat qloballaşma proseslərinə qoşulduqca, 
respublikada  hal-hazırda  mövcud  olan  bir  sıra  sosial-iqtisadi  problemlərin 
sərbəst  bazar  iqtisadiyyatı  prinsipləri  əsasında  deyil,  genişmiqyaslı  dövlət 
tənzimləmələrindən istifadə etməklə həll edilməsi tamamilə əsaslıdır.  
İntensiv  qloballaşma  prosesində  beynəlxalq  münasibətlər  qeyri-bərabər 
qüvvələrin  kəskin  mübarizə  meydanına  çevrildiyi  üçün  milli  (siyasi,  iqtisadi, 
mədəni-mənəvi)  təhlükəsizliyin  təmin  olunması  ənənəvi  dövlətlərin  başlıca 
funksiyasıdır.  Qloballaşma  yalnız  o  halda  səmərəlidir  ki,  o  milli  maraqlara 
cavab verir və milli təhlükəsizliyi təmin edir.  
 Akademik  Ramiz  Mehdiyev  Azərbaycanda  Milli  təhlükəsizliyin  təmin 
edilməsinin  əhəmiyyəti  və  strateji  istiqamətlərini  müəyyən  etmişdir.  “Yeni 
dünya nizamının təşəkkülü perspektivini nəzərə almağın zəruriliyi belə bir real 
faktı  inkar  etmir  ki,  bu  gün  formalaşmaqda  olan  Azərbaycan  cəmiyyətinin 
mahiyyəti  milli  siyasətlə,  milli  təhlükəsizlik  və  milli  inkişaf  konsepsiyaları  ilə 
müəyyənləşdirilir. Daha geniş səpkidə götürdükdə, milli təhlükəsizlik dövlətin 
öz  yaxın  və  uzaq  qonşuları  ilə  münasibətlərinin  necə  təşəkkül  tapmasından 
asılıdır.  Bu  ölkələrlə  iqtisadi,  siyasi,  mənəvi,  mədəni  münasibətlərin 
yaradılması  və  onların  inkişaf  etdirilməsi  prinsipcə  hər  bir  dövlətin 
uzunmüddətli  milli  mənafelərinə  cavab  verməlidir.  Azərbaycan  kimi  gənc  və 
müstəqil dövlət onun inkişaf strategiyasının bu proseslərə arzu edilən istiqamət 
və konfiqurasiya verən xüsusi dünyagörüşü paradiqmaları çərçivəsində həyata 
keçirilməsi  xəttinə  ciddi  əməl  etməlidir.  ”  [76,  s  15]  Çünki  müasir  vəziyyət 
tarixi,  siyasi,  iqtisadi  və  sosial  baxımdan  kəskin  ziddiyətlər  kompleksi  ilə 
xarakterizə edilir. Həmin ziddiyətlərin yumşaldılması və həll edilməsi dərindən 
düşünülmüş  və  əsaslandırılmış  yanaşma  tərzini  tələb  edir.  Terminoloji 
lüğətlərdə  “təhlükəsizlik”  anlayışı  təhlükənin  olmaması,  etibarlılığın  təmin 
olunması  kimi  izah  edilir.  İnkişaf  və  təhlükəsizlik  anlayışları  bir-biri  ilə 
qarşılıqlı əlaqədədir və əslində cəmiyyətin həyat prosesinin iki tərəfidir.  
  Milli  təhlükəsizlik  ölkənin  davamlı  inkişafını  təmin  etmək  məqsədilə 
fərdlərin, cəmiyyətin və dövlətin müxtəlif fəaliyyət sahələrində daxili və xarici 
təhdidlərdən  qorunması  deməkdir.  Təhlükəsizliyin  təmin  edilməsinin  meyarı 
milli inkişafa müasir dövrdə və gələcəkdə aradan qaldırılması çətin olan siyasi, 
sosial, iqtisadi, texnogen və təbii hadisələrin ziyanlı nəticələrinin hüdudlarının 
və  sərhədlərinin  müəyyən  edilməsidir.  [225,  s.  11-13].  Milli  təhlükəsizliyin 
təmin  olunması  prinsipləri-milli  məqsədlərin  reallaşdırılmasına  yönəldilmiş 
mühüm  yol  göstərici  ideyalardır.  Dövlət  özünün  milli  təhlükəsizliyini  təbii 
ehtiyatları,  iqtisadi  inkişaf  səviyyəsi,  əhalinin  siyasi-mənəvi  potensialı,  hərbi 
gücünün vəziyyəti ilə müəyyən edilən məcmu qüdrəti ilə təmin edir. Ona görə 
də dövlət nə qədər qüdrətlidirsə, milli təhlükəsizlik bir o qədər etibarlı şəkildə 
qorunur.  
  Ölkənin  beynəlxalq  təhlükəsizliyi  onun  beynəlxalq  münasibətlər 
sisteminin  qeyri-sabitlik,  konfrantasiyalar,  silahlı  konflikt  və  müharibə 
təhdidlərindən qorunmasını tələb edir.  


 
285 
  Milli  “təhlükəsizlik”  anlayışı  milli  “maraqlar”  anlayışı  ilə  sıx 
əlaqədardır. Təhlükəsizlik milli maraqların törəməsidir. Milli təhlükəsizlik son 
nəticədə - dövlətin, cəmiyyətin və fərdin həyati əhəmiyyətli maraqlarının təmin 
olunmasına yönəldilmiş strategiyadır. [225, s. 15-18] 
  Qloballaşma milli təhlükəsizliyin və milli maraqların təmin olunmasına 
geosiyasi  yanaşma  tərzini  tələb  edir.  Belə  yanaşma  tərzi  dövlətin  məkan 
xarakteristikasının  kompleksli  dəyərləndirilməsini  və  cəmiyyətin  həyat 
fəaliyyətinin bütün tərəfləri ilə əlaqəsinin aşkara çıxarılmasını zəruri edir.  
  Milli  təhlükəsizlik  və  milli  maraqların  qorunması  strategiyasında 
iqtisadi təhlükəsizlik və iqtisadi maraqların qorunması strategiyası mühüm yer 
tutur.  
   Azərbaycan  Respublikasının  Milli  təhlükəsizliyi  23  may  2007-ci  ildə 
Respublika  Prezidenti  İlham  Əliyevin  sərəncamı  ilə  təsdiq  edilmiş  “Milli 
təhlükəsizlik” konsepsiyası ilə təmin edilir.  
  Azərbaycan  Respublikasının  milli  təhlükəsizlik  konsepsiyası  (bundan 
sonra  Konsepsiya)  dövlətin  müstəqilliyini,  ərazi  bütövlüyünü  və  demokratik 
inkişaf  yolunu,  strateji  seçimi  kimi  Avratlantik  məkana  inteqrasiyasını, 
bununla  yanaşı,  tarazlaşdırılmış  xarici  siyasətin  çoxşaxəliliyini  vurğulayan, 
Azərbaycan  Respublikasında  şəxsiyyət,  cəmiyyət  və  dövləti  xarici  və  daxili 
təhdidlərdən  qorunmağa  yönəlmiş  siyasət  və  tədbirlərin  məqsəd,  prinsip  və 
yanaşmalarının məcmusudur.  
  Konsepsiyada  göstərilmişdir  ki,  Azərbaycan  Respublikasının  milli 
maraqları  Azərbaycan  xalqının  fundamental  dəyər  və  məqsədlərini,  habelə 
insan,  cəmiyyət  və  dövlətin  tərəqqisini  təmin  edən  siyasi,  iqtisadi,  sosial  və 
digər tələbatların məcmusundan ibarət olmaqla, aşağıdakılardır: 

 
dövlətin  müstəqilliyinin  və  ərazi  bütövlüyünün  qorunması,  onun 
beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının təmin edilməsi; 

 
Azərbaycan 
xalqının 
vahidliyinin 
qorunub 
saxlanılması, 
azərbaycançılıq ideyasının təşviqi; 

 
vətəndaş  cəmiyyətinin  formalaşdırılması,  insan  hüquq  və  əsas 
azadlıqlarının təmin olunması; 

 
demokratik  və  vətəndaş  cəmiyyəti  təsisatlarının  inkişafı,  qanunun 
aliliyi,  asayişin  təmin  edilməsi  yolu  ilə  dövlətin  funksiyalarının  yerinə  yetiril-
məsinin gücləndirilməsi, əhalinin təhlükəsizliyinin qorunması; 

 
beynəlxalq  öhdəlikləri  yerinə  yetirmək,  qlobal  və  regional 
təhlükəsizlik  və  sabitliyə  töhfə  vermək  üçün  dəyərlərini  bölüşdüyü  beynəlxalq 
təşkilatlarla inteqrasiyaya yönəlmiş əməkdaşlığın inkişaf etdirilməsi

 
bazar  iqtisadiyyatının  inkişafı,  onun  hüquqi  əsaslarının 
təkmilləşdirilməsi, iqtisadi sabitliyin təmin olunması məqsədilə daxili və xarici 
sərmayələr üçün əlverişli şəraitin yaradılması; 

 
təbii  sərvətlərdən  tam  səmərəli  istifadə  edilməsi,  davamlı  iqtisadi 
inkişafı,  ətraf  mühitin  qorunması,  tədris,  elmi  və  texnoloji  potensialın 
artırılması  yolu  ilə  Azərbaycan  xalqının  gələcək  inkişafının,  əhalinin  layiqli 
həyat səviyyəsinin və fiziki sağlamlığının təmin edilməsi


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə