14
lik aparatını yarada bilər, və həmin katiblik korporativ idarəetmə müşavirinə tabe olur.
• Prosedur və ümumi yığıncaqda səsvermənin nəticələri barədə məlumatın vaxtında verilməsini təmin etmək.
Yığıncaqda iştirak edən səhmdarlara yığıncaqda qəbul edilmiş qərarlar barədə məlumat verməlidir – bu ya
yığıncaq zamanı ya da yığıncağın sonunda edilə bilər (lakin, əgər müəyyən mövzular barədə səsvermə ondan
öncəki məsələ üzrə səsvermənin nəticəsindən asılıdırsa, qəbul edilmiş qərar barədə növbəti səsvermə başlamazdan
öncə məlumat verilməlidir).
Yığıncaqda iştirak etməyən səhmdarlara yığıncaqdan dərhal sonra məlumat verilməlidir. Korporativ idarəetmə
müşaviri onlara yığıncaqda qəbul edilmiş qərarların siyahısını və tələb olunduqda bu qərarların səhmdarlar üçün
nəticələrini əks etdirən qısa məktubun səhmdarlara çatdırılmasını təmin etməlidir.
• Ümumi yığıncağın iştirakçılarının yığıncaqların keçirilməsi prosedurları ilə bağlı suallarına cavab vermək.
Korporativ idarəetmə müşaviri yığıncaqların çağrılmasını və keçirilməsini koordinasiya edir və cari qanunveri-
cilik və şirkətin daxili qaydaları haqqında məlumatlı olduğu üçün yığıncaqların keçirilməsi ilə bağlı istənilən suala
cavab verə bilər.
• Səhmdarların ümumi yığıncağının protokollarının, səsvermə bülletenlərinin və yığıncağın gedişatı, habelə orada qəbul
edilmiş qərarlarla bağlı digər sənədlərin vaxtında hazırlanmasını təmin etmək.
Korporativ idarəetmə müşaviri müstəqil və qərəzsiz bir şəxsdir və şirkətin maraqlarını rəhbər tutur. Beləliklə,
məhz həmin şəxs yığıncaqların protokollarını hazırlamalı və səsvermə bülletenlərini saxlamalıdır. Azərbaycan
qanunvericiliyinə uyğun olaraq yığıncaqların protokolları ümumi yığıncaq keçiriləndən sonra üç gün müddətində iki
nüsxədə hazırlanmalı, yığıncağın sədri və katibi tərəfindən imzalanmalı və şirkətin möhürü ilə təsdiqlənməlidir.
7
Ümumi yığıncağın protokollarında aşağıdakı məlumatlar əks etdirilməlidir:
- ümumi yığıncağın vaxtı
və keçirilmə yeri;
- ümumi yığıncağın növü (illik (növbəti) və ya növbədənkənar);
- ümumi yığıncağın gündəliyi;
- ümumi yığıncağın sədrinin və katibinin tam adı;
- ümumi yığıncağın iştirakçılarının sahib olduğu səsvermə hüquqlu səhmlərin sayı;
- yığıncaqda iştirak edən səsvermə hüququna malik səhmdarların sayı;
- çıxış edənlərin adları və onların çıxışlarının icmalları;
- səsverməyə çıxarılan hər bir məsələ üzrə səsvermə nəticələri;
- ümumi yığıncaqda qəbul edilmiş qərarın dəqiq mətni.
Səhmdarların Ümumi Yığıncağının protokollarına dair nümunə buraya Əlavə III-də göstərilmişdir.
4.4. Müşahidə şurası, idarə heyəti və audit komitəsinin işinə dəstək
Şirkətin idarəetmə qurumlarının işinə yardım etmək korporativ idarəetmə müşavirinin ən məsuliyyətli
funksiyasıdır. Lakin müşahidə şurası, idarə heyəti və audit komitəsinin səlahiyyətləri və vəzifələrinin fərqli olmasını
nəzərə alaraq, korporativ idarəetmə müşavirinin bu orqanlarla bağlı funksiyaları fərqlidir.
Bu sahədə bütün idarəetmə orqanları ilə bağlı əsas vəzifələr onların formalaşdırılması və fəaliyyətlərinə nəzarət
və düzgünlüyünün yoxlanması – seçilmə prosedurlarına riayət edilməsi, bir şəxsin müəyyən vəzifəni tutmasına
mane olacaq səbəblərin olmaması, şəxslərin vəzifəyə təyin edilməsi, vəzifədən azad edilməsi və müşahidə şurası,
idarə heyəti və audit komitəsinin fəaliyyətlərini tənzimləyən ətraflı sənədlərin şirkətdə olmasını təmin etməkdir.
7
AR Mülki Məcəlləsi, Mad. 107-6.1.
Korporativ İdarəetmə Müşavirinin Funksiyaları
və Vəzifələri
15
KORPORATİV İDARƏETMƏ MÜŞAVİRİ: AZƏRBAYCAN ŞİRKƏTLƏRİ ÜÇÜN TÖVSİYƏLƏR
Korporativ idarəetmə müşaviri bütün şura üçün işləyir, müşahidə şurası, idarə heyəti və audit komitəsinin
üzvlərinin öz rəsmi vəzifələrini icra etməsində onlara yardım edir. Bu sahədə korporativ idarəetmə müşaviri
aşağıdakı vəzifələri icra edir:
• İdarəetmə orqanlarının lazımi məlumat almasına yardım etmək.
Şirkətin idarəetmə orqanlarının üzvlərinə lazımi məlumatların təqdim edilməsi korporativ idarəetmə müşavirinin
əsas vəzifələrindən biridir. Qabaqcıl təcrübələrə əsasən, müşahidə şurasının düzgün qərar qəbul edə bilməsi üçün
onun dolğun və həqiqi məlumatı vaxtında əldə etməsi tələbə olunur. Eyni faktı digər idarəetmə orqanlarının
üzvləri haqqında da demək olar.
• Idarəetmə orqanlarının şirkətin daxili sənədləri, ümumi yığıncağın, müşahidə şurasının və idarə heyətinin qərarları,
yığıncaqların protokolları, audit komitəsinin ekspert rəyləri və əsas maliyyə və digər sənədlərlə tanış edilməsini təmin
etmək.
Əvvəlki bölmədə şirkət və onun fəaliyyətləri barədə məlumat, bazar barədə məlumat və s. nəzərdə tutulmuşdur.
Ondan fərqli olaraq, bu funksiyanın əsas məqsədi şirkət ilə bağlı qəbul edilmiş qərarlar barədə məlumatı şirkətin
rəhbərliyinə vaxtında və səmərəli şəkildə çatdırmaqdır. Rəhbər işçilər öz sələfləri tərəfindən qəbul edilmiş
qərarlardan, həmçinin digər rəhbər orqanların qərarlarından xəbərdar olmalıdır.
• Müşahidə şurası və idarə heyətinin yeni seçilmiş üzvlərinə idarəetmə orqanlarının funksiyalarını, mövcud prosedurları
və şirkətin təşkilati strukturunu izah etmək.
Böyük əhəmiyyət daşıyan bu tədbir əsasən inkişaf etmiş səhm bazarına malik olan ölkələrdə geniş yayılmışdır.
Funksiyalar və prosedurların izah edilməsinin əsas məqsədi yeni təyin edilmiş (seçilmiş) şəxsləri şirkətdəki
mövcud vəziyyətlə tanış etməkdən ibarətdir. Bir qayda olaraq korporativ idarəetmə müşaviri şirkət barədə qısa
məlumatlar, əsasnamə və daxili qaydalardan müvafiq orqanın işi ilə bağlı çıxarışlar, şirkətin əsas nailiyyətləri
və çətinlikləri ilə bağlı icmallar hazırlayır. Bəzən yeni təyin olunmuş şəxslərin istehsal prosesi ilə tanış edilməsi
də əhəmiyyətlidir – bu zaman onlar şirkətin konkret olaraq hansı fəaliyyətlə məşğul olmasını daha aydın başa
düşürlər. Buna görə də funksiyalar və prosedurlarla “tanışlıq sessiyası” müşahidə şurası və idarə heyətinin birgə
toplantısında həyata keçirilə bilər. Bu zaman rəhbər şəxslər bir-biri ilə tanış ola, əməkdaşlıq üçün əsas sahələri
müəyyən edə və öz təcrübələri ilə bölüşə bilərlər. Tanışlıq sessiyas ilə bağlı gündəliyin\proqramın nümunəsi Əlavə
IV-də təqdim edilmişdir.
• İdarəetmə orqanlarının yeni seçilmiş üzvlərinin şirkətin digər idarəetmə orqanlarının üzvlərinə təqdim edilməsi.
İnsanların bir-biri ilə tanış edilməsi onlar arasında mehriban və dostyana münasibətlərin qurulması üçün
zəmindir. Belə bir təqdimatla birgə korporativ idarəetmə müşaviri təqdim etdiyi şəxslər haqqında qısa məlumat
verir: onların vəzifəsini, iş təcrübəsini, məsuliyyət sahəsini və s. qeyd edir. Beləliklə şirkətin məsul şəxsləri bir-
biri haqqında məlumat əldə edir və effektiv şəkildə ünsiyyət saxlaya bilirlər. Bu mərhələdə müxtəlif təlimat
vərəqələrinin və məlumat kitabçalarının, məsələn, şirkətin rəhbərlərinin adlarını, onların icra etdiyi funksiyaların
qısa təsviri və əlaqə telefonları\ünvanlarını əks etdirən siyahının hazırlanması effektiv ola bilər.
• İdarəetmə orqanlarının üzvləri tərəfindən onların funksiyalarının lazımi şəkildə icrası üçün tələb olunan digər məlumatı
təqdim etmək.
Bu sahədə əsas məqsəd məlumatı hər bir idarəetmə orqanının ehtiyacı olan formada təqdim etməkdir. Məsələn,
eyni məlumat əsasən maliyyə mütəxəssislərindən ibarət olan audit komitəsinə bir şəkildə veriləcək, müşahidə
şurasına isə fərqli şəkildə, çünki şura üzvlərinin hamısının maliyyə təhsili və ya təcrübəsi olmaya bilər.
Korporativ İdarəetmə Müşavirinin Funksiyaları və Vəzifələri