Xxxv fəsil İctimai elmlərdə fənn proqramları Ümumi hissə a Giriş



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə29/49
tarix15.03.2018
ölçüsü4,8 Kb.
#32231
1   ...   25   26   27   28   29   30   31   32   ...   49

Tar.IX.6.  Şagird Gürcüstanda mövcud olan dinlər və onların burada
yayılmalarının tarixi səbəbləri barədə mülahizə yürüdə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Xristianlığa qədərki dövrün gürcü Allahlarını qruplaşdırır, onların funksiyalarına işarə
edir, qədim Şərq, antik və digər bütpərəst panteonlarda analoqlarını axtarırsa;

Gürcüstanda bütpərəstliyin Kartli dövlətinin yaranmasından sonra hansı dəyişikliklərə
məruz qaldığını təhlil edirsə (məs.: kəskin iyerarxiyalılığın müdafiəsi, yeni bütlərin
gətirilməsi və s.);

Xristianlığın dövlət dini elan olunmasının gürcü dövlətinin xarici oriyentasiyasının
müəyyənləşdirilməsində əhəmiyyətini təhlil edə bilirsə. Gürcü mədəniyyətinin
inkişafında və gürcü etnosunun möhkəmlənməsində xristianlığın rolu barədə mülahizə
yürüdə bilirsə;

Gürcüstanda xristianlığın dövlət dini elan olunmasının köməkçi və maneə amillərini
cəmləşdirirsə, başqa xristian ölkələrinin tarixində onların analoqunu axtarırsa;

Gürcü kilsəsinin iki nümayəndəsini seçir və onların dini və mədəniyyət sahələrində
fəaliyyətini müqayisə edə bilirsə;

Gürcüstanda müxtəlif dövrlərdə mövcud olmuş dinlərin və konfesiyaların siyahısını tərtib
edə bilirsə və həm bir-birləri ilə, həm də dövlətlə onların əlaqələri barədə mülahizə
yürüdürsə;

Müxtəli dövrlərdə gürcü kilsəsinin strukturunu təsvir edirsə və onun iyerarxiyasını
xarakterizə edə bilirsə.
Tar.IX.7.  Şagird gürcü mədəniyyətinin müxtəlif sahələrinin
formalaşdırılması və inkişafı barədə mülahizə yürüdə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Gürcüstanda və onun hüdudlarından kənarda mövcud olan kilsə və təhsil ocaqlarını
xəritədə qeyd edirsə və burada tədris olunan fənlərin siyahısını tərtib edə bilirsə;

Onun yaşadığı yaşayış məntəqəsində (şəhərdə, kənddə, rayonda) yerləşmiş mədəni irs
abidələrini (məs.: Tbilisili şagird Ançisxati məbədini və yaxud Narın qalasını xarakterizə
edir, Qoridən şagird Uplissixeni və ya Qori qalasını xarakterizə edir, Kutaisili şagird
Baqratın məbədini xarakterizə edir...) yazılı təsvir edir və onları xarakterizə edirsə;

Ona tanış olan gürcü memarlıq abidələrini (məs.: milli təyinatlı – sarayları, hamamları və
s.; müdafiə təyinatlı-qala-şəhərləri, qalaları və s.; kult təyinatlı-məbədləri, kilsə -
monastırları) funksiyalarına əsasən qruplaşdırır və xəritədə qeyd edirsə;



Gürcü mədəniyyətinin ən çox nailiyyət qazanan sahələrini saya bilirsə;

Ən əhəmiyyətli gürcü ədəbiyyatı və təsviri incəsənəti abidələrinin yaradılması tarixi və
əhəmiyyəti barədə mülahizə yürüdə bilirsə;

Ən əhəmiyyətli gürcü və xarici mədəniyyətin qarşılıqlı əlaqəsi və qarşılıqlı təsiri barədə
mülahizə yürüdürsə. Bir konkret məsələni müzakirə edən mövzu yazırsa (məs.: Ellin
dövründə Yunan aləmi ilə münasibətlə, xristian və Şərq mədəniyyətlərinin orta əsrlər
gürcü mədəniyyətinə təsiri və s.).


Proqramın məzmunu
IX sinif üçün məcburi məzmun məsələlərinin siyahısı
(Aşağıda sadalanan məsələlər bu sinif üçün ayrılmış bütün məzmunun 80%-ni təşkil edir).
1. Tarixi/coğrafi şərh
2. Gürcüstanda ibtidai insan:
a) Daş dövrü; mis-daş dövrü
b) Bürünc dövrü (Gürcüstanda bürünc dövrünün arxeoloji mədəniyyətləri)
3. Gürcü xalqının mənşəyi məsələsi:
a) Xarici və qədim Gürcü mənbələri
b) Müasir istorioqrafiyada onun əksi
4. Ən qədim gürcü dövlətləri:
a) Qədim Eqrisi (Kolxa, Kolxida)
b) Diaox
c) Muşklar
d) Sasperlər
5. Eqrisi (Kolxida) və Yunan tikililəri
6. Çar Parnavaz və onun dövrü, ən yaxın varisləri
7. Antik dövrdə Gürcüstan-Roma qarşılıqlı əlaqələri:
a) Pompeyin Kartliyə və Kolxetiyə yürüşünün səbəbləri
b) II Farsman, III Farsman


8. Xristianlığın dövlət dini elan olunması:
a) Gürcüstan-Məryəm anaya ibadət olunan ölkə,apostollar və Gürcüstan, müq. Giorgi kultu
b) Nizbin sazişi və onun əhəmiyyəti, amazasp, sasanilərin (eləcə də Xosrovların) sülaləsi
Kartlidə
c) Xristianlaşma barədə gürcü və xarici mənbələr (Moksevai Kartlisai, Qelasi Kesarielli)
9. Vaxtanq Qorqasali və onun dövrü
10. IV-VI əsrlərdə Eqrisi (lazik) çarlığı:
a) Lazik çarlığının yaranması, I Qubaz (Kubaz)
b) Böyük müharibə, II Qubaz
11. Antik dövr Gürcüstanının mədəniyyət və cəmiyyəti:
a) Yazı: yunan-aramey, gürcü yazıları
b) Antik dövrün şəhərləri (arxeoloji göstəricilərə və yazılı mənbələrə əsasən)
c) Gürcü bütpərəstlik panteonları
d) Təhsil
e) Sosial quruluş
12. Kartli və Eqrisi milli hökumətdən ərəblərədək:
a) Milli hökumətin meydana gəlməsi (Kartlinin Bivritianlar (baqrationilər) soyadından ilk
millət başçıları)
b) Gürcü və erməni kilsələri arasında kilsə çəkişmələri
c) Herakl Qeysərin yürüşləri
13. Gürcüstanda ərəbçilik:
a) Ərəblərin ilk görünmələri, Kartlidə “müdafiə fərmanı” , ərəblər Qərbi Gürcüstanda
b) III Stefanos, Arçil və Miri
c) Kar Murvanın Gürcüstana yürüşü, Tiflisdə Əmir hakimiyyəti
14. Gürcü çarlıq-knyazlıqları:


Gürcüstanın birləşdirilməsinin dini, iqtisadi-siyasi və mədəni əsasları (Abxaziya çarlığı,
Kaxeti yepiskopluğu, Hereti çarlığı, “Gürcülərin çarlığı” (Kartli çarlığının bərpası kimi),
“Gürcülərin kurapatlığı” (ölkənin başına gürcü Baqrationililərin gəlməsi), Tiflis əmirliyi
15. İlkin feodal dövrünün gürcü mədəniyyəti:
a) Monastır həyatı, Assuriyalı keşişlər, Qriqol Xandzteli, Memarlıq;
b) Yeni şəhərlər dövrü
c) Feodal münasibətlərinin normaları
16. Gürcüstan XI əsrdə:
a) Gürcüstanın birləşdirilməsi uğrunda mübarizə: David Kurapalat, İoane Maruşisdze, III
Baqrat Kurapalat – Gürcüstanın birləşdirilməsinin başlanğıcı
b) XI əsrdə Gürcüstan – Bizans münasibətləri (Qriqol Bakurianisdze, Məryəm-Marta,
Giorgi, Mtadzmindeli)
c) XI əsrdə Gürcüstan-Səlcuqlar münasibətləri
17. Qurucu David:
a) Qurucu Davidin İslahatları
b) Qurucu Davidin Türk-Səlcuqlara qarşı mübarizəsi (Gürcüstanın birləşdirilməsinin sonu)
c) Davidin varisləri
18. Tamar və onun dövrü:
a) Daxili siyasi proseslər
b) Xarici siyasət
c) Laşa-Giorgi
19. XI-XIII əsrlərdə Gürcü mədəniyyəti və cəmiyyəti:
a) İdarəçilik, çara xeyir-dua verilməsi qaydası
b) Şəhərlər
c) Ölkənin daxilində və xaricində təhsil ocaqları (tarixi, milli və ruhani yazıçılığı)
d) Təsviri incəsənət, memarlıq, musiqi, sosial qrupların hüquqi vəziyyəti, iqtisadiyyat, gürcü
ordusunun təşkili, təchizat, bayraqlar, döyüş quruluşu


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə