Yaşar rzayev



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə59/86
tarix18.06.2018
ölçüsü3,32 Kb.
#49296
1   ...   55   56   57   58   59   60   61   62   ...   86

____________Milli Kitabxana____________ 
 
249
            Romanda  müəllif  Azərbaycan xalqının milli 
mənafeyinə zidd olan bir çox məsələləri açıqlayır və yeri 
gəldikcə  bəzi incə  mətləblərə  də toxunur.   Azərbaycanlıların 
millı ruhunu öldürmək üçün Tehranın məkrli siyasəti və bu 
hissiyyatdan Rusiyanın və ingilislərin öz məqsədləri üçün necə 
istifadə etməyə çalışmaları, daşnak dəstələri yaratmaq cəhdləri, 
həmin dövrdə “Novoye vremya” qəzetində ermənilərin “Tebriz 
– Erivanskaya quberniya” arzusunun ifadə olunması  və s. 
məsələləri açıqlayarkən müəllifin  milli siması  və  vətəndaşlıq 
mövqeyi layiqincə görünür. 
       Əlbəttə, müasir ədəbi düşüncənin ölçüləri bucağından 
“Dumanlı  Təbriz” romanı haqqında müəyyən tənqid də 
söyləmək olar. Lakin bu tədqiqatda məqsədimiz böyük 
yazıçımızın sovet ideologiyası  çərçivəsində milli simasını, 
milli-mənəvi ideallara sədaqətini göstərmək bacarığını 
qabartmaq idi. Toxunduğumuz və misal çəkdiyimiz bəzi 
məqamlarla (bunlar romandakı saysız-hesabsız belə 
məqamların cüzi hissəsidir) elə bilirəm bu qənaətimizi az-çox 
əsaslandıra bilərik.  
                                   
         ”QILINC        QƏLƏM”.  BƏDİİ    TƏXƏYYÜL      
TARİXİ                       


____________Milli Kitabxana____________ 
 
250
                                                    HƏQİQƏT   
        M.S.Ordubadi özünün milli-mənəvi ideallarının ifadəsi 
üçün “Qılınc və  qələm” romanında sanki daha geniş imkanlar 
tapmış, yaradıcılıq manevrləri ilə daha sərbəst hərəkət etmişdir. 
Azərbaycanın XII əsrdəki tarixi dövrünü əhatə edən bu əsrdə 
müəllifin bədii təxəyyülü kifayət qədər güclü və  zəngindir. 
Azərbaycan dövlətinin təşəkkülü, bərqərar olması, 
azərbaycanlıların öz milli varlıqlarını  təsdiq etmələri kimi 
motivlər üzərində köklənən roman həm  əhatəliliyi, 
çoxplanlılığı, hadisələrin genişliyi, obrazlarının  əlvanlığı    və 
dərinliyi, həm də   cazibədarlığı ilə seçilir. Əlbəttə, Azərbaycan 
tarixi romanlarının tədqiqatçısı Y.Axundlunun təsdiq etdiyi 
kimi, “Ordubadi... heç vaxt tarixi xronika yaratmamışdır”. 
Lakin müəllif hər  şeydən  əvvəl, tarixi həqiqətlərə  də sadiq 
qalmış, bədii təxəyyülündə yaratdığı hadisələrlə, obrazlarla, 
lövhələrlə, söykəndiyi məqsəd və ideyalarla konkret tarixi 
təsdiq etmiş, oxucuda həmin tarix haqqında inandırıcı  və real 
təsəvvür yaratmışdır. Külli miqdarda tarixi, elmi, ədəbi 
məxəzlərə istinadən yazılan bu romanda bədii təxəyyüllə tarixi 
həqiqət ustalıqla əlaqələndirilmişdir.  
      Obrazlar cərgəsində həm tarixi şəxsiyyətlər, həm də müəllif 
təxəyyülünün yaratdığı insanlar vardır. Oxucu bu obrazları – 


____________Milli Kitabxana____________ 
 
251
dahi  Azərbaycan  şairi Nizamini, Fəxrəddini, Atabəyləri – 
Məhəmməd Cahan Pəhləvanı, Qızıl Arslanı, Azərbaycan şairəsi 
Məshəti xanımı, Qətibəni,  Əmir  İnancı,  Əbubəkiri, 
Hüsaməddini, Səbanı, Gözəli, Təliəni, Dilşadı  və digərlərini 
maraqla və diqqətlə izləyir. Romanda müəllifin çatdırmaq 
istədiyi mənanı isə  hər kəs dərhal anlayırdı: bir xalq kimi 
özümüzü təsdiq etmək, mılli istiqlaliyyətimizə yiyələnmək 
istəyiriksə həm ağlımızla, sözümüzlə, müdrikliyimizlə, həm də 
gücümüzlə, cəsarətimizlə seçilməliyik. Romanın adını ehtiva 
edən bu məna Nizami və  Fəxrəddin obrazlarında konkret 
görünür: Nizami – xalqın mənəvi qüvvəsi, istedadı, qələmi; 
Fəxrəddin – mərdlik, hünər, qəhrəmanlıq, azərbaycanlı qılıncı. 
       M.S.Ordubadi  qədim tariximizdə Azərbaycan xalqının 
azadlıq, istiqlaliyyət istəyini, xalqın milli birliyi, milli siması, 
milli qürur və s. məsələləri axtarır və bu dəyərləri hadisələrin, 
xarakterlərin mahiyyətinə hopdurur. Belə bir qənaəti də istisna 
etmirik ki, müəllifin bu məqamlara yanaşmasında tarixilikdən 
çox, müasir düşüncə, müasir baxım və istək vardır.  
      Romanda  müəllifin  əsasən rəğbət bəslədiyi obraz –  Qızıl 
Arslan qardaşı   Atabəy Məhəmmədə yazır: 
          “    Buna  görə  də  mən müstəqil  Azərbaycan hökuməti 
təşkil etmək təklifini meydana sürməkdə özümü haqlı hesab 


____________Milli Kitabxana____________ 
 
252
edirəm. Məmləkəti öz xalqının əlinə vermək lazımdır. Burada 
hökuməti idarə edə biləcək kişilər az deyildir” (84, 195). 
   Nizaminin Fəxrəddinə tövsiyyələrindən: 
         “  –  Bu  gündən etibarən bütün xalqın birliyini 
yaratmağa çalış... Səadət və azadlıq ancaq bununla qazanılır” 
(84, 203). 
  Azərbaycan qızı Gözəli dinləyəndən sonra Atabəy 
Məhəmmədin etirafı:  
       “Qızın sözləri Atabəyi düşündürdü, özünün nə kimi bir 
xalq içində olduğunu və  nə kimi bir mühitin insanları ilə 
qarşı-qarşıya durduğunu təyin etdi” (84, 328). 
       Sevdiyi Dilşadı  xəlifə sarayından xilas edən Fəxrəddinin 
onun dodaqlarından eşitdiyi sözlər: 
       “ – Dünyada azadlıqdan da böyük bir nemət vardırmı” (84, 
76). 
       Bağdad səfərindən qələbə ilə qayıdan Fəxrəddinin Gəncədə 
qarşılanma mərasimində Nizami deyir: 
       “ – Azərbaycanlılar hələ islamiyyətdən daha əvvəl azadlıq 
sevən bir xalq olmuş, öz azadlıq yollarında bitən maneələri 
məhv etməkdə  məşhur olmuşdur... Azərbaycan xalqı öz 
mədəni və milli tarixini heç bir kəsə və heç bir qüvvəyə təslim 
etməmiş, yenə də etməyəcəkdir” (8570). 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə