____________Milli Kitabxana____________
237
qiymətləndirmiş, bədii-üslubi və ideya-estetik məziyyətlərini
açıb-göstərmişlər. Roman haqqında ayrı-ayrı tənqidi qeydlər də
söylənilmiş, xüsusilə diqqət dövrün siyasi-ideoloji durumu
baxımından müəyyən nöqsanlara cəlb edilmişdir. Bununla belə,
ümumi ədəbi qiymətdə rəy yekdildir: roman, şəksiz, təkcə
M.S.Ordubadi yaradıcılığının deyil, bütövlükdə Azərbaycan
ədəbiyyatının böyük nailiyyətidir. Yazıçı və tənqidçi Mehdi
Hüseyn isə hələ 1933-cü ildə öz fikrini konkret olaraq belə
ifadə etmişdir: “Dumanlı Təbriz” əsəri olduqca qiymətlidir”
(45, 124).
İndi XXI əsrdə yaşayırıq. Xalqımız müstəqilliyə
qovuşmuşdur. Təfəkkür tərzi yeniləşmişdir. Həyata, siyasətə,
keçmişə, milli-mənəvi və bədii-estetik dəyərlərə baxışlar
müstəqil dövlətin vətəndaşının baxışlarıdır. Sovet dövrü
Azərbaycan ədəbiyyatının nümayəndələrinə və nümunələrinə
münasibət də birmənalı deyildir. “Proletar ədəbiyyatı”na,
sosialist realizmi konsepsiyası çərçivəsindəki ədəbiyyata
radikal baxışlar mövcuddur, hərçənd ki, ötən əsrin 60-cı
illərindən etibarən yaranan ədəbiyyata münasibət nisbətən
loyaldır. Yeni ictimai münasibətlər və bədii-estetik ölçülər
zəminində belə bir fikir formalaşmışdır ki, (və əlbəttə, bunu
inkar etmək olmaz), Sovet dövründə, xüsusilə 1920-1950-ci
____________Milli Kitabxana____________
238
illərdə yaranan bədii ədəbiyyat hakimiyyətin sosial sifarişinin
məhsulu olmuşdur. Əlbəttə, həmin dövrün yazıçıları ideoloji
diqtədən qurtula bilməsələr də, istedadlı qələm sahiblərinin
bədii əsərlərində həyatın nəfəsini hiss etmək, real həyati
problemləri və konfliktləri, canlı insan xarakterlərini və
talelərını görmək mümkün idi. İttifaqın tərkibindəki
respublikalarda isə ayrı-ayrı sənətkarlar milli mənlik hissini də
yaşatmış, “alt qat”da da olsa, milli-mənəvi idealları bu və ya
digər səviyyədə ifadə edə bilmişlər.
Belə sənətkarlardan biri də M.S.Ordubadi olmuşdur.
Zamanın və siyasi mühitin dəyişikliklərinə, ədəbi zövqlərin
təzələnməsinə baxmayaraq, M.S.Ordubadi “Dumanlı Təbriz”
və “Qılınc və qələm” romanları ilə həmişə yaşarı olacaqdır, bu
günki və sonrakı nəsillər də bu əsərlərə biganə qalmayacaqlar.
Hər halda belə bir fikir inkar olunmur ki, M.S.Ordubadi
Azərbaycan ədəbiyyatının inkişafına böyük töhfələr vermiş,
xüsusilə tarixi roman janrının banisi və ustadı kimi misilsiz rol
oynamışdır. Xalqın tarixi və taleyi ilə bağlı məsələlər , onun
keçdiyi şərəfli mübarizə yolu sənətkarın yaradıcılığında həmişə
başlıca mövzu olmuşdur. “Dumanlı Təbriz” də belə
romanlardandır.
____________Milli Kitabxana____________
239
“Dumanlı Təbriz” romanında hadısələr Arazın o tayında –
Cənubi Azərbaycanda baş verir. 1906-1911-ci illərdə Cənubi
Azərbaycanda məşrutə uğrunda inqilabi mübarizələr, xüsusilə
Səttar xan hərəkatı əsərin baş mövzusudur. Roman tarixilik
baxımından doğru, real, bədiilik cəhətdən güclü və
cazibədardır. M.S.Ordubadi yalnız tarixi hadisələri, dövrün
ictimai münasibətlərini əks etdirməmiş, həmin dövrün
psixologiyasını, insan xarakterlərinin daxili aləmini də
açmışdır. Bu əsər zəngin biliyi ilə seçilən, geniş arxiv
araşdırmaları aparan, tarixi sənədləri və elmi-siyasi ədəbiyyatı
dərindən öyrənən, hakimiyyət, siyasət, din məsələlərinin
incəliklərinə bələd olan, xalqın adət-ənənələrini, məişətini,
folklorunu yaxşı bilən, habelə, bilavasitə iştirakçısı olduğu
hadisələri, apardığı müşahidələri, eşitdiklərini doğru
qiymətləndirməyi bacaran əsil yazıçı təxəyyülünün bədii
ifadəsidir.
Azərbaycanın qədim şəhəri, bütün azərbaycanlılar üçün
doğma olan Təbriz bu romanda bütün çalarları – mənzərəsi,
təbiəti, hətta məhəllələri və binaları, meydanları və xiyabanları,
səngərləri, sakinlərinin fərdi xüsusiyyətləri, onların
dünyagörüşü, mentaliteti, deyim və məişət tərzi, şəhərətrafı
yerləri ilə, həmçinin İran dövlətində və beynəlxalq aləmdə
____________Milli Kitabxana____________
240
mövqeyi, azərbaycanlıların tarixində və taleyində yeri
göstərilməklə olduqca inandırıcı, real və koloritli verilmişdir.
“Zahirən dumanlar altında uyumuş kimi görünən bu üsyançı
şəhər əslində, yazıçının təsvirlərindən göründüyü kimi, qaynar
bir qazanı xatırladır. Müxtəlif əqidəli, müxtəlif siniflərə məxsus
inqilabçılardan, üsyançılardan başqa əsərdə xarici dövlətlərin
nümayəndələri, cürbəcür adlar altında Təbrizə gəlmiş siyasi
xadimlər, casuslar və sairin fəaliyyəti, xətt-hərəkəti daxildə
vəziyyəti xeyli mürəkkəbləşdirmişdir” (73, 160-161).
Təbrizli Səid Monirinin Azərbaycan dilindən fars dilinə
tərcüməsində 1984-cü ildə İranın “Dünya” nəşriyyatı tərəfindən
çap edilən “Dumanlı Təbriz”(“Təbriz-e mehalud”) romanının
müqəddiməsində tərcüməçi yazır ki, Azərbaycanda məşrutə
inqilabı haqqında həmin günlərin şahidi və iştirakçısı olan
Məhəmməd Bağır Vicuyə, Seyid Əhməd Kəsrəvi, İsmayıl
Əmirxizi, Seyid Həsən Tağızadə və başqa yazıçı və tarixçilərin
əsərləri məşhurdur. ”Lakin tamamilə aydın məsələdir ki, onların
heç biri toplu halında, Ordubadiyə məxsus dünyagörüşünə,
təşkilati mövqe, siyasi vəziyyət və təsviretmə incəliyinə malik
olmamış, gündəlik məsələləri və inqilabi hərəkatı Ordubadi
gördüyü kimi görə bilməmişdir”-deyən mütərcim sözünə
davam edərək göstərir ki, bundan əlavə onların inqilabdan bəhs
Dostları ilə paylaş: |