www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
128
Müəllif yazır: "İlyas Əfəndiyevin əsərlərinin hər biri
və bu əsərlərdə istifadə etdiyi xalq ədəbiyyatının
nümunələri böyük tərbiyyəvi həyat məktəbidir. O,
xalqını, elini, obasını sevənləri, onların yüksək əxlaqi
keyfiyyətlərini böyük məhəbbətlə qələmə almağı,
xalqına, torpağına pis gözlə baxanları, yurdunu zəbt
etmək üçün günahsız qanlar axıdanlara qarşı nifrət hissi
yaratmağı bacarmış, hər bir oxucuda vətənə, elinə,
torpağına
məhəbbət,
sədaqət
hissini
artırmağa
çalışmışdır... Xalq ədəbiyyatına həmişə sənətkarlıqla
yanaşmış İlyas Əfəndiyev bu xalq hikmətlərindən
yaratdığı əsərin bədii dəyərini artırmaq üçün yeni ruhda
onlardan istifadə etmişdir." (Bax: G.V.Şükürova. ―İlyas
Əfəndiyev yaradıcılığında xalq ədəbiyyatı‖, "Dil və
ədəbiyyat" jurnalı, 1999, say 3, s.25.)
İlyas Əfəndiyevə qəhrəmanının daxili aləmini açmaq,
onların könlündən keçən arzu və istəkləri, qəmi, qubarı,
sevinci daha təsirli, daha qabarıq şəkildə vermək üçün
eldən gələn bir bayatı da bəs edir. Əsərlərində milli
koloriti artırmaq üçün müəllif roman, povest və
hekayələrində, dram əsərlərində el kədərini, el sevinc və
istəyini ifadə etmək
üçün dərin məzmunlu, geniş yayılmış
bayatılardan yararlanır.
Sənətkarın həyatı ilə tanışlıq göstərir ki, ―onun
ömrünün ən gözəl çağları olan uşaqlıq illəri bu ba-
yatıların həzin zəngulələri üstündə köklənmişdir.‖ (Bax:
İlyas Əfəndiyev: Yazıçı üçün dil onun ürəyinin
tərcümanıdır. ―Qobustan‖ jur., 2009, say.1.)
Bu cəhətdən Gülxani Pənahın (Şükürovanın) ―İlyas
Əfəndiyev yaradıcılığında bayatı, aşıq yaradıcılığı və
xalq mahnılarından bəhrələnmə‖ məqaləsinin nəticələri
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
129
diqqəti çəkir. (Bax: ―İlyas Əfəndiyev yaradıcılığında
bayatı, aşıq yaradıcılığı və xalq mahnılarından
bəhrələnmə.‖, Dil və ədəbiyyat, say: 4(38), Bakı, 2003,
s.53-58.)
Bu
məqalədə
İlyas Əfəndiyevin xalq
bayatılarından yaradıcılığında istifadə faktları aşkarlanır.
Tədqiqatçı yazır:
―İ. Əfəndiyevin əsərlərində milli
koloriti artırmaq üçün bir bədii priyom kimi istifadə
etdiyi xalqımızın yaratdığı qiymətli söz abidələrindən
olan bayatılarda əsrlərin, qərinələrin qucağında uyuyan
bir millətin, xalqın kədəri, sevinci, qəmi, arzusu, istəyi,
cövrü-cəfası öz əksini tapmışdır.‖ (Bax: Yenə orada,
s.53.)
Tədqiqatçı dürüst müəyyənləşdirir ki, ―bayatıdan
yaradıcılığında istifadə priyomu özü də İ.Əfəndiyev
sənətində göydəndüşmə deyil. Onun ömrünün ən gözəl
çağları olan uşaqlıq illəri bu bayatıların həzin zəngulələri
üstündə köklənib və ömrünün o kiçik çağlarından eşitdiyi
bu sənət nümunələri onun yaddaşına həkk olunub.‖
İlyas Əfəndiyev əsərində bu yaddaşı belə təzəliyir:
―Köç hündür dağın döşündən sallanmış el yolu ilə
getdikcə mənə elə gəlirdi ki, ulduzlu göyün bir parçası,
dəvənin yırğalana-yırğalana getməsi... mənə yuxu
gətirirdi. Hardan gəlirik? Hara gedirik?... bilinmirdi.
Birdən köçün qabağıncan nərin üstündə gedən Səkinə
nənə bu ulduzlu göyün altında, bu ulduzlu dərənin
üstündə uca səslə bayatı çağırdı:
Aşıq
gecələr gələr,
Yatıb dincələr, gələr.
İllər mübah keçəndə
Karvan
gecələr gələr
Səkinə nənə ilə yaşıd olan Mustafaoğlu da köçün arxa
tərəfindən başqa bir bayatı çağırır.‖