www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
136
Əmim oğlu, məndən heç utanmadın?
Üç ay keçdi, bir yaylağa gəlmədin!
Yüz min cəfa ilə köks ötürdüm mən,
Ordan yendin Ağbulağa gəlmədin!
Mən səni istədim hamıdan əziz,
Neyləyim yanında oldum bir kəniz.
Ətir can bəslədim güllərdən təmiz,
Namərd oğlu bir yayalağa gəlmədin‖
(Bax: Yenə orada, s.151).
Bütün bu faktlar göstərir ki, yazıçının əsərlərində
xalqdan, xalq təfəkküründən süzülüb gələn ənənələr
yaşayır. Onun qocası, ozanı qəhrəmanlarının başına gələn
hadisələri gah nağıl yolu ilə, gah da dastan yolu ilə
söyləyir. Yazıçının qəhrəmanı gah dastanlarda olduğu
kimi öz hiss həyəcanlarını şeirlə, gah da nağıllarda
olduğu kimi təhkiyə yolu ilə verir. Xalq ədəbiyyatı
ənənələrini sənətinə gətirən, ondan bəhrələnməklə sevən
aşiqlərin mükəmməl obrazını yaradan, qəhrəmanını
xalqına sevdirən yazıçı öz qələmini xalq ədəbiyyatı
üstündə kökləməklə yaddaqalan zəngin obrazlar silsiləsi
yaratmışdır.
Şifahi xalq ədəbiyyatının incilərindən yararlanan
sənətkar ―Apardı sellər Saranı‖, "Qarı dağı", ―Vəzir Al-
lahverdi xan və Bəhlul Danəndə‖, ―Yusif və Esfir‖, ―İsa-
Musa‖, ―Abidin yuxusu‖ və s. hekayələrini folklordan,
xalq
ədəbiyyatının qaynaqlarından bəhrələnməklə,
onlardan
yararlanaraq
qiymətli
sənət
nümunələri
yaratmışdır.
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
137
Yazıçı bu rəvayətlərin, nağılların süjet və obraz-
larından yararlanarkən ona real həyat donu geyindirir və
oxucu qarşısına yeni səpgidə, tamamilə fərqli, yeni sənət
əsəri çıxarır.
İ.Əfəndiyev real aləmdə gördüyü insanları, onların
sevgisini, kədərini qələmə alarkən xalqının əfsanələrdə
yaşayan keçmişinə nəzər salır, oxşar izlər tapır, onlara bir
yaradıcı sənətkar kimi yanaşır, bədii təfəkkürünün
süzgəcindən keçirir, yeni bir bədii don geyindirir,
yeniləşdirir, müasirləşdirir, zamanın tələblərini özündə
əks etdirən yeni bir əsərə çevirir.
****
Bu cür ədəbı-estetik keyfiyyətlər, axtarışlar sənətkarın
dramaturgiyasında da dərindən müşahidə edilir və
yeniliyin, teatrda yeni ab-havanın əsasını qoyur. Ədəbi
tənqidimiz xüsusilə, dönə-dönə qeyd etmişdir ki, İlyas
Əfəndiyevin pyeslerinin səhnəyə hər gəilişi teatrımıza
təzə ab-hava gətirmişdir. Bu təzə ab-havanı təmin edən
isə ilk növbədə həmin illəri parlaq surətdə təmsil edən
insanların canlı təcəssümüdür. ―Bahar suları‖, ―Atayevlər
ailəsi‖, ―Sən həmişə mənimləsən‖, ―Mənim günahım‖,
―Unuda bilmirəm‖, ―Məhv olmuş gündəlikİər", ―Büllur
sarayda‖ və s. bu kimi hərəsi sənət aləmində
özünəməxsus bir iz qoyan həmin əsərlər olmadan
Azərbaycan teatırının tarixi xeyli natamam gorünərdi.
(Mehdi Məmmədov, İlham Rəhimli, Məriyəm Əlizadə və
başqaları...)
İlyas Əfəndiyevin pyesləri bu gün də insanları mənəvi
təmizliyə çağırır. Dramaturq bəzən tərəddüd edən, hətta
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
138
müəyyən səhvə yol verən, lakin sarsılmayan, ən
mürəkkəb vəziyyətlərdə belə öz insanlıq şərəfıni qoruyub
saxlamağı bacaran aydın məqsədli qəhrəmanların
timsalında müasirlərinə canlı, həyati xarakterlər təqdim
edir, onlari meşşanlıq bataqlığına yuvarlanmaqdan
çəkindirir, vətənpərvərlik qayələrinə, böyük bəşəri
ideallara sədaqət və məhəbbət aşılayır.
Bu problemləri nəzərə çapdırmaq üçün, akademik
Bəkir Nəbiyev dramaturqun ―Büllur sarayda‖ pyesini
təsadüfən seçmir. Çünki, məlum səbəblərdən barəsində о
biri əsərlərinə nisbətən ədəbi tənqiddə bir qədər az
yazılmış ―Büllur sarayda‖ pyesi dövrün neqativ
cəhətlərini ifşa etdiyinə görə xüsusilə əlamətdardır.
Müəllif yazır: ―Onun tamaşasına baxanlar, yaxud əsəri
oxuyanlar (oxucu məktublarından bilinirdi) aydın
gördülər ki, inzibati rəhbərlikdə, məişət xidmətində,
ticarətdə girəvə düşən kimi adamları soyan, gah sadəcə
aldatmaq, gah rüşvət, gah da şantaj yolu ilə toplanmış
sərvət hesabına yağ içində böyrək kimi bəslənən Qədimlə
Ağahüseynin gəmisi xalq nifrətinin qəzəbli dalğaları
önündə necə çevrilir, öz gəmilərini ədalətin fırtınasında
necə qərq edir! Bayandurla, Təbrizin, onların təsiri ilə
gözü açılan Aynurun qəlbindən süzülən təmizlik işığında
var-dövlət dəlisi olan bəzi qeyrətsiz meşşanlar nə qədər
cılız görünürdülər! Həyatın mənasını daş-qaşda, çığırqan
dəbli
paltarlarda, eyş-işrətdə görən əqidəsizlərə,
simasızlara sənətin yeni, ağır bir zərbəsini dramaturq
məhz ―Büllur sarayda‖ əsərilə endirmiş, belələrini
ümumxalq nifrətinin hədəfinə çevirməyə müvəffəq
olmuşdur.‖(Bax:Nəbiyev B. O, həmişə müasirdir (ön
Dostları ilə paylaş: |