Yaşar rzayev



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə68/86
tarix18.06.2018
ölçüsü3,32 Kb.
#49296
1   ...   64   65   66   67   68   69   70   71   ...   86

____________Milli Kitabxana____________ 
 
285
bitərəflər idi. Bunlar heç bir firqəyə  mənsub deyildilər, mılli 
hərəkatda edəcəkləri iştirakın  şəkli və üsulu da hələ  təbəllür 
etməmişdi” (16, 213). 
      Müəllif Rüstəmbəyin tərəddüdlərini onun əqidəsi və dövrün 
mürəkkəbliyi baxımından təbii sayır:  
      “Rüstəmbəyin iki aylıq mütaliəsi, siyasi cərəyanları, firqə 
proqramlarını öyrənməsi   ona qəti bir yol göstərmədi. Kimlə 
gedəcəyini, hansı firqəyə qoşulacağını belə  kəsdirə bilmədi. 
Siyasi üfüq onun gözlərində olduqca qaranlıqdı.  Əvvəlcə 
xəyalını  məşğul edən Turan məfkurəsi indi sarsılmış, onun 
düzgün və  əməli olmasından  şübhə etməyə başlamışdı”  (16, 
230). 
      Rüstəmbəy belə  qərara gəlir ki, hər millət müqəddəratını 
özü həll etməlidir.  Əlbəttə, bunun üçün də millətin önündə 
gedən, onu öz arxasınca apara bilən liderlər, tarixi simalar 
lazımdir. Rüstəmbəy deyir:  
      “ – Tarixi  sima millətin ruhundan doğar, o, ruhu 
yüksəldər və aləm qarşısında nümayiş etdirər. Tarixi sima 
millətin təzahürüdür. Millətin qabında bir şey olmazsa, 
təzahürü də olmaz !” (16, 228).  
      Turançılıq  ideyasından uzaqlaşan Rüstəmbəyin 
düşüncələrində  “indi Azərbaycan, onun xalqı, onun siyasi


____________Milli Kitabxana____________ 
 
286
ictimai və iqtisadi ehtiyac və  tələbləri birinci sıraya keçmədə 
idi” (16, 293).  
      Ukraynada  milli  hökumətin qurulmasını digər millətlərin 
nümayəndələri yaxşı nümunə kimi görürdülər. Ukrayna 
Radasının təşkil etdiyi Xalqlar qurultayında Rüstəmbəy geniş 
çıxış edir, “milli hərəkatların böyük rəhbərləri olan 
ukraynalılara” təşəkkürünü bildirir“azərilərin bir çox 
hüquqdan məhrum olmasını bəyan edir” (16, 295).  
      Rüstəmbəy və onun kimilər milli müqəddərat məsələsinin 
belə həlledici məqamlarında vətəndən uzaqlarda qalmalarından 
narahatlıq keçirirlər. Onlar başa düşürlər ki, “millət bizi 
yetişdirdi, biz də bu zəruri vaxtda millətin köməyinə 
qoşmalıyıq” (16, 271).  Onlar milli müqəddaratın həlli yolunda 
ciddi çətinlikləri də görürlər. Vəlibəy deyir:  
      “ – Gürcülər neçə illik menşevik təşkilatına 
mənsubdurlar; daşnaqsütyunun da iyirmi beş yaşı  gərək 
olsun. Bu təşkilatlar xalqın içində dərin köklər salıblar. Sənin 
nəyin var? Heç nə! Ancaq bu gün siyasi təşkilat qurmaqla 
məşğulsan... Erməniləri və gürcüləri  əsgər aparırdılar, bizi 
aparmırdılar. Bax, bu gün bundan nə qədər çətinliklər doğur: 
hər kəs öz əsgərini çağırıb ana torpağında ordu düzəldir, sən 
avara qalmısan... Dərd çoxdur !” (16, 296-297).  


____________Milli Kitabxana____________ 
 
287
       Milli  məsələyə münasibətdə  ətrafındakıların  əhval-
ruhiyyəsinin müxtəlifliyi , vətəndən uzaqlarda da lazımi milli 
birliyin olmaması Rüstəmbəydə ağrılı hisslər yaşadır. Yaratdığı 
Milli Komitənin də dağılması, onun da bir pərdə olduğunu, bu 
pərdənin arxasında rəzalətlərin baş verdiyini anlayan 
 
Rüstəmbəy,  əlbəttə, öz inamından dönmür və oxucu inanır ki, 
məhz onun kimi milli qeyrət hissini yaşayan və tarixin 
təlatümlü məqamlarında yalnız millətini düşünən, bütün siyasi 
cərəyanlara, millətlərə verilən hər cür vədlərə öz əqidəsi, 
məsləki baxımından yanaşan gənclər vətənə qayıdıb 
istiqlaliyyət hərəkatının ön sıralarında duracaqlar.  
       Romanda    Çəmənzəminlinin aparıcı  qəhrəmanı dövrün 
obyektiv gedişində, onun şəxsi həyatının, mənəviyyatının və 
psixologiyasının daxili-milli tərəflərini struktur əsasda  əks 
etdirdiyini göstərən H.Ənvəroğlu yazır ki, “ilk dəfə 
Çəmənzəminli baş  qəhrəmanına milli məkandan (vətəndən) 
uzaqlarda geniş fəaliyyət meydanı verir. Onu dünyanın narahat 
və böhranlı çağlarında öz millətinin gələcək taleyi üçün 
ümumtarixi hərəkata qoşur. “Studentlər”in qəhrəmanının 
ümumən roman dairəsini genişləndirməsi, janrın tutumunun 
estetik və idraki baxımdan dərinləşdirilməsi Çəmənzəminlinin 
Azərbaycan romanında böyük xidməti kimi 


____________Milli Kitabxana____________ 
 
288
qiymətləndirilməlidir. Onun taleyüklü vəzifələrin altına girən 
qəhrəmanları, ictimai, siyasi və  şəxsi həyatda böyük uğurlar 
qazanmasalar da, bədii həyatları ilə ümuminsani başlanğıca 
qovuşur, estetik şüurda, o cümlədən milli roman təfəkküründə 
mühüm rol oynayırlar” (33, 139). 
      Üzərində mövcud rejimin arzuolunmaz hesab etdiyi 
motivləri gəzdirən Y.V.Çəmənzəminli dövrün ideoloji 
məngənəsində olsa da, müxtəlif bədii vasitələrlə bir çox 
cəsarətli məqamlara toxunurdu. Məsələn, aşağıdakı parçaya 
diqqət yetirək:  
      “Rüstəmbəy...  arxadan qoluna bir əl yapışdığını duyub 
çöndü. 
       –    O,  Svyatoslav  İvanoviç, –  dedi, görüşdülər. Təqribən 
qırx yaşlarında olan qızartdaq saqqallı bu adam zabit 
paltarında idi. Frençının sağ döşündə mavi xaçlı darülfünun 
nişanı vardı. Svyatoslav İvanoviç məruf bir senatorun oğlu 
olaraq zadəgana mənsubdu. Atasının sayəsində ön cəbhədə 
deyil, arxa tərəfdə xidmətə cəlb olunmuşdu... 
       –  Necə varsınız? – deyə Rüstəmbəy onun halını soruşdu.  

 
Fəna. Çox  fəna ! –  dedi. – Artıq izahata ehtiyac 
varmı? 
Rüstəmbəy gülümsəyərək: 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə