www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
139
söz). Əfəndiyev İ. ―Seçilmiş əsərləri‖, 3 cilddə, 1-ci cild,
s. 7.)
İlyas Əfəndiyevin səhnə əsərləri arasında tarixi
mövzulara həsr edilən ―Xurşidbanu Natəvan‖, ―Şeyx
Xiyabani‖, ―Mahnı dağlarda qaldı‖, ―Tənha iydə ağacı’’
kimi pyesləri də ədəbi tənqid tərəfindən yüksək fikir
axını ilə qarşılanmışdır. Bu isə səbəbsiz deyildi.
Çünki bu əsərlər Azərbaycan xalqının çox mühüm
tarixi faktlarının bədii tərcümanına çevrilmiş, olduqca
milli vətənpərvərlik ruhunda yazılmışdı.
Birinci pyes keçən əsrdə öz zərif, həm də həzin
şeirlərilə Azərbaycan poeziyasnı zənginləşdirmiş Xan
qızı Natəvana, onun xalqın rifahı üçün gördüyü nəcib və
xeyirxah əməllərə həsr edilmiş, Qarabağlı, Şuşalı Xan
qızının möhtəşəm obrazı yaradılmışdır!
İkinci pyesin baş qəhrəmanı isə İranda ictimai ədalət
uğrunda mübarizə tarixinə parlaq səhifələr yazmış, milli-
azadlıq hərəkatına başçılıq etmiş Azərbaycanın mübariz
oğlu Şeyx Məhəmməd Xiyabanidir. Bu əsərdə inandırıcı
epizodlar əsasında göstərildiyi kimi, Səttar xan
öldürüldükdən sonra onun mübarizə bayrağını yerə
düşməyə qoymayan Xiyabani Rusiyada monarxiyanın
süqutündan ruhlanaraq bu bayrağı daha qətiyyətlə
ucaltmış, şah rejiminə qarşı, imperializm müdaxiləsi
əleyhinə mübarizəyə ləyaqətlə başçılıq etmişdir.
Dramaturq onu gözlənilməz hadisələr labirintində ruhdan
düşməyən, düşünüb-daşınan, axtaran və tapan, istədiyini,
konkret vəziyyətdə lazım оlanı tapmayanda isə
həyəcanlar qoynunda çırpınan həyati bir obraz olaraq
canlandırmışdır...
Cənub mövzusuda olan bu əsər onun ilk əsəri deyildi.
Dramaturqun yaradıcılığında Cənub mövzusu xüsusi
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
140
bədii tədqiqat obyektidir. «Unuda bilmirəm» əsərilə bu
mövzu ilk dəfə olaraq səhnəmizdə öz bədii təcəssümünü
tapmışdı.Ədəbiyyatda, ümumən ictimai fikir tariximızdə
bu mövzu qadağan olduğu bir dövrdə səhnəyə gəldi. Bu
əsərə müxtəlif təzyiqlər olsa da, 17 il repertuardan
düşmədi və 500 dəfədən çox tamaşası oldu.
Milli Akademik Dram Teatrının səhnəsində uzun
illərdir ki, hər mövsümün ilk tamaşası olan ―Hökmdar və
qızı‖ əsəri isə dramaturqun tarixi mövzuda yazılmış
sonuncu kamil səhnə əsəridir. Güman edirik ki, bu faciə
əsasında
teatrımızın
xalqa
bəxş
etdiyi
sənət
―Qarabağnamə‖sinin
sədası
Qarabağ
düşmən
tapdağından azad edildikdən sonra da həmişə
eşidiləcəkdir!
«Hökmdar və qızı» pyesində dramaturq nələrdən
söhbət açmır?.. Qarabağın tarixini səhifələyir, vaxtilə
buraxılmış səhvləri yada salır, Qarabağla əlaqədar
yaranmış faciənin səbəbkarları ilə bizi tanış edir, bu
məsələnin həllində ağıllı addımlar atmağımızı məsləhət
görür. Yazıçının İbrahim xanın dili ilə dediyi: «Mən
istərdim bu dostluq gözəl Azərbaycan torpağını yüz yerə
parçalanmış, bir-birinə düşmən kəsilmiş bədbəxt
xanlarımızı birləşdirib vahid, müstəqil bir dövlət
yaratmaqda mənə kömək etsin» - fikri də müəllifin vahid
Azərbaycan, bütöv Azərbaycan dövlətini qüdrətli görmək
arzusundan irəli gəlirdi.
Bütün bu deyilənlərlə yanaşı, dramaturq əsərdə çox
mühüm bir məsələyə toxunaraq, erməni xəyanətini, onun
ikiüzlü, yaltaq, qorxaq, satqın xislətini göstərmək üçün
Vanya obrazını yaradır. Erməninin kim olduğunu bilmək
istəyən oxucu və tamaşaçının Vanya obrazı ilə tanış
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
141
olması kifayətdir! Koxa Vanya obrazı erməni xislətinin,
erməni məkrinin daşıyıcısı kimi nifrət doğurur.
İlyas müəllim verdiyi son müsahibələrində bir fikri
özünəməxsus müdrikliklə dilə gətirmişdi: «Bütün ömrüm
boyu yazılarımda ədəbi həqiqətin deyilməsinə çalışdım.
Elə, əsər yazmağın bir mənası da həqiqət axtarmaq
deməkdir. Bir növ avtobioqrafik xarakter daşıyan
«Geriyə baxma, qoca» əsərində mənim məqsədim o
olmayıb uşaqlığımı təsvir eləyəm, çalışmışam ki,
Azərbaycan xalqının taleyi, keçmişi, mərdliyi, alicə-
nablığı, yüksək mədəniyyəti haqqında söz deyim.
Mənim üçün həmişə ağır idi ki, işğalçı çar mayoru
Lisaneviç Şuşadan bir qədər aşağıda, Ağa körpüsünün
yanında dincələn İbrahim xanı uşaqdan tutmuş qadına
kimi bütün ailə üzvləri ilə heç bir səbəb olmadan rus
əsgərlərinə doğratdırır. Biz isə onları tərənnüm
etməliydik. Mən bunu bacarmadım.»
1989-cu ildə Qarabağa Xalq Yardımı Komitəsinin
orqanı kimi nəşrə başlayan «Azərbaycan» qəzetinin (bu
qəzet
Şərqdə
ilk
demokratik
Azərbaycan
Cümhuriyyətinin rəsmi mətbu orqanı olmuşdu – red.)
yenidən işıq üzü görməsi ilə əlaqədər İlyas Əfəndiyev öz
qürurunu, istəklərini belə dilə gətirirdi: «Azərbaycan
xalqının azadlıq uğrunda apardığı mübarizə tarixi barədə
düşünərkən Qarabağ igidlərinin, Gəncə qəhrəmanlarının,
Təbriz fədailərinin, Naxçıvan mübarizlərinin xəyalları
sanki uzaq, romantik bir aləmdə gözlərimin qarşısından
gəlib keçir və mən Xəzinə qayasının sıldırımları üzərində
Şuşa qalasının yaradılmasına hökm verən Pənah xanı
görürəm, baltagirməz qalın meşələr arasından Şuşa
qalasına şirin su çəkdirən dərdli şairə Xurşidbanu
Natəvanın nəcib xəyalını görürəm və fikirləşirəm ki, indi
Dostları ilə paylaş: |