____________Milli Kitabxana____________
241
etməsi ancaq təsviri xarakter daşımışdır. Halbuki Ordubadi öz
əsərində cəlbedici və oxucunu tutan bir kitab çərçivəsində
inqilab hadisələrini, müxtəlif siniflərin nümayəndələrinin
yaşayış tərzini, həmin günlərin müxtəlif ictimai təbəqələrinin
əqidə və dünyagörüşünü ürəyəyatımlı və cəlbedici bir şəkildə
öz oxucuları üçün açır, təhlil edir. Xüsusilə zülm və istibdad
əlındən cana gəlmiş, hər şeydən məhrum, lüt və aclıqdan
boğaza qədər doymuş xalq kütlələrinin rəşadət və
qəhrəmanlığını roman müəllifi böyük ustalıqla təsvir etmişdir
(23).
Geniş və əhatəli süjeti olan “Dumanlı Təbriz” romanı
maraqlı təhkiyə üsuli ilə oxucunu daim öz cazibə dairəsində
saxlayır. Vaxtilə tənqid edilən hadisəçilik və macəraçılıq da
romanın qüsuru kimi göstərilə bilməz, çünki bu macəralar və
əhvalatlar da , necə deyərlər, romanın ümumi süjet axarına
qovuşan qollardır və onlarsız roman heç bir şey qazanmazdı,
bəlkə də itirərdi. “M.S.Ordubadinin romanlarına yalnız mövzu
və ideya baxımından deyil, struktur qiymət verəndə aydın olur
ki, tarixi-inqilabi romana xas olan və M.S.Ordubadinin
üslubunda bir qədər də meydan verilən macəra ünsürləri yalnız
köməkçi vasitə rolunu oynayır və zəruri hallarda, şəraitin tələb
etdiyi məqamda süjetə daxil edilir” ( 33, 155).
____________Milli Kitabxana____________
242
Digər bir məsələ: romanın təhlilində və oxucuya
təqdimində əsasən diqqət İranda və Cənubi Azərbaycanda baş
verən inqilabi məşrutə hərəkatının, üsyan əhval-ruhiyyəsinin
birinci rus inqilabının təsiri nəticəsində yaranmasına, İrandakı
kəskin sinfi ziddiyyətlərə, inqilabi hərəkatın arzu edilən
nəticələr verə bilməməsinin səbəblərinin müəllif tərəfindən
necə əsaslandırılmasına, nəhayət Oktyabr sosialist inqilabının
Cənubi Azərbaycan və İran zəhmətkeşləri tərəfindən böyük
şadlıqla qarşılanmasına, bu inqilabın qüvvətli təsiri nəticəsində
ölkədə azadlıq hərəkatının yenidən və qüvvətlə canlanmasına
və s. yönəldilmişdir (1, 123-126 və 393-399). Bunlar öz
yerində. Lakin romanı oxuyarkən müəllifin əsil qayəsi aşkar
görünür: bu, məşrutə inqilabı hərəkatının Cənubi Azərbaycanda
milli-azadlıq hərəkatına çevrilməsidir. Həmin hərəkatın
mərkəzində isə Səttar xan, onun yaxın silahdaşı Bağır xan,
habelə Əli Davafüruş, Əmir Həşmət, mücahidlər Əsəd
Tütünçüoğlu, Həsənağa, Cavadağa və digərləri durur. Əsərin
baş obrazı Əbülhəsən nə qədər bir inqilabçı kimi tapşırıqları
yerinə yetirirsə, inqilab uğrunda sinfi mövqedən mübarizə
aparırsa (“sosial sifariş”-Y.R.), bütün bunların fonunda müəllif
əsil həqiqəti – azərbaycanlıların milli azadlıq uğrunda
____________Milli Kitabxana____________
243
mübarizəsini göstərir. Və “Dumanlı Təbriz” romanı da hər
şeydən əvvəl bu məziyyətləri ilə qiymətlidir.
Bir daha qeyd edirik ki, bu romanın yarandığı və çap
olunduğu illərdə ədəbiyyat siyasiləşdirilmişdi, estetik həzz
mənbəyindən çox, siyasi-ideoloji funksiya daşıyırdı, vulqar-
sosioloji fikir, vulqar-sosioloji təmayül və tendensiyalar hökm
sürürdü və sərt ideoloji tələblər çərçivəsində yazsalar da,
yuxarıda qeyd etdiyimiz məziyyətləri göstərməyi yalnız
ıstedadlı, milli mənliyə sədaqətli olan sənətkarlar bacara
bilərdilər.
Yaşar Qarayev 1992-ci ildə yazırdı ki, “Dumanlı Təbriz”in
əsas qəhrəmanı – Təbriz özüdür, xalqın içindən çıxan və
hərəkatın başında duran Səttar xandır. Cəmiyyətin bütün
təbəqələri – kübarlar, tacirlər, ruhanilər, kənd əsnafı sosial-
inqilabı hadisələrin cərəyan etdiyi geniş fonu, ictimai mühiti
təşkil edir” (59, 492). Azərbaycanlıların qədim şəhəri olan
Təbriz M.S.Ordubadinin romanında Azərbaycanın müstəqilliyi,
xalqın milli azadlığı, Azərbaycan dilinin yaşarılığı, Azərbaycan
mədəniyyətinin və ədəbiyyatının bərqərar olması, azərbaycanlı
mənəviyyatının qorunması uğrunda mübarizə aparan bir
şəhərdir. Dumanlar içində uyuyan, siyasi çəkişmələr, intriqalar,
satqınlıqlar, xəyanətlər, dini və mövhumi oyunbazlıqlar, küçə
____________Milli Kitabxana____________
244
və səngər döyüşləri, qovğalar, ümidlər və ümidsizliklər
içərisində çabalayan, həm yoxsulluqla, həm də dəbdəbəli həyat
tərzi ilə yaşayan bu şəhərin üzərindən duman çəkiləndə,
aydınlıq içərisində biz digər həqiqətləri də görürük. Müəllif bu
həqiqətləri çox hallarda ayrı-ayrı obrazların dilindən ifadə edir:
Camaat arasındakı söhbətdən: - Canım, inqilab harada
idi? Hamısı dinsizdir...Bunlar mədəniyyəti pozacaqlar. Nə
ruhani tanıyırlar, nə halal, nə haram qanırlar (82, 6-7).
Əbülhəsən: - İran sosial-demokrat firqəsinin müəssisi Bakı
işçiləri rəhbərlərindən olan Nəriman Nərimanovdur (82, 144).
Əbülhəsən: - Yaxın Şərqdə iki dövlət vardır: Türkiyə və
İran. Bu hökumətlərin başında duran türklərdir, lakin hər ikisi
milli tərəqqinin və mədəniyyətin düşmənidir... İran şahı
türkdür, lakin o öz dili, öz qövmü, öz mədəniyyəti əleyhinə
olmalıdır. Bunu da onun siyasi düşüncəsi tələb edir (82, 176).
Əbülhəsən: - Fars dili şeir və ədəbiyyat dili olsa da, yenə
də farslar üçündür, çünki türklərin geniş kütləsi bu ədəbiyyatı
öz ədəbiyyatı kimi mənimsəyə bilməyir. Bir tərəfdən türk
məktəbi olmayan və farslaşma siyasəti aparılan bir ölkədə türk
ədəbiyyatına qiymət verilməməsi, digər tərəfdən türk ədib və
şairlərinin saray içərisinə buraxılmaması, hətta türkcə yazılan
əsərlərin təb edilməməsi İrandakı türklərin farsca yazmasına
Dostları ilə paylaş: |