Xəbər bülleteni №18


Ukrayna parlamenti 2016-cı ilin büdcəsini qəbul etdi



Yüklə 0,63 Mb.
səhifə17/30
tarix17.10.2017
ölçüsü0,63 Mb.
#5151
1   ...   13   14   15   16   17   18   19   20   ...   30

Ukrayna parlamenti 2016-cı ilin büdcəsini qəbul etdi


25.12.2015

parlament ukrayna
Ukrayna parlamenti (Rada) 2016-cı ilin dövlət büdcəsini qəbul edib. Novator.az xəbər verir ki, 263 deputatın dəstəklədiyi qanuna görə, gələn il Ukrayna büdcəsinin gəlirləri 595 milyard 100 milyon qrivna, xərcləri isə 684 milyard 500 milyon qrivna olacaq.

Dövlət büdcəsi kəsirinin yuxarı həddi 83 milyard 694 milyon qrivna müəyyən olunub. Ümumi fondun yuxarı defisiti 68 milyard 893 milyon 700 min qrivna, xüsusi fondun yuxarı defisiti 14 milyard 800 milyon 257 min 800 qrivnadır.

1 Ukrayna qrivnası 0,04516 Azərbaycan manatına bərabərdir.

Hökumət başçısı postuna xarici işlər nazirinin namizədliyi irəli sürülüb


25.12.2015

kvirikashviliGürcüstan parlamentində çoxluğa sahib olan Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası dekabrın 25-də baş nazir postuna xarici işlər naziri səlahiyyətlərinin icraçısı Georgi Kvirikaşvilinin namizədliyini irəli sürüb.

Namizədi əvvəl prezident, sonra parlament təsdiqləməlidir.

Gürcüstan hökuməti dekabrın 23-də tam tərkibdə istefaya gedib. Bu, İrakli Qaribaşvilinin baş nazir kürsüsünü tərk etməsi ilə bağlıdır. Qaribaşvili istefasının səbəblərini açıqlamayıb.

Dekabrın 23-də prezident Georgi Margvelaşvili hökumətin istefasını qəbul edib, yeni hökumət formalaşana qədər səlahiyyətlərin icrasını həmin tərkibə verib.


Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə yeni evlər verilib


25.12.2015

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Salyan rayonunda 17 ədəd fərdi yaşayış evini Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin istifadəsinə verib.

Transparency.az nazirliyin 25 dekabr məlumatına istinadla bildirir ki, prezidentin 20 iyun 2014-cü il sərəncamının icrası müddətində müharibə əlilləri və şəhid ailələri üçün bölgələrdə 375 fərdi yaşayış evinin tikintisi sifariş edilib. Bu il inşası başa çatmış fərdi evlərdən 82-si və hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş 56 mənzil müharibə əlilləri və şəhid ailələrinə təqdim olunub. Tərtər rayonunda isə 54 mənzilli yaşayış binası bu təbəqələrdən olan şəxslərin istifadəsinə verilib.

Ümumilikdə cari ildə nazirlik 192 nəfər müharibə əlili və şəhid ailəsini mənzillə təmin edib.



ev

Vergilər Nazirliyində struktur dəyişikliyi edilib


25.12.2015

vergiler nazirliyi 1
Vergilər Nazirliyində struktur dəyişikliyi edilib. Transparency.az xəbər verir ki, vergilər naziri Fazil Məmmədovun 24 dekabr 2015-ci il əmri ilə Vergilər Nazirliyi yanında 1 saylı Vergilər Departamenti yaradılıb. Yeni yaradılmış strukturun ştat tərkibi Bakı Vergilər Departamentinin işçiləri hesabına formalaşdırılıb.

Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin rəisinin 1-ci müavini Zaur Fətizadə 1 saylı Vergilər Departamentinin rəisi vəzifəsinə təyin olunub.

Nazirliyin bununla bağlı yaydığı xəbərdə bildirilir ki, struktur dəyişikliyi prezident İlham Əliyevin vergi orqanları qarşısında qoyduğu mühüm vəzifələrin icrasını, vergi inzibatçılığının daha da təkmilləşdirilməsini, vergi orqanlarının daha səmərəli və şəffaf işləməsini, büdcəyə daha çox vəsait toplamasını təmin etmək məqsədilə edilib.

Nazir: “Avrasiya İttifaqına üzv olmaq məsələsi Azərbaycanın gündəliyində deyil”


25.12.2015

elmar memmedyarov1Xarici işlər naziri Elmar Məmmədyarov AZƏRTAC-a və bir sıra digər informasiya agentliyinə 2015-ci ilin yekunları ilə bağlı müsahibə verib. “Qazaxıstan və Belarus Azərbaycanı Avrasiya İttifaqında görmək istədiklərini bəyan ediblər. Azərbaycan hansı halda bu ittifaqa üzv ola bilər” sualını nazir belə cavablandırıb: “Hazırda Avrasiya İqtisadi İttifaqı adlanan təşkilata üzv olmaq məsələsi Azərbaycanın gündəliyində deyil, təşkilat və ya üzv dövlətlərdən də Azərbaycana bununla bağlı hər hansı rəsmi müraciət edilməyib. Bu ilin sentyabrında Nyu-Yorkda BMT Baş Məclisinin 70-ci sessiyası çərçivəsində Rusiya media nümayəndələrinin bənzər sualını cavablandıraraq mənim tərəfimdən “never say never” (“heç zaman heç vaxt demə”) ifadə istifadə edilmiş və bunun mənası izah olunmuşdu. Belə ki, Azərbaycan əraziləri Avrasiya İqtisadi İttifaqının üzvü olan Ermənistan tərəfindən işğal edildiyi və məlum səbəblərə görə bu iki dövlət arasında hər hansı əlaqələrin olmadığı şəraitdə Azərbaycanın Ermənistanla iqtisadi və gömrük birliyini nəzərdə tutan bu qurumda iştirakı necə mümkün ola bilər?

Hazırkı şəraitdə Ermənistan Avrasiya İqtisadi İttifaqı ölkələrinin heç biri ilə sərhədə malik deyil. Azərbaycanın qoşulub-qoşulmaması kimi gələcəyə aid sualdan asılı olmayaraq Ermənistanın heç olmasa digər üzv dövlətlərlə səmərəli nəqliyyat dəhlizi imkanları olmalıdır. Digər üzv ölkələrlə Ermənistanı birləşdirən əsas və optimal nəqliyyat arteriyaları, o cümlədən dəmir yol xətti tarixən Azərbaycan ərazisindən keçirdi. Ona görə də ilk növbədə bütün region üçün təhlükə olan və ümumilikdə regional əməkdaşlığa mane olan Ermənistanın Azərbaycana qarşı işğalı aradan qaldırılmalıdır. Nəticə etibarilə Ermənistan və Azərbaycan arasında qurulacaq əlaqələrin tərkib hissəsi kimi Avrasiya İqtisadi İttifaqı ölkələri Ermənistana çıxış üçün əlverişli nəqliyyat tranziti imkanları əldə bilərlər. Lakin bu, hələ Azərbaycanın həmin təşkilata üzvlüyü demək deyil.

Onu əlavə edə bilərəm ki, Azərbaycanın Avrasiya İqtisadi İttifaqının digər üzv dövlətləri ilə ikitərəfli əsasda intensiv və qarşılıqlı faydalı siyasi, iqtisadi, ticarət və humanitar əlaqələri mövcuddur. Birgə və davamlı səylər vasitəsilə bu əlaqələrin daha da inkişafı üçün böyük perspektivlər var”.


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə