Yaşar rzayev



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə61/86
tarix18.06.2018
ölçüsü3,32 Kb.
#49296
1   ...   57   58   59   60   61   62   63   64   ...   86

____________Milli Kitabxana____________ 
 
257
yanaqlarını kirşanlamağa hazırlanırdı... Kəpəz dağından əsən 
külək fəzada nazlanan buludları Xanəgah kəndinin 
meşələrinə doğru sürüdüyü zaman, şam ağacları  ağır-ağır 
başlarını əyirdi: 
         Yağış bir saat əvvəl dayanmışdı, buludların suvardığı 
çöllər, meşələr, bağ-bağçalar gülürdü.  
       Yasəmənlər dağınıq saçlarını yaşıl budaqların üstünə 
sərib qurudur, xanəndə bülbüllər qızılgülün yanağındakı 
tərləri silmək üçün gül budaqlarını  tərpədir, lalələr isə 
piyaləsini qaldırıb bahar cəmiyyətinin şərəfinə içmək istəyirdi. 
Nərgiz gülü şadlığından yaşarmış gözlərini silərək, bahar 
səhnəsinə tamaşa edir, bənövşələr başını çiyinlərinə qoyub 
düşünür, bəstəkar kəkliklər isə meşə səyahətinə çıxan gənc bir 
şairi qarşılamaq üçün salam musiqisi çalırdı” (84, 31). 
        Bahar və novruz bayramı: 
        “Günəş  həməl bürcünə yaxınlaşdığı  dəqiqədə Sultan 
Toğrulun qapısında vurulan kərənayxana novruz bayramı 
mərasiminin başlandığını  xəbər verdi. Səhərin ruzigarı 
Gülüstana  əsdiyi zaman, çəmənlər donunu dəyişir və  həməl 
bürcündə isə günəşin qırmızı ələmini qaldırırdılar.  
       ...  Bahar  yeli  bağa girən kimi, şaxələrin ağ ipəyə 
bürünmüş gəlinləri ilə öpüşür və onları təbrik edirdi. 


____________Milli Kitabxana____________ 
 
258
      ...  Baharın ilk sultanı  qızıl taxtının üzərinə cülus etdiyi 
zaman, bənövşələr təzim rəsmini yerinə yetirmək üçün 
boyunlarını çiyinlərinə qoyub durmuşdu. 
       Süsən gülü ağzını açaraq bahar sultanına yazdığı 
şeirlərini oxumağa başladı. Sünbüllər isə  səhər ruzigarının 
tərənnümləri altında saçlarını dalına töküb rəqs etməyə 
həvəslənirdi. 
     ... Novruz bayramı mərasiminin başlanması üçün aralıqda 
su ilə dolu olan qızıl teştə salınan balıq hələ arxası üstə 
çönməmişdi. Zəfəran üzərinə oxunacaq və sonra qızıl teştin 
suyuna qarışdırılacaq qırx yasin oxunub qurtarmamışdı. 
       Baş ruhani zəfəran suyu ilə yazdığı bərəkət duasını yazıb 
bitirməmişdi. 
      Nəhayət, “balıq arxası üstə çöndü”, qırx yasin oxunub 
qurtardı, bərəkət duası  zəfəran suyu ilə yazılıb bitdi, təcili 
surətdə  kərənəyxanaya xəbər verildi. Təbil və  şeypur səsləri 
ilin təhvil olduğunu Təbriz xalqına bildirdi” (85, 362). 
        Bir yay mənzərəsi: 
       “Axşam idi. Sərin və lətif ruzigar yay fəzasının çöhrəsinə 
düşən ləkələri silib təmizləyirdi. Ucan və Savalan dağlarından 
qopub gələn küləklər Qızıl Arslanın sarayının bağçasına 


____________Milli Kitabxana____________ 
 
259
yayıldıqca yasəmənləri təzə yuxudan qalxmış  gəlinin saçları 
kimi dağıdırdı.  
       Qoca  bağban yayın istisindən qorunmaq üçün 
yarpaqların çətiri altına girib yatan güllərin çöhrəsinə su 
çiləyirdi.  
      Ruzigardan  və sudan təzə  həyat alan qönçələr pərdəsini 
ataraq yeni bir həyata atılmağa hazırlanırdı. 
      Küsmüş  qızlar kimi kipriklərini bir-biri üzərinə tökən 
nərgiz gülü şəhla gözlərini açıb qızıl gülün çöhrəsindəki 
qırmızılığa baxırdı. 
       Yetim  qızlar kimi bir guşədə unudulub qalan bənövşə 
boynunu çiyninə qoyub yarpağın yaşıl xalçası üzərində 
oturmuşdu. 
       Hovuzun kənarında ağ qətifələrə bürünüb duran ördəklər 
günəşin Sərdrud təpələrinin dalında gizləndiyini görərək 
axşam nəğməsinə başlamışdı” (84, 316-317). 
       Bir payız mənzərəsi: 
       “Payız idi, yaşıl yarpaqların rəngi ölümə gülən və son 
dəqiqələrini keçirən bir xəstənin yanaqları  kımı saralırdı.  
Qızıl güllərin tac qoyub bahar taxtına  əyləşdiyi yaşıl 
budaqlarda acı tikanlardan başqa bir şey görünmürdü.  


____________Milli Kitabxana____________ 
 
260
       Daima  gül  budaqlarının kölgəsində nazlanan yuvasız 
bülbüllər xəzan yağışlarının acısını hiss edir və laqeydanə 
həyatın zəhərlərini içməyə  və  tənhalıqdan inləməyə 
başlamışdı.  Şaxəsindən qopan yarpaqlar öz müqəddəratını 
xəzan küləklərinə tapşırıb heçliyə doğru uçub gedirdi. 
Çiçəklərin zərif yarpaqları, heyvanların dırnaqları altında 
çeynənirdi. Çinardan fırlanıb ayaq altına düşən yarpaqlar bir 
dilənçinin əli kimi beş barmağını açıb yalvarırdı” (84, 31)
        Hiylə, xəyanət, yalanla dolu epizodlarda isə  təbiət təsviri 
belə məqamların üvertürası kimi səslənir: 
        “On dörd gecəlik ay, bu qara xəyanəti görməmək üçün 
başını qara buludların yorğanına çəkib gizlənmək istəyirdi. 
       Mavi  fəzanın hovuzunda çimən ulduzlar da qara 
qətifələrə bürünərək öz yatağına çəkilirdi. Daima pəncərələri 
döyməyə adət edən Gəncə küləkləri  şəhər xalqını bu qara 
hadisədən xəbərdar etməmək üçün öz şiddətini 
dayandırmışdı” (84, 174)
      Qızıl Arslan yaxınlaşan ölümün sövq-təbiisini yaşayır və bu 
yaşantı təbiət təsvirində də görünür:  
       “Qızıl gülün çöhrəsi də bir atəş olub mənim varlığımı 
yandırmaq istəyir, bənövşələr sanki böyük bir matəmin qara 
pərdəsinə bürünmüşdür. Yasəmənlər tabutun üzərinə 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə