Yaşar rzayev



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə63/86
tarix18.06.2018
ölçüsü3,32 Kb.
#49296
1   ...   59   60   61   62   63   64   65   66   ...   86

____________Milli Kitabxana____________ 
 
265
sövməədə gizlənmiş ceyran Daranı görərək sıçrayıb qocaya 
sığınır. 
      Dara qocanın etinasızlığına və heyvanın ona sığınmasına 
heyrət edərək hiddətlə:                                                                              
 – Qoca, –  deyir, –  sən kimsən? 
Qoca   gözünün   bir  tərəfi      ilə  Daranı      süzərək: - 
Mən?.. Dünyanın  ən            
əzəmətli adamı!                                                                              
      Dünyada özündən başqa əzəmətli bir şəxs görməyən Dara 
bu yıxıq sövməədə keçi dərisinə bürünmüş qocaya baxaraq:                 
      –    Sənin  əzəmətin nədədir? – deyə heyrət və istehza ilə 
soruşur.                
      –  Ondadır ki, səndən qaçan mənə sığınır.                                        
      ...Dara qocanın Keynəssar olduğunu duyaraq atdan düşür 
(  bu  məşhur  memarı  çoxdan  axtarırdı – Y.R. ). Vəzirləri və 
sərkərdələri də onu təqib edərək Keynəssarı  əhatə edirlər. 
Qocaya  əlvan xörəklər və  ənamlar təqdim olunur. Lakin 
Keynəssar yerindən belə  qımıldanmayaraq göyə tamaşa 
etməkdə davam edir, Dara saray yapdırmaq meylində 
olduğunu söyləyib, Keynəssarın İstəxrə gəlməsini təklif edir: 
     – Sənə özün ağırı qızıl  verərəm,  bütün  arzularını  yerinə  
yetirərəm,  -                                                                                  


____________Milli Kitabxana____________ 
 
266
deyir.                                                                                                       
    Qoca başını tərpədir. 
    –    Qızıl nədir – tanımıram; tanımaq belə istəmərəm. Arzu 
isə əzab qapısıdır, - deyir” (16, 370-371). 
          “Qızlar bulağı”   romanının  forması   mövzunun   
xarakterinə   tamamilə uyğundur. “Bu da nəticədə janrda yeni 
poetik naxışların  əmələ  gəlməsinə  səbəb olur və  əsərin idraki 
imkanlarını artırır. Azərbaycan tarixinin, onu yaradan, 
irəlilədən və yaşadan insanların bədi obrazını yaratmaq 
sahəsində axtarışları  Çəmənzəminlini dərin qatlara aparır və 
burada milli kökü axtarır. Ona görə  də xüsusi kompozisiya 
forması  tətbiq etmədən “Qızlar bulağı” romanında tarixin 
qədim fəlsəfəsini yaratmaq olmazdı. Roman tarixin dərin mifik 
qatlarına daxil olaraq orada ümuminsani başlanğıcların 
mənbəyini meydana çıxarır. Çünki tarixin qan yaddaşında 
insanların faciəsi, kədərli müsibəti ilə yanaşı, sevincinin, 
yaşamaq uğrunda apardığı mübarizələrin dərin izləri 
yazılmışdır”(33, 140). Bu sözlərin müəllifi,  ədəbiyyatşünas 
alim Himalay Ənvəroğlu fikrini davam etdirərək yazır: “Ən 
qədim tarixi ayrı-ayrı  qəbilələrin insanlarının canlı 
münasibətlərinin romanına çevirmək təbii olaraq müəllifin 
“Qızlar bulağı” janr tipini “seçməsinə” səbəb olmuşdur. Başqa 


____________Milli Kitabxana____________ 
 
267
sözlə, tarixin belə bir mifoloji-fantastik əlaqədə göstərilməsi 
özünün müvafiq formasını yaratmışdır.  Əks halda, müəllif 
kifayət qədər sərbəst hərəkət edib tarixi-fəlsəfi fon yaradıb 
obrazların canlı bədii xarakterini verə bilməzdi”  (33, 141).  
 
        “İKİ OD ARASINDA”.  TARİXİMİZ  TALEYİMİZ   
         Tariximizin mürəkkəb və taleyüklü mərhələsi – XVIII əsr 
Azərbaycanı Y.V.Çəmənzəminlinin “İki od arasında” 
romanının mövzusudur. Əsərdə həmin dövrün ictimai-siyasi və 
sosial-məişət mənzərəsi, Azərbaycan həyatının çalarları konkret 
və koloritli canlandırılmışdır. Roman inandırıcılıq gücü, 
sənətkarlıq məziyyətləri ilə seçilir. 1937-ci ildə yazılan bu əsər 
həmin dövrdə çap olunmadı. Müəllif repressiyaya düçar oldu. 
Odur ki, roman alttmışıncı illərin əvvəlində ortaya çıxarıldı və 
“Qan içində” adı ilə çap olunmağa başladı.  Roman indi ilkin 
adı ilə çap olunur.   
       Ədəbiyyatşünas alim Akif Hüseynov 1982-ci ildə romanın 
milli-mənəvi dəyərlərimizlə bağlılığını yüksək 
qiymətləndirərək yazırdı: “Əsərin milli müəyyənliyi həm də 
ıdeya mündəricəsi ilə, müsbət qəhrəmanlardakı milli şüurun 
aydın ifadəsi ilə, Vətən qayğısı, xalqa məhəbbət kimi 
keyfiyyətlərlə şərtlənir”  ( 42, 97 ).  


____________Milli Kitabxana____________ 
 
268
      Əlbəttə, otuzuncu illərdə belə bir romanın yazılması faktı 
Azərbaycan  ədəbiyyatının uğuru hesab edilməlidir.  Əsərdə 
söhbət Qarabağ xanlığından getsə  də, oxucunu bütün 
Azərbaycan haqqında düşündürür. Və müəllifin çatdırmaq 
istədiyi mətləbin ictimai-siyasi mahiyyəti aydın görünür: 
Azərbaycan kiçik xanlıqlara bölündüyünə, birləşmək səyləri 
boşa çıxdığına görə bu torpaqlara marağı və iddiası olan Rusiya 
və  İran kimi böyük dövlətlərin təzyiqləri qarşısında davam 
gətirə bilmir və  həmin xanlıqların timsalında müstəqilliyini 
itirir. Romanda hadisələrin mərkəzində dayanan böyük şair və 
Qarabağ xanlığının baş  vəziri Vaqif ürək yanğısı ilə Mirzə 
Əliməmmədə deyir:  
       “Azərbaycan xanları bir-biri ilə vuruşur, rəyasət üçün ata 
oğlunu, qardaş qardaşı öldürür, bir-birinin gözlərini çıxarır, 
elimiz, ulusumuz xanların kefi üçün qırılıb gedir: xanimanlar 
yanıb kül olur... Bu fəlakətə qarşı ürəyimiz çatlasa da, 
qabağını almaqdan acizik!” (16, 570).  
       Müəllif, romanın  əhatə etdiyi ziddiyyətli və  gərgin tarixin  
fəlsəfəsini də açmış, mənsub olduğu xalqın milli-mənəvi  
dəyərlərini konkret bədii vasitələrlə, canlı obrazlarla, 
mükalimələrlə ifadə etmişdir. Xalq məişətinin koloritini, zəngin 
etnoqrafiyanı göstərən təfərrüatlar, lövhələr (novruz bayramı, 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə