Yaşar rzayev



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə72/86
tarix18.06.2018
ölçüsü3,32 Kb.
#49296
1   ...   68   69   70   71   72   73   74   75   ...   86

____________Milli Kitabxana____________ 
 
301
N. Nərimanovun: “Mən məsləki pula satacaq adamlardan 
deyiləm!” sözlərini unutmayan Nəcmi müəllim düşünür: 
“Hanı  səndə  Nərimanovdakı  dəyanət, səbat? Məsləkli 
olmaq, məsləki sevmək azdır! Onun yolunda əzmlə çarpışmaq, 
mübarizə etmək, bax, kişidən bu tələb olunur!” (26, 339). 
Nəcmi müəllim üçün sinfi mübarizə düşüncəsindən əvvəl, 
insan münasibətlərində dostluğu qorumaq, duz-şörəyi 
tapdalamamaq kimi hisslər daha əzizdir. 
Sahibkarlar-bəylər sinfi nümayəndələrinin inqilaba 
müqavimət hissinin bədii ifadəsi də romanda təbii görünür və 
bu məsələyə dövrün bir çox digər romanlarında özünü göstərən 
konyunktur yanaşmadan fərqlidir. Hətta romanda nisbətən 
“müsbət” planda verilən Sonanın da, nahiyə firqə komitəsinin 
sədri Büləndə  məhəbbət hisslərinə baxmayaraq, öz əslinə-
nəslinə, zümrəsinə olan sədaqəti anlaşılandır və deyərdik ki, 
rəğbət doğurur. Bunu müəllif romanın bir cümləsində də sərrast 
ifadə etmişdir: 
“Büləndə olan sevgisi ona, qohum-əqrəbanı, ata yerində 
gördüyü  əmini, cavan vaxtında bədbəxt olan Qadiri 
unutduracaq qüvvədə deyildi” (26, 328). 
        Yeri  gəlmişkən, xatırlayaq ki, “Dünya qopur”dan 12 il 
əvvəl araya gələn “Laçın yuvası” pyesində (S.S.Axundov) bəy 


____________Milli Kitabxana____________ 
 
302
qızı  Pəricahan xanım  əmisi oğlu və nişanlısı Cahangir ağanın 
bolşevik olduğunu eşitdikdə  məhəbbəti qəzəbə çevrilsə  də,  ən 
nəhayət inqilab bayrağı altına keçmişdi.  Əbülhəsənin 
romanından 38 il sonra yazılan “Mahnı dağlarda qaldı” 
pyesində  (İ.Əfəndiyev) isə  Şahnaz xanım inqilab komitəsinin 
sədri Nicatla ailə qurmasına baxmayaraq, onun tutdurduğu 
qardaşı Böyük bəyi həbsdən qaçırır və belə olmasaydı tamaşaçı 
(oxucu) bu obrazı  təkcə sevgisi və zümrəsi arasındakı  dərin 
ziddiyyətlər içərisində çabalayan bir qadın kimi deyil, 
doğmalıq, bacılıq, övladlıq (Böyük bəy  həm də ona ata 
olmuşdu) komplekslərini özündə yaşadan bir insan kimi də 
təqdir edə bilməzdi. 
“Dünya qopur”dan misal gətirdiyimiz ayrı-ayrı 
nümunələrə, bu gün həmin dövrün kontekstindən ayıraraq 
yanaşsaq, bəlkə də adi görünər. Lakin söhbət otuzuncu illərdən 
gedir. Rejimin sərt ab-havasında inqilab söhbətinə “kim 
eşşəkdi, biz də ona  palan” ovqatını  gətirmək, Türkiyədən, 
Tofiq Fikrətdən, “Millət  şərqisi”ndən söhbət açmaq, ayrı-ayrı 
bədii  əsərlərdə Hacı Zeynalabdin Tağıyevin mənfi   obrazının 
yaradılmasına  rəğmən, onun xeyirxah əməllərini xatırlamaq, on 
səkkizinci  ildə daşnakların bolşevik adı ilə Azərbaycanda 


____________Milli Kitabxana____________ 
 
303
qırğınlar törətməsini yaddaşa gətirmək və digər məqamları bu 
mənada müəllifin cəsarətli mövqeyi kimi qiymətləndirmək olar. 
Xüsusilə N.Nərimanov haqqında fikirlərin romanda 
səslənməsini qeyd etmək istərdik. Bu fikirlərin  səsləndiyi 
dövrdə N.Nərimanova münasibət artıq bilmənalı deyildi və 
rejim tərəfindən onun millətçi obrazı yaradılır, arzuolunmaz  və 
təhlükəli  hesab edilən “nərimanovçuluq” termini  dövriyyəyə 
çıxırdı. 
Tədqiqatın müqayisəli elmi-nəzəri araşdırmaları belə bir 
qənaətimizi möhkəmləndirir ki, Ə.Əbülhəsən “Yoxuşlar” və 
“Dünya qopur” romanları ilə otuzuncu illər Azərbaycan  
ədəbiyyatında seçilən mövqedə olmuşdiur. Lakin sonraki 
onilliklərdə yazıçı həmin mövqeni saxlaya bilməmişdir.  
 
DAŞQIN”     “TƏRLAN”:  İDEOLOJİ  BURULĞANDA   
İŞARTILAR. 
       Gənc Mehdi Hüseynin bu ilk romanları 1920-1930-cı 
illərin Azərbaycanı haqqında müəyyən təsəvvürlər yarada bilən 
əsərlərdir. Sırf ideoloji tələblər çərçivəsində yazılsa da, hər iki 
əsərdə  həmin dövr Azərbaycan   gerçəkliklərini, azərbaycanlı 
xarakterinin müəyyən cizgilərini, milli həyatın  bəzi 
xüsusiyyətlərini görmək olar. “Daşqın”da Sarxan, Şirəli, 


____________Milli Kitabxana____________ 
 
304
Əmrah, Mahirə, Mirbabayev, Şəmsi bəy, Həmzə  bəy, 
“Tərlan”da Mürsəl kişi, Salatın, Güləli oğlu,  Ədhəm, Həmid 
kimi canlı və yaddaqalan obrazlar vardır.  
Kür çayı  hər iki əsərdə sanki hadisələrə  təkan  verən
onların içindən qırmızı  xətt kimi keçən, həm də insan 
xarakterlərində öz izini qoyan bir fenomendir. Kür çayı qarşı-
qarşıya duran qüvvələrin vuruşunun  şahididir (“Daşqın”), 
hərdən dəlisov  xarakterini göstərib kəndləri basır (“Daşqın”), 
hərdən onu cilovlamaq istəyən insanların birliyinə dözməli olur 
(“Tərlan”), təbiətin gözəl çağlarında isə sadəcə “yarğanları 
yalaya-yalaya”  şütüyüb axır (“Tərlan”)... ( İllər keçəcək, 
görkəmli nasirimiz İ.Şıxlı bir daha milli varlığımızın simvolu 
kimi Kür çayının özəlliyini tərənnüm edən “Dəli Kür” romanını  
yazacaq ). 
Təbiidir ki, hər iki romanda verilən təbiət təsvirlərində də 
Kür çayı əsas predmetdir: 
“Gündüz olsaydı, indi onların dayandığı  yerdən sağdakı 
hündür təpənin  başına qədər uzanıb sonra gözdən itən əyrü-
üyrü araba yolunu, döşdəki qaratikən  kollarını, aşağıda 
yarğanları yalaya-yalaya sütüyən Kür çayını, bir az bəridə isə 
göz işlədikcə uzanan dalğalı  yaşıl çəmənləri aydın görmək 
olardı.... Qızıl lalələr, günün şüalara altında parıldayan  əlvan 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə