Yaşar rzayev



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə69/86
tarix18.06.2018
ölçüsü3,32 Kb.
#49296
1   ...   65   66   67   68   69   70   71   72   ...   86

____________Milli Kitabxana____________ 
 
289

 
İnqilab ! – dedi . – Yenilik ağrı ilə doğulur.  

 
Hansı  yenilik ? Bu  uyğunsuzluqlar   yenilikmi ?  
Qaragüruhun   tüğyan           
etməsi,  əsrlərdən bəri qurulan bir idarənin pozulmasımı ? 
Yox, buna yenilik adı verə bilmərəm; savadsız , sərxoş , tənbəl  
və yıxıcı bir xalq yenilik qura bılməz ! Lvovlara təhəmmül edə 
bilmədiyimiz  halda, ortalığa bir də bir Lenin çıxdı – bu, 
baltanı bir az da ağacın dibindən vurur... Vursun , baxalım 
sonu nə olacaq ?! Bunların hamısı alman oyunudur ; Lenin 
düz  adam olsaydı, Vilhelm onu qapalı vaqonda bizə 
göndərməzdi...” (16, 196-197).        
“Studentlər”  romanının  janr  poetikası,  süjet  və 
kompozisiya  xüsusiyyətləri,     
struktur komponentləri və s. mövzumuzun predmeti olmadığı 
üçün həmin məsələlərə toxunmuruq. Əsərin 
Y.V.Çəmənzəminliyə  məxsus aydın və  səlis təhkiyə ilə, “yeni 
ədəbi-bədii normalara yiyələnməklə” (32,150) yazıldığını 
vurğulamaqla yanaşı, mükəmməl və cəlbedici roman nümunəsi 
kimi təqdim etmək iddiasında da deyilik. Bununla belə, 
tədqiqatımızda toxunduğumuz məqamlar, elmi araşdirmalardan 
doğan qənaətlər  əsasında qətiyyətlə deyə bilərik ki, 
“Studentlər” romanı tarixin olduqca narahat, gərgin, taleyüklü 


____________Milli Kitabxana____________ 
 
290
mərhələsində milli dirçəlişin, milli azadlıq  şüurunun 
təşəkkülünü inandırıcı  və  məntiqli göstərə bilmişdir və 
Y.V.Çəmənzəminli az sonra yazdığı “İki od arasında” əsərində 
də olduğu kimi, öz yaradıcılıq prinsiplərinə  və milli-mənəvi 
simasına sədaqətini göstərməklə otuzuncu illərin ideoloji 
məngənəsinin  çərçivəsində qalmamışdır.            
            
                                            
         “ŞAMO”.  MİLLİ    GERÇƏKLİYİN    İFADƏSİ.   
Süleyman Rəhimovun “Şamo” romanının ictimai-siyasi 
məzmunu, ideoloji-estetik görüntüsü milli gerçəkliyin ifadəsi 
üzərində  qərar tutmuşdur. Müəllif milli gerçəkliyin zəngin 
çalarlarını  məharətlə  qələmə aldığı üçündür ki, milli 
varlığımızın təsdiqi romanın siyasi- ideoloji məzmunundan asılı 
olmayaraq, bədii-estetik təsirini göstərir. “Azərbaycan xalqının 
yaxın keşməkeşli tarixi keçmişindən bəhs edən “Şamo” 
romanında gerçəkliyin inqilabi dəyişmədə  təsviri, milli 
keçmişin ictimai-siyasi baxımdan tənqidi kimi ideoloji-estetik 
proyeksiyalar zahiri, keçici olduqları üçün əsərin daxili 
məzmununda və kompozisiyasında yer ala bilmirlər.  İnqilabi 
məzmun ekzotik səciyyə daşıdığına görə yaradıcı başlanğıca 
çevrilə bilmir” (33, 180). 


____________Milli Kitabxana____________ 
 
291
Milli gerçəkliyimiz “Şamo”da bir çox komponentləri ilə – 
həm ayrı-ayrı milli xarakterlərlə, həm olduqca zəngin dili ilə, 
həm xalq həyatının, məişətinin, adət-ənənələrinin rəngarəng 
lövhələri ilə, həm Azərbaycan təbiətinin təsvirləri ilə görünür... 
İnkar oluna bilməz ki, insanın milli xüsusiyyətləri onu əhatə 
edən ətraf mühitlə, doğma təbiətlə, vətən torpağının gözəllikləri 
ilə  də bağlıdır. Xalqın milli simasının formalaşmasında 
həlledici rol oynayan amillər içərisində A.S.Puşkin iqlim 
şəraitini də qeyd edərək yazırdı: “İqlim, idarəetmə tərzi, etiqad 
hər bir xalqa sima  verir,  bu  isə  az, ya  çox  dərəcədə  onun  
poeziyasında  öz  inikasını  tapır” ( 157, 39). 
Əlbəttə, təbiət təsvirləri dünyanın bütün xalqlarının 
ədəbiyyatlarında vardır. Elə rus ədəbiyyatında poetik və 
təkrarolunmaz ifadəsini tapan sərt rus qışını, “step”ləri, tayqanı, 
yaxud digər  ədəbiyyatlarda ucsuz-bucaqsız çölləri, səhraları, 
dağları və s. xatırlayaq. Təsadüfi deyil ki, bir çox xalqların milli 
xüsusiyyətləri “çöl adamları”, “səhra adamları”, “dağ 
adamları”, “ tayqa adamları” və s. belə təbiətlə bağlı adlarla da 
şərtlənir.  
Dünya klassiklərinin  əsərlərində  təbiət təsvirlərinə, 
peyzajlara geniş yer verilmişdir. Klassik romanlarda təbiət 
təsvirləri və peyzajlar estetik əhəmiyyət kəsb etmiş, obrazların 


____________Milli Kitabxana____________ 
 
292
ruhi və  mənəvi aləmi ilə  səsləşmiş, lirizmi gücləndirmişdir. 
Azərbaycan klassik poeziyası nümunələrində, ilk povest və 
romanlarımızda da bu xüsusiyyətlər vardır. “Elə lirik lövhələr, 
ricətlər vardır ki, öz ahəngi, təsiri etibarilə hər hansı gözəl şeirlə 
müqayisə oluna bilər. Bu lirik təsvir roman janrında epik 
təsvirlə elə qaynayıb qarışmışdır ki, onların birinin haradan 
başlayıb o birinin harada qurtardığını  qəti müəyyən etmək 
çətindir” (50, 98).   
“Şamo”dakı  təbiət məhz sırf Azərbaycan təbiətidir, Kiçik 
Qafqaz dağlarının təbiətidir, Dəlidağın, Murovdağın, 
Qarabağın, Tərtərçayın,  İstisuyun, Turşsuyun, Göyçəgölün, 
Qoç daşın təbiətidir və bu əhatədə olan insanların milli 
simasında bu təbiətin bir və ya bir neçə ünsürü, xüsusiyyəti 
vardır. Dağlarda gənclərin “Yallı” oynamalarını  əks etdirən 
lövhəyə nəzər yetirək: 
“Cərgələrdə hazırlanan nağaralar birdən gumbuldadı, 
ovurdlar yumurta boyu şişdi, zurnalar cingildədi, ağac 
döyüşdürən çobanlar əllərindəki çomaqlarını  kənara atıb, 
qan-tərin içində yallı tutdular. Onlar qızara-qızara hərlənir, 
bir də  qızışır, “hov-hov” deyib göyə tullanır, gödək çuxalar 
dairəsində oynayır, döşlərindəki xəncərlər, toqqalardan asılan 
bıçaq-satıllar atılıb-düşür, onlar daha bərkdən “hov-hov” 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə