№18 (88) 14.05.2012 Fərqli düşüncə
5
Şamil Babanlı AzadlıqRadiosunun
«Qaynar Xәtt»inә şikayәt edib ki,
avtomobil qәzası törәtmәk
nәticәsindә anasının ölümünә
sәbәb olmuş Musa Nayıbov adlı
şәxs yüngül cәzalandırılıb.
Mәhkәmә hökmü ilә Musa
Nayıbov cәzasını mәntәqә tipli
cәzaçәkmә müәssisәsindә çәk-
mәklә 4 il 6 ay müddәtinә
azadlıqdan mәhrum edilib. Ancaq
cәza faktiki icra olunmur.
MӘHKUM AZADLIQDA?
Şamil Babanlı: «Mәn dәfәlәrlә yoxlat-
dırmışam, o adam mәntәqә tipli cәza-
çәkmә müәssisәsindә qalmır. Orda
yalnız bircә dәfә olub. Ondan sonra hәr
ay pul ödәyәrәk azadlıqda gәzir. Mәn
başa düşmürәm, insan ölümünә sәbәb
olan adam necә azadlıqda gәzә bilәr?
Hәlә mәn onun ailәmizә vurduğu
mәnәvi zәrbәni demirәm. Atam o qәdәr
istintaq orqanlarına gedib gәldi, әsә-
bilәşdi ki, axırda ürәyi partladı. Yәni o
adam iki nәfәrin ölümünә sәbәb olub.
O adam o zaman mәntәqә tipli müәs-
sisәyә göndәrilә bilәrdi ki, qәza
nәticәsindә ölüm-itim olmayaydı. Belә
bir cinayәtkar necә azadlıqda gәzә
bilәr? Bu, bizim ailәni әlә salmaqdır».
Qeyd edәk ki, Musa Nayıbov mәhkә -
mә dә bildirib ki, avtomobili sürücülük
vәsiqәsi olmadan idarә edib. O, Sum -
qayıt şәhәrinin mәrkәzi küçәlәrindәn
birindә ehtiyatsızlıq nәticәsindә avto-
mobillә Gülayәt Babanlını vurduğunu
vә piyadanın ölümünә sәbәb olduğunu
etiraf edib. Mәhkәmә onu cәzasını
mәntәqә tipli cәzaçәkmә müәs-
sisәsindә çәkmәklә 4 il 6 ay müddәtinә
azadlıqdan mәhrum edib.
Ancaq Şamil Babanlı Musa Nayıbova
verilmiş cәzayla razılaşmayaraq hök-
mdәn apelyasiya şikayәti verib. Şikayәt
tәmin olunmayıb. Şamil Babanlı Ali
Mәhkәmәyә kasasiya şikayәti verib.
Onunla yanaşı prokuror da Musa
Nayıbovun cәzasının artırılması üçün Ali
Mәhkәmәyә kasasiya protesti göndәrib.
ÜMİD ALİ MӘHKӘMӘYӘDİR
Әdliyyә Nazirliyi Penitensiar Xidmәtin
mәtbuat xidmәtinin rәhbәri Mehman
Sadıqov “Qaynar Xәtt”ә bildirib ki,
Şamil Babanlının mәhkumun mәntәqә
tipli cәzaçәkmә müәssisәsindәn azadlı -
ğa buraxılması ilә bağlı dediklәri ilә
razılaşmır: «Bu mәsәlә araşdırılıb vә
Şamil Babanlıya Penitensiar Xidmәtin
rәhbәrliyi sәviyyәsindә dә rәsmi cavab
verilib. Mümkün deyil ki, cәzaçәkmә
müәssisәsindә saxlanılan şәxs azadlıq -
da gәzsin. Ora cәzaçәkmә yeridir vә
bütün mәhkumlar müәssisәdә saxla
-
nılır».
İndi Şamil Babanlı anasının ölümünә
sәbәb olmuş sürücünün cәzasının ağır-
laşdırılması ilә bağlı bütün ümidlәrini Ali
Mәhkәmә bağlayıb.
Esmira Cavadova
«Anamı öldürәn azadlıqda gәzir»
Arxiv foto
Bakı sakini Cabir Cәfәrov
AzadlıqRadiosunun «Qaynar
Xәtt»inә Babәk prospekti yaxın-
lığında yerlәşәn vә 24 ildir ki,
әvvәl faktiki istifadәsindә, son-
radan isә rәsmi icarәsindә olan
torpaq sahәsinin әlindәn çıx-
masından şikayәtlәnib. Deyir, 8 il
әvvәl torpaq sahәsindә bostan
işlәri üçün Keşlә bәlәdiyyәsi ilә
müqavilә bağlayıb. Ancaq әrazi
elә bәrbad vәziyyәtdә olub ki,
icarә müddәtindә elә ancaq
abadlaşdırma işlәri ilә mәşğul ola
bilib. İndi icarәnin müddәti bitib.
İcarә müqavilәsinin müddәtini
uzatmaq üçün yenidәn Keşlә
bәlәdiyyәsinә müraciәt edәndә,
onunla icarә müqavilәsi bağla-
mağa razılıq verilmәyib. Deyiblәr
ki, әrazi Dövlәt Neft Şirkәtinindir
vә artıq icarәyә verilmәsi
qadağan edilib.
Cabir Cәfәrov: « Mәn Dövlәt Neft
Şirkәtinә, ora-bura yazdım-pozdum ki,
hәmin әrazinin abadlaşdırılması üçün
ordan min maşından çox daş-kәsәk
daşımışam, bir o qәdәr dә torpaq tök-
müşәm. Uzun illәr qarnımdan, әyn-
imdәn kәsib oranı abadlaşdırmışam,
çünki bәlәdiyyәdәn o vaxt mәnә söz
vermişdilәr ki, icarә müddәti bitәndәn
sonra oranı sәnin adına rәsmilәş
-
dirәcәyik. Hәr il 320 manat vergi
ödәmişәm. İndi isә deyirlәr ki, bura
sәnin deyil. 3 il әvvәl orda iki otaq
tikdim ki, uşaqlarımı yığım içәrisinә.
Gәlib sökdülәr ki, olmaz. Halbuki Neft
Şirkәtinin boruları mәnim tikdiyim
evdәn 35 metr aralıdadır».
Cabir Cәfәrov deyir ki, ona әrazinin neft
torpaqları olduğu bildirilsә dә, yaxınlıq-
dakı neft borularının üstünü torpaqlayıb
hasar çәkirlәr:
«Mәnim tikdiyim evlә hәmin boruların
arasındakı tikintilәrә dәyib-dolaşan yox-
dur. Sökülürsә, qoy, hamısı sökülsün.
İndiyә qәdәr ora çәkdiyim xәrclәr kom-
pensasiya kimi mәnә ödәnilsin. Hazırda
elә Dövlәt Neft Şirkәti özü hәmin boru-
ların üstünü torpaqlayıb orda obyekt
tikir».
KOMPENSASİYANI
BӘLӘDİYYӘDӘN TӘLӘB
ETMӘLİDİR
Dövlәt Neft Şirkәtinin hüquq idarәsinin
şöbә rәisi Şahin İsmayılov mәsәlәyә
belә münasibәt bildirdi: «Cabir Cәfәrov
orda tikinti apararkәn dәfәlәrlә ona bu
barәdә xәbәrdarlıq edilib. Vaxtilә
bәlәdiyyәlәr vәzifәlәrindәn kәnara
çıxaraq on minlәrlә sakinә neft tor-
paqlarında ev tikmәk üçün torpaq
sahәsi ayırıblar. Son illәr Dövlәt Neft
Şirkәti mәhkәmәlәr yolu ilә bu tor-
paqları geri alır. Cabir Cәfәrov kompen-
sasiyanı bәlәdiyyәdәn tәlәb etmәlidir. O
ki qaldı borular olan әrazilәrdә hazırda
tikinti işlәrinin aparılmasına, bunlar sә-
naye tәyinatlı tikililәrdir. Yaşayış, yaxud
idarә üçün nәzәrdә tutulmayıb».
Esmira Cavadova
Bakı sakini: «Neft şirkәti bostanı әlimdәn alıb»
Cabir Cәfәrov