____________Milli Kitabxana____________
245
səbəb olmuşdur. Buna görə də İranda daim farslaşdırma, hətta
fars-türk mübarizəsi yaratmaq siyasəti aparılırdı (82, 177).
Nina: - Səttar xan Azərbaycanı mərkəzdən ayırıb müstəqil
yaşatmaq istəsə belə, ruslar ona imkan verməzlər (82, 240).
Teleqramdan (Tehrandan Təbriz Osmanlı
konsulxanasına): “Azərbaycan istiqlalı məsələsi tədrici
məsələdir, onu Səttar xana anladınız. Hələlik o,
Müxbirüssəltənəyə və Tehran hökumətinə tabe olmalıdır” ( 82,
260).
Əbülhəsən: - Bəs ruslar Təbrizə nə bəhanə və nə haqq ilə
girmişlər? Onlar öz inqilabı uğrunda ölməyə hazır olanların
vətənini nə üçün işğal etmişlər?..İngilislər və ruslar “Təbrizdəki
xaricilərin malı, canı təhlükə altındadır”-deyə “canavarlar
vətəni” olan Təbrizi “xilas etmək üçün gəlmiş” və bütün
Azərbaycanı çar xəfiyyələri ilə doldurmuşlar...Təbriz xalqının
əxlaqı ilə hüdud xaricində gördüyün çar zabitlərinin əxlaqını
müqayisə edib, Şərq xalqını vəhşi və mədəniyyətsiz hesab
edənləri tənqid etməyə haqqımız vardırmı? ( 82, 292).
Nina: - Şərq xalqlarına mərhəmət göstərmək çar
siyasətinə daxil deyildir (82, 345).
Vorontsov-Daşkovun teleqramından:
“Üsyançı
təbrizlilərə rəhm olunmasın!” ( 83, 36).
____________Milli Kitabxana____________
246
Əbülhəsən: - Azərbaycan Demokratik Firqəsi Azərbaycan
xalqının malik olduğu inqilabi ruhun sarsılmamasına çalışır və
Səttar xanın vəsiyyətlərinə əməl edərək, Azərbaycan xalqının
öz azadlığını öz qüvvəti ilə ala biləcəyi həqiqətini təbliğ edirdi
(83, 306).
– Çar hökuməti və yerli feodallar inqilabi fikirləri və
güclənməkdə olan siyasi şüuru Azərbaycan xalqının zehnindən
silahla çıxarmağı bacarmadı. Buna görə də onlar təbrizlilərin bu
hisslərini söndürmək üçün təzə bir silah işlətmək istəyirlər. O
silah dinçilikdən, bidət və mövhumatdan ibarətdir (83, 344).
Bu sözləri Azərbaycan valisi Hacı Səməd xan
hakimiyyətinin əldən gedəcəyi təhlükəsini hiss edərkən
deyir: - Biz azərbaycanlılar nə vaxta qədər Azərbaycan
kəndlisinin dərisini soyub Tehranda oturan beş-on nəfər fars
tiryək çəkənlərinə yedirəcəyik!..Mənə desinlər, mən sabahın
özündə Azərbaycanı İrandan ayırım (83, 147).
Belə misallar romanda kifayət qədərdir. Fikrimizcə
bunların əlavə izaha və təhlilə ehtiyac yoxdur. Bir daha təkrar
edirik: bu sözlər ötən əsrin 30-40-cı illərində deyilmişdir.
Təbrizin fəsilləri, Təbriz gecələrinin sehri, Təbrizin təbiəti,
Təbriz qadınlarının gözəlliyi Ordubadi qələmində yaddaqalan,
____________Milli Kitabxana____________
247
təsirli, mənalı lövhələrlə verilir, Azərbaycanın bu özünəməxsus
çalarları olan guşəsi haqqında canlı təsəvvür yaradılır. Budur:
Təbrizdə payız. “Mən içəri girərkən miss Hanna qapalı
pəncərənin qarşısında durub eyvanın sütunlarına bağlanmış
meyvə ağaclarının hərəkətinə baxırdı. Külək əsdikcə ağaclar
hərəkət edir, budaqlarından asılan payız hulusu və sarı heyvalar
sanki qıza salam verirdi. Yanaqları qızarmış və bir qız kimi
oynaq hərəkətdə bulunan “səlami”lər(şaftalı növü-Y.R.) mələçi
armudun pənbə və nimrəng yanaqlarından öpdükdə, o, utanaraq
yarpağı üzünə pərdə çəkirdi. Uzun bir eşqin və əzici bir
sevdanın əsiri olan heyva da onlara qısqanaraq özünü eyvanın
sütunlarına vurub məhv edirdi” ( 82, 339).
Təbriz gecələri. “Gecə olduqca ayaz və şaxtalı idi. Ay
Ucan dağları ilə Savalan və Səhənd dağları ətrafında dolaşıb
sirlərlə dolu olan Təbriz gecəsinin qara qəlbinə işıq salmaq və
ondan bir şey öyrənməyə çalışırdı. Artıq Aydan və ulduzlardan
şəfəq alan bu gecədə mən hər tərəfə baxırdımsa, brilyantlara
bürünmüş bir kainat görürdüm. Ulduzların şəffaf çöhrəsini buz
tutmuş suların güzgüsündə gördükcə qış gecəsinin bu
tamaşasına cəzb olub baxırdım” (83, 603).
Təbriz qadınları. “Hər bir gözəl Təbriz qadını güldüyü
zaman, onun hər iki yanağında bir çuxurluq vücuda gəlir.
____________Milli Kitabxana____________
248
Təbriz qadınlarının gözləri uzunsov deyil, onların gözlərinin ağ
hissəsi tamamilə ağ, qara hissəsi isə şəvə kimi qaradır. Təbriz
qadınının gözlərindəki ağ hissəsinin içərisində qırmızı qan
damarlarına da təsadüf edilməz. Təbriz qadınının dodaqları iki
ox kamanının bir-birinin üstünə qoyulduğunu təsvir edir. Təbriz
qadınının üzü olduqca ağ və pənbədir. Onların əndamına şuxluq
verən xüsusiyyətlərdən birisi də boyunlarının ağlığı və
uzunluğudur. Təbriz qadınında qadına məxsus bir yeriş vardır.
Onlar yalnız quruluşca deyil, bütün varlığı ilə də bir qadındır” (
83, 126).
M.S.Ordubadi romanın yazıldığı və oxucuya təqdim
edildiyi illərdə öz həmmillətinə daha nələri demək istəyirdi? –
“Qəhrəmanlar yalnız haqqını böyük qüvvədən tələb edənlərin
içərisindən çıxar” (82,27 ). “Hər məmləkətin inqilab rəhbəri o
məmləkətin özündən doğmalıdır. Öz rəhbərlərini yetirməmiş
bir ölkədə inqilab hərəkatını irəli aparmaq mümkün deyildir”
(82,41 ). “Vicdansızlar içərisində olaraq vicdanla çalışmaqdan
çətin iş yoxdur” (82 , 345 ). “İngilislər Səttar xan hərəkatından
aldıqları bir çox təcrübələr nəticəsində Azərbaycan xalqının
dərin bir inqilabi duyğuya malik olduğunu bilirdilər” (83 ,
377 ).
Dostları ilə paylaş: |