Yaşar rzayev



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə64/86
tarix18.06.2018
ölçüsü3,32 Kb.
#49296
1   ...   60   61   62   63   64   65   66   67   ...   86

____________Milli Kitabxana____________ 
 
269
toy, yas mərasimləri, Azərbaycan süfrəsi, zorxana və s.) 
Azərbaycan xalqının mənəvi-mədəni zənginliyindən, 
qədimliyindən xəbər verir.  
       Əsərdə bir çox tarixi simaların bədii obrazları vardır: Molla 
Pənah Vaqif, Vidadi, Qarabağ, Quba, Şirvan, Bakı xanlıqlarının 
hakimləri – İbrahim xan, Fətəli xan, Mustafa xan, Hacı 
Məlikməmməd xan, Gürcüstan hakimi İrakli,  İran hökmdarı 
Ağa Məhəmməd  şah Qacar, Məmməd bəy Cavanşir və 
başqaları. Müəllif tarixi obrazları yaradarkən tarixi mənbələrə 
əsaslanaraq heç birini şişirtməyə, yaxud kiçiltməyə meyl 
etməmiş, real cizgilərini, daxili ziddiyyətlərini göstərməklə 
onları dəyərləndirməyi oxucunun öhdəsinə buraxmışdır. Oxucu 
belə bir qənaətə gəlir ki, “böyük şəxsiyyətlərin böyük faciələri 
tarixin sinəsinə qanla yazıan səhifələr kimi fərdi taleləri deyil, 
eyni zamanda bütöv bir xalqın tarixi taleyini öz içərisinə alır” ( 
33, 141 ). Romanda Kiçikbəyim xanım, Ağabəyim Ağa, Kazım, 
Səfər, Telli, Gülnaz, Şahməmməd, Xanməmməd, Qızxanım, 
Mədinə kimi digər obrazlar da canlı və inandırıcıdır. 
       Romanda  toxunulan,  tarxi  həqiqəti təsdiq edən bir 
məsələnin də üstündən keçmək olmaz. Y.V.Çəmənzəminli 
dövrünün siyasi-ideoloji yasaqlarının fövqündə duraraq, 
ermənilərin hələ  həmin tarixi mərhələdə Qarabağa  əsassız 


____________Milli Kitabxana____________ 
 
270
iddialarını cəsarətlə açıb göstərmişdir. İbrahim xan və Qarabağ 
əhli ürək genişliyi ilə  ermənilərin burada rahat yaşayışını təmin 
etsələr də, onlar öz xislətini göstərirlər. Bu məsələyə roman 
boyu toxunulur. Bəzi məqamlara diqqət yetirək: 
       “İbrahim xan tamamilə sakit olub, maraqla soruşdu: 
 – Bəs bu ermənilər harada imiş? 
       –  Ermənilər buralara çox sonralar gəlmişlər; bunlar 
Çingiz və Teymurləngin zülmündən qaçıb, bu dağlara 
sığınmışlar. Görmürsənmi, erməni yaşayan yerlərə “Sığınaq” 
deyirlər...” (16, 535). 
 Ibrahim xan erməni Cümşüdə deyir: 
        “Bu məliklər məndən nə istəyir? Deyirlər ki, Dızaq məliyi 
İsa ruslara bel bağlayıb, alt-üst danışır. Bilmir ki, bir İsanı, 
on İsanı, yüz İsanı, - burada xanın səsi yüksəldi, - yox eləmək 
mənim  əlimdə bir qurtum su içmək kimi bir şeydir!.. Biz 
dedik, müdarə ilə dolanaq, sənin bacını aldım ki, aralıqda 
qohumluq da olsun. Daha üzdə bir, dalda ayrı cür olmaq 
demədik. Adam yorğanına görə ayaq uzadar ...Bir dəfə göz 
eləsəm, sizin toxumunuzu yer üzündən kəsərlər. Amma mən 
pislik eləmək istəmirəm... Adam gərək gerisini düşünsün. 
Petro padşah sizə  nələr vəd eləmişdi, nə oldu? Köməyə 
gələrəm deyə, “dəliyə yel, əlinə bel” verdi, sizi müsəlmanların 


____________Milli Kitabxana____________ 
 
271
canına salmaq istədi... Ortalıqda qırılan siz oldunuz. Bu, 
yaddan çıxdı?” (16, 537).  
       “Xan  Dızaq sığnağına atlı göndərdiyini söylədi. Vaqif 
heyfslənən kimi oldu və dedi: 
      - Nə etməli – ayrı əlac qalmayır. Bunlar dinc otursaydılar, 
elə  vətənləri Loristanda qalardılar, daha qaçıb Qarabağa 
gəlməzdilər” (16, 538).   
     “Daxildə  də  işlər yolunda deyildi: erməni məlikləri və 
keşişləri rus sarayı ilə olan əlaqələrində davam edirdi və 
Qarabağın hərbi  əhəmiyyəti olan bütün əhvallarını ruslara 
bildirirdilər. Rusların nəzərini cəlb etmək üçün onlara imkan 
dairəsinə  sığmayan vədlər verirdilər: böyük ordu və sursat 
təklif edirdilər, ölkədə mövcud olmayan gümüş 
mədənlərindən bəhs edirdilər...” (16,536). 
     “İrakli xanın Gəncədəki hədəsi  İbrahim xanda bir 
tərəddüd  və  şübhə oyandırmışdı. Rus komandanlığının 
Qarabağ xanlığını  ləğv edib və orada Rusiyaya tabe bir 
erməni  əyaləti düzəltmək ehtimalı ona rahatlıq vermirdi”(16, 
644). 
      “Yalnız saray deyil, əhali də qayğı içində çırpınırdı. Xanlıq 
məhv olarsa, iş başına erməni çıxarsa, müsəlmanların halı 
necə olar, deyə min bir fikir yürüdülürdü. Birinci Pyotrdan 


____________Milli Kitabxana____________ 
 
272
bəri körüklənən erməni-türk ziddiyyəti heç bir zaman belə 
gərginləşməmişdi”(16, 646). 
  
      “ODLU  DİYAR”.  MİLLİ    VARLIĞIMIZ    QƏDİM  
TARİXDƏ                
      1930-1940-ci illər mərhələsinin haqqında danışdığımız dörd 
tarixi romanı  cərgəsinə bir əsəri də  əlavə etmək olar: bu, 
A.Zöhrabbəyovun “Qdlu diyar” romanıdır.  İxtisasca kimyaçı 
olan A.Zöhrabbəyovun 1945-ci ildə rus dilində yazdığı bu əsəri 
M.Rzaquluzadə müəllifin iştirakı ilə 
əlyazmasından 
Azərbaycan dilinə  tərcümə etmişdir. Y.Axundlu yazır ki, 
“Tərcüməçinin yaradıcı  əməyi hər iki dili, eyni zamanda 
hadisələrin cərəyan etdiyi tarixi dövrü, klassik şeiri yaxşı 
bilməsi sayəsində “Odlu diyar” orijinal əsər kimi oxunur” (4, 
112-113). Elə  həmin il roman hissə-hissə “Vətən uğrunda” 
jurnalında çap olunmuşdur. 1946-cı ildə gənc yaşında dünyasını 
tərk edən müəllif oxuculara dəyərli bir əsər bəxş etmişdi. Orta 
əsrlər Azərbaycan tarixini dərindən öyrənən A.Zöhrabbəyovun  
romanında hadisələr XII əsrdə Şirvanşahlar ərazisində – əsasən 
Bakıda cərəyan edir, təxminən iki illik bir dövr əhatə olunur, 
Azərbaycan xalqının həyatı və məişəti, onların yadellilərə qarşı 
mübarizəsi göstərilir. 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə