Yaşar rzayev



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə67/86
tarix18.06.2018
ölçüsü3,32 Kb.
#49296
1   ...   63   64   65   66   67   68   69   70   ...   86

____________Milli Kitabxana____________ 
 
281
müsəlman deyil, həm də türk (azərbaycanlı) olduğunu 
göstərmək hissi onları birləşdirirdi. Budur, tələbə Cəlal deyir:  
      “Bəli, indi-indi özünə “türk” deməyə başlamısan. 
Camaatımız türk olduğunu bilirmi ? Biz özümüzü tanımayan 
kimi, başqası bizi heç tanımır” (16, 66). 
     Azərbaycanlı tələbələri “Zemlyaçestvo”da, sonralar isə Milli 
Komitədə birləşdirən məhz həmin hisslərdir. Onların sırasında 
isə Rüstəmbəy daha fəaldır və liderlik keyfiyyətləri ilə 
fərqlənir. O deyir ki, “şəxsiyyyətimiz islah olunmasa, 
doğruluğu dərk eləməyə müqtədir olmaz və millət qeydinə də 
qala bilmərik” (16, 129). 
       Əsərin ikinci kitabında – “1917-ci ildə” romanında 
Rüstəmbəy obrazı daha maraqlı  və nisbətən bitkindir. 
Rüstəmbəyin dünyagörüşünün inkişafı qaynar hadisələrin – I 
Dünya müharibəsində rus-alman cəbhəsinin, sonra fevral 
inqilabının, rus çarının yıxılmasının, Kerenski hökumətinin 
yaranmasının, oktyabr inqilabının və bolşeviklərin hakimiyyəti 
ələ almasının fonunda baş verir. Dövrün müxtəlif nəzəriyyələri, 
çoxlu partiyalar, şirin vədlərlə dolu ayrı-ayrı çağırışlar 
Rüstəmbəyi bəzən çaşdırsa da, o, ciddi götür-qoy edir, geniş 
dünyagörüşünə, yüksək savadına tapınaraq öz məsləkinə, 
məqsədinə doğru aparan əsil yolu axtarır. Bu yol isə bütün 


____________Milli Kitabxana____________ 
 
282
qovğaların, mübarizələrin, çevirilişlərin, çağırışların içindən öz 
millətinin taleyini, onun dünya millətləri cərgəsində yerini və 
mövqeyini həll etmək yoludur. 
       Fevral  inqilabından sonra cəbhədən Kiyevə qayıdan 
Rüstəmbəy nikbin düşüncələrlə yaşayır:  
       “Böyük dəyişiklikər olacaq: ruslaşdırma, 
provoslavlaşdırma əbədi olaraq tarix səhifələrinə keçir. Artıq 
hakim və  məhkum millət yoxdur... Bərabərlik, tam bir 
bərabərlik xalqlar arasında ziddiyyəti qaldıracaq; qardaşlıq 
günəşi yeni aləmi parladacaq. Artıq hər bir xalqın 
müqəddəratı öz əlinə keçəcək” (16, 178).  
       Romanın hər iki kitabı belə ruhda köklənmişdir. 
Ədəbiyyatşünas-alim Himalay Ənvəroğlunun yazdığı kimi, 
“vaxtı ilə Y.V.Çəmənzəminlini Rüstəm bəyi bitkin inqilabçı tipi 
kimi yaratmamaqda təqsirləndirənlər obrazı  sənət baxımından, 
canlı  və xarakter olması  mənasında deyil, ideologiya əsasında 
qiymətləndirdikləri üçün qəhrəmanın və yazıçının başlıca 
ideyasını bütün incəliklərinə  qədər dərk edə bilməyiblər” (33, 
137).   
      Həmin illərdə panislamizm və pantürkizm əhval-ruhiyyəsi 
geniş yayılmışdı  və  təbii ki, Kiyevdə Azərbaycan ziyalılığını 
təmsil edən tələbələr qeyd etdiyimiz gah bu, gah da digər 


____________Milli Kitabxana____________ 
 
283
cərəyanın təsirindən ötüşə bilməzdilər. Rüstəmbəy  əvvəllər 
xüsusilə turançılıq ideyası üzərində dayanırdı. O, Rusiya 
imperiyasının  əhatə etdiyi 40 milyonluq türk-tatar xalqlarının 
taleyi haqqında düşünür: bunlar üç yüz ildən bəri çar 
hökmranlığından olmazın zülümlər görmüşlər, rus mühacirləri 
çar hakimiyyəti sayəsində sel kimi axaraq, türk-tatar xalqlarını 
əzib pərakəndə hala salmışlar.  “Bir qismi hicrəti 
məhkumiyyətə  tərcih etmiş, digəri assimilə olmağa müncər 
qalmışdı” (16, 179).  
        Rüstəmbəyin qənaəti belədir ki, 1905-ci il rus inqilabı 
xalqa milli mətbuat, ana dili, qismən milli məktəb bəxş edibsə, 
inqilab sədası əsrlərdən bəri cəhldə boğulan xalqları maarif və 
mədəniyyət yoluna sövq edibsə, bu inqilab isə  milli 
müqəddərat şüarı daşımalıdır (16, 179).  
         Turançılıq ideyasını daşıyan Rüstəmbəy “milli 
müqəddərat” düşündükdə Azərbaycanla bərabər Türküstan, 
Edil Boyu və Krımı da nəzərdə tutur. O, inqilaba sinfi deyil, 
milli maraqlar mövqeyindən yanaşır və türk-tatar aləminin bir 
yerə toplanıb bir dövlət təşkil etməsində heç bir maneə görmür. 
Dünyada hər bir şeyə milli nöqteyi-nəzərdən baxan Rüstəmbəy 
Leninin milli nəzəriyyəsinə də öz zehniyyətinə uyğun yanaşır: 


____________Milli Kitabxana____________ 
 
284
        “Əzilən xalqlar hürriyyəti tam mənası ilə anlayaraq  
milli müqəddəratın həllini gözləyirdilər.Lakin müvəqqəti 
hökumətin xətti-hərəkəti və  məmləkəti mərkəziyyət üsulu ilə 
idarə etməsi məhkum xalqları ümidsizliyə sövq edirdi. Milli 
məsələdə  hazırkı hökumətlə çar hökuməti arasında xətti-
hərəkət etibarilə heç bir  fərq görünmürdü. Lenin bu sahədə 
də yeni vədlər verirdi. Rusiyaya zor ilə ittifaq olanların 
ayrılmasını  və başqalarının da geniş  məhəlli muxtariyyət 
qazanacağını elan edirdi” (16, 194-195). 
       Əlbəttə, belə  şirin “vədlər” bir çoxları kimi Rüstəmbəyın 
də diqqətini cəlb etməyə bilməzdi.  
       Hadisələrin inkişafı Rüstəmbəyin beynindəki turançılıq 
ideyasına çat salır. Hər gün dəyişən siyasi vəziyyət, Krım 
tatarlarının panturanizmdən imtina etməsi və digər məqamlar 
Rüstəmbəydə turançılıq ideyası ilə bağlı  tərəddüdlər yaradır. 
Bir tərəfdən də Kiyev türk tələbələri tarixində ilk dəfə olaraq 
məslək ayrılığı duyulmağa başlayır.  Əvvəllər “Zemlyaçestvo” 
ətrafına toplanıb yalnız mədəni-maarif məfkurəsi daşıyan 
gənclər indi artıq köhnə çərçivəyə sığmamağa başlayırlar. Eser, 
menşevik, bolşevik və milli demokratik platformalar irəli 
sürülərək, hər kəs müəyyən proqram dairəsində hərəkət etməyə 
çalışırdı.  “Məclisin  əksəriyyəti isə milli məfkurə daşıyan 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə