Yaşar rzayev



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə62/86
tarix18.06.2018
ölçüsü3,32 Kb.
#49296
1   ...   58   59   60   61   62   63   64   65   ...   86

____________Milli Kitabxana____________ 
 
261
döşənmiş bir ananın saçlarını  təmsil edir. Bülbülün səsi də 
anasını körpəlikdə itirmiş bir uşağın iniltisi qədər qəmgin və 
kədərlidir. 
       Söyüdlərin bir-birinə qarışmış  və başını  aşağı dikmiş 
şaxələri də Leylisindən ayrılmış  Məcnunun saçlarını  təqlid 
edir. 
       Nərgizin göz bəbəyində  də ölüm ayağında duran bir 
xəstənin həsrətli baxışları duyulur. 
        Zanbaq gülünün ağzı da həyatı udmaq üçün ağzını açan 
bir əjdaha qədər dəhşətli və qorxuludur. 
        Üfüqlərdə görünən qürub şəfəqləri bir günəşin 
söndüyünü xəbər verir.  
        Axşam küləkləri qarşısında uçub gedən yarpaqlar 
həyatla vidalaşaraq yoxluğa gedən bir bəxtin vəziyyətini təsdiq 
edir.  
       Havaya  yüksələn fəvvarə bir məqtulun köksündən 
fışqıran qanlar qədər heyrətvericidir. 
       Hovuzlarda  üzən ördəklər də “ölüm-ölüm” deyə 
qışqırmaqdadırlar.  
       Torpaqların üzərinə  sərilmiş  əlvan güllərin görünüşü 
qanlı bir yatağın görünüşü qədər kədərəngizdir” (85, 301).     


____________Milli Kitabxana____________ 
 
262
     Beləliklə, M.S.Ordubadi Azərbaycan nəsrinə tarixi roman 
janrını  gətirdi və  məhz haqqında danışdığımız iki əsəri ilə 
ədəbiyyatımızın tarixində  həmişəyaşarlığını  təmin etdi. Ədəbi 
tənqidin tanınmış nümayəndəsi Vaqif Yusifli “XX əsr 
Azərbaycan romanı” məqaləsində yazır ki, “onun roman 
sənətinə gətirdiyi yeniliklər şübhəsiz, o dövr üçün maraqlı idi. 
Süjetdə çoxşaxəliliyi, hər bir obrazın (hətta epizodik olsa da) 
taleyinin sona qədər izlənməsi, sevgi, ailə-məişət səhnələri ilə 
ictimai mahiyyət daşıyan səhnələrin bir-birini tamamlaması, 
təsvirdə  əhatəlilik, zaman və  məkan genişliyi... bütün bunlar 
Ordubadinin romanlarında nəzərə çarpan xüsusiyyətlər idi və 
şübhəsiz, gənc romançılar bunlara biganə qala bilməzdilər” 
(115, 177). Bu deyilənləri təsdiq etməklə yanaşı, 
M.S.Ordubadinin tarixi romanlarının bu günümüz üçün də 
maraqlı  ədəbi hadisə olduğunun fərqindəyik. Qeyd edək ki, 
roman 1965-ci ildə  İ.Peçenevin tərcüməsində  rus dilində 
çapdan çıxmışdır. 
      
        Görkəmli Azərbaycan yazıçısı Yusif Vəzir 
Çəmənzəminlinin də ədəbi taleyinin əsasən iki tarixi romanı ilə 
bağlı olduğunu desək, yanılmarıq. Düzdür, Y.V.Çəmənzəminli 
hekayə ustasıdır, “Studentlər” kimi romanı, digər bədii və elmi-


____________Milli Kitabxana____________ 
 
263
nəzəri  əsərləri də vardır. Lakin onun yaradıcı  sənətkar obrazı 
məhz bu iki əsəri ilə – “Qızlar bulağı” və xüsusilə  “İki od 
arasında”(“Qan içində”) romanları ilə bitkindir.  
     
         “QIZLAR BULAĞI”.  TARİX    FƏLSƏFƏ   
        “Qızlar bulağı” romanı 1934-cü ildə yazılmışdır.  Ədəbi 
fikirdə  əsəri tarixi roman, yaxud tarixi-fəlsəfi roman hesab 
etsələr də, bəzi tənqidçilər  şərti mənada tarixi roman 
adlandırmışlar (Ə.Hüseynzadə, H. Əfəndiyev, M.Əlioğlu). 
        Fikrimizcə  əsərin tarixi-fəsəfi roman adlandırılması daha 
düzgün olardı. Burada müəllifin zəngin bədii təxəyyülü bəşər 
tarixinin ən qədim çağlarına qovuşmuş, bu gün bizi düşündürən 
bir çox məsələlərin, dünyagörüşlərdə, cəmiyyətin nizamında, 
insan münasibətlərində, dünya, kainat, əbədiyyət haqqında 
düşüncələrdə yer alan problemlərin və sualların ilkinliyi 
axtarılmışdır. Roman istər mövzusu, istər süjeti və üslubi 
xüsusiyyətləri, istər bədii obrazları, istərsə  də elmi-fəlsəfi 
motivləri ilə Azərbaycan ədəbiyyatında qeyri-ənənəvi bir ədəbi-
estetik hadisə idi. 
       Öz  dövründə maraqlı yazı manerası, elmi-nəzəri hazırlığı, 
müasir üslubu, dərın realizmi ilə seçilən Y.V.Çəmənzəminli bu 
romanı yazarkən çoxlu elmi mənbələrdən istifadə etmiş, ayrı-


____________Milli Kitabxana____________ 
 
264
ayrı fakt və hadisələrin bədii məzmununu vermişdir. 
Cəmiyyətin yetkinləşmə yolunun ilkin mərhələləri, ailənin 
yaranması, doğulan və ölən qüvvələrin mübarizəsi və 
dialektikası romanda tarixi-əfsanəvi materiallar əsasında yüksək 
bədiiliklə, obrazlı  şəkildə ifadə edilmişdir. Müəllif, insanı 
ictimai həyata qovuşduran yolun mürəkkəbliyini və 
qanunauyğunluqlarını, tarixi köklərini göstərə bilmişdir.  
        Bu,  bizim  əcdadlarımızın tarixidir, əcdadlarımızın 
düşüncələrinin, mübarizəsinin, dünyanı  dərk etmələrinin 
tarixidir. Müəllif “əbədiyyət nədir”, “dünya nədir”, “kainat 
nədir”, “cismani aləm nədir”, “ruhi aləm nədir”, “maddə  nə-
həyat nədir”, “zahiri və daxili gözəllik nədir”, “mübarizə 
nədir”, “həqiqət nədir”, “şübhə nədir”,“eşq nədir”, “arzu nədir”, 
“yaşamaq nədir”, “səadət nədir”, “ailə nədir”, “müharibə nədir” 
və s. onlarla belə suallara bəşər tarixinin ilkinlik mərhələlərinin 
kontekstində  bədii-fəlsəfi cavablar axtarır. Romandan bir 
parçaya –  yetkinlik yaşına çatan gənclər adətə görə  məbədi 
ziyarət edərkən Qoca ərənin söhbətinə diqqət yetirək: 
        “Bir gün Dara ova gedir, bir ceyranı qovarkən gəlib bir 
sovməəyə çixir. Keçi dərisi ilə örtünmüş, uzunsaqqal bir 
qocanın arxası üstə uzanaraq göyə tamaşa etdiyini görür... 
Qoca bunları görmür kimi kirpiyini belə qırpmır. Bu əsnada 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə