12
mehriban bir vücud öz məhəbbətini, şəfqəti madəranəsini sənə o dildə bəyan edibdir; bir dil ki, sən daha
beşikdə ikən, bir laylay şəklində öz ahəng və lətafətini sənə eşitdirib, ruhən ən dərin guşələrində nəqş
bağışlayıbdır! Bir dil ki, həyat və kainat haqqında ilk əvvəl o dil sayəsində bir fikir hasil edibsə, cisim və
ruhun möhtac olduğu muradı o dildə tələb eyləyibsən... Bir dil ki, ibtida o dildə yaxşı-yaman bilibsən...».
N.Nərimanov yazılarında ən çox ədəbi dil, ədəbi dil və şivə, ədəbi dilin lüğət tərkibi, fonetika,
qrammatika, yazı, əlifba və durğu işarələri məsələlərinə toxunub faydalı fikirlər söyləmişdir.
[22-23]
13
HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN DİLİ
«Mənim iiçün hər şeydən üstün
mənim milli mənliyimdir. Milli
mənliyim məni həmişə biitiin
vəziyyətlərdən çıxarıb”
H.Əliyev
Dilimizin inkiaşafı, qorunması, fəaliyyət dairəsinin genişlənməsi kimi tarixi missiyanın yerinə
yetirilməsində H.ƏIiyevin müstəsna rolunu hamı etiraf edir. XX əsrin II yarısında Azərbaycan dilinin
hərtərəfli inkişafı, ümumişlək dilə, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın
hegemon dövlətlərinin və ən yüksək beynəlxalq cəmiyyətlərin və təşkilatların kürsülərində səslənməsi
bilavasitə hörmətli prezidentimiz H.Əiiyevin adı ilə bağlıdır. Bu iş H.ƏIiyevin həyat amalında,
fəaliyyətində xüsusi yer tutur. Azərbaycan dilinin keşiyində durmaq H.ƏIiyevin məqsədyönlü
fəaliyyətinə çevrilmişdir. Bu çox çətin bir işdir. Bunun üçün vacib olan bir sıra şərtlər tələb olunur: ana
dilini və onun incəliklərini yaxşı bilmək, elmin bütün sahələrinə dair qeyri-adi məlumata malik olmaq,
milli mədəniyyətimizi dərindən bilmək və onun carçısına çevrilmək, milli dil və onun problemlərini
dövlət siyasətinə çevirmək, dövlət idarəçiliyində kifayət qədər səlahiyyət sahibi olmaq, heç bir
çətinliklərdən qorxmamaq, xalqın mənəvi sərvətlərini yaşadan
[23-24]
insanlarla, xüsusilə sadə insanlarla
yaxından bağlılıq.
H.ƏIiyev və Azərbaycan dili! Bu iki ad XX əsrin 60-cı iliərindən həmişə qoşa çəkilmişdir. Çünki
H.ƏIiyev Azərbaycanda səlahiyyət sahibi olduğu andan - 1969-cu ildən bu günə kimi Azərbaycan dilinə
təkcə adi ünsiyyət vasitəsi kimi deyil, onu həmçinin dövlət siyasətinə çevirmiş, bir an da olsa, diqqətdən
yayındırmamışdır. Bunun isbatı üçün bir neçə il öncəyə qayıdaq. Tarixi bir faktı xatırlamaq kifayətdir.
Respublikamızda baş verən məlum dəyişiklikdən sonra - Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra
Azərbaycan dilinə müxtəlif münasibətlər özünü biruzə verdi. Hətta Milli Məclis səviyyəsində
«Azərbaycan dili» terminindən imtina etdilər. Azərbaycan dili «türk dili» adlandırıldı. Orta məktəb
dərslikləri «Türk dili» adı ilə nəşr olundu. Bu, xalq arasında narazılıqla qarşılandı. Ona görə də, H.ƏIiyev
hakimiyyətə gələn kimi işin, vəziyyətin çətin və gərgin olmasına baxmayaraq, bu məsələni bir neçə ay
alimlərin, yazıçıların, ziyalıların, dövlət xadimlərinin - geniş mənada xalqın müzakirəsinə verdi.
1995-ci il oktyabr ayının 31-də Azərbaycan Respublikası EA-da «Azərbaycan dilinin müzakirəsinə
həsr olunmuş müşavirə»də 4 fikir səslənirdi:
1. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir.
2. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan türk dilidir (Azərbaycan türkcəsidir).
[24-
25]
3. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir (Azərbaycan türkcəsidir).
4. Azərbaycan Respublikasının dövlət dili türk dilidir.
H.ƏIiyev bu müzakirələrin hamısında yaxından iştirak etdi və özünün münasibətini, müşahidələ-
rini çox yığcam şəkildə belə ümumiləşdirdi:
1. «Ana dilinin adı müasir ictimai təfəkkür üçün tamamilə aydın olmalı, arxaik səciyyə daşı-
mamalıdır.
2. Ölkənin, xalqın və dilin adında məntiqi bağlılıq olmalı, biri digərini təsdiq etməlidir.
3. Milli müstəqillik, milli mənlik qüruru zədələnməməlidir».
H.ƏIiyev yazıçılarla, mədəniyyət işçiləri ilə, gənclərlə görüşlərində həmişə «Azərbaycan dili, onun
saflığı və qorunmasını» ayrıca bir tezis kimi irəli sürmüş və dil mütəxəssislərinə özünün nəzəri
göstərişlərini vermişdir.
Görkəmli dövlət xadimi bu sahədəki fəaliyyətini iki istiqamətdə qurmuşdur:
1. Azərbaycan dili ilə bağlı söylədiyi nəzəri mülahizə və göstərişlər;
2. Azərbaycan dilinin əməli olaraq tətbiqi ilə bağlı özünün nümunəvi nitqləri.
Hamı etiraf edir ki, H.ƏIiyev Azərbaycan dilinin üslublarından, zənginliyindən, frazeoloji söz
birləşmələrindən məqamında istifadə edir, onlara bəzən yaradıcılıqla yanaşır, öz nitqini auditoriyaya və
seçdiyi mövzuya görə qurur, dil fakt-
[25-26]
larından, vurğu və intonasiyadan məharətlə istifadə edir.
H.ƏIiyev bütün sahələrdə, o cümlədən ana dilimizin inkişafında, təbliğində özü örnək olmuş,
N.Nərimanovun bu sahədəki əvəzsiz fəaliyyətini davam etdirmişdir. H.ƏIiyevə qədər Azərbaycan dilini
elmi əsaslarla, əyani təbliğ edən ikinci şəxs təsəvvür etmək çox çətindir. O hər bir auditoriyanın dilini,
səviyyəsini məharətlə müəyyənləşdirir, nitqini bu istiqamətdə qurur. Hələ ruslaşdırma siyasətinin güclü