123
mərkəzləĢdirilmiĢ sənaye sahələri ehtiyatlı xərcləmə siyasətlərini dəstəkləmiĢdir; bu maraqlar sabitlik üçün vacib
qüvvələr olmuĢlar; onlar əlaqədar sektorlara zərər vuracaq real məzənnənin kəskin bahalaĢmasının qarĢısını almağa
kömək etmiĢdir. Eyni Ģəkildə, Botsvanada, rayonların rəhbərləri və mal-qara sahibləri qeyri-ticari sektorlarda güclü
elektorat təĢkil etmiĢlər.
*
Bu bölmə əsas ―Confronting the Oil Cruse‖, Alan Gelb və Sina Grasmann. Mimeo, World Bank 2008. pp. 17-18.
əsaslanır.
+
Bax həmçinin Zainal Aznam Yusof və Deepak Bhattasali (2008) Malayziyanın siyasi quruculuğu və rəhbərlik
arasındakı əlaqələr haqqında.
3.41.
Azərbaycan Büdcə Sistemi haqqında Qanunun icrasını gücləndirməli və proqram
əsasında büdcə tərtibatının ilkin variantını hazırlamalıdır. Proqram əsasında büdcənin
tərtibinə gəldikdə, Azərbaycan ilk öncə sahə nazirliklərinin (büdcə təĢkilatlarının) və mərkəzi
nazirliyin potensialını gücləndirməlidir. Bununla yanaĢı, Azərbaycan yeni Dövlət Proqramlarının
qəbul olunmasına tələb olaraq fiskal təsirin qiymətləndirilməsi prosedurunun tətbiq olunmasını
baĢlaya bilər. Eyni zamanda, sahə nazirlikləri və mərkəzi qurumlar üçün proqram əsasında
büdcənin tərtibinə dair (ortamüddətli icraya baxıĢın formalaĢdırılması ilə) treninqlərin
keçirilməsi də vacibdir. Treninq proqramları büdcə menecerləri üçün treninqlərin keçirilməsini,
həyata keçirilən siyasətlər üçün vəsaitlərin ayrılması məqsədilə proqram əsasında büdcənin
tərtibini, xərclər üzrə prioritetlərin müəyyən olunmasını və effektivlik üzrə məlumatların təqdim
olunmasını əhatə etməlidir. Bu məsələlər qəbul olunmuĢ dövlət proqramları ilə illik büdcə
arasında əlaqənin yaradılmasını nəzərdə tutur. Bura müvafiq ĠT sisteminin qurulması, investisiya
layihələri üçün yeni kod sisteminin yaradılması və həyata keçirilən siyasətlərin
qiymətləndirilməsi üçün müfəssəl metodologiyanın hazırlanması daxildir. Bu yaxınlarda
Azərbaycan üçün hazırlanmıĢ PEFA hesabatında (2008-ci ilin fevral ayı) önəm verilməli
islahatlar istiqamətləri təqdim olunub.
3.42.
Dövlət investisiya layihələri üçün artıq çoxdan gecikən qiymətləndirmə sisteminin
tətbiqi də böyük əhəmiyyət kəsb edir. Azərbaycan müəyyən zamandır ki, dövlət investisiya
layihələri üzrə qiymətləndirmə sisteminin tətbiq olunmasına hazırlaĢır. Hazırkı sistem tikinti və
tələbin qiymətləndirilməsində keçmiĢ Sovet normalarına əsaslanır. Hal-hazırda, qərarlar müasir
layihə qiymətləndirmə metodlarına deyil, maliyyə təhlilinin yüngül formasına əsaslanır. Əslində
Azərbaycanın yeni sistemi müasir qiymətləndirmə metodlarına əsaslanmalıdır və eyni zamanda
dövlət idarəetmə aparatının mövcud, lakin tədricən geniĢlənən imkanlarına uyğunlaĢdırılmalıdır.
Bununla belə, treninqlərdə müasir yanaĢmalardan, qiymətləndirmə təhlilində isə özəl sektorun
imkanlarından istifadə etmək olar. Yeni sistemin üstün cəhədi ondan ibarətdir ki, o
qiymətləndirmə prosesinin ilkin mərhələsində dövlət və özəl sektorları qane edən qərarların
əsasında ümumi ―inkiĢaf problemi‖ üçün optimal həll yolu tapır. Bu o deməkdir ki, əgər yatırılan
investisiyadan əsasən fərdi Ģəxslər faydalanacaqsa və onun digər sektorlara mənfi təsiri
yoxdursa, bu investisiyanın dövlətin əvəzinə özəl sektor həyata keçirsə daha məqsədəuyğun olar.
2008-ci ilə qədər bir sıra investisiya layihələrinin qəbul olunduğunu və 2009-cu ildə artıq
baĢlanmıĢ layihələrin maliyyələĢdirilməsini nəzərə alaraq Hökumət üçün aĢağıdakıların həyata
keçirilməsi zəruridir: a) 2006-2009-cu illərin layihələrinin monitorinqinin gücləndirilməsi; b)
2010-2013-cü illərin layihələr zərfinin müasir metodologiyaya uyğun olaraq qiymətləndirilməsi.
Daha sonra, 2008 CPAR-ın tövsiyələrinə əsasən, 2009-cu il Azərbaycanın satınalma prosesini
124
təkmilləĢdirmək üçün istifadə edilə bilər. Strateji əhəmiyyət və dövlət/özəl sektoru üçün rolu,
layihələrin iĢlənməsi və icranın keyfiyyəti baxımından 2006-2009-cu illərin investisiya layihələri
zərfinin nəzərdən keçirilməsi 2009-2013-cü illərin investisiya proqramları üçün faydalı olardı.
Bu məsələlərin bir qismi növbəti fəsildə müzakirə olunur.
3.43.
Azərbaycan satınalmaların gücləndirilməsinə xüsusi diqqət yetirməlidir. 2008-ci
il üzrə Ölkədə Satınalmaların Qiymətləndirilməsi Hesabatında (ÖSQH - CPAR) satınalmalar
üzrə gücləndirilə bilən bir neçə sahə göstərilmıĢdır. Bunların ən vacibləri dövlət satınalmaları, o
cümlədən qaydalar üçün hüquqi çərçivənin yeniləĢdirilməsi, əhatə dairəsi və icra məsələlərində
boĢluqların aradan qaldırılması, inzibati mülahizəni məhdudlaĢdırmaq məqsədilə qoruyucu
vasitələrin tətbiqi və standart sənədlərin hazılranmasıdır. Azərbaycan həm də hüquqi Ģəxslərin
institusional idarəetmə və potensialını da gücləndirə bilər. Buraya Dövlət Satınalmalar
Agentliyinin (DSA) rolunun aydınlaĢdırılması, ən azı onun mövcud qanunvericiliklə
uyğunlaĢdırılması, potensialın yaradılması və dövlət satınalmalarının ölkənin ümumi dövlət
sektoru üzrə idarəçilik sisteminə inteqrasiyası daxildir. CPAR hesabatında həmçinin bazar
təcrübəsi və nəzarət məsələlərində də əhəmiyyətli irəliləyiĢlərin edilməsi tövsiyə edilir.
3.44.
Mövcud
proqramların
daha
yaxĢı
monitorinqi
büdcə
idarəçiliyinin
təkmilləĢdirilməsi üçün ikinci əsas tövhə olardı. Büdcəyə daha çox strateji məzmunun daxil
edilməsi həyata keçirilən siyasətlərin və xərclərin monitorinqi üçün baza yarada bilər. Məqsədlər
aydınlaĢdırılıb və kəmiyyətləĢdirildikdən sonra proqramların icrasının qiymətləndirilməsi daxili
və xarici audit vasitəsilə həyata keçirilə bilər və alınan nəticələr növbəti büdcənin tərtibində
nəzərə alınmaq üçün Milli Məclisə təqdim oluna bilər. Bu cavabdehlik və qiymətləndirmə
nəticələrinin açıqlamasını nəzərdə tutur ki, onlar Milli Məclis üzvləri tərəfindən müzakirə oluna
bilsin. Ümumilikdə, icmal büdcənin rəqəmləri (təfərruatlı) ictimaiyyət üçün acıq olmalıdır.
Nəticələrin qiymətləndirilməsi 2005-2008-ci illər üzrə DĠP-in icrasının icmalı və DĠP-in
qiymətləndirilməsilə baĢlaya bilər. Bu infrastruktur ehtiyaclarının qiymətləndirilməsi və
prioritetləĢdirilməsi baxımından DĠP-in səmərəli alət kimi potensialından tam Ģəkildə istifadə
etməyə imkan yaradacaq.
3.45.
Hökumətin büdcə prosesi və makroiqtisadi idarəçiliyin təkmilləĢdirilməsinə
yönəldilmiĢ səylərlə yanaĢı potensialın gücləndirilməsinə də diqqət yetirmək vacibdir. Hal-
hazırda həyata keçirilən siyasətin qiymətləndirilməsi və proqram əsasında büdcənin tərtibi sadə
olmalıdır ki, müvafiq dövlət iĢçilərinin həddən artıq çox iĢlə yüklənməsinə yol verilməsin. Daha
mürəkkəb və dəqiq üsullar tədricən tətbiq oluna bilər. Bu, iĢçilərin bacarıqlarının artırılması üçün
vacibdir və büdcənin tərtib olunmasının təkmilləĢdirilməsi sahəsində ilk addım ola bilər. Eyni
zamanda, bu, yeni institusional quruluĢun mümkün qədər effektiv istifadə olunması üçün də
vacibdir (xüsusilə, büdcə prosesi üzrə təlimatın dərc olunması və Ġqtisadi ġuranın fəaliyyəti).
3.46
Ġdarəçiliyi daha da gücləndirmək məqsədilə qərar qəbul edən Ģəxslərə və
ictimaiyyətə iqtisadiyyatla bağlı daha çox məlumatların verilməsi zəruridir. Ölkədə
iqtisadiyyatın vəziyyəti və maliyyə xərclərinin icrası ilə bağlı ictimaiyyətə çoxlu məlumatlar
verilir. Bununla belə, hökumətin informasiya strategiyasını gücləndirmək olar. Bunu qərar
qəbul edən Ģəxslər, kənar analitiklər və ictimaiyyət üçün müəyyən vacib məlumatların vaxtında
çatdırılması vasitəsilə etmək olar. Bu informasiyaya aĢağıdakılarla bağlı ətraflı məlumatlar daxil
olmalıdır: icmal büdcə (rüblük, GFS formatında, inzibati və funksional təsnifatda), real əmək
haqları (aylıq, sektoral bölgüdə), real idxal və ixrac (aylıq, təfərrüatlı), qeyri-neft özəl
Dostları ilə paylaş: |